Azərbaycan Dövlət İnformasiya Agentliyi

31 mart soyqırımının 100-cü ildönümü ilə əlaqədar beynəlxalq elmi konfrans keçirilib YENİLƏNİB

Bakı, 29 mart, AZƏRTAC

1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar martın 29-da Bakıda beynəlxalq elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilən “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi. Müasir dövrdə soyqırımı, hərbi təcavüz və etnik təmizləmə siyasəti” mövzusunda konfransa Azərbaycan ilə yanaşı, Türkiyə, Rusiya, ABŞ, Almaniya, Fransa, İrlandiya, Gürcüstandan tanınmış alimlər, tarixçilər qatılıblar.

Konfransda soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov çıxış edərək konfransın məqsədinin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 yanvar tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası və XX əsrin əvvəllərində erməni millətçiləri və terrorçu-quldur dəstələri, o cümlədən Daşnaksütyun partiyası tərəfindən bölgədə törədilmiş soyqırımı cinayətlərinin araşdırılması və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması olduğunu bildirib.

İsmayıl Axundov diqqətə çatdırıb ki, “böyük Ermənistan” yaratmaq xülyasında olan erməni daşnakları və terrorçu təşkilatları bu məqsədlərini reallaşdırmaq üçün müsəlman-türk əhalisinə qarşı qanlı qırğınlar, qətliamlar törədiblər. Bu qırğınların ən dəhşətlisi 1918-ci ilin mart soyqırımıdır. Həmin vaxt erməni daşnakları və silahlı quldur dəstələri tərəfindən Bakıda, digər şəhər və qəzalarda on minlərlə dinc sakin sırf etnik və dini mənsubiyyətinə görə qətlə yetirildi, yaşayış məntəqələri dağıdıldı, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edildi.

Qeyd olunub ki, faciədən iki ay sonra qurulan Azərbaycan Xalq Cümhuriyyətinin bu soyqırımının dəhşətlərini araşdırmaq üçün yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının fəaliyyəti respublikanın süqutundan sonra dayandırıldı və bu soyqırımına lazımi siyasi-hüquqi qiymət verilməsinin qarşısı alındı. Yalnız 1998-ci il martın 26-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verildi və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.

Dövlət Komissiyasının katibi deyib ki, ötən 20 il ərzində aparılan araşdırmalar nəticəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb, Qubada kütləvi məzarlıq aşkar olunub. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni daşnaklarının və terrorçu təşkilatlarının həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının dəfələrlə çox olduğunu sübut edib.

Bildirilib ki, XX əsrin əvvəllərində olduğu kimi, həmin yüzilliyin sonlarında da erməni terrorçu təşkilatları, quldur dəstələri və Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycan xalqına qarşı genişmiqyaslı hərbi təcavüz, etnik təmizləmə və soyqırımı siyasəti davam edib. Nəticədə Azərbaycan Respublikasının 20 faiz ərazisi işğal edilib, bir milyondan çox insan qaçqına və məcburi köçkünə çevrilib, 20 min insan qətlə yetirilib, 50 min insan əlil olub, 3875 nəfər itkin düşüb. Müasir dövrün insanlıq əleyhinə yönəlmiş dəhşətlərindən olan, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan ordusu tərəfindən Xocalı şəhərində törədilən soyqırımı nəticəsində 613 dinc sakin sırf etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib.

İsmayıl Axundov Dövlət Komissiyasının ermənilərin törətdikləri qanlı cinayətlər və soyqırımları ilə bağlı araşdırmalar apararaq, ortaya çıxarılan faktların dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində genişmiqyaslı fəaliyyət həyata keçirdiyini bildirib.

Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin direktoru, professor Kamal Çiçək çıxışında beynəlxalq ictimaiyyəti soyqırımına məruz qalmaları barədə uydurma yalanlarla çaşdırmağa çalışan ermənilərin Qafqazda törədilən soyqırımların əsas səbəbkarları və iştirakçıları olduqlarını qeyd edib. Ermənistanın qurulduğu andan etibarən daim millətçi, şovinist və etnik təmizləməyə əsaslanan siyasət yürütdüyünü vurğulayan professor təəssüflə bildirib ki, bu soyqırımı və etnik təmizləmə siyasəti bu gün də davam etdirilir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun professoru Solmaz Rüstəmova-Tohidi “XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə” mövzusunda çıxış edərək soyqırımının dəhşətlərindən danışıb, bu faciənin miqyasının öyrənilməsi ilə əlaqədar Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyası tərəfindən genişmiqyaslı araşdırmalar aparıldığını bildirib. Qeyd olunub ki, Cümhuriyyətin süqutundan sonra bu proses dayandırılıb. Yalnız Azərbaycanın müstəqilliyinin bərpasından sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə bu soyqırımına dair geniş araşdırmalar aparılıb, həqiqətlər ortaya çıxarılıb və 31 mart soyqırımına lazımi qiymət verilib.

Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il yanvarın 18-də 31 mart - azərbaycanlıların soyqırımının 100 iliyi ilə əlaqədar genişmiqyaslı tədbirlərin keçirilməsi barədə Sərəncam imzaladığını, müvafiq Tədbirlər Planının hazırlandığını bildirib. O, ermənilərin həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində dinc azərbaycanlıların qətlə yetirilməsi ilə yanaşı, xalqımıza aid qədim tarixi-mədəni abidələrin də məhv edildiyini vurğulayıb. Bildirib ki, Ermənistandan fərqli olaraq, Bakının mərkəzində erməni kilsəsi fəaliyyət göstərir və buradakı 5 mindən artıq erməni dilində əlyazma və kitab Azərbaycan dövləti tərəfindən mühafizə olunur.

Açılış çıxışlarından sonra konfrans işini bölmə iclasları ilə davam etdirib.

Professor Kamal Çiçəyin moderatorluğu ilə keçirilən birinci bölmə iclasında çıxış edən irlandiyalı professor Patrik Frensis-Volş “Britaniyanın siyasəti və 1918-ci il mart soyqırımı” mövzusunda məruzəsində Birinci Dünya müharibəsində Qafqazdakı maraqlarını həyata keçirmək, Almaniyanın və Osmanlı imperiyasının bu bölgədə möhkəmlənməsinin qarşısını almaq üçün ermənilərdən geniş istifadə etməyə çalışan Britaniyanın erməniləri gizli şəkildə dəstəklədiyini və maliyyələşdirdiyini bildirib. Qeyd edib ki, Britaniya bu dəstəyi bölgənin digər xalqlarından və dünya ictimaiyyətindən gizlətməyə çalışsa da, ermənilər tam əksinə hərəkət edirdilər. Britaniyalılar inanırdılar ki, Qafqazın qapısını onların üzünə açmaq və Osmanlının Azərbaycandakı irəliləyişinin qarşısını almaq üçün ermənilərə etibar etmək olar. Britaniya bunun müqabilində ermənilərin Qafqazda törətdikləri soyqırımı və cinayətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmaması üçün müəyyən sanksiyalar tətbiq etməyə çalışırdı.

AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun professoru Solmaz Rüstəmova-Tohidi “1918-ci ilin mart hadisələri: Bakının müsəlman əhalisi erməni əsirliyində (Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri əsasında)” mövzusunda məruzəsində bildirib ki, Rusiya imperiyasının süqutundan sonra müstəqillik üçün yaranan tarixi şəraitdən istifadə edən Azərbaycan, Gürcüstan və Ermənistan istiqlaliyyətlərini bəyan etdilər. Lakin Ermənistan müstəqilliyin ilk günlərindən qonşu respublikalara, xüsusən də Azərbaycan Xalq Cümhuriyyətinə qarşı ərazi iddiaları ilə çıxış etməyə başladı. “Böyük Ermənistan” iddialarını həyata keçirməyə çalışan erməni daşnakları və terrorçu təşkilatları azərbaycanlıların güclü sosial bazasını sarsıtmaq üçün bolşeviklərlə birlikdə Bakıda və digər bölgələrimizdə qanlı qırğınlar törədərək on minlərlə günahsız insanı qətlə yetirdilər. Həmin günlərdə azərbaycanlıların 400 milyon rubl məbləğində əmlakı qarət edildi. Kütləvi qarətlər Bakının müsəlman əhalisi arasında aclığa və müxtəlif xəstəliklərin yayılmasına səbəb oldu. Yalnız 1918-ci ilin sentyabrında Bakının Qafqaz İslam Ordusu tərəfindən azad edilməsindən sonra azərbaycanlılar təhlükədən xilas oldular.

Rusiyalı tarixçi, tanınmış qafqazşünas alim Oleq Kuznetsov “1918-ci il fevral-mart aylarında Azərbaycanın müsəlman əhalisinin kütləvi qırğınlarının siyasi-hüquqi təsnifatı” adlı məruzəsində 1918-ci ildə azərbaycanlılara qarşı törədilən cinayətlərin hədsiz dərəcədə qəddarlıqla törədildiyini deyib. Bildirib ki, bu hadisələr yalnız siyasi və ya tarixi deyil, həm də hüquqi cəhətdən qiymətləndirilməlidir. Çünki bununla 1918-ci ilin yazında və qışında Azərbaycanda baş verən hadisələrin xarakterini, onlara hansı hüquqi termini tətbiq etməyi müəyyənləşdirmək olar.

O.Kuznetsov 1917-ci il dekabrın 27-də bolşevik hökumətinin qəbul etdiyi “Türkiyə Ermənistanı haqqında” dekretdən sonra bolşeviklərin daşnaklarla sıx əməkdaşlıq etməyə başladıqlarını bildirib. Diqqətə çatdırıb ki, bu dekret həm də “Qızıl ordu”ya verilən bütün hüquqi və digər üstünlüklərin daşnaklara da aid olmasını təsbit etmişdi. Bolşeviklər və daşnaklar birlikdə Bakıya qarşı hərəkətə keçərkən Rusiyada türk və müsəlman birliyinin parçalanması siyasəti aparılırdı. Xüsusən 1918-ci ilin yanvarında müsəlman qurultayı və onun qurumları ləğv edildi.

Rusiyalı mütəxəssis deyib ki, 1918-ci ildə Azərbaycan ərazisində baş verən qırğınlar o vaxtkı sovet Rusiyasının dövlət siyasətinin tərkib hissəsi idi. Bolşeviklər bu hadisələrin təşkilatçıları idilər. Belə olduğu halda 1918-ci ilin fevralında və martındakı qırğınların soyqırımı cinayəti olduğunu demək mümkündür. Ona görə də Heydər Əliyevin 31 mart - Azərbaycanlıların Soyqırımı Gününün təsis olunması haqqında imzaladığı Fərman çox böyük əhəmiyyət daşıyır. Bu, siyasi qərardan daha çox, hüquqi əsasa malik sənəddir. Buna görə Rusiya elmi-ictimai dairələrinin 1918-ci ildə azərbaycanlıların soyqırımını tanıması onların mənəvi borcudur.

Türkiyəli tanınmış tarixçi alim Mehmet Bora Perinçek “Daşnaklar iki erməni bolşevikinin gözü ilə” adlı məruzəsində daşnakların cinayətkar əməllərinin, dindən öz siyasi məqsədləri naminə istifadə etmələrinin bəzi erməni dairələri tərəfindən narazılıqla qarşılandığını vurğulayıb. Diqqətə çatdırıb ki, erməni bolşeviklər Suren Spandaryan və erməni inqilabi ədəbiyyatının banilərindən olan Hakob Hakopyan Daşnaksütyun partiyasının təcavüzkar siyasətini sərt tənqid edirdilər. Suren Spandaryan 1906-cı ildə dərc etdirdiyi məqaləsində daşnakları erməni cəmiyyətinin parazitləri adlandırırdı. Həmçinin bildirirdi ki, daşnaklar öz məqsədlərini həyata keçirmək üçün heç bir zorakılıq əməlindən çəkinmirlər.

Rusiyalı professor Valeri Stepanov “Bakı nefti Rusiyada vətəndaş müharibəsi amili kimi. 1918-1920-ci illər (Cənubi Qafqaz nümunəsində)” adlı məruzəsində bildirib ki, XX əsrin əvvəllərində dünyada neft hasilatının yarısını təmin edən Bakı mühüm sənaye mərkəzlərindən birinə çevrilmişdi. Bakının ələ keçirilməsi uğrunda bolşeviklərlə Almaniya arasında əldə edilən razılaşmaya görə, bolşeviklər Bakının işğalından sonra hasil olunacaq neftin 25 faizini almanlara verməyi öhdələrinə götürmüşdülər. Bu planın həyata keçirilməsinə əsas maneə “Müsavat” partiyası olduğundan onun sosial bazasını zəiflətmək üçün Bakıda bolşevik-daşnak qüvvələri tərəfindən milli zəmində qırğınlar törədildi. Sonradan Bakı komissarları, bolşeviklər və daşnaklar özləri etiraf edirdilər ki, mart soyqırımı Bakı neftinin Rusiyaya daşınmasına imkan verdi.

Valeri Stepanov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından sonra Bakı neftindən məhrum olan bolşeviklər Rusiyada əksinqilabçılarla mübarizədə qalib gəldikdən sonra Bakının ələ keçirilməsi istiqamətində müdaxiləyə başladılar. Təsadüfi deyil ki, “Qızıl ordu”nun Bakını işğal etməsi xəbəri Moskvada böyük sevinclə qarşılandı.

Fransada fəaliyyət göstərən gürcüstanlı professor Giorgi Mamulianın moderatorluğu ilə keçirilən ikinci bölmə iclasında “1916-1919-cu illərdə Qafqaz bölgəsi alman düşüncəsində “məkan” və “etnik gərginlik” anlayışları baxımından” mövzusunda məruzə ilə çıxış edən professor Dirk Günter Rits (Almaniya) qeyd edib ki, XIX əsrin sonlarından XX əsrin 40-cı illərinədək Almaniyanın Britaniyanın müstəmləkəsi olan Hindistana və Yaxın Şərqə irəliləməsi yolunda Qafqaza, xüsusilə Azərbaycana mühüm körpü kimi baxırdı. Birinci Dünya müharibəsində Almaniyanın Qafqaz bölgəsinə marağının önəmli dərəcədə artdığını qeyd edən professor Rusiyada bolşevik inqilabından sonra bölgədə vəziyyətin ciddi şəkildə dəyişdiyini bildirib. Diqqətə çatdırıb ki, Qafqazda pantürkizmin və Osmanlı imperiyasının təsirinin geniş yayılmasından narahat olan Almaniyanın Rusiya ilə Brest-Litovsk müqaviləsi imzalaması Türkiyənin ciddi narazılığına səbəb oldu. Almaniya Qafqaza müəyyən hərbi birliklər, missiyalar göndərsə də, 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusunun Bakını ələ keçirməsi Almaniyanın Qafqazdakı planlarını boşa çıxardı.

Professor Giorgi Mamulia “Erməni məsələsi və Paris sülh konfransında Cənubi və Şimali Qafqaz diplomatik nümayəndə heyətlərinin əməkdaşlıq problemləri” adlı məruzəsində Paris sülh konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşovun vahid Qafqaz nümayəndə heyətinin yaradılması və onun üzvlərinin eyni mövqedən çıxış etməsi ideyasının əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, istər Qafqazda, istərsə də digər ölkələrdəki ermənilər vahid Qafqaz mövqeyindən çıxış etməkdən boyun qaçırdılar. Parisə daha tez çatan erməni nümayəndə heyətinin dərhal danışıqlara başlayaraq, öz maraqları əsasında geniş təbliğat aparmaları Paris sülh konfransında Cənubi və Şimali Qafqaz nümayəndə heyətlərinin əməkdaşlığı üçün ciddi maneəyə çevrildi.

Professor qeyd edib ki, Paris sülh konfransında, sonrakı dövrdə isə Cənubi Qafqazda ermənilərin öz milli maraqlarını əsas alaraq regional əməkdaşlığa ciddi maneə yaratmalarından istifadə edən bolşeviklərin müdaxiləsi ilə hər üç respublika süqut etdi.

Gürcüstanlı professor Otar Canelidze “Cənubi Qafqazda gürcü-erməni münasibətləri tarixindən. 1918-1920-ci illər” adlı məruzəsində 1918-ci ildə ingilislərin Qafqaza daxil olmasını böyük sevinclə qarşılayan ermənilərin Azərbaycan ilə yanaşı, Gürcüstana da ərazi iddiaları ilə çıxış etdiklərini bildirib. Qeyd edib ki, Ermənistanın hərbi əməliyyatlara başlaması ilə əlaqədar Gürcüstanda aparılan hərbi hazırlığa azərbaycanlılar da fəal dəstək verirdilər. Gürcü kəndlərində dinc əhalini qətlə yetirən ermənilər özlərinin qırğına məruz qaldıqlarını bəyan etməyə çalışırdılar. Gürcüstan ordusunun üstünlüyü ələ almasından sonra müqavilə imzalansa da, hər iki respublika arasında soyuqluq davam edirdi.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyə Əhmədova “Cənubi Qafqazda 1918-ci il müsəlman qətliamlarının ictimai fikrə və siyasi-hərbi proseslərə təsiri” adlı məruzəsində bildirib ki, “böyük Ermənistan” iddialarını gerçəkləşdirməyə çalışan ermənilərin Bakıda cəmləşdirilməsinə və onların cəbhədən qayıdan ordunun silah-sursatı ilə silahlandırılmasına bolşeviklər fəal dəstək verirdilər. Bu da daşnakların Bakıda kifayət qədər güclü hərbi potensiala malik olması ilə nəticələndi. Bundan başqa, bolşeviklərin hərbi qüvvələrinin tərkibində də erməni silahlı dəstələri var idi. Bununla da, 1918-ci ilin mart qırğınları ərəfəsində daşnak-bolşevik qüvvələri açıq-aşkar üstün qüvvələrə sahib idilər. Həm bolşeviklər, həm də daşnaklar müsəlmanların muxtariyyətinə qarşı eyni mövqedən çıxış etdiklərindən mart qırğınlarında qüvvələrini birləşdirdilər. Tarixçi alim deyib ki, mart qırğınlarından sonra müsəlman ictimai fikrində antibolşevik və antidaşnak istiqaməti daha da gücləndi.

Rusiyalı professor Boris Xarsiyev “1917-1920-ci illər bölgədəki siyasi-hərbi münaqişələr fonunda Şimali Qafqaz və Azərbaycan xalqlarının qarşılıqlı münasibətləri” adlı məruzəsində 1918-1920-ci illərdə Stepan Şaumyanın bilavasitə rəhbərliyi ilə bolşeviklər və daşnaklar tərəfindən Azərbaycanın bütün ərazilərində genişmiqyaslı soyqırımı və etnik təmizləmə siyasətinin həyata keçirildiyini vurğulayıb. Qeyd edib ki, bolşeviklər bu qırğınlarla yerli əhalini qorxutmağa, daşnaklar isə “böyük Ermənistan” xülyalarını gerçəkləşdirmək üçün azərbaycanlıları məhv etməyə çalışırdılar. Bu qırğınlar azərbaycanlıların sırf etnik mənsubiyyətinə görə törədilirdi.

Professor Boris Xarsiyev deyib ki, həmin dövrdə qırğınların miqyasının böyük olmasına azərbaycanlı kommunistlərin loyallığı da təsir göstərdi.

Beynəlxalq elmi konfransın professor Solmaz Rüstəmova-Tohidinin moderatorluğu ilə keçirilən üçüncü - sonuncu bölmə iclasında “Amerikanın arxiv sənədlərində Qafqazda türk-erməni münaqişəsi - 1918-1920-ci illər” mövzusunda məruzə ilə çıxış edən tanınmış tədqiqatçı alim, professor Kamal Çiçək bildirib ki, 1917-ci ildə bolşevik inqilabı ilə əlaqədar Rusiyanın Birinci Dünya müharibəsindən çəkilməsindən sonra Antantanın tərkibində müharibəyə qoşulan ABŞ bu addımını xristian erməniləri müsəlmanların təzyiqindən qorumaq pərdəsi altında həyata keçirməyə çalışırdı. Bölgə ilə bağlı kifayət qədər məlumatlı olmayan ABŞ-ın bunun üçün Şərqi Anadoluya və Qafqaza göndərdiyi missioner qruplar əsasən ermənilərlə sıx əməkdaşlıq etməyə başladılar.

Türkiyəli professor ABŞ arxivlərində bölgədəki müsəlman-türk əhalisinin sayı ilə bağlı məlumatların daha dəqiq əks olunduğunu bildirib. O, həmçinin ABŞ arxivlərində ermənilərin törətdikləri qətliamlarla bağlı sənədlərin əksər hissəsinin yox edildiyini diqqətə çatdırıb.

AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Əfşan Əliyeva “İran mənbələri 1918-ci ildə İran Azərbaycanının müsəlman əhalisinə qarşı törədilən kütləvi qırğınlar haqqında: icraçılar və səbəblər” adlı məruzəsində Cənubi Azərbaycanda ermənilərin daha əvvəl soyqırımlar törətməyə başladıqlarını bildirib. Qeyd edib ki, təkcə 1918-ci ilin yanvar-iyun aylarında Cənubi Azərbaycanda birləşmiş erməni-aysor və ciloların silahlı dəstələri tərəfindən törədilən qanlı qırğınlar nəticəsində 200 mindən çox günahsız insan qətlə yetirilib. Əfşan Əliyevə deyib ki, Azərbaycandan fərqli olaraq, İranda ermənilərin törətdikləri soyqırımlar kifayət ətraflı araşdırılmayıb. Cənubi Azərbaycandakı qətliamlar barədə məlumatlar əsasən ayrı-ayrı şəxslərin xatirələrindən ibarət olduğundan bu qanlı qırğınlar barədə əsas faktlar hələ də dəqiq araşdırılmayıb.

Tədqiqatçı-politoloq Əli Hacızadə “Antanta dövlətlərinin Şərqi Anadoluda Ermənistan yaratmaq avantürasının Cənubi Qafqaz üçün nəticələri” adlı məruzəsində bildirib ki, Birinci Dünya müharibəsində Britaniya və Fransa Osmanlı imperiyasının ərazisində kürd və erməni dövlətlərindən ibarət bufer zonaların yaradılması ilə həm Türkiyənin yenidən dirçəlməsinin, həm də kommunizm təhlükəsizliyinin qarşısını almağı planlaşdırırdılar. Ermənilər Şərqi Anadoluda qurulacaq erməni dövləti üçün maneə olaraq gördükləri türk-müsəlman əhalinin sayını azaltmaq üçün kütləvi qırğın və qətliamlar həyata keçirməyə başladılar.

Amerikalı professor Nik Allen Uarndorf “Osmanlı imperiyasında qeyri-ənənəvi müharibə - Birinci Dünya müharibəsi və onun müasir dövrdə təsirləri” mövzusunda məruzəsində qeyri-ənənəvi müharibələrin ciddi fəsadlarından danışıb. Bildirib ki, belə müharibələr super dövlətlər üçün ciddi təhlükə yaradır. Qeyri-ənənəvi müharibələrin iştirakçıları dinc əhali arasında gizləndiklərindən belə vəziyyətdə döyüşən tərəfləri, qiyamçıları dinc əhalidən ayırmaq mürəkkəb prosesə çevrilir. Məhz Birinci Dünya müharibəsində türklərin vəziyyəti olduqca mürəkkəb idi. Çünki bir neçə cəbhədə döyüşən türklər ölkə daxilində erməni silahlı dəstələri ilə mübarizə aparmalı olmuşdular. Bu prosesdə qiyamçıların dinc əhalidən ayrılaraq müəyyənləşdirilməsi xeyli çətin prosesə çevrilmişdi.

Amerikalı professor deyib ki, müasir dövrdə qeyri-ənənəvi müharibə metodlarından istifadə edilir, kibermüharibələr aparılır, ən müasir vasitələrin tətbiqi ilə gənclər münaqişələrə cəlb olunur.

Məruzələr ətrafında müzakirələrdə Milli Məclisin deputatı Rövşən Rzayev, Bakı Avrasiya Universitetinin professoru Məmməd Cəfərli, Azərbaycan Prezidentinin işlər idarəsinin siyasi sənədlər arxivinin elmi katibi Həcər Verdiyeva, Bakı Dövlət Universitetində Erməni Araşdırmaları Elmi Mərkəzinin rəhbəri İsmayıl Tanrıverdi və digərləri ermənilərin Qafqazda və Şərqi Anadoluda törətdikləri qanlı qırğınların, eləcə də Ermənistanın hələ də davam edən işğalçılıq və etnik təmizləmə siyasətinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində belə konfransların önəmini yüksək qiymətləndiriblər.

Beynəlxalq elmi konfransın bağlanışında çıxış edən İsmayıl Axundov əhatəli, dərin məzmunlu elmi məruzələrə və fikirlərə görə iştirakçılara minnətdarlığını bildirib. Bildirib ki, konfransda alim və mütəxəssislərin səsləndirdikləri fikirlər tarixi hadisələrin obyektiv tədqiqatının zəruriliyini və bəşəriyyətə əsl həqiqətin çatdırılmasının vacib elmi və ictimai vəzifə olduğunu bir daha sübut edir.

Obyektiv araşdırmaların aparılması üçün arxivlərin tədqiqatçılar üçün açılmasının vacibliyini qeyd edən Dövlət Komissiyasının katibi deyib: “Türkiyə ölkə rəhbəri səviyyəsində tarixçilərdən ibarət birgə komissiyanın yaradılmasını və XX əsrin əvvəllərində baş vermiş hadisələrin obyektiv araşdırılmasını təklif etsə də, Ermənistanın hazırkı cinayətkar-siyasi rejimi bundan imtina edib. Bu fakt Ermənistanın tarixi hadisələrə siyasi-ideoloji yanaşma nümayiş etdirdiyini bir daha sübut edir, onun separatçı, işğalçı və militarist mahiyyətini üzə çıxarır”.

İsmayıl Axundov konfransın təşkilində əsaslı dəstəyə görə tədbir iştirakçıları adından Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Mədət Quliyevə minnətdarlığını bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Natiq Qasımova həsr olunmuş qısametrajlı filmdə 300 minə yaxın şəkil, 20 minə yaxın video generasiya olunub VİDEO

Natiq Qasımova həsr olunmuş qısametrajlı filmdə 300 minə yaxın şəkil, 20 minə yaxın video generasiya olunub VİDEO

Rusiya Prezidenti: Ermənistanın hazırkı xarici siyasi kursunda qeyri-adi heç nə yoxdur

“Liverpul” yeni baş məşqçisini açıqlayıb

Putin: Rusiya və Ukrayna arasında mümkün razılaşmalar tarixi sənədlər ola bilər

Vaxo Çaraia: BTQ layihəsi çoxşaxəli faydalar verə biləcək strateji təşəbbüsdür

Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır

Tural Məmmədov: Azərbaycan internetdən asılı olmayan suveren dövlət xidmətləri qurur

Azərbaycan parataekvondoçuları Romada iki medal qazanıblar

Rusiya Prezidenti İrana humanitar yardımın çatdırılmasında köməyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib

Elvin Balacanov: Rəqəmsal dayanıqlılığın əsasını peşəkar kadrlar və əməkdaşlıq təşkil edir

Erdal Özkaya: Süni intellekt kibertəhdidlərin həyata keçirilməsi sürətini 29 saniyəyədək azaldıb

Tovuz rayonu Cəlilli kəndi içməli su ilə təmin olunub

Aİ Livan Silahlı Qüvvələrinə 100 milyon avroluq yeni yardım paketini təsdiqləyib

Vladimir Putin: Rusiyanın Azərbaycanla həmişə çox yaxşı münasibətləri olub və bu davam edir

Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş "Düşmənə qarşı tək" qısametrajlı filminin təqdimatı olub

Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir

İctimai Birlik sədri: Eşitmə məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası artır

Sabah Naxçıvan şəhərinin bəzi ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Alim Qasımov: Eşitmə məhdudiyyətli uşaqların cəmiyyətin diqqət və dəstəyinə ehtiyacı var

Azərbaycanlı rejissor Mossovet Teatrının Beynəlxalq Rejissor Laboratoriyasının finalçısı olub

Rəcəb Tayyib Ərdoğan: Türkiyə Afrika ölkələri ilə bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlər qurur

Dominikanda Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Mütəxəssis: Bəzən saniyələrlə olan gecikmələr belə kritik rəqəmsal infrastrukturlar üçün ciddi təsirlər yarada bilər

Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

Tədris prosesi distant formada keçiriləcək məktəblərin siyahısı açıqlanıb

Ankarada “Ortaq türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” layihəsi çərçivəsində tədbirlər təşkil olunub

Ayxan Abbasov: Yoldaşlıq matçlarında həm yaxşı oyun, həm də yaxşı nəticə istəyirik

Laşa Amaşukeli: BTQ-nin modernləşdirilməsinin başa çatması Gürcüstan və Azərbaycan üçün mühüm mərhələdir

Millinin qapıçısı: Üç ildən sonra yenidən yığmada olmaq böyük sevincdir

Yaponiyada doğuş sayı və əmsalı rekord həddə enib

Bu saata olan əsas xəbərlər

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Eşitmə məhdudiyyətli şəxslərin II Mədəniyyət Festivalı inklüziv cəmiyyətin inkişafına töhfə verəcək

Emin Ağalarov: Rusiyadan olan 50-dən çox sənətçi “DreamFest” musiqi festivalında iştirak etmək üçün Azərbaycana gələcək

Bankların adından saxta kredit səhifələri yaradan şəxslər saxlanılıblar VİDEO

Bankların adından saxta kredit səhifələri yaradan şəxslər saxlanılıblar VİDEO

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib YENİLƏNİB VİDEO

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib YENİLƏNİB VİDEO

Cengiz Akarçeşme: Azərbaycanda voleybol məşqçiləri üçün beynəlxalq seminar yüksək səviyyədə təşkil olunub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırdır VİDEO

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırdır VİDEO

Milli Parkın ərazisində narkotik plantasiyası aşkarlanıb VİDEO

Milli Parkın ərazisində narkotik plantasiyası aşkarlanıb VİDEO

Alpaslan Kesici: Azərbaycan və TDT ölkələri kibertəhlükəsizlik sahəsində ortaq həllər hazırlamalıdır

Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb

Milli mətbəx və dini inanc - Folklor İnstitutunda seminar

Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib

“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi banklarının Şurası”nın növbəti toplantısı keçirilir

AQTA və DİN-in birgə əməliyyatı - 120 kiloqram yararsız ət aşkarlanıb

Estoniyalı mütəxəssis: Azərbaycanla kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanlar var

İctimai Birlik rəhbəri: Eşitmə məhdudiyyətli insanlar üçün dövlət qurumları ilə birgə layihələr həyata keçirilir

AMEA Türk dünyası və özəl sektorla texnoloji tərəfdaşlığı genişləndirir

Qarabağda arxeoloji tədqiqatların miqyası genişlənir: Şuşa və Xankəndidə kəşfiyyat işləri aparılır

ƏƏSMN ilə Dünya Bankının icra etdiyi birgə layihələrin əhəmiyyəti diqqətə çatdırılıb

Azərbaycanın Orta Güc statusu ilə bağlı araşdırma dərc olunub

Azərbaycanı Avropa Açıq Turnirində 10 qadın cüdoçu təmsil edəcək

Akademik İsa Həbibbəyli: Arxeologiyada müxtəlif elm sahələrinin əməkdaşlığı önəmlidir

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

BDU-da aparılan elmi tədqiqatlar aqrar sahədə dayanıqlı inkişafa xidmət edir

Dünyada 47 milyon yeni kibertəhlükəsizlik mütəxəssisinə ehtiyac yaranacaq

Millinin voleybolçusu: İsveçlə oyunun çətin keçəcəyini gözləyirik

Bakıda “Foniatriyada yeni üfüqlər” adlı beynəlxalq tədbir təşkil olunub

“Kim dedi ki, səadətə inanma” mahnısının bəstəkarı: Şeirdə ilahi sevgi ilə yanaşı, nostalji duyğular da əksini tapıb VİDEO

“Kim dedi ki, səadətə inanma” mahnısının bəstəkarı: Şeirdə ilahi sevgi ilə yanaşı, nostalji duyğular da əksini tapıb VİDEO

Azərbaycanın enerji və tranzit strategiyası Avrasiyanın iqtisadi inteqrasiyasını sürətləndirir - ŞƏRH

Eyyub Yaqubov: “Kim dedi ki, səadətə inanma” mahnısı yaradıcılığımda özünəməxsus yer tutacaq VİDEO

Eyyub Yaqubov: “Kim dedi ki, səadətə inanma” mahnısı yaradıcılığımda özünəməxsus yer tutacaq VİDEO

Rusiya XİN Azərbaycan ilə mədəni əməkdaşlığın yenidən başlanmasının vacibliyini bəyan edib

“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq

“Kim dedi ki, səadətə inanma” mahnısı və klipi təqdim olunub VİDEO

“Kim dedi ki, səadətə inanma” mahnısı və klipi təqdim olunub VİDEO

Faiq Qarayev: Avropa Liqasında qrupdan yaxşı nəticə ilə çıxmaq istəyirik

“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfrans başa çatıb

Dünyanın qabaqcıl banklarının neftin qiyməti ilə bağlı proqnozları necədir?

Estoniyalı mütəxəssis: Süni intellekt kibertəhlükəsizlikdə tam avtonom mərhələyə doğru irəliləyir

İsmayıllıda kənd təsərrüfatının inkişafı üçün yeni hədəflər müəyyənləşdirilir

AQTİ vakant vəzifə üzrə işə qəbul elan edir

® “ABB Home” platformasına “Mygov ID” ilə daha sürətli giriş imkanı!

Laçın şəhərinin su təminatı 6 subartezian quyusu vasitəsilə həyata keçirilir

Bu gün artıq Zəngəzur dəhlizi regional layihə statusunu çoxdan geridə qoyub - ŞƏRH

Keşlə qəsəbəsində obyektdə baş verən yanğın söndürülüb

Bakı Texniki Kollecinə müəllim tələb olunur

Estoniya nümayəndəsi: Rəqəmsal transformasiya və kibertəhlükəsizliyi bir-biri ilə toqquşmayan anlayış kimi görürük

Coğrafiyaşünas-alim: Yaz yağıntıları dağlıq ərazilərdə sürüşmə riskini artırıb

“Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalı başa çatıb

Qazaxıstanda 35 metrlik bayraq dirəyi olan Müstəqillik xiyabanı açılıb

Küveyt Dövlətinin Baş naziri Şeyx Əhməd Abdullah əl-Əhməd əl-Sabahdan

Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabahdan

“Milli kimliyin formalaşmasında mənəvi dəyərlərin rolu” mövzusunda görüş

Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifədən

Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tanidən

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tanidən

İran xaricdə dondurulmuş aktivlərinin 50 faizinin dərhal qaytarılmasını tələb edir

Ukraynanın sabiq Prezidenti Leonid Kuçmadan

Qanunvericiliyə dəyişikliklər məcburi köçkünlük dönəminin hüquqi baxımdan yekunlaşmasıdır - RƏY

Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edir ŞƏRH

Azamat Abdullayev: Özbəkistan kibertəhlükəsizlik şəbəkəsini gücləndirib

“Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalında klassik musiqi günü

Media: Tayvan gəmi əleyhinə raket arsenalını 1,8 minə çatdırmağı planlaşdırır

Qazaxıstan rəsmisi: Azərbaycanla süni intellekt və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edə bilərik

ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Korn və baş icraçı direktoru Uilyam Darofdan

Azərbaycandan Avropa İttifaqı ölkələrinə məhsul ixracının dəyəri 5 milyard dolları ötüb

Azərbaycandan Ermənistana dizel yanacağı göndərilib VİDEO

Azərbaycandan Ermənistana dizel yanacağı göndərilib VİDEO

OECD: 2030-cu ilədək qlobal polad tələbatının hər il 0,9 faiz artacağı gözlənilir

Fransa və İrlandiya müdafiə sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Sabah” Azərbaycan millisinin futbolçusu ilə müqaviləni yeniləyib

İran XİN: Tehran Hörmüz boğazından keçid üçün heç bir ödəniş almayacaq