“ZÖHRAB VƏLİYEV” MÜHƏNDİS-GEOLOJİ GƏMİSİ TÜRKMƏNİSTANDA TƏDQİQAT İŞLƏRİ APARACAQDIR
AZƏRTAC xəbər verir ki, Xəzər Dəniz Neft Donanmasının “Zöhrab Vəliyev” mühəndis-geoloji gəmisi bu il ikinci dəfə Türkmənistana ezam edilmişdir.
Məqsəd 1972-ci ildə azərbaycanlı geoloqlar tərəfindən aşkar edilmiş “Livanov Bankəsi” yatağında strateji zondlaşdırma və araşdırmalar aparmaq, dərinsulu platformaların quraşdırılması, boru kəmərlərinin və digər iri obyektlərin inşası üçün süxurun davamlılığını yoxlamaqdır. Gəmi ilə Türkmənistana Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kompleks Geoloji-Kəşfiyyat və Topoqrafiya İdarəsinin 15 nəfərdən ibarət ekspedisiyası yola düşmüşdür.
“Zöhrab Vəliyev” gəmisi keçmiş Sovet İttifaqının hərbi gəmi zavodunda inşa edilərək, 1985-ci ildə Azərbaycan mədənlərinə gətirilmişdir. Gəmi ən mürəkkəb hidrogeoloji şəraitdə müstəqil surətdə 32 gün işləyə bilər. Mühəndis-geoloji tədqiqatların aparılması üçün gəmidə 150 metr dərinliyədək işlər həyata keçirə bilən qazma dəzgahı quraşdırılmışdır. Bu il aparılan təmir işləri zamanı gəmi ABŞ və Hollandiyadan alınmış ən müasir geofiziki, geoloji və naviqasiya avadanlığı ilə təchiz edilmişdır.
Gəmi hazırda Türkmənistan sularında hazırlıq işlərinə başlamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]
“Azeri Light” markalı neft ucuzlaşıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]