“Zirə” ardıcıl ikinci dəfə heç-heçə edib
Bakı, 11 aprel, Nicat Məmmədov, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Zirə” klubu evdə autsayder "Keşlə" ilə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə başa çatıb.
Bu nəticədən sonra xallarını 32-yə çatdıran meydan sahibləri 3-cü pillədə mövqeyini qoruyub. Qonaqlar isə 19 xalla sonuncu sırada qalıb.
Tura bu gün "Qarabağ" - "Sumqayıt" matçı ilə yekun vurulacaq.
Qeyd edək ki, ötən gün baş tutan görüşlərdə "Qəbələ" evdə "Neftçi" ilə 2:2, "Sabah" isə "Səbail"lə 0:0 hesablı heç-heçəyə razılaşıb.