Zelenski: Ukrayna 3310 nəfəri əsirlikdən qaytara bilib
Kiyev, 6 iyul, AZƏRTAC
Ukrayna artıq əllidən çox əsir mübadiləsi aparmağa nail olub, 3310 ukraynalı əsirlikdən qayıdıb.
AZƏRTAC bu barədə Ukrayna Prezident Volodimir Zelenskinin “Telegram” kanalına istinadla xəbər verir.
Volodimir Zelenski yazıb: “Beləliklə, 53 mübadilə aparılıb, 3310 insanımız artıq Ukraynada - öz evində, qohumlarının yanındadır”.
Ukrayna Prezidentinin sözlərinə görə, bu istiqamətdə işlər davam etdirilir. O bildirib: “Biz hər bir vətəndaşımızı - bütün hərbçiləri və mülki şəxsləri, böyükləri və uşaqları rus əsirliyindən azad etməyin yollarını axtarmağa davam edirik”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]