Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO
Kiyev, 24 sentyabr, AZƏRTAC
Rusiya ordusunun sentyabrın 24-nə keçən gecədən Ukraynanın paytaxtı Kiyev şəhərinə endirdiyi hava zərbələri nəticəsində 2 nəfər həlak olub, azı 8 nəfər xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Fövqalədə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Kiyevin Solomenski rayonunda anbar binaları qismən dağılıb. Üç zərərçəkən xəstəxanaya yerləşdirilib. Doğum evinin yaxınlığındakı hücum nəticəsində dayanacaqda dörd avtomobil yanıb, yanğın söndürülüb. Rayondakı başqa bir ünvanda birmərtəbəli qeyri-yaşayış binası yanıb.
Dneprovski rayonunda üçmərtəbəli inzibati binaya ziyan dəyib. Başqa bir ünvanda fərdi ev dağılıb. Daha iki qonşu evə ziyan dəyib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev