SİYASƏT
Zəfər Günü ilə əlaqədar Tbilisidə məlumatlandırma aksiyası
![](/files/galleryphoto/2023/3/1200x630/169943307567643389_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16994330754719942541_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1699433076518859620_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1699433075332321307_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16994330754790530973_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1699433421539323516_1200x630.jpg)
Tbilisi, 8 noyabr, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Tbilisidə Zəfər Günü münasibətilə məlumatlandırma aksiyası keçirilir.
AZƏRTAC xəbər verir ki, səhər saatlarından başlayan aksiya çərçivəsində üzərində “Xarıbülbül”ün, Şuşanın, Xənkəndinin fotoları, eləcə də, 8 Noyabr, Zəfər Günü, Şuşada atəşfəşanlığı əks etdirən LED ekranlı yük avtomobili Azadlıq Meydanından hərəkətə başlayıb. Avtomobil paytaxt Tbilisinin mərkəzi küçə və prospektlərindən keçəcək.
Azərbaycanın Qələbə gününü özündə əks etdirən aksiya paytaxt sakinləri və şəhərin qonaqları tərəfindən maraqla qarşılanıb.
Aksiya saat 24:00-a qədər davam edəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi