YUNESKO-NUN JURNALINDA DƏRC EDİLMİŞDİR

20.09.2003 [19:04]
YUNESKO tərəfindən Parisdə fransız dilində nəşr edilən “Patrimuan mondial” (“Dünya irsi”) jurnalının səhifələrində müxtəlif ölkələrin qədim tarixindən xəbər verən mədəniyyət və incəsənət əsərləri barədə maraqlı yazılar dərc olunur.
...

FRED QAZAXBƏYLİ: ƏN BÖYÜK ARZUM AZƏRBAYCANI FRANSIZLARA MƏN GÖRDÜYÜM, MƏN DUYDUĞUM KİMİ TANITMAQDIR

20.09.2003 [18:48]
Sentyabrın 18-də, Parisin ən böyük “Shan Eliza” xiyabanında yerləşən və bütün dünya ölkələrinin müsiqilərindən ibarət disk və kasetlərin satıldığı “Fnak” mağazasında Fred Qazaxbəylinin solo konserti olmuşdur. Fredin atası azərbaycanlı, ...

BAKI BƏLƏDİYYƏ TEATRI MİNGƏÇEVİRLİLƏRİN QONAĞI OLMUŞDUR

20.09.2003 [14:33]
Bakı Bələdiyyə Teatrı Mingəçevirdə teatrsevərlərə Aqşin Babayevin “Oğul” tamaşasını göstərmişdir. Rejissor Ədalət Ziyadxanovun quruluş verdiyi tamaşada görkəmli naşir ƏJdər Xanbabayevin obrazını əməkdar artist Azad Şükürov məharətlə yaratmışdır. Anşlaqla keçən ...

“MOLLA NƏSRƏDDİN”... KARİKATURA MÜSABİQƏSİ BAŞLANDI

20.09.2003 [02:57]
Sentyabrın 18-də Azərbaycan Karikaturaçılar Birliyi və “Karikatura” beynəlxalq satira və yumor jurnalının internet vasitəsilə keçirdikləri 2-ci Beynəlxalq “Molla Nəsrəddin” karikatura müsabiqəsi başlanmışdır.
Birlikdən AzərTAc-ın müxbirinə demişlər ki, 30-a ...

DÖVLƏT AKADEMİK OPERA VƏ BALET TEATRI YENİ MÖVSÜMÜ AÇDI

20.09.2003 [02:52]
Sentyarbın 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Ü.Hacıbəyovun “Leyli və Məcnun” operası ilə özünün 95-ci mövsümünü açmışdır. Tamaşa “Üzeyir Musiqi Günü”nə həsr olunmuşdur.
Teatrdan AzərTAc-ın müxbirinə ...

NİZAMİ GƏNCƏVİNİN MƏQBƏRƏSİ GÖRKƏMİNİ DƏYİŞƏCƏKDİR

19.09.2003 [15:12]
Nizami Gəncəvinin məqbərə-kompleksi dahi şairin məzarını ziyarət etməyə gələnlər üçün müvəqqəti bağlanmışdır. 22,4 metr hündürlükdə olan məqbərədə təmir-bərpa işlərinə başlanmışdır.
Gəncə şəhər mədəniyyət idarəsindən müxbirimizə demişlər ki, son ...

QLOBAL CƏMİYYƏTİN GƏLƏCƏYİ

19.09.2003 [12:18]
Sentyabrın 25-28-də Tailandın paytaxtı Banqkokda “Etik və sosial qlobal cəmiyyətin gələcəyi” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir. Konfrans BMT yanında Qeyri-Hökumət Təşkilatları Assosiasiyasının (QHTA) təşəbbüsü ilə təşkil olunacaqdır.
Dünyanın bir ...

“ARŞIN MAL ALAN” İNTERNET SAYTINDA

18.09.2003 [21:37]
Mədəniyyət Nazirliyinin, Musiqi Xadimləri İttifaqının, Bəstəkarlar İttifaqının və Bakı Musiqi Akademiyasının təşəbbüsü ilə Alman-Azərbaycan Kapellhaus Mədəniyyət Mərkəzində “Arşın mal alan” operettasının “Musiqi dünyası” jurnalı tərəfindən hazırlanmış İnternet saytının təqdimat ...

HEYKƏLTƏRAŞ MÜSLÜM ELDAROVUN XATİRƏ SƏRGİSİ AÇILMIŞDIR

18.09.2003 [21:05]
Bakı İncəsənət Mərkəzində mərhum heykəltəraş Müslüm Eldarovun anadan olmasının 47-ci ildönümü münasibətilə xatirə sərgisi açılmışdır.
Mərkəzdən AzərTAc-ın müxbirinə demişlər ki, sərgidə mərkəzin baş direktoru Rəfael Gülməmmədli, mədəniyyət nazirinin ...

ÜZEYİR MUSİQİ GÜNÜ QEYD OLUNMUŞDUR

18.09.2003 [20:11]
Artıq doqquzuncu ildir ki, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun anadan olduğu gün - sentyabrın 18-i respublikamızda Üzeyir Musiqi Günü kimi qeyd edilir. Bu münasibətlə Bakı Musiqi Akademiyasının qarşısında – ...

“MƏKANIN MELODİYASI” ÇƏKİLİR

18.09.2003 [15:49]
C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında quruluşçu rejissor Hüseyn Mehdiyevin “Məkanın melodiyası” bədii filminin çəkilişləri davam edir. Bu günlərdə filmin Qubada aparılmış çəkilişləri başa çatmışdır.
Növbəti çəkilişləri kinostudiyanın pavilyonunda aparılacaq ...

“VOLQALI CANAN” DÖVLƏT MUSİQİLİ KOMEDİYA TEATRINDA

18.09.2003 [15:46]
Dövlət Musiqili Komediya Teatrında “Volqalı canan” adlı yeni musiqili komediya üzərində yaradıcılıq işlərinə başlanmışdır.
Rejissor Faiq Zöhrabovun quruluş verdiyi tamaşanın libretto müəllifi Abdulla Qüdrət, bəstəkarı xalq artisti Ramiz ...

“ÜÇ QIZ” BAKIDA ÇƏKİLİR

18.09.2003 [13:06]
Rejissor Murad İbrahimbəyov “Üç qız” adlı yeni bədii filmin çəkilişlərinə başlamışdır. Filmdəki hadisələr Bakının bu günlərində cərəyan edir.
Dedektiv janrda çəkilən bu film Azərbaycanın və Rusiya Federasiyasının mədəniyyət ...

“DƏLİNİN QEYDLƏRİ” MOLDOVADA

18.09.2003 [13:04]
Bakı Kamera Teatrı oktyabrın əvvəllərində Moldovada keçiriləcək monotamaşalar festivalında iştirak edəcəkdir.
Teatrdan müxbirimizə demişlər ki, festivalda xalq artisti Cənnət Səlimovanın rejissorluğu ilə hazırlanmış “Dəlinin qeydləri” dramı göstəriləcəkdir. Baş ...

“ÜZEYİR HACIBƏYOV ENSİKLOPEDİYASI” RUS DİLİNDƏ NƏŞR OLUNMUŞDUR

17.09.2003 [23:49]
“Azərbaycan” nəşriyyatı milli mədəniyyətimizin görkəmli xadimlərindən biri olan dahi bəstəkar Üzeyir Hacıbəyov haqqında 1995-ci ildə Azərbaycan dilində çıxmış ensiklopediyanı rus dilində çapdan buraxmışdır. Respublika Bəstəkarlar İttifaqında kitabın təqdimat mərasimi ...

BAKININ 85 İLLİYİ... ELMİ KONFRANSDA

17.09.2003 [22:31]
1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsi və Azərbaycan milli hökumətinin Nizami adına Azərbaycan ədəbiyyatı muzeyinin indiki binasında fəaliyyətə başlamasının 85 ili tamam olmuşdur. Bu münasibətlə Ədəbiyyat Muzeyində ...

“MÜASİR AZƏRBAYCAN ƏDƏBİ DİLİ” KİTABININ TƏQDİMATI

17.09.2003 [14:59]
M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasında Milli Elmlər Akademiyasının müxbir üzvü, Dövlət mükafatı laureatı, professor Afat Qurbanovun “Müasir Azərbaycan ədəbi dili” kitabının birinci cildinin təqdimatı keçirilmişdir. “Nurlan” nəşriyyatında çapdan çıxmış ...

DAHİ BƏSTƏKARIN ŞƏRƏFİNƏ MUSİQİ GECƏSİ

17.09.2003 [14:57]
Azərbaycan Prezidenti Heydər Əliyevin Fərmanına əsasən, hər il sentyabrın 18-i ölkəmizdə “Üzeyir Musiqi günü” kimi qeyd olunur. Bu münasibətlə dahi bəstəkarın ev muzeyində musiqi gecəsi keçirilmişdir.
Böyük bəstəkarın anadan olmasının ...

QƏBƏLƏDƏ “HEYDƏR PARKI” İSTİFADƏYƏ VERİLMİŞDİR

17.09.2003 [13:22]
Qəbələ şəhərinin mərkəzində yerləşən və çoxdan bəri öz görkəmini itirmiş mədəniyyət və istirahət parkı prezident seçkiləri ərəfəsində bərpa edilərək, sakinlərin ixtiyarına verilmişdir. Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə təmir olunmuş ...