ZƏRDABDA YENİ ASFALT ZAVODU İŞƏ SALINMIŞDIR
AZƏRTAC xəbər verir ki, Zərdabda yeni asfalt zavodu işə salınmışdır. Gündəlik istehsal gücü 50 ton olan zavodun əsas avadanlığı Ukraynadan gətirilmişdir. Tikinti-quraşdırma işləri Nəqliyyat Nazirliyinin 2 saylı ixtisaslaşdırılmış müəssisəsi tərəfindən görülmüşdür.
7 nəfərin daimi işlə təmin olunduğu zavodda müasir texnoloji avadanlıq keyfiyyətli məhsul istehsalına imkan verir. Hazırlanan asfalt, respublika əhəmiyyətli yolların tikintisinə, əsaslı və cari təmirinə sərf edilir.