Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan müdafiə nazirinin səfəri İsrailin onuncu telekanalının populyar analitik verilişində müzakirə edilib VİDEO

Azərbaycan müdafiə nazirinin səfəri İsrailin onuncu telekanalının populyar analitik verilişində müzakirə edilib VİDEO

Bakı, 14 sentyabr, AZƏRTAC

Avrasiya ərazisində heç bir ölkə İsrail ilə Azərbaycan Respublikası qədər sıx və səmimi münasibət saxlamır. Bu iki ölkə arasındakı münasibətlər xüsusən ona görə təəccüb doğurur ki, Azərbaycan əhalisinin əksəriyyəti müsəlmanlardır. İsrail Azərbaycana həmişə böyük diqqət və səmimi münasibət bəsləyir. Özü də təkcə ona görə yox ki, bu ölkədə heç vaxt antisemitizm olmayıb və bu gün də yoxdur. Yəhudi xalqı həmişə Azərbaycan cəmiyyətinin tərkib hissəsi olub.

AZƏRTAC xəbər verir ki, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert, İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut bu sözləri İsrailin onuncu televiziya kanalında Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun İsrail dövlətinə səfərinə həsr edilmiş populyar “London və Kirşenbaum” analitik verilişinin birbaşa efirində şərh zamanı söyləyib.

İsrailli ekspert vurğulayıb: “İsrailin strateji tərəfdaşı olan Azərbaycanın müdafiə nazirinin səfəri göstərir ki, iki dövlət arasında bir sıra istiqamətlər üzrə siyasi-diplomatik dialoq və ikitərəfli əməkdaşlıq ən yüksək etimad səviyyəsindədir. İsrail Dövləti 25 il bundan əvvəl Cənubi Qafqazda strateji seçim edib və birmənalı şəkildə deyə bilərəm ki, bu, ən düzgün seçim olub. Biz - əslən Azərbaycandan olan, hazırda İsraildə yaşayanlar ölkələrimizin strateji tərəfdaşlığı faktına görə fəxr edirik. Heç kəs üçün sirr deyil ki, İsrail və Azərbaycan mürəkkəb bir geosiyasi regionda yerləşir və bu iki dövlət arasında qarşılıqlı faydalı əməkdaşlığın böyük gələcəyi var. İsrail Dövləti Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini yalnız beynəlxalq hüquq normaları və dövlətlərin ərazi bütövlüyü prinsipi çərçivəsində tənzimləməyə çağırır. Ermənistan artıq 25 ildir ki, Azərbaycanın Dağlıq Qarabağ regionunu və ona bitişik 7 rayonunu işğal altında saxlayır və bu torpaqlarda etnik təmizləmə aparıb. Azərbaycan mövcud status-kvo ilə heç vaxt razılaşmayacaq. Bunun üçün Azərbaycanın Cənubi Qafqazda güclü geosiyasi, hərbi və iqtisadi potensialı var. Düşünürəm ki, belə mürəkkəb geosiyasi şəraitdə Yaxın Şərqdə İsrail Dövləti kimi mühüm strateji tərəfdaş və güclü geosiyasi aktor tərəfindən Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi olduqca vacib və zəruridir”.

İsrailli məşhur teleaparıcı Yaron Londonun iki dost ölkənin iqtisadi sahədə əməkdaşlığı barədə sualının cavabında israilli ekspert qeyd edib ki, Azərbaycan-İsrail əməkdaşlığı və tərəfdaşlığı çiçəklənməkdədir, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi demək olar ki, 4 milyard dollara çatıb. Arye Qut deyib: “Əvvəllər bu ticarət dövriyyəsi neft və qaz sənayesi üzərində cəmləşmişdisə, hazırda bu qarşılıqlı münasibətlərin inkişafı şaxələndirilərək iqtisadiyyatın digər sektorlarını, o cümlədən kənd təsərrüfatı, telekommunikasiyalar, hərbi sənaye, su ehtiyatları və digər sferaları da əhatə edir. Qeyd etmək lazımdır ki, İsrail dünya bazarında Azərbaycan neftinin əsas alıcılarından biridir. Azərbaycan enerji ehtiyatlarının etibarlı təchizatçısı kimi mühüm rol oynayır, o cümlədən İsrailin istehlak etdiyi neftin 40 faizini təmin edir. Azərbaycan həm də Avropa üçün energetik şaxələndirmənin və təhlükəsizliyin əsasıdır”.

İsrailli teleaparıcı Yaron London Azərbaycandakı yəhudi icmasının və bu yaxınlarda səfərdə olduğu Quba rayonunda yəhudilərin yaşadığı Qırmızı Qəsəbə sakinlərinin vəziyyətini şərh edərkən Arye Qut deyib ki, Azərbaycan sivilizasiyalararası və konfessiyalararası dialoqun ən yaxşı nümunəsidir.

Arye Qut İsrailin onuncu televiziya kanalında populyar “London və Kirşenbaum” analitik verilişinin efirində vurğulayıb: “Azərbaycan rəhbərliyi və şəxsən Prezident İlham Əliyev bu ölkənin yəhudi icmasının ənənələrinə və həyatına dünyada analoqu olmayan qayğıkeş və səmimi münasibət göstərir. Azərbaycan Prezidentinin himayəsi ilə bu ölkədə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi inşa edilib. Mənə deyə bilərsinizmi, dünyanın hansı xristian və ya müsəlman ölkəsində dövlət vəsaiti hesabına sinaqoqlar tikilir? Azərbaycanda birinci yəhudi muzeyi yaradılması planlaşdırılır. Bu, Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq. Qırmızı Qəsəbə Azərbaycanın əsl qürur yeri, dünyada İsraildən sonra dağ yəhudilərinin yığcam şəkildə yaşadığı yeganə unikal məkandır. Burada yəhudilər və azərbaycanlılar əsrlər boyu doğma qardaşlar kimi yaşayır, onları ortaq tarix və ortaq tale bir-birinə bağlayır. Azərbaycan nümunəsi göstərir ki, əsas dinlərin - iudaizm, xristianlıq və islamın nümayəndələrinin qarşılıqlı hörmət əsasında harmonik şəkildə inkişaf etmələri üçün bu cür dinc yanaşı yaşamaq mümkündür. Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin təməlini təşkil edir”.

Ekspert Arye Qut sonda bir daha vurğulayıb ki, Azərbaycan ilə İsrail arasında münasibətlər strateji xarakter daşıyır. Arye Qut çıxışını bu sözlərlə tamamlayıb: “İsrail ilə Azərbaycan arasında, Azərbaycan müsəlmanları ilə Azərbaycan yəhudiləri arasında münasibətləri təkcə qarşılıqlı maraqlarla izah etmək olmaz. Müasir Azərbaycan-İsrail münasibətlərinin əsasını ümumi dəyərlər və ümumi tarix təşkil edir. İsraildə çoxları bilmir ki, müsəlman Şərqində ilk parlament demokratiyasının - Azərbaycan Xalq Cümhuriyyətinin birinci səhiyyə naziri yəhudi xalqının nümayəndəsi doktor Yevsey Gindes olub. İnsani əlaqələr və müxtəlif dini-tolerant cəmiyyətlərdə yaşamaq qətiyyəti hər iki ölkəni zənginləşdirir. Bundan əlavə, açıq-aşkar görünür ki, Azərbaycanda yəhudilər və müsəlmanlar qardaşcasına dinc yanaşı yaşayıblar və bu gün də yaşayırlar. Ortaq tarix və ortaq tale onları bir-birinə həmişəlik bağlayıb”.

Azərbaycan müdafiə nazirinin səfəri İsrailin onuncu telekanalının populyar analitik verilişində müzakirə edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO