Zərdabda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri davam etdirilir
Zərdab, 18 avqust, AZƏRTAC
Zərdabda pandemiya əleyhinə dezinfeksiya işləri davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinin gücləndirilməsi çərçivəsində rayonda karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması diqqətdə saxlanılır, sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiya işləri aparılır. Gigiyena və Epidemiologiya Mərkəzinin 8 işçisi və 5 avtomobili iki qrupa ayrılaraq Zərdab şəhərinin 17 çoxmənzilli yaşayış evində, Heydər Əliyev parkında, Ulu Öndərin adını daşıyan prospektdə, habelə şəhərin Zərdabi, M.Ə.Rəsulzadə, B.İsmayılov və digər küçələrində, kənd yaşayış məntəqələrində dezinfeksiya həyata keçirir.