Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş nazirin müavini Əli Həsənov Cocuq Mərcanlıda aparılan tikinti işləri ilə tanış olub VİDEO

Cəbrayıl, 3 aprel, Ceyhun Rüstəmov, AZƏRTAC

Aprelin 3-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində məcburi köçkünlər üçün salınan qəsəbədə tikinti işlərinin gedişi ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, ötən ilin aprelində Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində Lələtəpənin düşməndən azad edilməsi Cəbrayıl rayonunun işğalda olmayan yeganə kəndi - Cocuq Mərcanlı üçün təhlükəni aradan qaldırdı. Xatırladaq ki, Cocuq Mərcanlı ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 1994-cü ildə apardığı hərbi əməliyyatlar zamanı azad edilən 22 yaşayış məntəqəsindən biridir. Lələtəpə yüksəkliyi düşmənin əlində olduğu üçün cocuq mərcanlıların öz evlərinə qayıtması qeyri-mümkün idi. Ordumuzun aprel qələbəsi onların böyük sevincinə səbəb oldu. Çünki bununla kənddə həyatın normal axara qayıtması və məcburi köçkünlərin öz ata-baba yurdlarına dönməsi üçün əlverişli şərait yarandı.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Cocuq Mərcanlı kəndinin bərpasına başlanıldı. Birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Prezidentin Ehtiyat Fondundan ilkin olaraq 4 milyon manat, digər bir sərəncamla isə Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi üçün 4,3 milyon manat vəsait ayrıldı.

Dövlətimizin başçısının müvafiq sərəncamlarından sonra Cocuq Mərcanlı kəndində 200 evdən ibarət yeni qəsəbənin master-planı hazırlanıb. Qəsəbədə təhsil, səhiyyə, mədəniyyət ocaqları da inşa olunacaq. Kənddə qurulacaq kommunal xidmətlər, qaz, elektrik enerjisi, su xətti ilə bağlı texniki şərtlər də alınıb. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi tərəfindən minatəmizləmə əməliyyatı başlanılıb. İlk olaraq 50 yaşayış evi və məktəb binasının ərazisi tam təmizlənib.

Buraya çəkilən və ümumi uzunluğu 9 kilometr olan avtomobil yolunun eni 12 metr təşkil edir. Yolun 4 kilometri əsaslı şəkildə yenidən qurulur, 5 kilometrdə isə bərpa işləri aparılır. Layihəyə uyğun olaraq yolboyu aparılan torpaq işləri, yol yatağının tikintisi yekunlaşıb. Hazırda yol əsasının inşası və buna paralel olaraq asfalt-beton örtüyünün ilk qatının döşənməsi işləri aparılır. Artıq yolun 3 kilometrə yaxın hissəsinə asfalt-beton örtüyünün ilk qatının döşənməsi başa çatıb. Yol iki hərəkət zolağından ibarət olacaq. Tikinti işləri başa çatdıqdan sonra yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin piyada zolaqlarının, yolcizgi və yolgöstərici xətlərin çəkilişi aparılacaq. Yeni salınan avtomobil yolu Cocuq Mərcanlı kəndi də daxil olmaqla 7 yaşayış məntəqəsinin - Qazaxlar, Horadiz, Arayatlı, Əhmədbəyli, Qəhrəmanlı və İmamverdili kəndinin sakinlərinin gediş-gəlişi xeyli rahatlaşdıracaq.

Cocuq Mərcanlı kəndində inşaat sahəsi ilə tanışlıq zamanı bildirildi ki, hazırda kənddə 50 ev və məktəb binasının tikintisi sürətlə davam edir. İnşaat işlərinə 30-a yaxın texnika, 145-dən çox işçi cəlb edilib. Artıq 14 evin dəmir-beton tavanı qoyulub. Digər evlərdə hörgü, 96 şagirdlik məktəb binasının zirzəmisində suvaq işləri, su xətlərinin çəkilişi aparılır. Həftənin sonunadək 40 evin hörgüsü tam başa çatacaq.

Kəndə qədər qaz və elektrik xətlərinin çəkilişi də artıq başa çatıb. Bu günlərdə daxili qaz xətlərinin çəkilişlərinə başlanacaq. Evlərin damları vurulduqdan sonra daxili elektrik xətləri çəkiləcək, sayğaclar qoyulacaq.

May ayının sonuna qədər 50 evin, məktəb binasının tikintisi, qaz və elektrik xətlərinin tam çəkilişi yekunlaşacaq. Birinci mərhələdə tikilən 50 evdən 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır.

Diqqətə çatdırıldı ki, ərazidə bərpa prosesinin ikinci mərhələsində isə daha 100 yaşayış evi, mədəni-maarif obyektləri, uşaq bağçası, tibb məntəqəsi və digər sosial obyektlərin tikintisi aparılacaq. Kənddə əlavə olaraq daha bir məktəb binasının da inşası nəzərdə tutulub.

Dövlətimizin başçısının tapşırığına əsasən, kənddə Şuşa məscidinin bənzəri də tikilməkdədir. Bu məqsədlə 50 sot sahə ayrılıb. Baş nazirin müavini Əli Həsənov məscid binasının tikintisi ilə tanış olarkən bildirildi ki, inşaat işlərinə martın 22-dən start verilib. 22 nəfər işçi qüvvəsinin çalışdığı məscidin minarələrinin hündürlüyü 27 metrə çatacaq. Burada mərasim zalı da tikiləcək, dini ibadət üçün bütün şərait yaradılacaq. Məscidin 5 ay müddətində tikilib təhvil verilməsi nəzərdə tutulur. Ancaq inşaatçılar işləri bir qədər də tez tamamlamaq fikrindədirlər.

Cocuq Mərcanlıda aparılan tikinti işləri bir daha təsdiqləyir ki, yaxın zamanlarda kənd sakinləri rahatlıqla öz evlərinə köçə biləcəklər. İlkin mərhələdə Cocuq Mərcanlıda 50 ev tikilsə də, Prezidentin Sərəncam imzalamasından cəmi bir neçə gün sonra 200-ə yaxın ailə doğma kəndə qayıtmaq üçün müraciət edib. Təbii ki, ilkin mərhələdə heç də hamı kəndə köçə bilməyəcək. Əsasən gənc və çoxuşaqlı, təsərrüfatla məşğul olan ailələrə üstünlük veriləcək. Növbəti mərhələdə digər ailələrə də kənddə ev tikiləcək. Bunun üçün yerlər müəyyənləşdirilib və layihələndirmə işləri aparılıb.

Tikinti-bərpa işləri ilə tanışlıq zamanı yerli media nümayəndələrinə müsahibə verən Əli Həsənov dedi: “Aprel döyüşlərindən bir il keçir. Düzdür, bu kənd ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə düşməndən azad olunsa da, burada yaşamaq təhlükəli idi. Çünki Lələtəpə yüksəkliyinin düşmənin əlində olması bu ərazilərdə təhlükəli vəziyyət yaradırdı. Ancaq Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun aprel döyüşlərində qazandığı möhtəşəm qələbə sayəsində həmin yüksəklik də işğaldan azad olundu və burada yaşamaq imkanı yarandı. İndi Prezidentin tapşırığı və nəzarəti altında kənd bərpa olunur”.

Cocuq Mərcanlı kəndinin bərpasını Böyük Qayıdışın müjdəçisi adlandıran Əli Həsənov qeyd etdi ki, burada aparılan tikinti işləri birbaşa Prezident İlham Əliyevin nəzarətindədir. Kəndin bərpası məcburi köçkünlərdə də böyük ruh yüksəkliyi yaradıb. Bu gün artıq bütün dünya Cocuq Mərcanlı adı, onun yenidən bərpa edilməsi, buranın Azərbaycan torpağı olması barədə məlumatlıdır. Dövlətimizin başçısının ideoloji siyasətinin nəticəsidir ki, azad olunmuş kəndin bərpası dünyaya səs salıb.

“Dünən telekanallar vasitəsilə yəqin ki, Ermənistanı da gördünüz. Əgər bir ölkə ki, prezidentinin parlament seçkisində səs verməsini təşkil edə bilmirsə, həmin prezident 8 dəfə barmağını cihaza tuşlasa da şəxsiyyəti təsdiqlənmirsə, bu ölkədən nə danışmaq olar? Bəlkə də Sarkisyan ölkədən qaçmaq üçün saxladığı pasportu verdiyindən kompüter bunu təsdiqləmirdi. İki pasport çıxardı, amma məndə olan məlumata görə, hələ bir neçəsi də cibində idi. Görürsünüz, necə biabırçı vəziyyətdir, orada yaşayan xalq da artıq o prezidentdən, o rejimdən bezib. Azərbaycan Prezidenti də dəfələrlə erməni xalqına müraciət edib ki, o rejimdən yaxa qurtarsın. Əgər normal həyat tərzi keçirmək, normal qonşuluq münasibətləri saxlamaq istəyirsinizsə, bu ədalətsiz problemə son qoyun. Onsuz da mövcud rejim bu problemi həll edən deyil”, - deyə Baş nazirin müavini bildirdi.

Əli Həsənov dedi ki, Xocalı soyqırımını törədən, kəndlərimizi yer üzündən silən, rayonlarımızı darmadağın edən və hələ də işğal altında saxlayan Sarkisyan-Koçaryan rejimi keçmişə baxsınlar - Rumıniyada Çauşeskunun, İraqda Səddam Hüseynin, Liviyada Qəddafinin və ailə üzvlərinin aqibətini yada salsınlar. Onları da bu cür aqibət gözləyir. Ermənistanda bəzi siyasi dairələr, Levon Ter-Petrosyan, keçmiş müdafiə naziri Seyran Ohanyan bəyanatlar verirlər. Levon Ter-Petrosyan deyir ki, ərazilər qaytarılmalıdır. O, bəyanatında Dağlıq Qarabağın ətraf əraziləri ifadəsini işlədir. Yəni, Dağlıq Qarabağı istisna edir. Həmin ərazilər elə onun prezidentliyi dövründə işğal olunub. Yaxud keçmiş müdafiə naziri elə ağıllı idisə, nə üçün müdafiə naziri olanda belə təklif vermirdi. Bütün bunlar parlament seçkilərinə hesablanmış təbliğat idi. Bu, heç də bizi arxayın sala bilməz. Biz yalnız öz gücümüzə, öz ordumuza və öz Prezidentimizə arxalanmalıyıq.

“Prezident İlham Əliyev bu günlərdə aprel döyüşlərinin iştirakçısı olan hərbçilərimizlə görüşdə də bildirdi ki, hünərləri var tərpənsinlər. Tərpənən kimi, Azərbaycan Ordusu layiqli cavablarını verəcək. Qazdıqları səngərləri də onların məzarı olacaq. Artıq erməni anaları da ayağa qalxıb ki, nəyə görə övladlarımız başqasının torpağında ölməlidir? Yəni, sadə erməni xalqı da bunu başa düşür. Biz isə öz işimizlə məşğuluq. İnşallah, bu gün Cocuq Mərcanlıda gördüyünüz bərpa işləri Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə işğaldan azad olunacaq digər rayon və kəndlərimizdə də aparılacaq”, - deyə Baş nazirin müavini qeyd etdi.

Əli Həsənov Cocuq Mərcanlıda salınan yeni qəsəbədə tikinti prosesinin sürətlə getdiyini və açılış mərasiminin Milli Qurtuluş Günü ərəfəsinə planlaşdırıldığını diqqətə çatdırdı.

Baş nazirin müavini qəsəbənin tikintisində çalışan şirkətlərin rəhbərləri ilə birlikdə inşaat sahəsinə baxış keçirdi, işlərin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verdi.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri inşaat işlərinin gedişi ilə tanış olduqdan sonra tikinti şirkətlərinin rəhbərlərinin təkliflərini dinlədi. Tikinti şirkətlərinin nümayəndələri inşaat işlərinin gedişində heç bir problemin yaranmadığını bildirdilər.

Baş nazirin müavini Əli Həsənov Cocuq Mərcanlıda aparılan tikinti işləri ilə tanış olub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstan paytaxtında Azərbaycanın iştirakı ilə “Astana Media Week” keçirilir

AHİK: Gələcəyin modeli ənənəvi fəaliyyətlə rəqəmsal imkanların səmərəli vəhdəti olacaq

Bakıda Xəzər İnşaat Həftəsi keçirilir

UEFA reytinqi: Azərbaycan “Sabah”ın qələbəsi sayəsində bir pillə irəliləyib

Bakıda İKT-nin Tətbiqi üzrə 20-ci IEEE Beynəlxalq Konfransı işə başlayıb

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama aparılıb

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Çempionlar Liqası: “Fənərbağça” İngiltərə səfərində, “Mançester Siti” PSJ-yə qarşı

Azərbaycan nefti 127 dollardan baha satılır

İğdırda Azərbaycan İncəsənət Həftəsi çərçivəsində konsert və moda sərgisi təşkil olunub

Dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb

Təmir işləri ilə əlaqədar Bakının bəzi ərazilərində qaz kəsiləcək

ABŞ “Bank of America”nı 1,21 milyard dollar cərimələyib

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Yasamal və Binəqədi rayonlarında elektrik enerjisinin verilişində fasilə olacaq

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

Böyük Britaniya Ukraynaya çoxməqsədli raketlərin tədarükünü sürətləndirəcək

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub