Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibi təsdiq edilib

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibi təsdiq edilib

Bakı, 13 noyabr, AZƏRTAC

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, 28 üzvdən ibarət komissiyanın sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, sədrin müavinləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, AMEA-nın prezidenti Akif Əlizadə və Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevdir.

Sərəncamda bildirilir ki, qədim tarixi keçmişin izlərini özündə yaşadan və milyonlarla azərbaycanlının ünsiyyət vasitəsi olan Azərbaycan dili xalqımızın misilsiz mənəvi sərvəti, milli varlığımızın və dövlət müstəqilliyimizin başlıca rəmzlərindəndir. Ən dərin fikirləri ən incə çalarlarınadək ifadə qüdrətinə malik dilimiz öz kamilliyi və zənginliyinə görə dünya dilləri içərisində layiqli yerini bu gün də qoruyub saxlayır.

Qeyd edilir ki, Azərbaycan dilinin dövlət dili olaraq qorunması və işləkliyinin təmin edilməsi müstəqil dövlət quruculuğunun prioritet prinsipləri sırasındadır. Ötən illər ərzində Azərbaycan dilinin rəsmi statusunun təminatı və tətbiqinin təkmilləşdirilməsinə dair müxtəlif qanun, fərman və sərəncamlar təsdiq edilib. Dövlət dilinin həyatın hər bir sahəsində qeyd-şərtsiz işləkliyinin genişləndirilməsini və saflığının qorunmasını nəzərdə tutan bu sənədlər ölkədə dövlət dilinin tətbiqinin normativ hüquqi əsaslarını və icra mexanizmini tam müəyyən edib. Bütün bunlar Azərbaycan dilinə məhz dövlətçiliyin əsas atributlarından biri kimi yanaşmanın bariz nümunəsi, dövlətin yüksək diqqət və qayğısının aydın təzahürüdür. Atılan addımlar ədəbi dilin daha da zənginləşməsi və tətbiq dairəsinin genişlənməsi baxımından son dərəcə əhəmiyyətli olub.

Eyni zamanda, qloballaşma proseslərinin geniş vüsət aldığı müasir dövrdə texnoloji yeniliklərin insanlar tərəfindən sürətlə mənimsənilməsi və maneəsiz informasiya mübadiləsi imkanlarının artması ana dilinin potensial imkanlarından lazımınca istifadəsində bəzi çətinliklər yaratmaqdadır. Mövcud şərait milli ideya - azərbaycançılıq məfkurəsi işığında dövlət dilinin saflığının qorunması və ədəbi dildən düzgün istifadə məsələlərinin daim diqqət mərkəzində saxlanılmasını zəruri edir.

Sərəncam bu istiqamətdə həyata keçiriləcək fəaliyyətin ardıcıllığının tənzimlənməsini və Azərbaycan dilinin işlənmə imkanlarının daha da genişləndirilməsini təmin etmək məqsədilə imzalanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Keniya Respublikasının Prezidenti Uillyam Samoei Rutodan

Bakının ev sahibliyi ilə keçirilən WUF13-ün beynəlxalq mediada yaratdığı geniş əks-səda davam edir

ŞKTC Prezidenti: Lefkoşa öz siyasətini Ankara ilə tam razılaşdırılmış şəkildə qurur

“Milan” Alleqri ilə yollarını ayırıb

90 illik sənət məbədinin yubiley gecəsi: dünya klassiklərinin əsərləri səsləndirilib

Omanda Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Fransa ordusu üçün həlledici seçim: yerli sistemlər, yoxsa ABŞ-nin “HIMARS”ı?

Bu saata olan əsas xəbərlər

Düşənbədə su festivalı

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən

Rumıniyanın Prezidenti Nikuşor Dandan

Əl-Küveytdə 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub

Fransa əhalisinin təxminən yarısı immiqrasiyanın təsirinə məruz qalıb

Azərbaycanın Müstəqillik Günü İstanbulda qeyd olunub

Estoniya Respublikasının Prezidenti Alar Karisdən

Rusiya XİN əcnəbiləri Kiyevi tərk etməyə çağırıb

Naxçıvan Muxtar Respublikasının bir sıra ərazilərində elektrik enerjisinin təchizatı dayandırılacaq

BDU-da keçirilən “Çin dili körpüsü” müsabiqəsinin qalibləri məlum olub

WUF13: Bakı qlobal urbanizasiya gündəliyinin mərkəzinə çevrildi - ŞƏRH

Qazaxıstan Respublikasının Birinci Prezidenti Nursultan Nazarbayevdən

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevdən

®  “OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü VİDEO

® “OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü VİDEO

“Unudulmaz izlər: Qərbi Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində mədəniyyət gecəsi

® “Rabitəbank” “Maliyyə Savadlılığı” layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir

® "AccessBank", "AmCham Azerbaijan" və "Neurotime" süni intellekt hakatonunun qaliblərini elan ediblər

AQTA: Gülçülük məhsullarının beynəlxalq bazarlara çıxarılması üçün fitosanitar tələblərə uyğunluq təmin edilməlidir

Ana dili: kimlik və gələcək - ADPU-da respublika konfransı VİDEO

Ana dili: kimlik və gələcək - ADPU-da respublika konfransı VİDEO

Sumqayıt Sənaye Parkının rezidentlərinin sayı 39-a çatıb

Moldova Respublikasının Prezidenti Maya Sandudan

Fransa istilik dalğası ilə üzləşib

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan

Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilidən

“Uzaq sahillərdə” sərgisi gənc rəssamların daxili dünyasını rənglərlə açır

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

Pakistan İslam Respublikasının Baş naziri Zati-aliləri cənab Məhəmməd Şahbaz Şərifə

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

WUF13 Azərbaycanın qlobal nüfuzunun güclənməsinə xidmət edən mühüm platforma oldu ŞƏRH

Bakı sakini: Əminəm ki, gələcəkdə ölkəmiz təbii qazla yanaşı dünya bazarına alternativ enerji də ixrac edəcək

Sabah gündüz Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq – XƏBƏRDARLIQ

BDU-da IV respublika olimpiadası: tələbələr 5 fənn üzrə biliklərini sınayıblar

Berlində 30-cu Mədəniyyətlər Karnavalı coşqu ilə qeyd olunur

WUF13-ün Bakıda keçirilməsi beynəlxalq təşkilatların ölkəmizə etimadının göstəricisidir RƏY

İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor seçilib

İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusuna növbəti tədris ili üçün 180 yer nəzərdə tutulur

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində könüllü qanvermə aksiyası

İşğaldan azad edilmiş ərazilərdəki daha 33 müəssisənin əməkdaşları əməyin mühafizəsi barədə məlumatlandırılıblar

Azərbaycanın pambıq iplik ixracı 2 dəfədən çox artıb

Naxçıvan-Ordubad magistral avtomobil yolunda təmir işləri görülür

Məişət zorakılığından zərər çəkmiş 16 nəfərə sosial reabilitasiya xidmətləri göstərilir

Tallində 28 May - Müstəqillik Günü münasibətilə təntənəli mərasim VİDEO

Tallində 28 May - Müstəqillik Günü münasibətilə təntənəli mərasim VİDEO

Siyasi şərhçi: Qarabağdakı quruculuq WUF13-də postmünaqişə inkişaf modeli kimi diqqət çəkib

Azərbaycan nümayəndə heyəti Fransada regional seminarda iştirak edib

Akademik Rafael Hüseynov: Cavad Heyət Azərbaycanın həmişə iftixar duyduğu şəxsiyyətdir

Azərbaycanın Müstəqillik Günü Rustavidə qeyd olunub

Ədəbiyyat Muzeyində türkoloq-alim Cavad Heyətin xatirəsi anılıb

AQTA-nın sədri sahibkarlarla görüşəcək

Tural Gəncəliyev: “Bakı Fəaliyyətə Çağırış” Azərbaycanın böyük siyasi və diplomatik qələbəsidir

Milli Kitabxanada “Əcəmi Naxçıvani. Biblioqrafiya” kitabının təqdimatı olub

Professor: Azərbaycan beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi - ŞƏRH

Baş katib: Tanınmış futbolçuların minifutbolda çıxış etməsi Avropa çempionatının rəqabət səviyyəsini daha da artırır

Azərbaycanlı alim beynəlxalq simpoziumda Azərbaycanın kənd təsərrüfatı irsindən danışıb

Şərqi Zəngəzurda meyvə bağlarında monitorinq aparılıb

® “Birbank” və “Bir Kredit” BOKT-dan yeni lizinq imkanı: 0 faizdən başlayan ilkin ödənişlə avtomobil əldə edin

“Qarabağ” Toral Bayramovla yollarını ayırıb

Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi və bundan irəli gələrək bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanda duz istehsalı 28 faiz artıb

Anakliya layihəsinin birinci mərhələsi 2029-cu ilə qədər başa çatdırıla bilər

Paytaxtda 99 minə yaxın şagird monitorinqə cəlb olunacaq

Kreml Ermənistana Aİİ daxilində Rusiya qazı üçün güzəştli qiymətləri xatırladıb

Çin Xalq Respublikasının Sədri Si Cinpindən

“Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanın iki filmi “SFC | Rendez-vous Industry” proqramında

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında Serbiya Respublikasında qaz turbin elektrik stansiyasının işlənməsi, layihələndirilməsi, tikintisi və idarə olunması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Latviya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanın qlobal miqyasda konstruktiv rolu yenidən təsdiqləndi - RƏY

Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən

Daşkənddə beynəlxalq xeyriyyə festivalında Azərbaycan guşəsi birinci yerə layiq görülüb VİDEO

Daşkənddə beynəlxalq xeyriyyə festivalında Azərbaycan guşəsi birinci yerə layiq görülüb VİDEO

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb

Bakıda “Uşaq dünyası” Beynəlxalq Musiqi Festivalı təşkil olunacaq

BMU tələbəsinin layihəsinə “Startap” şəhadətnaməsi verilib

Şəbnəm İsayeva: Ağır metallarla çirklənmiş torpaqların bərpası mərhələli şəkildə aparılmalıdır

Şərqşünaslıq İnstitutunda Müstəqillik Gününə həsr edilmiş elmi sessiya

Valideyn himayəsindən məhrum uşaqlara onlayn təhlükəsizlik qaydaları öyrədilib

Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikeldən

Premyer Liqa uğrunda pley-off matçını idarə edəcək hakim açıqlanıb

Qazax stadionunun güləş zalı yenidən qurulur

Seneqal Respublikasının Prezidenti Bassiru Diomaye Fayedən

Fransanın ədliyyə naziri ölkədə dəyişikliklərin həyata keçirilməsini təklif edib

Prezident İlham Əliyev: Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır

Prezident: Kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır

Təranə Vəliyeva: Yaradıcılıq məşğələləri uşaqlarda özünəinam hissi yaranmasına kömək edir

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb

Prezident İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir

Kosmik hava proqnozu açıqlanıb

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib YENİLƏNİB VİDEO

Qərbi Avropada qızmar istilərə hazırlıq görülür

“Sabah”ın futbolçusu Özbəkistan millisinin dünya çempionatı üçün ilkin heyətinə çağırılıb