ZAQATALALI FERMERLƏRƏ BUĞDA ƏKİNİNƏ GÖRƏ NÖVBƏTİ YARDIMLAR VERİLMİŞDİR
Zaqatala, 12 aprel (AZƏRTAC). Nazirlər Kabinetinin “Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” qərarına uyğun olaraq, Zaqatala rayonu üzrə 2010-cu ilin məhsulu üçün buğda əkilmiş 7490 hektar əkin sahəsinə görə 2241 nəfərə hər hektara 40 manat hesabı ilə, ümumilikdə, 299 min 594 manat məbləğində yardım verilmişdir.
Yardım alan fermerlər kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən yüksək dövlət qayğısına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.
Rayon icra hakimiyyətinin aqrar məsələlər şöbəsindən bildirmişlər ki, 2009-cu ilin payızında Zaqatalanın təsərrüfatlarında cari ilin məhsulu üçün 12 min 165 hektar sahədə taxıl əkilmişdir. Hazırda sahələrə aqrotexniki qulluq işləri davam etdirilir, əlavə yemləmə gübrələri verilir, zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilir, su kanalları təmizlənir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]