Rusiyanın Birinci televiziya kanalında yayımlanan “Pole çüdes” verilişi Azərbaycana həsr olunub VİDEO
Moskva,16 dekabr, AZƏRTAC
Rusiyanın Birinci televiziya kanalında yayımlanan “Pole çüdes” verilişi Beynəlxalq Çay Gününə və verilişin rəsmi sponsoru olan “Azərçay” şirkətinə həsr olunub.
AZƏRTAC xəbər verir ki, şouda Azərbaycanın ayrı-ayrı şəhərlərinin sakinləri ilə yanaşı, tanınmış Azərbaycan prodüseri və əfsanəvi “Parni iz Baku” komandasının üzvü Murad Dadaşov iştirak edib. O, verilişin aparıcısı Leonid Yakuboviçə müxtəlif hədiyyələr, o cümlədən Azərbaycan nefti və üstündə “Qarabağ” sözü yazılmış idman maykası bağışlayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva