Zərdablı məktəbli: “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı olduğuma görə çox sevinirəm
Quba, 27 mart, Elxan Yusifli, AZƏRTAC
“Cümə” məscidi, Tağlı körpü, dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbə və gəzdiyimiz başqa yerlər mənə xoş təsir bağışladı. Bugünkü ekskursiya zamanı şahidi oldum ki, Quba təkcə məşhur ağ alması ilə deyil, həm də tarixi abidələri, əsrarəngiz təbiət mənzərələri ilə zəngindir. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyanın iştirakçısı olduğuma görə çox sevinirəm.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində tur-aksiyanın Zərdabdan olan iştirakçısı Fəxriyyə Yusifli söyləyib.
Həsən bəy Zərdabi adına 1 nömrəli məktəb-liseyin X sinif şagirdi bildirib ki, ekskursiya zamanı gəzdikləri rayonların tarixi yerləri, təbiət mənzərələri, həm də yeni infrastruktur layihələri ilə tanış olmaq imkanı qazanırlar. “Maraqlı məkanları gəzdikdən sonra axşamlar bir yerə toplaşıb intellektual oyunlar oynayırıq. Bu, mənim üçün ən maraqlı səyahətlərdən biridir. Ümid edirəm şimal bölgəsinə yenidən gələcəyəm. Buralar çox xoşuma gəldi”, - deyə Fəxriyyə Yusifli bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [10:47]
Culfada yaşayış binasında yanğın olub
- 11.06.2026 [08:46]
Lənkəranda güləş festivalı idmansevərləri bir araya gətirib
- 10.06.2026 [22:22]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [18:54]
Culfada ictimai-iaşə obyektinin fəaliyyəti dayandırılıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Teatr sənətinin vurğunu
- [11:14]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]