Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rafael Hüseynov: Hər kəs ermənilərin öldürdüyü 2 yaşlı Zəhranın yerində öz balasını təsəvvür edə bilsə, hərbi münaqişələr bitər VİDEO

Rafael Hüseynov: Hər kəs ermənilərin öldürdüyü 2 yaşlı Zəhranın yerində öz balasını təsəvvür edə bilsə, hərbi münaqişələr bitər VİDEO

Strasburq, 26 yanvar, AZƏRTAC

Müharibə uşaq oyunlarımızdan biri idi. Ancaq mən qətiyyən inanmıram ki, indi Avropanın və dünyanın müxtəlif hərbi münaqişə bölgələrində yaşayan və körpə yaşlarından qanlı qarşıdurmaların dəhşətlərini hiss etmiş, topların gurultusunu, güllə səslərini eşitmiş, dağıntıları öz gözləri ilə görmüş uşaqların əyləncələri sırasında müharibə oyunları olsun. Müharibə vahiməsi onları sonra yaşayacaqları ömrün bütün illərində müşayiət edəcək. Bundan sonra onları heç cür müalicə etmək, bu xofdan tam qurtarmaq mümkün olmayacaq. Ata-anasının mərmi partlayışı nəticəsində parça-parça olmasını, yaşadığı şəhərin, kəndin od-alova bürünərək tar-mar edildiyini görən, hər səhər, hər axşam, hər gecə şirin yuxusundan atəş səslərinə oyanan uşaqda uşaqlıqdan əsər-əlamət qalarmı?

AZƏRTAC xəbər verir ki, bu sözləri AŞPA sessiyasında “Hərbi münaqişələrdən zərər çəkən uşaqların qorunması” məruzəsinin müzakirələrinə qoşulan Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov deyib.

Bu həssas mövzu ilə bağlı çıxış edən deputat əvvəlcə müharibələrin, hərbi münaqişələrin cəmiyyətə ən böyük zərbələrindən birinin məhz uşaqlara dəydiyini, bu vahimə hissinin onların sonrakı bütün həyatları boyu davam etdiyini vurğulayıb. Müharibənin bəlkə də cəmiyyətə ən ağır zərbəsi uşaqlardan onların məsumluğunu, sevincini, inamını, bütövlükdə uşaqlığını oğurlaması olduğunu söyləyib.

Xocalı faciəsindən söz açan Rafael Hüseynov bu soyqırımı zamanı əsas qurbanlar sırasında qocalar, qadınlar, dinc əhalinin müxtəlif təbəqələri ilə yanaşı, çox sayda uşaqların da olmasını dəqiq faktlarla Assambleya üzvlərinin diqqətinə çatdırıb. O deyib: “Mən müharibənin uşağı necə qocaltmasını ilk dəfə 1992-ci ilin martında görmüşəm. “Amerikanın səsi” radiosunun xüsusi müxbiri Bakıda idi. Bir neçə gün əvvəl - fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycanın Xocalı şəhərində 613 dinc sakini məhz azərbaycanlı olduqlarına görə amansızcasına qətlə yetirmişdilər. Həlak olanlardan 63-ü, 487 yaralıdan isə 76-sı uşaqlar idi. Qarlı-şaxtalı qış günündə ayaqyalın, nazik paltarda dağlarla qaçaraq xilas olmuş həmin uşaqlardan bir neçəsi ilə görüşmək üçün amerikalı jurnalistlə xəstəxanaya getmişdik. Atası, anası, bütün ailə üzvləri gözünün qarşısında məhv edilmiş bir uşağın çarpayısının yanında oturmuşduq. O uşağın gözlərində heç bir ifadə yox idi, onun baxışları donmuşdu, zahirən diri idi, nəfəs alırdı, hərəkət edirdi, lakin şahidi olduğu qanlı səhnələr onu elə diri-diri məhv etmişdi. İş elə gətirdi ki, həmin hadisədən 15 il sonra o jurnalist yenə Bakıya gəldi və məndən xahiş etdi ki, imkan olsa, 1992-ci ilin martında görüşdüyümüz qızı tapaq. Tapdıq, görüşdük və təəccübləndik. 15 il əvvəl biz görəndə 10-11 yaşında olan o qız indi sanki ikiqat, üçqat yaşlı idi. Dəyişməyən, elə əvvəlki kimi qalan yalnız gözləri idi. Baxışlarındakı dəhşət, çarəsizlik, ümidsizlik ifadəsi elə köhnədə olduğu kimi donub qalmışdı”.

Müzakirələrin getdiyi əsnada da ermənilərin münaqişə bölgəsində atəşlər açdığına, yeni faciələr törətdiyinə də diqqət çəkən deputat bildirib: “Müharibələrdən, hərbi münaqişələrdən zərər çəkən uşaqları necə qorumağın yolları barədə düşünürük. Zəlzələ vaxtı kövrək bir şüşəni sınmaqdan necə xilas etmək olar? Mümkünsüzdür! Gərək müharibələrin, hərbi münaqişələrin nəticələrini necə yumşaltmaq barədə deyil, belə qarşıdurmaların özlərini yox etmək barədə düşünək. Biz indi bu düşüncələri bölüşdüyümüz dəqiqələrdə işğalçı erməni ordusunun atdığı mərmi, açdığı atəş sərhəd bölgəsindəki Azərbaycan uşağını yuxusundan diksindirir, yaralayır, həyatını əlindən alır”.

Ermənilərin qətlə yetirdiyi 2 yaşlı Zəhranın faciəsindən söz açan deputat Rafael Hüseynov Azərbaycanın bu ən gənc şəhidinin iri fotosunu qaldıraraq Assambleya üzvlərinə nümayiş etdirdi və həmin anda AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin digər üzvləri də erməni cəlladlığının qurbanı olan qızcığazın şəkillərini iclas zalının müxtəlif hissələrində əllərində saxladılar.

R.Hüseynov avropalı deputatlara bütün hərbi münaqişələrin, müharibələrin həllinin ən qısa yolunun hər kəsin öz balasını bu balaca şəhidin yerində təsəvvür edə bilməsindən keçdiyini söyləyib. “Zəhra adlı gözəl bir Azərbaycan qızcığazı vardı. O, bu dünyaya xoşbəxt olmaq üçün gəlmişdi. Bir neçə ay öncə - 2017-ci il iyulun 4-də Ermənistan silahlı qüvvələrinin minaatanlardan və qumbaraatanlardan açdıqları atəş nəticəsində Azərbaycanın Füzuli rayonunun Alxanlı qəsəbəsində bu 14 aylıq uşaq nənəsi Sahibə Quliyeva ilə birgə qətlə yetirildi. Bu, həmin uşağın, o balaca mələyin şəklidir. Hər birimiz bədbəxt Zəhranın, bu öldürülmüş mələyin yerində öz balamızın, öz nəvəmizin surətini təsəvvür edə bilsək, nə münaqişələr olar, nə müharibələr baş verər, nə belə müzakirələrə ehtiyac qalardı. Bəs, biz bunu niyə edə bilmirik?! Əsas sual budur!” - deyə R.Hüseynov vurğulayıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Rafael Hüseynov: Hər kəs ermənilərin öldürdüyü 2 yaşlı Zəhranın yerində öz balasını təsəvvür edə bilsə, hərbi münaqişələr bitər VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qəbələdə 15 iyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib

Moldovanın Parlamentinin üzvü: Azərbaycan regionda yeni iqtisadi əsaslar formalaşdırır

Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO

Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO

Sayavonq Bounyadet: Laos və Azərbaycan arasında əməkdaşlıq qlobal inkişafın təşviqinə xidmət edir

Aktam Xaitov: Ölkələrimiz arasında münasibətlər daha yüksək mərhələyə qalxıb

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

15 iyun Azərbaycan xalqının dövlətçilik iradəsinin və dövlət quruculuğu strategiyasının təntənəsini ifadə edən tarixi gündür

Oğuzda yol qəzası baş verib, ailə üzvləri xəsarət alıb

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur

Səfir Qurbanməmmet Elyasov: Qarabağda çox böyük işlər görülüb

İncəsənət məktəbləri və mərkəzlərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilir

Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır

Prezident: Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir

Aydın Kərimov: İşğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır

“Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına

Şuşada “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Kiyevə kütləvi raket zərbələri endirilib, ölənlər və xəsarət alanlar var – YENİLƏNİB-2

Böyük Qayıdışdan Qurtuluşa aparan yol

Dünya çempionatı: İsveç millisi dünya çempionatında ilk oyununa inamlı qələbə ilə başlayıb

NYT: Əraqçi və Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə gedəcəklər

Milli Qurtuluş Günü: Azərbaycanın sabitlikdən Zəfərə uzanan inkişaf yolunun başlanğıcı

15 İyun - Müasir Azərbaycanın xilası və böyük inkişaf yolunun başlanğıcı

Ekspert: Təəssüf ki, tərəqqi və müasir texnologiyalar ömrümüzü uzatmır

İran və ABŞ memorandum imzaladıqdan sonra danışıqlar üçün 2 ay vaxt ayıracaqlar

Xarkova hava hücumu zamanı azı 5 nəfər ölüb

Dünya çempionatı: Fildişi Sahili millisi qalib gəlib

Vens: ABŞ-İran sazişi Yaxın Şərqi növbəti 50 ildə dəyişə bilər

İran xarici işlər nazirinin müavini ABŞ ilə əldə olunmuş razılaşmanı təsdiqləyib

ABŞ Prezidenti İsveçrədə İranla sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

BMT Baş katibi sülh razılaşmasına görə ABŞ və İranı təbrik edib

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib VİDEO

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib VİDEO

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir