Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bağır Seyidzadə - jurnalist, diplomat, nazir və tərcüməçi ömrü yaşayan insan

Bakı, 11 avqust, AZƏRTAC

Azərbaycan tarixində özünəməxsus iz qoymuş şəxsiyyətlər çoxdur. İllər keçsə də, onların xalq və Vətən naminə gördükləri işlər heç vaxt unudulmur, zaman-zaman xatırlanır. Bu günlərdə anadan olmasının 106-cı ildönümü tamam olan Bağır Seyidzadə belə insanlardan biridir. O, qeyri-adi əməksevərliyi, xeyirxahlığı, fitri istedadı, nadir bilik və qabiliyyəti sayəsində dərin hörmət və ehtiram qazanmışdı. Bu nəcib keyfiyyətlərin kökünü axtarsaq, onların nəsildən, ailədən qaynaqlandığını görərik.

Bağır Seyidzadənin babası Seyid Məmməd İrəvan quberniyasının Qəmərli kəndinin varlı maldarlarından birinin təsərrüfatında muzdurluq edirdi və sonralar bu ailənin qızı Ümmunisə ilə evlənmişdi. Seyid Məmməd müxtəlif müalicəvi bitkilər toplayır, onlardan müxtəlif dərmanlar hazırlayırdı. Kənddə onu ehtiramla Seyid həkim deyə çağırırdılar. Seyid Məmməd 40 yaşında dünyadan köçdü, bu zaman onun dörd övladı vardı.

Bağır Seyidzadənin atası Mirqasım kişi və əmisi Mirəli əsasən ticarətlə məşğul olurdular. Sonradan İrəvana köçən qardaşlar orada böyük ticarət şəbəkəsi qurdular.

Bağır Mirqasım oğlu Seyidzadə 1912-ci ildə qədim Azərbaycan şəhəri İrəvanda dünyaya göz açdı. Onun altı yaşı olanda - 1918-ci ildə İrəvanda millətlərarası münasibət kəskinləşdiyi üçün Mirqasım ailəsini doğma yurdlarından köçürməli oldu.

Bağır Seyidzadənin qızı Dilarə xanımın xatirələrindən: “Onlar 1918-ci ildə İrəvandan köçəndə Mirəli artıq vəfat etmişdi. O, səfərdən qayıdarkən Qarsda dünyasını dəyişmiş və elə oradaca dəfn olunmuşdu. Babam Mirqasım həm özünün, həm də qardaşının ailəsini götürüb Tiflisə gəlmişdi. Yeri gəlmişkən, mən atamın əmisi Mirəlinin Türkiyədə məzarını axtarıb tapdım. Buna Türkiyəyə səfər zamanı ulu öndər Heydər Əliyevin sayəsində nail oldum”.

Mirqasım kişi ticarətini davam etdirir, qazandığı pullarla uşaqlarına mükəmməl təhsil verir. Dilarə xanım deyir ki, atası Bağır rus və fransız dillərini Tiflisdə öyrənmişdi.

1924-cü ildə Mirqasım kişinin ömür-gün yoldaşı Xədicə vəfat edir və onu Tiflisdəki müsəlman qəbiristanlığında dəfn edirlər. On iki yaşlı Bağır tez-tez qəbiristanlığa gedirdi. Fikirləşirdi ki, bəlkə möcüzə baş verər, anası əbədiyyət yuxusundan ayılar və özünü qəbiristanlıqda tək görüb qorxar. Oğlunun iztirablarını görən Mirqasım kişi ailəsini Tiflisdən uzaq bir məkana köçürməyi qərara alır.

Rəğbəti füyuzatçılara imiş

1925-ci ildə ailə Bakıya köçür. Bu o dövr idi ki, Azərbaycanı müstəqil görmək istəyən Hüseyn Cavid, Əhməd Cavad, bir qədər sonra onlara qoşulan Mikayıl Müşfiq, Almas İldırım Bakıda yazıb-yaradırdılar. Bağır Seyidzadə Tağıyevin fabrikində işə düzəlir və təhsilini fəhlə fakültəsində davam etdirir. Şəhərdəki ictimai-siyasi ab-havanı tezliklə dərk etsə də, nə evdəkilərə, nə də ətrafdakılara kimlərə rəğbət bəslədiyini bildirmir. Lakin illər ötdükdən sonra Moskvada aspiranturada oxuyan sevimli qızı Dilarəyə deyəcəkdi: “Qızım, əgər sən nə vaxtsa Azərbaycan tarixinin ən şərəfli və vacib dövrünə əsər həsr etsən, mütləq o dövrün mətbuatına diqqət yetir, ələlxüsus da “Füyuzat” jurnalına”. Deməli, ürəyindəki rəğbəti füyuzatçılara imiş.

Gənc Bağır 1930-cu ildə fəhlə fakültəsini bitirdikdən sonra bir neçə ay “Kəndli” qəzetinin redaksiyasında korrektor işləyir. 1936-cı ildə isə Azərbaycan Sənaye İnstitutunun məzunu Bağır Seyidzadə “Gənc işçi” qəzetinə redaktor təyin olunur. On il əvvəl bu qəzetdə Mikayıl Müşfiq “Bir gün” adlı ilk şeirini dərc etdirmişdi. Repressiya illərində hər dəfə bu tufanın apardığı adamların adlarını eşidəndə Bağır Seyidzadənin ürəyi qana dönürdü. Çünki onların çoxunu şəxsən tanıyırdı. İkinci Dünya müharibəsinin başlanması Kremli Bakını türkçülük əhval-ruhiyyəsinin daşıyıcısı olan azərbaycanlılardan təmizləmək siyasətini dayandırmağa məcbur etdi. Beləliklə, Bağır Seyidzadənin və onun kimi minlərlə vətənpərvər azərbaycanlının canı repressiyadan qurtardı.

Dilarə xanımın xatirələrindən: “O vaxt belə bir qayda vardı - kim qəzetə rəhbərlik edirdisə, sonra respublika komsomolu Mərkəzi Komitəsinin ideologiya üzrə katibi seçilirdi. Beləliklə, atam respublika komsomolu Mərkəzi Komitəsinin ideologiya üzrə katibi seçildi və 1941-ci ildə Əziz Əliyevin başçılıq etdiyi azərbaycanlılardan ibarət böyük bir qrupla İrana getdi”. Bağır Seyidzadə İrana yola düşən gün - sentyabrın 15-də atası Mirqasım kişi infarktdan keçinir. Övladı Bağırın isə bundan xəbəri olmur. Qeys xanım qayınatası vəfat etdiyi üçün ərini qaytarmaq xahişi ilə MK-ya müraciət etsə də, bir nəticə hasil olmur. MK Mirqasım kişinin dəfnini təşkil etməklə vəzifəsini bitmiş hesab edir. Vaxtilə hər gün anasının qəbrini ziyarət edən Bağır uzun illər atasının məzarına baş çəkə bilmir.

İranda keçən illər

Görkəmli ictimai, siyasi və dövlət xadimi Əziz Əliyev İranda işləmək üçün diplomatlar hazırlanılması məqsədilə kadr seçəndə nəzakətli davranışı, hər kəslə ünsiyyət qurmaq bacarığı ilə başqalarından fərqlənən Bağır Seyidzadənin üzərində dayanır və onu Moskvaya SSRİ Xarici İşlər Nazirliyindəki Ali Diplomatiya Məktəbinin altı aylıq kursuna göndərir. Moskvada fars dilini mükəmməl öyrənən və təhsilini fərqlənmə diplomu ilə bitirən Bağır Seyidzadə 1944-cü ildə SSRİ diplomatı kimi İrana göndərilir. Dilarə xanımın xatirələrindən: “Oraya gedəndə mənim cəmi 5 yaşım vardı, qayıdanda isə 10 yaşında idim. Atam bir müddət Makuda işlədi, sonra onu Təbrizə vitse-konsul göndərdilər, daha sonra baş konsul təyin etdilər. Təbrizdə konsulluq bağlandıqdan sonra atam Bakıya qayıtdı”.

Yazıçı Qılman İlkin Təbriz dövrünü belə xatırlayırdı: “Biz Təbrizdə Mirzə İbrahimovun rəhbərliyi altında ərəb əlifbası ilə “Vətən yolunda” qəzetini nəşr edirdik. Bağır Seyidzadə isə oraya diplomatik işə göndərilmişdi. Biz tez-tez görüşürdük. Ya biz onun yanına gedir, ya da o özü Təbrizdə bizə baş çəkirdi. Öz işindən maraqla danışırdı. Cənubi Azərbaycanda Milli Hökumətin qurulmasında onun böyük xidməti vardı. Hətta Milli Hökumət onu “21 Azər” medalına da layiq görmüşdü”.

1941-1944-cü illər sovet diplomatiyasının İrandakı ən çətin illəri idi. Lakin Bağır Seyidzadə heç vaxt nə ailəsinə, nə qohum-əqrəbasına, nə də dost-tanışlarına İranda baş verənlərdən danışmırdı, İran onun üçün bağlı mövzu olaraq qalırdı. İrandan sonra Moskva Bağır Seyidzadəni təcrübəli bir diplomat kimi Türkiyəyə göndərmək istəyir. Lakin Mircəfər Bağırov mərkəzə müraciət edərək onun Bakıda qalmasına nail olur və 1949-cu ilin fevral ayında Bağır Seyidzadəni kinematoqrafiya naziri təyin edir.

Gözlənilən fırtına və təxirə salınmayan çəkiliş

Bağır Seyidzadə kinematoqrafiyada olan problemlərin aradan qaldırılması üçün çox böyük işlər görür. Yeni nazirin dövründə Bakı Kinostudiyasında neftçilərdən bəhs edən “Bakının işıqları” bədii filmi, habelə müxtəlif mövzularda “Böyük yol”, “Hədiyyə xalçası”, “Quba bağlarında”, “Tərtərçay vadisində”, “Mingəçevir”, “Sovet Naxçıvanı”, “Gədəbəyin sərvəti”, “Abşeronun ocaqları”, “Səhər nəğməsi”, “Sovet Azərbaycanı”, “Azərbaycanın müalicə ocaqları”, “Elmlə dostluq şəraitində”, “Arazın sahillərində”, “Gözlərinizi qoruyun”, “Xəzər neftçiləri haqqında dastan” və digər sənədli və elmi-kütləvi filmlər çəkilir.

“Sovet Azərbaycanı” sənədli filmi 1951-ci ildə Kann Beynəlxalq Kinofestivalında Azərbaycanın kino tarixində ilk dəfə olaraq xüsusi mükafata layiq görülür. “Xəzər neftçiləri haqqında dastan” və “Dənizi fəth edənlər” sənədli-bədii filmlərinə görə yaradıcı qrupun bir neçə üzvü sovet dövründə ən yüksək mükafatı - Lenin mükafatını alır. “Dənizi fəth edənlər” filmi həm də I Moskva kinofestivalında gümüş medalla mükafatlandırılır. Bu filmin çəkilişi ilə bağlı maraqlı bir faktı xatırlamaq yerinə düşər. Yaradıcı qrup Neft Daşlarında çəkilişə hazırlaşarkən neftçilər xəbər verirlər ki, hər an fırtına başlaya bilər. Çəkiliş aparmaq çox təhlükəlidir. Amma nə fırtına, nə də dəniz təlatümü rejissor Roman Karmeni işindən çəkindirə bilməzdi. O, həmkarlarına müraciətlə: “Çəkirik, uşaqlar?” - səsləndiyi an arxadan kimsə ucadan dedi: “Əlbəttə, çəkirik!”. Hamı dönüb arxaya baxanda Bağır Seyidzadəni görür. Bu gözlənilməz hadisədən kino işçiləri əvvəlcə çaşbaş qalır, eyni zamanda, var qüvvə ilə çəkilişə başlayırlar. Hər şey yaradıcı qrupun ürəyincə olur.

Bağır Seyidzadənin kinematoqrafiya naziri kimi əldə etdiyi uğurlar onu Mircəfər Bağırovun gözündə ucaldırdı. Lakin naziri gözdən salmaq istəyənlər də az deyildi. Onlar gecə-gündüz Mərkəzi Komitəyə böhtan dolu məktublar yazırdılar. Mircəfər Bağırov 1951-ci ilin fevralında Bağır Seyidzadəni vəzifəsindən azad etməyə məcbur olur. İşsiz qalan sabiq nazir öz taleyini həll etməli, ailəsini dolandırmalı idi. Axı o, ömür-gün yoldaşı Qeys xanımın, övladları Fuadın, Dilarənin, Xoşqədəmin yeganə ümidi idi. Bağır Seyidzadə Radioinformasiya Komitəsinə gələrək fars redaksiyasına işə götürülməsini xahiş edir. Onu nəinki işə götürür, hətta farsca birbaşa efiri də ona həvalə edirlər. 1953-cü ildə isə Bağır Seyidzadə Radioinformasiya baş idarəsində müavin vəzifəsinə irəli çəkilir. Çox keçmir ki, Mərkəzi Komitə Bağır Seyidzadəyə Poliqrafiya və Nəşriyyat İdarəsini yaratmağı tapşırır. Bu idarə 1958-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinə birləşdiriləndən sonra Bağır Seyidzadə nazir müavini təyin olunur.

Birinci katib Vəli Axundovun etirafı

Nazir müavini işləyərkən tərcümə ilə də məşğul olan Bağır Seyidzadə halal çörəkpulu qazanan bir məmur idi. O, “Görkəmli adamların həyatı” silsiləsindən Natalya Muravyovanın “Viktor Hüqo”, Leopold İnfeldin “Evarist Qalua”, İohan Pestalotsinin “Seçilmiş pedaqoji əsərləri” kitablarını tərcümə etmişdi. Bağır Seyidzadənin uğurlarına paxıllıq edənlər yenə də sakit dayanmır, Mərkəzi Komitəyə anonim məktublar yazırdılar. Xalq Yazıçısı Qılman İlkinin xatirələrindən: “Hamı bilirdi ki, onun bir dəqiqə də olsun boş vaxtı yox idi, yarımçıq işlərini bitirmək üçün işdən sonra da idarədə qalırdı. Gecələr isə yuxunu israfçılıq sayaraq bədii tərcümə ilə məşğul olur, ailəsinin heç bir şeydə korluq çəkməsinə imkan vermirdi. Bu da həmkarlarında paxıllıq hissi doğururdu, onlar nəyin bahasına olursa-olsun ona zərbə vurmağa çalışırdılar. Nail oldular da. Onu işdən azad etdilər. İşdən azad edilməsi haqqında əmr çox gülünc səslənirdi...”

Azərinformun (indiki AZƏRTAC) baş redaktoru Azər Ələsgərov bu barədə yazırdı: “Bağır Seyidzadə nazir müavini işləyə-işləyə iki-üç kitab tərcümə edib onları nəşr etdirmişdi. Bu səbəbdən də belə bir məsələ qaldırılmışdı ki, o, tərcümə edərək filan qədər qonorar almışdır”. Sonralar Mərkəzi Komitənin birinci katibi Vəli Axundov etiraf etmişdi ki, Bağır Seyidzadəni işdən əbəs yerə çıxarıb. Bu, tarixdə görünməmiş bir əmr idi. Amma Bağır Seyidzadə bu haqsızlığı da özünə xas dəyanətlə qarşılayır.

Dilarə xanımın xatirələrindən: “O, nazir müavini vəzifəsindən azad ediləndə, - bunu heç vaxt unutmayacağam, - yaman fikir çəkirdi. Firavan həyatımızı təmin edən yeganə mənbə onun tərcümələri idi. Onu isə “xidməti vəzifəsindən istifadə edərək tərcümələrlə məşğul olduğu” üçün işdən çıxarmışdılar... Atam hətta bütün bunların ədalətsiz olduğu barədə fikrimə tərəfdar çıxmadı”.

Çoxşaxəli fəaliyyətinə baxmayaraq, qəlbən jurnalist idi

Bağır Seyidzadə hansı vəzifədə çalışırsa-çalışsın, yazıb-yaratmağa meyilli olub. Azərbaycan Sənaye İnstitutunun məzunu olsa da, jurnalistikanı həmişə həyatının əsas işi saymışdı. Dilarə xanımın xatirələrindən aydın olur ki, Bağır Seyidzadə hələ məktəbdə oxuyarkən, eləcə də tələbə olarkən divar qəzeti çıxarırdı. Bəlkə də gənc Bağırın ürəyindən hələ o vaxt jurnalist olmaq keçirdi.

Vaxtilə “İzvestiya” qəzetinin Azərbaycan üzrə müxbiri kimi Azərinforma tez-tez gələn jurnalist Elmira Əliyeva sonralar “Yaxşı ad qoyub gedənlər unudulmur” məqaləsində yazır: “Deyilənə görə, jurnalistlik onda Allah vergisi idi. Hərçənd ki, uzun illər yüksək və məsul vəzifələrdə çalışmışdı - kinematoqrafiya naziri, Təbrizdə sovet diplomatik nümayəndəliyinin rəhbəri. Təbrizə SSRİ Xarici İşlər Nazirliyi tərəfindən ezam olunmuş, burada tanınmış dövlət xadimi Əziz Əliyevlə birlikdə o zaman İranda baş verən proseslərdə bilavasitə iştirak etmişdi. Jurnalist İbrahim Novruzov kitabında yazır ki, Azərbaycanın o vaxtkı rəhbəri Bağırov hətta soruşmuşdu: Bu Seyidzadə yazıçıdır?”

Dilarə Seyidzadə deyir: “Atamın bütün məktubları, hesabatları təsdiq edir ki, o, əla jurnalist olub. Həyatda qarşılaşdığı bütün çətinlikləri dəf etməkdə atama daim yazması, redaktə və tərcümə işi ilə məşğul olması kömək edirdi. Atam azad ruhlu insan idi. Çoxşaxəli fəaliyyətinə baxmayaraq, qəlbən jurnalist olaraq qalmışdı”.

Onun leksikonunda “bilmirəm, bacarmaram” sözləri yox idi

Bağır Seyidzadə həm də gözəl natiq idi. Elmira Əliyevanın məqaləsində oxuyuruq: “Bir dəfə, 1939-cu ildə, respublika rəhbərliyi tərəfindən ona tapşırılır ki, filarmoniyada keçirilən iclasda XVIII partiya qurultayına ictimaiyyətin təbrik məktubunu oxusun. Qarşısındakı mətnə baxmadan təbriki oxuyan Seyidzadə hamını təəccübləndirmiş, elə o vaxt da diqqəti cəlb etmişdi…”

Dilarə xanım atasının müharibə illərində Səməd Vurğunun rəhbərlik etdiyi bir qrup Azərbaycan ziyalısı ilə birlikdə Novorossiysk cəbhəsində 416-cı, 77-ci və 223-cü diviziyalarda olduğunu xatırladaraq deyir ki, onlar özləri ilə incəsənət xadimlərini, müğənniləri aparır, konsertlər təşkil edir, mühazirələr oxuyurdular. Bağır Seyidzadə Səməd Vurğunla birlikdə Tiflisdə vətənpərvərlik mitinqində iştirak etmişdi. Onlar natiqlik məharəti və inamları ilə insanları coşdurur, öz ardınca aparırdılar.

Azərbaycan tərcümə məktəbinin baniləri arasında Bağır Seyidzadənin adı xüsusi ehtiramla çəkilir, çünki onun bu sahədə xidmətləri çox böyükdür. Azərinformun baş direktoru Yefim Qurviç ona tərcüməçi deyil, “pulemyotçu” deyərdi. Çünki Bağır Seyidzadə tərcümə zamanı mətni birbaşa, çox sürətlə və yüksək keyfiyyətlə makinaçıya diktə edirdi.

Bağır Seyidzadənin ümdə arzusu vardı: ictimai-siyasi ədəbiyyatın tərcüməsində doğma Azərbaycan dilindəki sözlərdən geniş istifadə olunsun, səriştəli mütəxəssislər mürəkkəb siyasi terminlərin qarşılığını tapmaqla tərcümə problemlərini həll etsinlər. Əməkdar Mədəniyyət İşçisi Ənvər Quliyevin dediyi kimi, onun leksikonunda “bilmirəm, bacarmaram” sözləri yox idi. O, canlı ensiklopediya idi.

Azərinform üçün əsl tapıntı

Bağır Seyidzadə 1963-cü ildə Azərinforma (indiki AZƏRTAC) baş direktorun müavini vəzifəsinə təyin edilir. Qızı Dilarə Seyidzadə bu hadisəni belə xatırlayır: “Bu, sadəcə xoşbəxt bir təsadüf idi. O vaxtlar qardaşım Fuad gənc memarların müsabiqəsinə təqdim edəcəyi işin tərtibatı ilə məşğul idi. Böyük bir planşetin fotoşəklini çəkməliydi, ona görə də böyük ölçüdə fotokağız axtarırdı. Atam dedi ki, Qurviçin yanına get. Ən yaxşı kağız AzərTA-dadır. Amma kimin oğlu olduğunu demə. Qurviç çox yaxşı insandır, o, sənə kömək edər. Qurviç isə Fuadın soyadını eşidən kimi onun Bağır Seyidzadənin oğlu olduğunu soruşmuşdu. Yəni, atam jurnalistikada tanınmış sima idi. Sonra Qurviç MK-ya təqdimat yazır və atam onun müavini olur”.

Dilarə xanım xatırlayır ki, atası AzərTA-dakı işindən, sözün əsl mənasında, zövq alırdı: “Səhər saat 4-5-də evə qayıdanda daxilən işıq saçırdı. Gecələr mənasız hesab etdiyim məsələlərə görə durmadan ona zəng edən, daim nə isə soruşan cavanlar çox xoşuna gəlirdi. Mən hiddətlənirdim, o isə deyirdi ki, bunlar çox məsuliyyətli məsələlərdir. Bütün jurnalistlər - İsrafil Nəzərov, Xasay Vəzirov, Nəsir İmanquliyev “Gənc işçi” qəzetində işləmiş, ilk addımlarını bu qəzetdə atmışdılar. Cəmil Əlibəyov elə hey deyirdi ki, Bağır Seyidzadə mənim müəllimimdir. Atam Vətənini, məşğul olduğu işi, doğma jurnalistikanı çox sevirdi”.

Bağır Seyidzadə Azərinform üçün əsl tapıntı idi. Direktor müavini olması ilə yanaşı, həmçinin tərcümə şöbəsi müdirinin işini görür, bir çox hallarda qəzetin nömrəsinə gedən materialları özü tərcümə və redaktə edirdi. O, həm özünə, həm də əməkdaşlara qarşı çox tələbkar idi. Bağır Seyidzadə Azərinformda ömrünün son gününə qədər - 1968-ci il martın 24-dək işlədi.

Bağır Seyidzadənin təltifləri sırasında “Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə yanaşı, “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı” ordenləri də var.

Müdriklər həm də xeyirxah olur

Bağır Seyidzadə uşaqların tərbiyəsinə böyük əhəmiyyət verirdi. O, Pestalotsiyə istinadən deyirdi ki, uşaqlarda təbiətin verdiyi, anadangəlmə keyfiyyətləri inkişaf etdirmək, zor işlətməmək, öyüd-nəsihətsiz, hay-küysüz keçinmək lazımdır. Seyidzadələr ailəsində məhz belə idi. Başqa cür ola da bilməzdi, çünki ailə başçısının özü müdrik insan idi. Müdriklər isə həm də xeyirxah olur…

Bağır Seyidzadə ilə birlikdə işləyən insanlar bir qayda olaraq onun dostlarına, məsləkdaşlarına çevrilirdilər. Hələ “Gənc işçi” qəzetində redaktor olduğu dövr, yəni müharibəqabağı illər çətin, mürəkkəb, insan mənəviyyatını imtahana çəkən zəmanə idi. O dövrdə dostluq, yoldaşlıq xüsusi cəsarət tələb edirdi. Bağır Seyidzadə insan ləyaqətini sınağa çəkən bu imtahandan üzüağ çıxdı. Jurnalistikamızın korifeylərindən olmuş Qulam Məmmədlinin xatirələrində yazdığına görə, əgər Bağır Seyidzadə olmasaydı, onun işləri müşkülə düşə bilərdi. Sən demə, onun məqalələrindən birində hansısa məqam respublika rəhbərliyinin xoşuna gəlməyib və yazılarına sərt qadağa qoyulub. O vaxt Bağır Seyidzadə ona demişdi: “Ürəyinə salma. Gəl belə edək, sən yaz, mən də onları öz adımla çap etdirib qonorarını sənə verərəm”. Əlbəttə, bu cür hərəkət etmək hər adamın işi deyildi.

Şərəfli ömür sürən Bağır Seyidzadə bu gün də səmimiyyətlə anılır, onunla bağlı xatirələr nəsildən-nəslə ötürülür. Şair İlyas Tapdıq “Məmməd Arazın məktubları”nda yazırdı: “Mən onda Məmmədə məktub yazıb bildirdim ki, məni işdən çıxarıblar. Kitabımla bağlı bütün şəhəri bürüyən söz-söhbətlə şəxsən maraqlanan MK-nın o vaxtkı katibi Nazim Hacıyev 1960-cı ilin payızında məni yanına çağırdı. Yığıncaqda mədəniyyət nazirini möhkəm danladı. Çox hörmətli və xeyirxah bir insanın - Baş Nəşriyyat İdarəsinin rəhbəri Bağır Seyidzadənin himayəsi sayəsində üç aydan sonra məni vəzifəmə bərpa etdi”.

Dilarə Seyidzadənin xatirələrindən: “Atam təbiətən sadə, heç vaxt özü haqqında danışmayan, özünü tərifləməyən, əldə etdiyi nailiyyətləri ilə öyünməyən bir insan, çox mehriban ailə başçısı idi”.

Cəmi 56 il həyat sürmüş Bağır Seyidzadənin jurnalist, diplomat, nazir, tərcüməçi ömrü, sözün həqiqi mənasında, yaşadığı dövrün mühitinə sığmayan dəyərli işləri özündə ehtiva edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir

ABŞ “Alibaba”, BYD, “Nio” və digər Çin texnologiya şirkətlərini qara siyahıya salıb

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb

Təranə Yusifova: Səməd Vurğunun poeziyası Azərbaycan musiqisində daim yaşayır

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir

Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq

Almaniya və Fransa gələcəyin döyüş təyyarəsi layihəsi üzrə işləri dayandırmaq qərarına gəliblər

Ayxan Abbasov: Bizə qələbə lazımdır

Sərbəst güləş üzrə aşağı yaş qruplarından ibarət milli komandaların tərkibi yenidən formalaşdırılıb

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Mançester Universiteti: Maqmanın ifrat qızması vulkan püskürmələrini daha qəfil və dağıdıcı edir

İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi

“Şamaxı”nın yay hazırlıq planı məlum olub

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniya əmək bazarında tarixi geriləmə - daimi işçi qəbulu kəskin azalıb

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Qahirədə Qəzza üzrə danışıqlarda iştirak edib

Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir

“Qarabağ” Maksim Medvedev və daha iki mütəxəssislə müqaviləni yeniləyib – EKSKLÜZİV

Deputat: Uşaqların internetdə müdafiəsi ilə bağlı dəyişikliklər cəmiyyətin sifarişidir

Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub

“Bir pəncərə” informasiya sistemi Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda təqdim olunub

Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib

Pakistan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunub

Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ

ADAU-da aparılmış səmərəlilik auditi çərçivəsində əldə olunan nəticələr diqqətə çatdırılıb

Serbiyanın idman naziri Azərbaycana gəlib

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik

® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib

Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub

Maşınqayırma, mexaniki və hidravlik sistemlər sahələrini əhatə edən yeni dövlət standartı qəbul ediləcək

Gürcü politoloq: Orta Dəhliz və enerji əməkdaşlığı regionun gələcəyini müəyyən edən əsas amillərdir

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB VİDEO

“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib

Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq

Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək

® “AccessBank” taksi xidməti tenderi elan edir

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub

Mustafa Söğüt: Azərbaycanın enerji diplomatiyası ölkəni regionun strateji əməkdaşlıq mərkəzlərindən birinə çevirib

Uşaqların sosial şəbəkələrdə qeydiyyatına yaş məhdudiyyətinin tətbiqi rəqəmsal təhlükəsizliyi gücləndirəcək - ŞƏRH

Qızıl investisiya cəlbediciliyini qismən itirir

“Yüksəliş”in qalibləri “Ədibin Evi”ndə qədim irsimiz və idarəçilik ənənələrini öyrəniblər

Maka Boçorişvili: Gürcüstan, Türkiyə və Azərbaycan birgə əməkdaşlığa nümunədir

İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb

Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

Nazir: Azərbaycan-Türkiyə-Gürcüstan layihələrinin fəaliyyətində bir gün belə fasilə yaranmayıb

Rəqəmsal platformalar uşaqların təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır ŞƏRH

Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları

İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər

Qazaxıstan və “Shell” yeraltı sərvətlərin kəşfiyyatı üçün rəqəmsal layihəyə başlayır

“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq

Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub

Elektrik skuterlərdə uşaqların xəsarət alması hallarının artması İsveç həkimlərində narahatlıq doğurur

DİM-də hazırlıq kursları təşkil olunub

“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb

Azərbaycan üçün süni intellekt sahəsində ən böyük fürsət biznes proseslərinin optimallaşdırılmasıdır - ŞƏRH

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub

R.M.Fətəliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır

“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb

Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir

Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir

® “GRAND CEO Breakfast” - dövlət və özəl sektorun yeni əməkdaşlıq platforması

İsveçrəlilər əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasına səs verəcəklərmi?

Milli Məclisin sədri Vyetnamı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində fəal iştiraka dəvət edib

Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb

Coğrafiyaşünas-alim: Yağıntıların artması nəticəsində sürüşmə zonaları genişlənib

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir ŞƏRH

Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da

® “Vistar” Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başlayıb

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır

Maka Boçorişvili: Azərbaycanla Ermənistan arasındakı müsbət dinamika regionda sülhə xidmət edəcək

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edəcək – XƏBƏRDARLIQ

Mayda elektrik enerjisi istehsalının 33 faizi bərpaolunan mənbələrin payına düşüb

ADY: Ötən ay 1,6 milyon tondan çox yük daşınıb

Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb

Hakan Fidan: Türkiyə-Ermənistan normallaşma prosesi Azərbaycanla sıx koordinasiya şəraitində davam edir

Qlobal mənzil böhranı artıq gələcəyin deyil, bu günün problemidir - ŞƏRH

Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir

AMEA-da akademik Vəli Axundovun 110 illik yubileyi qeyd olunub

Böyük Britaniyanın Baş naziri 16 yaşdan kiçik uşaqlar üçün “zərərli” sosial medianı qadağan edəcək

Azərbaycanda bu günə qədər 888 uşaq övladlığa verilib

Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib

BMU-da Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbər heyəti ilə görüş olub

Vyetnamın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlib

® FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edilib – “Birbank” və “Visa”nın kampaniyası yekunlaşıb