Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qafqaz Müsəlmanları İdarəsi ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş konfrans təşkil edib

Bakı, 8 may, AZƏRTAC

Mayın 8-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, din və elm xadimlərinin, müxtəlif dini konfessiyaların təmsilçilərinin, dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri konfransda müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub.

Sonra ümummilli lider Heydər Əliyev haqqında film nümayiş etdirilib.

Tədbirin moderatoru QMİ sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Sabir Həsənli ümummilli lider Heydər Əliyevin Azərbaycanda dinə və dindarlara qayğısından danışıb. Bildirilib ki, Ulu Öndər ölkəmizdə yeni məscidlərin tikintisinə, köhnələrinin isə təmirinə hər zaman xüsusi diqqət yetirirdi. Dindarlar ümummilli lider Heydər Əliyevin diqqət və qayğısını hər zaman hiss edib və yüksək qiymətləndiriblər.

QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış edərək bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin həyatı boyunca Azərbaycan naminə göstərdiyi xidmətlər misilsizdir. Bu görkəmli şəxsiyyətin onilliklər ərzində Vətənə, millətə xidmətinin cövhərində böyük mənəviyyat sahibi olması dayanır. Heydər Əliyev ölkəmizi dini, etnik separatçılıq zəminində parçalamaq, mənəvi cəhətdən zəiflətmək, məzhəb ayrı-seçkiliyi salmaq istəyənlərin niyyətlərini puça çıxararaq dövlətçiliyimizi xilas edib. Milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızı azərbaycançılıq məfkurəsi ətrafında səfərbər etməklə Ulu Öndər Azərbaycan dövlətçiliyinin sarsılmaz əsaslarını yaradıb. “Heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrdən istifadə edərək gələcəyimizi quracağıq” sözləri Heydər Əliyevin dünyalar qədər sevdiyi Azərbaycanın gələcək səadətinin təminində müqəddəs dinimizin oynayacağı rolu uzun illər əvvəldən düşündüyünü göstərir, onun İslam dəyərlərinə sədaqətindən xəbər verirdi. Təsadüfi deyil ki, Ümummilli Lider hakimiyyətə qayıdandan sonra ilk addımlarından birini məhz ibadət məkanına atdı - Təzəpir məscidini ziyarətə gələrək dindarlar qarşısında çıxış etdi, “Allahın yolunda hamımız bir olaq” dedi. Ulu Öndərin ilk sərəncamlarından biri nisgilli Bibiheybət məscidinin bərpası ilə bağlı oldu. Bibiheybət məscidinin təməlinin qoyulması mərasimində Ulu Öndər deyib: “Biz Azərbaycanda bütün dini abidələri, ocaqları, müqəddəs yerləri sizinlə birlikdə bərpa edəcəyik. Bizim görə bilmədiyimiz işləri davamçılarımız sona çatdıracaqlar”.

Şeyxülislam qeyd edib ki, dinindən, dilindən asılı olmayaraq Azərbaycan vətəndaşlarına eyni münasibət bəsləyən Ümummilli Lider illərin sınağından çıxmış adət-ənənələrimizə ehtiramla yanaşırdı, müxtəlif icmaların bayramlarında iştirak edir, onları təbrik edirdi. “Ulu Öndərimizin ən böyük arzusu ölkəmizin ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkün soydaşlarımızın öz dədə-baba yurdlarına qayıtmaları, doğma Qarabağımızda dağıdılmış mədəni-mənəvi abidələrimizin bərpa edilməsi idi. Mən əminəm ki, inşallah, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə onun bu arzusu da gerçəyə çevriləcək”, - deyə QMİ sədri qeyd edib.

Şeyxülislam bildirib ki, Heydər Əliyevin dövlətçilik məktəbi var olduqca müstəqilliyimiz və rifahımız da əbədi olacaq. O deyib: “Biz dindarlar bünövrəsi Ulu Öndər tərəfindən qoyulan, Azərbaycan xalqının gələcəyi və rifahı naminə aparılan dövlət siyasətini bəyənir və dəstəkləyirik. İnşallah, Uca Yaradanın köməyi və müdrik dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan xalqı dünya miqyasında daha böyük uğurlara və qələbələrə imza atacaq”.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbirdə çıxış edərək Azərbaycanın tarixinə qurucu və xilaskar kimi daxil olmuş ulu öndər Heydər Əliyevin xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlərindən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev 95 il bundan əvvəl Tanrının Azərbaycan xalqına bəxş etdiyi bir lider idi. O, nəinki özünün, ailəsinin, doğulduğu elin-obanın sonrakı taleyini müəyyən etdi, eləcə də Azərbaycan xalqının bugünkü inkişafının, bugünkü taleyinin müəyyən olunmasında əvəzsiz xidmətlər göstərdi. Heydər Əliyev məhz o liderlərdən idi ki, Azərbaycan xalqının həm keçmiş, həm bugünkü, həm də gələcək taleyində önəmli nümunələr yaratdı və bu nümunələr ətrafında Azərbaycan xalqı yaşayır, fəaliyyət göstərir və cəmiyyətimiz dünyaya çoxsaylı nümunələr verir - tolerantlıq nümunəsi, ictimai-siyasi sabitlik nümunəsi, xalqlar, millətlər, dinlər arasında birgəyaşayışın sivil normalarının gözəl nümunəsi. Biz bu nümunələrlə fəxr edirik və həmişə fəxr edəcəyik. Prezident İlham Əliyevin bu gün yürütdüyü siyasət hər bir taleyüklü məsələnin həllində həmişə öz ətrafında ölkənin ziyalıları, dövlət və ictimai xadimləri ilə bərabər din xadimlərini də birləşdirən Ümummilli Liderin yaratdığı monolit milli-etnik birliyin nümunəsidir.

Əli Həsənov qeyd edib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bütün vasitələrlə Azərbaycan dövlətini xilas etdi və onun qurtuluş missiyasını öz çiyninə götürdü. Əlbəttə, dövlətin təməlində milli birlik, ictimai-siyasi sabitlik və vətəndaşların iradəsi dayanmalıdır. Ona görə də Ümummilli Lider milli birlik, vətəndaş birliyi yaratdı. Bu vətəndaş birliyini də çox zərgər dəqiqliyi ilə seçdi. Bu vətəndaş birliyinin təməlində insanların dininə, dilinə, mədəniyyətinə hörmət dayanır. O vaxta qədər Azərbaycan cəmiyyətini müxtəlif xalqlar və etnik qruplar arasında mübarizəyə sürükləyən insanlar Azərbaycanda ciddi milli-etnik qarşıdurma yaratmışdı. Heydər Əliyev bu qarşıdurmanı aradan qaldırdı və hər bir insanın dininə, etnik dəyərlərinə, mədəniyyətinə hörmətlə yanaşdı və bu əsasda milli-etnik monolitliyi yaratdı. Ümummilli Lider dövlət-din münasibətlərinin nümunəvi modelini yaratdı. Azərbaycanın bugünkü İslam dini modelinə və dini tolerantlığına baxın. Bizim dini modelimiz elə qurulub ki, inanclı insanlar dövlətin dünyəvi normalarına, dövlət isə inanclı insanların dini ayinlərinə müdaxilə etmir. Hər birinin öz yeri, öz çərçivəsi var. Bu qızıl ortamı Ümummilli Lider müəyyən edib.

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycanda bütün dinlərin, mədəniyyətlərin nümayəndələrinə hörmətlə yanaşılır. Azərbaycan cəmiyyətində məzhəbçilik yoxdur, heç zaman ölkəmizdə sünni-şiə qarşıdurması olmayıb. Ona görə ki, Azərbaycanda heç kimin qəlbində belə ayrı-seçkilik yoxdur. Ümummilli Liderin yaratdığı nümunə budur.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov bildirib ki, Heydər Əliyev ömrünü Azərbaycan xalqına həsr edib. Sovet dövründə Azərbaycan 15 respublika arasında ən aşağı yerlərdə idi. Ulu Öndər 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra respublika çox böyük nailiyyətlər əldə etdi. Gördüyü işlər nəticəsində Heydər Əliyev SSRİ kimi hegemon dövlətin rəhbərliyində təmsil olundu. Ulu Öndər bir müddət siyasətdən uzaq qaldı. Azərbaycanın Heydər Əliyevsiz qalması ölkəni böyük fəlakətlərə apardı, torpaqlarımızın 20 faizi işğal olundu, minlərlə şəhid verdik, vətəndaşlarımız məcburi köçkünə çevrildi. Naxçıvan da Qarabağ kimi işğal ediləcəkdi. Heydər Əliyevin Naxçıvana gəlməsi muxtar respublikanı işğal təhlükəsindən xilas etdi. Ulu Öndər Azərbaycan xalqının tarixində əbədi bir yer qazandı. Azərbaycan Prezidenti İlham Əliyev də apardığı siyasətlə Ümummilli Liderin layiqli davamçısı olduğunu sübut etdi.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Heydər Əliyevin müstəqil Azərbaycan yolundakı tarixi xidmətlərindən danışıb. O qeyd edib ki, Ulu Öndər müasir müstəqil Azərbaycanın təməl prinsiplərini müəyyənləşdirib. Bu təməl prinsiplərə azərbaycançılıq, mənəvi dəyərlərə sadiqlik, dövlət-vətəndaş həmrəyliyi və s. aiddir. Bu təməl prinsiplər bizim üçün əbədidir.

Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, ulu öndər Heydər Əliyev uzaqgörən, böyük siyasi xadim idi. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan dünya ölkələri arasında özünə layiqli yer tutdu. Bu gün Azərbaycan Ümummilli Liderin ideyaları, strategiyası əsasında inkişaf edir. Ümummilli Lider hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilib.

Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Ulu Öndərin hələ keçmiş SSRİ dövründə Azərbaycana rəhbərlik etdiyi vaxtlarda gördüyü mühüm işlərdən, əldə olunan nailiyyətlərdən söz açıb. Qeyd edilib ki, Ümummilli Lider müstəqil Azərbaycanın tarixində olduqca çətin bir vaxtda xalqın tələbi ilə yenidən rəhbərliyə qayıdıb, respublikanı tənəzzüldən, böhrandan çıxararaq müasir inkişafımızın bünövrəsini qoyub.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla deyib ki, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev bütün həyat və fəaliyyətini xalqımızın və respublikamızın hərtərəfli inkişafına, azərbaycançılıq ideyasının milli şüurda qərarlaşmasına, müstəqil dövlətçiliyin möhkəmlənməsinə, mədəniyyətimizin və incəsənətimizin dünyada tanıdılmasına həsr edib.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov vurğulayıb ki, bu gün ölkəmizdə qazanılan böyük uğurlar məhz Heydər Əliyev dühasının bəhrəsidir. Ümummilli Liderin hakimiyyətinin istər sovet, istərsə də müstəqillik dövründə ölkəmizin hərtərəfli inkişaf etdiyini bildirən rektor qeyd edib ki, Ulu Öndər Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, respublikamızın tərəqqisi yolunda böyük addımlar atıb.

Daha sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev, QMİ sədrinin birinci müavini, müfti Salman Musayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev, Azərbaycanda katolik icmasının başçısı Vladimir Fekete və başqaları dünya şöhrətli siyasi xadim, ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətlərindən, ölkəmizdəki dini icmalara diqqət və qayğısından, milli mənəvi dəyərlərin qorunması istiqamətində gördüyü işlərdən danışıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox insan saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb