Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəfər və Zəfərimizin yekun möhürü - Xankəndi paradı

Zəfər və Zəfərimizin yekun möhürü -  Xankəndi paradı

Bakı, 8 noyabr, AZƏRTAC

Cənubi Qafqazda yerləşən və müxtəlif dövrlərdə etnik zəmində müharibələrə meydan olan Qarabağ bölgəsi və ona bitişik ərazilər 1990-cı illərdə baş verən müharibə nəticəsində işğal olunmuşdu. Ermənilər və ermənipərəst dövlətlər tərəfindən Ermənistanın bir hissəsi kimi göstərilməyə çalışılan Qarabağ münaqişəsi həm regional sabitlik, həm də regional təhlükəsizlik baxımından böyük problemə çevrilmişdi. Bu səbəbdən Qarabağ probleminin həlli son dərəcə strateji vacib məsələ kimi Azərbaycanın qarşısında dayanmışdı. Ermənistanın təxribatlarına cavab olaraq əks-hücumla başlayan hərbi əməliyyatların Zəfərlə yekunlaşması postsovet məkanının ən qanlı və faciəli hadisələrindən biri olan münaqişəyə son qoydu. İndi Cənubi Qafqaz regionu, eləcə də türkdilli xalqların yaşadığı geniş ərazi Azərbaycanın və qardaş Türkiyənin birgə səyləri ilə özünün tarixi inkişafında yeni mərhələyə daxil olur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

O qeyd edib ki, əslində, Azərbaycanın illərdir bu problemin qan tökülmədən həllini tapmağa çalışdığını hər kəs bilir. Lakin Ermənistanın təxribatçı hərəkətləri ucbatından Azərbaycanın qırmızı xətlərini pozması rəsmi Bakının nisbətən səssiz qaldığı dövrün sonunu gətirdi. “Bu hadisələr zamanı Ermənistanın atdığı iki mühüm addımı açıqlamaq lazımdır. Bunlardan birincisi, Ermənistanın keçmiş müdafiə naziri Davit Tonoyanın “yeni bölgələrdə yeni müharibə” bəyanatıdır. Bundan başqa, “Qarabağ müharibəsi yenidən alovlansa, o zaman Bakıda bitəcək” bəyanatı da tərəflər arasında gərginliyi artırdı. İkincisi, Ermənistanın baş naziri Nikol Paşinyanın açıqlamaları oldu. “Qarabağ Ermənistandır və nöqtə!” deməklə erməni baş nazir Cənubi Qafqazı “barıt çəlləyi”nə çevirmiş münaqişənin fitilini yandırdı. Məsuliyyətsiz, təxribatçı addım və açıqlamalar 30 illik münaqişəni qansız həll etməyə həvəsi olmayan Ermənistan rəhbərliyinin və havadarlarının niyyəti aydınlaşdı. Qırx dörd gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistanın işğalçı ordusunu darmadağın edərək, ermənilərin yandırdıqları fitili söndürdü, işğalçılara əsrin zərbəsini endirdi. Ermənistan təslim oldu ki, bu da onun 30 ilə yaxın müddətdə Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinin məntiqi nəticəsi idi”, - deyə deputat bildirib.

Rəşad Mahmudovun sözlərinə görə, bu Qələbənin qazanılması onilliklər boyu davam edən dövlət quruculuğunun, müasir dünyanın ən yaxşı ordularından birinin yaradılması nəticəsində mümkün oldu. Keçmiş SSRİ-dən qalmış ağır sosial-iqtisadi mirası səmərəli şaxələndirilmiş iqtisadi islahatlar sayəsində aradan qaldıran və dövlət problemlərinin həllinə uyğunlaşdırılmış siyasi sistem yaradan Azərbaycan rəhbərliyi 44 gündə misilsiz qələbə qazandı: “Ona görə misilsiz qələbədir ki, Azərbaycan təkcə Qarabağ separatçılarını və erməni qoşunlarını deyil, həm də son 200 ildə qondarma “Artsax” layihəsini mifik “yaradılış”ın yaradılması üçün ilkin şərt kimi bəsləyən dünya ermənilərinin “dənizdən dənizə böyük Ermənistan” layihəsini dənizdə batırdı. Eyni zamanda, Azərbaycanın Qələbəsi müasir tarixdə epoxal əhəmiyyətlidir. Çünki 30 illik münaqişənin silah gücü ilə həlli praktikasında ilk dəfə erməni təxribatına cavab olaraq Azərbaycan “Dəmir yumruq” əməliyyatını həyata keçirdi. Əks-hücumla Azərbaycan Ordusu düşməni düz çökdürdü, Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi. Ulu Öndər Heydər Əliyevin arzusunu Prezident, Ali Baş Komandan İlham Əliyev həyata keçirdi, onun rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu erməni işğalına son qoydu. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın icrasını gözləyən dörd qətnaməsinin tələblərini yerinə yetirmək missiyasını öz üzərinə götürərək beynəlxalq hüququ pozan Ermənistanı cəzalandırdı.

Ancaq müharibənin Ermənistanın tam məğlubiyyəti ilə başa çatmasına baxmayaraq, işğalçı ölkənin tərəfdarları Xankəndidə yuva salmış quldur rejimin qalıqlarının qorunub saxlanması üçün canfəşanlıq göstərməyə başladılar. Bu məkrli planın müəllifləri rəsmi Bakıya qarşı açıq-aşkar güclü siyasi təzyiqə əl atmaqdan da çəkinmədilər. Lakin heç bir siyasi manipulyasiyalara yol verməyəcəyini vurğulayan Azərbaycan ərazi bütövlüyünün bərpasına mane olacaq istənilən cəhdin qarşısını alacağını çəkinmədən dünyaya bəyan etdi. Belə də oldu, Ermənistanın üç il ərzində sülh danışıqları ətrafında ancaq imitasiya ilə məşğul olduğunu və bu müddət ərzində qoşun hissələrini Qarabağdan çıxarmadığını, əksinə, mina terroru həyata keçirdiyini, habelə digər təxribatçı fəaliyyət göstərdiyini diqqətə alan Azərbaycan konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Nəticədə Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Mülki əhali və infrastruktur obyektləri hədəfə alınmadı, yalnız legitim hərbi hədəflər zərərsizləşdirildi. Sentyabrın 28-də isə Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejim özünü ləğv etdiyini elan etdi. Geniş mənada bu, 200 il əvvəl Rusiya imperiyası ilə İran arasında imzalanmış Gülüstan və Türkmənçay müqavilələri nəticəsində regionda əsası qoyulmuş “erməni layihəsi”nin bir hissəsinin başa çatması deməkdir”.

Deputat sonda bildirib ki, Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad Qələbəmizin möhtəşəm simvoluna çevrildi. Bu parad sadəcə bir hərbi ritual deyildi, bu, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun qələbə təntənəsi idi. Zəfər Günündə abadlaşan Kəlbəcər, yenidən qurulan Şuşanın ardınca, ermənilərin separatizm yuvasına çevirib qaçdıqları Xankəndidə belə bir tədbirin yüksək səviyyədə keçirilməsi ilə Prezident İlham Əliyev bir daha dünyaya dövlətin və xalqın mənafeyi naminə güc nümayişinin də, abadlıq-quruculuq işlərinin də ən mükəmməl örnəyinə müəlliflik etdiyini göstərdi. Eyni zamanda, uzun müddət hərbi xunta rejiminin yuvasına çevrilən Xankəndidə qalib ordunun Zəfər paradı bütün anti-Azərbaycan qüvvələri üçün ərazi bütövlüyümüzün yekun möhürü oldu.

“Dövlətimizin başçısının Xankəndi paradında çıxışı, səsləndirdiyi bəyanatlar bizə bir daha qalibiyyətin, yenilməzliyin qürurunu yaşatdı. Biz belə Azərbaycan, belə lider arzulamışdıq.

Azərbaycan lideri İlham Əliyev həm Prezident, həm də Ali Baş Komandan kimi Zəfər Gününə daha bir zəfər, bayram əlavə etdi. Onun Azərbaycan naminə dövlət və xalq sevgisi ilə yürütdüyü milli siyasət gələcək yüksəlişlərin və qələbələrin təminatıdır”, - deyə Rəşad Mahmudov vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib