İtaliyada Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik kampaniyası təşkil edilib VİDEO
Roma, 1 yanvar, AZƏRTAC
Azərbaycanın İtaliyadakı səfirliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bu ölkədə təhsil alan tələbələrimiz arasında təbrik kampaniyası təşkil edib.
AZƏRTAC xəbər verir ki, dekabrın 26-dan başlayaraq səfirliyin sosial şəbəkələrində İtaliyanın Roma, Piza, Padova, Turin, Maçerata, Parma, Milan, Kamerino və Venesiya şəhərlərində təhsil alan tələbələrin “#İtaliyadanTəbrikim” həştəqi altında təbrik videoçarxları yayımlanıb.
Azərbaycanlı tələbələr və səfirliyin sosial kanallarının izləyiciləri arasında böyük marağa səbəb olan bu kampaniya dekabrın 31-də Romadan təbrik videoçarxı ilə yekunlaşıb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma