Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Fərhad Bədəlbəyli: Mənim ancaq bir arzum var: Şuşada konsert vermək! VİDEO

Moskvada görkəmli Azərbaycan musiqiçisi Fərhad Bədəlbəylinin yubiley gecəsi keçirilib

Moskva, 14 dekabr, AZƏRTAC

Moskva Dövlət Akademik Filarmoniyasının P.İ.Çaykovski adına konsert salonunda görkəmli Azərbaycan pianoçusu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq Artisti, Dövlət mükafatı laureatı, professor Fərhad Bədəlbəylinin 70 illik yubileyi münasibətilə təntənəli gecə təşkil olunub.

Mədəniyyət və Turizm Nazirliyi, Rusiya Mədəniyyət Nazirliyi, Azərbaycanın Rusiyadakı səfirliyi, “Roskonsert” birliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə baş tutan yubiley gecəsi böyük uğurla keçib. Konsertdə Moskva Filarmoniyasının Akademik Simfonik Orkestri, xalq artistləri Murad Adıgözəlzadə və Yalçın Adıgözəlov, əməkdar artistlər Əyyub Quliyev və Fuad İbrahimov, gənc tenor Azər Rzazadə, soprano Kyara İzotton iştirak ediblər. Konsertin proqramına Fikrət Əmirov, Cuzeppe Verdi, Corc Gerşvin, Sergey Raxmaninovun əsərləri daxil edilmişdi.

Fərhad Bədəlbəyli AZƏRTAC-a müsahibəsində dünyanın mədəniyyət mərkəzlərindən biri olan Moskvada Azərbaycan incəsənətini təmsil etməkdən böyük şərəf duyduğunu söyləyib: “Hər bir musiqiçi üçün Moskva, London, Vyana, Nyu-York səhnələrində çıxış etmək böyük şərəfdir. Bu nəhəng musiqi mərkəzlərində səni qəbul ediblərsə, deməli sən peşəkar musiqiçisən”.

F.Bədəlbəyli qeyd edib ki, bu gün həm də Moskva səhnəsində Fikrət Əmirovun 95 illiyi münasibətilə dahi bəstəkarın əsərlərinin, o cümlədən “Sevil” operasından Balaşın ariyasının və Elmira Nəzirova ilə birgə yazdığı “Ərəb mövzusunda fortepiano üçün konsert”inin səslənməsi çox sevindiricidir. Konsert proqramında ilk dəfə S.Raxmaninovun fortepiano üçün yazdığı 2 saylı Suitası məşhur aranjimançı A.Varenberqin məxsusi işləməsində iki fortepiano və simfonik orkestrlə ifa olunub. “Moskva dinləyiciləri çox tələbkardırlar, buna görə də mən olduqca həyəcanlıyam”, - deyən görkəmli Azərbaycan musiqiçisi yubileyi ərəfəsində ən böyük arzusunu da dilə gətirib: “Mənim ancaq bir arzum var: Şuşada konsert vermək!”.

Yubiley gecəsinin tamaşaçıları arasında olan məşhur sənət adamları və ictimai xadimlər AZƏRTAC-a müsahibələrində Fərhad Bədəlbəylini yubileyi münasibətilə təbrik ediblər.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu:

-Mən bu gün çox xoşbəxtəm ki, Rusiya paytaxtının möhtəşəm konsert salonlarından birində 60 illik dostum, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi Fərhad Bədəlbəylinin 70 illik yubiley gecəsi keçirilir. Mən konsertin təşkilində dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkürümü bildirmək istəyirəm. Bu gün yubiley gecəsinə Azərbaycanı, onun mədəniyyətini, incəsənətini sevənlər toplaşıb. Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin Rusiya paytaxtında möhtəşəm tədbirlər keçirməsi artıq gözəl ənənəyə çevrilib. Mən dostum Fərhada daha böyük uğurlar, cansağlığı, həmişə irəlidə olmağı diləyirəm.

Rusiyanın Əməkdar İncəsənət Xadimi Janna Dozortseva:

-Fərhad uzun illər Rusiyanın konsert salonlarının yaraşığı olub. Elə bir musiqi mövsümünü xatırlamıram ki, Fərhad parlaq konsert proqramı ilə çıxış etməsin. Məşhur dirijor Veronika Dudarova da onu çox sevərdi. Fərhad çox gözəl pianoçudur. O, təkcə Azərbaycanın deyil, həm də Rusiyanın fəxri və sərvətidir.

TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman:

-Bu gün Moskvanın mədəni həyatında əlamətdar hadisədir. Rusiya paytaxtının ən yaxşı konsert salonlarından biri anşlaq yaşayır, tamaşaçılar Fərhadın ifasına heyrandırlar. Fərhad bu gün fortepianoda elə parlaq, elə qüsursuz, şövqlə ifa edir ki, onun 70 illik yubileyini qeyd etdiyimizə inana bilmirəm. Mən 20 yaşlı, 30 yaşlı Fərhadın konsertlərini xatırlayıram. Onu deyə bilərəm ki, səhnəyə, musiqiyə sonsuz məsuliyyətli münasibəti heç dəyişməyib. Fərhad təkcə qəlbən deyil, həm də yaradıcılığı ilə gəncdir.

SSRİ Xalq Artisti Tamara Sinyavskaya:

-Mən Fərhad Bədəlbəyliyə, ilk növbədə, cansağlığı, yaradıcılıq sevinci arzu edirəm. Fərhad Çaykovski adına salonda dəfələrlə çıxış edib və mən əminəm ki, bugünkü konsert onun yaradıcılığının daha bir zirvəsidir.

Xalq artisti Yalçın Adıgözəlov:

-Çox əlamətdar bir gün yaşayırıq, görkəmli pianoçumuz, musiqiçimiz, SSRİ Xalq Artisti Fərhad Bədəlbəylinin 70 illiyini qeyd edirik. Əminəm ki, onu irəlidə böyük sənət uğurları gözləyir. Biz silsilə yubiley konsertlərini Bakıda başlamışıq, bu gün Moskvada çıxış edirik və ümid edirəm ki, başqa ölkələrdə də davam etdirəcəyik. Fərhad müəllim gümrahdır, yaradıcılığının zirvəsindədir, fortepiano məktəbimizin lideridir və gənc musiqiçilərimiz üçün hər cəhətdən örnəkdir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Fərhad Bədəlbəyli: Mənim ancaq bir arzum var: Şuşada konsert vermək! VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-da güclü tufan nəticəsində 9 nəfər həyatını itirib

Berlində ifrat sağa qarşı etiraz aksiyasında 30 min nəfər iştirak edib

İngiltərə Premyer Liqası: “Mançester Yunayted” səfərdə “Tottenhem”ə uduzub

Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Azərbaycan Küveytdə “Dünya Xalqları Forumu” adlı mədəni tədbirdə təmsil olunub

Türkiyə Superliqası: “Fənərbağça” 3 xalı 3 qolla qazanıb

Şəhid hərbi pilot Əbu Bəkr İsmayılovun xatirəsi yad edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Xaçmazda avtomobil ağaca çırpılıb, ölən və yaralanan var

Premyer Liqa: “Qarabağ” penalti qolu ilə “Neftçi”ni məğlub edib

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib

İngiltərə Premyer Liqası: "Liverpul" vacib qələbə qazanıb

Baş Dövlət Yol Polisi İdarəsindən dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq

Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti Azərbaycan İdman Akademiyasında təlim keçib

Şimal-qərb bölgəsi üzrə təhsil müəssisələrindəki vakant vəzifələrə 610 namizəd imtahan verib

Azərbaycan cüdoçuları Bakıdakı “Böyük Dəbilqə” turnirini 5 medalla başa vurublar

Ceyhun Bayramov Serbiyanın Dövlətçilik Günü münasibətilə təşkil olunmuş qəbulda iştirak edib

Premyer Liqa: “Turan Tovuz” son dəqiqələrdə vurulan qolla “Araz-Naxçıvan”a qalib gəlib

“Neftçi” və “Qarabağ”ın start heyətləri açıqlanıb

Azərbaycan və Efiopiyanın İnvestisiya Holdinqləri arasında Anlaşma Memorandumu imzalanıb

Naxçıvanlı atlet Namiq Babayevdən ardıcıl 3-cü qızıl medal

Azərbaycan Misirin Britaniya Universitetində Mədəniyyət günündə təmsil olunub

Azərbaycanla qaz sazişinin təsdiqinə dair qanun layihəsi Türkiyə parlamentinin gündəliyinə daxil edilib

Bakıda “7-ci ANİMAFİLM Festivalı: Böyük Britaniyadan sevgilərlə” adlı tədbir təşkil edilib

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib

DİM: Dövlət qulluğuna qəbul imtahanında 265 namizəd uğur qazanıb

Dövlət İmtahan Mərkəzi xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirib

Xəzər dənizinin qırmızı rəngə boyanmasının səbəbi açıqlanıb

Türkiyənin Gümüşhane əyalətində ermənilər tərəfindən qətlə yetirilmiş Hüsnü Səlcukun xatirəsi yad edilib

Gənc musiqiçi Olli 75-ci “Sanremo” festivalının qalibi olub

Baş Prokurorluq və DİN Saatlıda ölümlə nəticələnən hadisə ilə bağlı birgə məlumat yayıb YENİLƏNİB VİDEO

Suverenliyimiz gələcək nəsillərə mənəvi mirasımızdır ŞƏRH

“Zaur Ustacın poetik dünyası” adlı yeni kitab işıq üzü görüb

“Sehrbazlar dərəsi” tamaşasının premyerası olub

Londonda çalışan çörək texnoloqu: Getdiyim hər ölkəyə Azərbaycan unu aparıram MÜSAHİBƏ VİDEO

Bakı-Qazax yolunda duman səbəbindən baş verən zəncirvari qəzada iki nəfər ölüb YENİLƏNİB-2 VİDEO

Bakının Azadlıq prospektində nəqliyyatın hərəkəti bərpa edilib YENİLƏNİB

Sabah hava əsasən yağmursuz keçəcək

Naxçıvan-Bakı və Bakı-Naxçıvan istiqamətində reyslər əvvəlki kimi həyata keçirilir YENİLƏNİB

Lənkəranda “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda Forum təşkil olunub

Prezident İlham Əliyev: Azərbaycan ilə Litva arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir

Litva Respublikasının Prezidenti Zati-aliləri cənab Gitanas Nausedaya

FAKTİKİ HAVA: Sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında külək güclənib

Dünya Kubokunda iştirak edəcək idman gimnastlarımız bəlli olub

Metronun “Koroğlu” stansiyası istiqamətində avtomobillərin hərəkətində sıxlıq yaranıb

Naxçıvanda DYPİ hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Misli Premyer Liqası: "Neftçi" doğma meydanda "Qarabağ"ı qəbul edəcək

Azərbaycan XİN rəhbəri Serbiyaya işgüzar səfərə yola düşüb

Azərbaycan cüdoçuları Avropa Kubokuna 6 medalla başlayıblar

İtaliyalı tennisçi Yannik Sinner üç aylıq diskvalifikasiya edilib

Bu gün Bakıdakı “Böyük Dəbilqə” turnirinə yekun vurulacaq

Ordubad rayonunun dağlıq ərazisində biotexniki tədbir keçirilib

Azərbaycan Tehranda sərbəst güləş üzrə Dünya Kubokunda təmsil olunacaq

Dövlət qulluğu vəzifələri üzrə imtahanlar keçirilir

DİM: 215 nəfərin xarici dillər üzrə fəlsəfə doktoru imtahanı verəcəyi nəzərdə tutulur

Bu gün 22 minə yaxın bakalavrın magistraturaya qəbul imtahanı verəcəyi gözlənilir

Münxendə avtomobillə hücum nəticəsində xəsarət alanlardan ikisi ölüb

Şotlandiyada Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib

Batut və tamblinq gimnastikası üzrə ölkə çempionatı, Bakı birinciliyi keçirilib

Ceyhun Bayramov Latviyanın xarici işlər naziri Baiba Braje ilə görüşüb

Rubio və Lavrov arasında telefon danışığı olub

Ceyhun Bayramov rumıniyalı həmkarı ilə Azərbaycan-Ermənistan sülh prosesinin perspektivlərini müzakirə edib

Azərbaycan və İraqın XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Azərbaycanla Moldova arasında ikitərəfli əməkdaşlığın gündəliyi müzakirə edilib

Azərbaycan XİN Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “növbədənkənar prezident seçkiləri” ilə bağlı bəyanat yayıb

İngiltərə Premyer Liqası: “Arsenal”dan səfər, “Mançester Siti”dən ev qələbəsi

Ceyhun Bayramov türkiyəli həmkarını Azərbaycan–Ermənistan sülh prosesinin cari vəziyyəti ilə bağlı məlumatlandırıb

Bundesliqa: “Bayer Leverkuzen” - “Bavariya” oyununda hesab açılmayıb

“Təbiətin səssiz musiqisi” adlı fotosərgi keçirilib

Azərbaycan-Bolqarıstan strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Türkiyə Superliqası: “Beşiktaş” “Trabzonspor”u məğlub edib

Zaqatalada ikiotaqlı ev yanıb

Misli Premyer Liqası: “Zirə” inamlı qələbə qazanıb

Baş direktor: Qahirədəki İslam İncəsənəti Muzeyi Azərbaycan muzeyləri ilə əməkdaşlıqda maraqlıdır

İsveçin Uppsala şəhərində yüzdən çox avtomobil toqquşub

Azərbaycanın ən güclü şahmatçıları müəyyənləşib

Şəkidə baş verən yol qəzasında ölən və yaralananların adları açıqlanıb - YENİLƏNİB

Ağstafada 4 nəfər dəm qazından zəhərlənib VİDEO

Nazir müavini: Orta Dəhlizin ötürücülük qabiliyyəti 48 milyon tona çatdırılacaq

Azərbaycan və Şimali Makedoniya arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi müzakirə edilib

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Nazir Ceyhun Bayramov litvalı həmkarı ilə görüşüb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri barədə fikir mübadiləsi aparılıb

Azərbaycanın stolüstü tennisçiləri Türkiyədəki turniri 3 medalla başa vurublar

Azərbaycan atleti Balkan çempionatının qalibi olub

“Caspian Policy Center”: Azərbaycan Avropaya etibarlı və sabit təbii qazın əsas tədarükçülərindən biridir – MÜSAHİBƏ

"Böyük Dəbilqə": Azərbaycanın iki cüdoçusu qızıl medal görüşünə çıxacaq

Egey dənizində artan seysmik dalğalanma səbəbilə Yunanıstanın dörd adasında fövqəladə vəziyyət elan edilib

Bakıda "Böyük Dəbilqə" turnirinin açılış mərasimi keçirilib

® “Qadın Dəstək Xətti” 2024-cü il üzrə hesabatını açıqlayır

Tarixi Zəfərimiz 30 il ərzində formalaşan milli ideyanı reallığa çevirdi - ŞƏRH

İtaliyanın Baş naziri ilə Ukrayna Prezidenti arasında telefon danışığı olub

TÜRKSOY Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuş tədbirlərə start verəcək

NİİM: Ağa Nemətulla küçəsi istiqamətində nəqliyyatın sıxlığı yaranıb

Azərbaycan və Qvineya arasında bir sıra sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub

Olaf Şolts: Demokratiyamıza və seçkilərimizə hər hansı müdaxiləni qəbul etməyəcəyik

Nərimanov rayonunda beşmərtəbəli binada baş vermiş yanğın qısa müddətdə söndürülüb VİDEO

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə” layihəsinə başlanılıb

Naxçıvanda XI siniflər üçün növbəti buraxılış qiymətləndirmə monitorinqi keçirilib

Şəmkir sakinlərindən odlu silah və narkotik vasitələr aşkarlanıb VİDEO