MƏDƏNİYYƏT


İçərişəhərdə kulinariya festivalı VİDEO

Bakı, 23 noyabr, Flora Şükürova, AZƏRTAC

Noyabrın 23-də İçərişəhərdə Qız qalası ətrafında payız yemək festivalına start verilib.

AZƏRTAC xəbər verir ki, “Sweet November” adlı festivalda payızın əsl bayram atmosferi yaşanıb. Festivala ləzzətli təamları ilə tanınan restoran və kafelər qatılıb.

Qız Qalası ətrafında əlvan gözəlliklərlə dolu həm uşaqlar, həm də böyüklər üçün müvəqqəti şəhərcik də yaradılıb.

Festivalda iştirak edən hər bir şəxs masa arxasında isti şokoladdan ya da qlintveyndən dadıb, tanınmış DJ-lərin keyfiyyətli treklərindən həzz ala biləcək.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Meal for Real onlayn” kulinariya platforması tərəfindən təşkil olunan festival noyabrın 26-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.