“Aztelekom” səsli mesaj xidmətinin tətbiqinə başlayıb

18.05.2015 [17:33]
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” İstehsalat Birliyi (İB) analoqu olmayan yeni bir xidmət – “171” səsli mesaj xidmətinin tətbiqinə başlayıb. Yeniliyin tətbiqi ilə ev telefonlarından mobil telefonlara və əksinə olaraq mobil operatorlardan da ev telefonlarına mesaj göndərmək mümkündür. ...

“Dilmanc” layihəsi elmi tədqiqatçılar və proqramçılar axtarır

17.05.2015 [22:31]
“Dilmanc” layihəsi riyaziyyat sahəsində elmi tədqiqatçıları və proqramçıları işə dəvət edir. Layihə qrupundan AZƏRTAC-a verilən məlumata görə, mütəxəssislər intellektual axtarış alqoritmləri, şifahi sorğuların avtomatik cavablandırılması və qurğuların səslə ...

Azərbaycan və Türkiyə arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq əlaqələri genişlənir

16.05.2015 [15:57]
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunda (İTİDF) Türkiyənin Kiçik və Orta Müəssisələri İnkişaf etdirmə və Dəstəkləmə İdarəsinin (KOSGEB) nümayəndə heyəti ilə görüş olub ...

Azərbaycanda rabitə xidmətlərinin həcmi artıb

16.05.2015 [15:02]
Bu ilin yanvar-aprel aylarında ölkədə informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin həcmində artım qeydə alınıb. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, informasiya və rabitə müəssisələrinin əhaliyə, idarə və təşkilatlara göstərdikləri ...

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı-2015” I Avropa Oyunlarına hazırlıq işlərini tamamlayıb

14.05.2015 [18:10]
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “Bakı-2015” I Avropa Oyunlarına hazırlıq işləri tamamlanıb. Birinci Avropa Oyunları keçirilən yerlərdə internet yüksək səviyyədə təmin ediləcək. Rabitə, o cümlədən mobil rabitənin yüksək səviyyədə təşkil olunması üçün zəruri işlər görülüb ...

Dünya azərbaycanlıları milli telekanallarımızı öz televizorlarında izləyə biləcək

14.05.2015 [15:25]
Milli televiziya internet-platforması olan “Myvideo.az” internet vasitəsi ilə milli telekanalları izləmək üçün xüsusi “Myvideo Smart Box” cihazını təqdim edəcək. AZƏRTAC xəbər verir ki, bu haqda “Myvideo.az”-ın rəhbəri Əli Əliyev ...

"B.EST Solutions" şirkətinin nümayəndələri "Estonian ICT Week 2015"-də iştirak edir

13.05.2015 [20:02]
Bu həftə Estoniyanın paytaxtı Tallinn şəhərində ilin ən böyük informasiya-kommunikasiya (İKT) tədbiri olan ənənəvi “Estonian ICT Week 2015” keçirilir. Tədbir çərçivəsində İKT sahəsində çalışan dünyanın müxtəlif yerlərindən olan ekspertlər, dövlət və özəl sektor nümayəndələri fikir mübadiləsi və yeni əlaqələrin ...

Azərbaycanla İran arasında radio-televiziya yayımı sahəsində əməkdaşlıq genişlənir

13.05.2015 [19:31]
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) İran İslam Respublikasının Radio və Televiziya Təşkilatının xarici yayım üzrə sədr müavini Məhəmməd Əxgərinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. AZƏRTAC xəbər verir ki, ölkələrimiz arasında bütün sahələrdə ...

İranda Azərbaycan dilində 24 saat ərzində yayımlanacaq yeni telekanal fəaliyyətə başlayacaq

13.05.2015 [19:23]
Bu il mayın 24-də İran İslam Respublikasında Azərbaycan dilində 24 saat ərzində yayımlanması nəzərdə tutulan yeni telekanal fəaliyyətə başlayacaq. Bu kanalda həm mədəni, həm də ictimai-siyasi proqramlar yayımlanacaq. AZƏRTAC xəbər verir ki, bu fikri ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Radio ...

Cenevrədə Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının illik sessiyası keçirilir

13.05.2015 [18:15]
Cenevrədə (İsveçrə) Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) Şurasının - təşkilatın rəhbər orqanının illik sessiyası öz işinə başlayıb. AZƏRTAC ITU-nun rəsmi saytına istinadla xəbər verir ki, mayın 22-dək davam edəcək sessiyanın gündəliyinə bir sıra məsələlərin, o cümlədən ittifaqın ...

Azərbaycan Tallinndə keçirilən “elektron-idarəçilik” üzrə beynəlxalq konfransda təmsil olunub

13.05.2015 [16:40]
Mayın 13-də Estoniyanin paytaxtı Tallinn şəhərində keçirilən “e-idarəçilik” üzrə beynəlxalq konfrans başa çatıb. Konfransda Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib ...

“Ailə NET” internetin sürətini artırır

13.05.2015 [13:37]
“Ailə NET” internet provayder mayın 15-dən yay kampaniyasına başlayır. Şirkətdən AZƏRTAC-a bildirilib ki, kampaniyanın şərtlərinə əsasən “Ailə NET”-in abunəçiləri 5 mbit/s əvəzinə 8 mbit/s-dən 12 mbit/s-dək yüksək sürətli fiber-optik internet xidmətindən istifadə edəcəklər. ...

“Transxəzər” qaz boru kəməri layihəsinin reallaşacağı tarix hələlik məlum deyil

13.05.2015 [13:13]
Türkmənistan qazını Azərbaycandan keçməklə Avropa bazarına çatdırılmasını nəzərdə tutan “Transxəzər” qaz boru kəməri layihəsinin reallaşacağı tarix hələlik məlum deyil. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın energetika naziri Natiq Əliyev jurnalistlərə ...

“Cisco”nun Bakı forumu keçiriləcək

13.05.2015 [13:10]
Mayın 26-da Bakıda “Cisco” şirkətinin "Verilənlərin Emalı Mərkəzi (VEM) və təhlükəsizlik: dəyişikliklər astanasında" mövzusunda forumu keçiriləcək. Şirkətdən AZƏRTAC-a bildirilib ki, forum iştirakçıları informasiya ...

Məlumat Hesablama Mərkəzinin arxivi rəqəmsallaşdırılır

13.05.2015 [05:02]
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində (MHM) mövcud kağız arxivinin elektron varianta keçirilməsinə - rəqəmsallaşdırılmasına başlanılıb. Mərkəzdən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə MHM-in mütəxəssisləri tərəfindən kağız ...

“Microsoft Azerbaijan” yeni layihəyə başlayır

12.05.2015 [16:54]
“Microsoft Azerbaijan” şirkəti mayın 15-də Yüksək Texnologiyalar Parkında “Peşəkar inkişaf və sertifikatlaşma” layihəsinin təqdimatını edəcək. Şirkətdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində kompyuter elmləri və mühəndisliyi fakültələrinin tələbələri üçün sertifikatlaşma ...

Məlumat Hesablama Mərkəzinin bəzi xidmətləri “Microsoft Azure” texnologiyasına keçəcək

12.05.2015 [13:45]
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) göstərdiyi bəzi xidmətlərin “Microsoft” şirkətinin “Bulud” texnologiyalarına (Microsoft Azure) keçməsi qərara alınıb. Bu barədə MHM-in nümayəndələrinin “Microsoft”-un mütəxəssisləri ...

“Poçt göndərişlərinin izlənilməsi” xidməti “Elektron hökumət” portalına inteqrasiya olunub

11.05.2015 [09:20]
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Poçt göndərişlərinin izlənilməsi” xidməti “Elektron hökumət” portalına inteqrasiya olunub. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu xidmət vasitəsilə “Azərpoçt” MMC-nin şəbəkəsində ...

Azərbaycanın Regional Rabitə Birliyinin mükafatına layiq görülməsi haqda qərar qəbul olunub

08.05.2015 [20:09]
Mayın 8-də Moskvada Regional Rabitə Birliyinin (RRB) Rabitə Administrasiyası Başçıları Şurasının 50-ci iclası öz işinə başlayıb. Tədbirdə Azərbaycan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iclasda ölkəmizin ...