Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə kursant qəbulu ilə bağlı imtahan keçirilib YENİLƏNİB VİDEO

Bakı, 6 aprel, Məhərrəm Əlioğlu, AZƏRTAC

Aprelin 6-da Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin V sinfinə 2019-2020-ci tədris ili üçün kursant qəbulu ilə bağlı şagirdlərin imtahanı keçirilib.

AZƏRTAC xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən imtahanda 48 yer üçün 1227 uşaq imtahan verib. Bu da məktəblilərimizdə hərb sənətinə və sərhədçi peşəsinə marağın artmasından xəbər verir.

Tam şəffaf və aşkarlıq şəraitində keçən imtahan Azərbaycan dili və riyaziyyat fənləri üzrə test üsulu ilə aparılır.

İmtahanın gedişini Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və şagirdlərin valideynləri də izləyiblər.

Dövlət Sərhəd Xidmətinin Aparat rəhbəri, general-mayor Elçin İbrahimov jurnalistlərə müsahibəsində bildirib ki, Xüsusi Məktəbdə təhsil almaq üçün 1227 nəfər müraciət edib. Məktəbdə kursant yerinin sayı 48-dir. Göründüyü kimi, konkurs bir yer üçün 26 nəfərdir. Bu rəqəmlər DSX-nin Xüsusi Məktəbinin nüfuzunun artmasının göstəricisidir. Bu nüfuzun arxasında Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 2011-ci ilin oktyabrında Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edildikdən, zəruri tədris bazası ilə təchiz olunduqdan sonra DSX-nin balansına verilməsi və həmin il oktyabrın 18-də açılış mərasimində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştirak etməsi olub.

E.İbrahimov deyib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2014-cü il 22 may tarixli Fərmanı ilə məktəbə xüsusi təyinatlı təhsil müəssisəsi statusu verilib. “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin Nizamnaməsi”nə əsasən, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin vəzifəsi - kursantların maraq və potensial imkanları, fərdi xüsusiyyətləri nəzərə alınmaqla, onların zəruri biliklərə və həyat bacarıqlarına yiyələnmələrini, milli-mənəvi dəyərlərə malik, sağlam, vətənpərvər, müasir dünya görüşlü şəxsiyyət kimi formalaşmalarına, Dövlət Sərhəd Xidmətinin Akademiyası üçün hazırlanmalarını təmin etməkdir. Bu məktəbin yaranması, 2007-ci ildə DSX Akademiyasının təsis edilməsi və fəaliyyətə başlaması nəticəsində Dövlət Sərhəd Xidmətində mükəmməl hərbi təhsil sistemi formalaşıb. Kursantlar Xüsusi Məktəbdə yeddi illik təhsil aldıqdan sonra DSX Akademiyasında dörd il təhsil alırlar. Bundan sonra onlar leytenant hərbi rütbəsi alaraq dövlət sərhədində xidməti-döyüş fəaliyyətinə başlayırlar. Bir müddətdən sonra onlar növbəti təhsil pilləsinə - akademik kurslara cəlb olunur və ikiillik təhsildən sonra DSX-nin peşəkar zabit korpusunun tərkib hissəsi kimi öz fəaliyyətlərini davam etdirirlər.

İmtahanda 12 yaşadək uşaqların iştirak etdiklərini deyən general-mayor bildirib: “Orta məktəbin 4-cü sinfini bitirən şagirdlərdən Xüsusi Məktəbə qəbul olunanlar bu ilin sentyabrından 1-ci kursda, yəni, 5-ci sinifdə təhsilə başlayacaqlar. Əsas məqamlardan biri də ondan ibarətdir ki, ötən il martın 5-də Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan yeni korpusunun açılış mərasimində iştirak edən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva kursantların tədrisi və yaşayışı üçün yaradılmış şəraitlə tanış olub, tapşırıq və tövsiyələrini verib. Bizim də vəzifəmiz Xüsusi Məktəbin fəaliyyətini gündən-günə inkişaf etdirmək, onun zəruri pedaqoji imkanlarını, maddi-texniki bazasını daha da genişləndirməkdən ibarətdir. İlk dəfədir ki, bu cür imtahan keçirilir. Valideynlərin övladlarının imtahan prosesini şəxsən müşahidə etmələrinin əsas məqsədi odur ki, onlar imtahanın tam şəffaf keçirilməsinə şahid olsunlar. İmtahanda hər biri 5 balla qiymətləndirilən 60 sual verilir. Ən yüksək bal toplayan 48 nəfər bu ilin sentyabrından DSX-nin Xüsusi Məktəbinin birinci kursunda təhsilə başlayacaqlar. İkinci mərhələdə isə onların ailələri ilə bağlı öyrənmə tədbirləri keçiriləcək, tibbi yoxlanış aparılacaq. İmtahanın cavabları qısa müddətdə elan ediləcək. Valideynlərin hər hansı müraciətlərinin, suallarının cavablandırılması üçün xüsusi komissiya təşkil olunub. Bütün müraciətlərə dərhal baxılacaq və yerindəcə qərar qəbul olunacaq. Təcrübə göstərir ki, DSX Xüsusi Məktəbinə müraciətlərin sayı əhəmiyyətli dərəcədə artır. Güman edirəm ki, DSX-nin zabit heyəti ilə komplektləşdirilməsi ehtiyacı nəzərə alınaraq məktəbdə yerlərin sayı artırıla bilər”.

Xatırladaq ki, məktəbə qəbulla əlaqədar sənədlərin qəbulu bu il fevralın 15-dək həyata keçirilib.

DSX Xüsusi Məktəbinin fəaliyyətə başlaması ilə Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyini təmin edəcək ixtisaslı zabit kadrların hazırlanması üçün 11 illik, bundan sonra isə zabitlərin ixtisas artırması üçün ikiillik akademik kurslardan ibarət təhsil dövrünü əhatə edən mükəmməl hərbi tədris sistemi formalaşıb.

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə kursant qəbulu ilə bağlı imtahan keçirilib  YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb

Asiyadan Qərbə uzanan mədəniyyət: türk və ərəb folklorunda kölgə oyunları

Rəşad Məcid: Bəzi sosial şəbəkələr uşaqların mənəvi inkişafına mənfi təsir göstərir

Bakı metrosu yay qrafikinə keçib

Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb

Xaosdan şanlı Zəfərə: BDU-da Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs olunub

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirə olunub YENİLƏNİB

İstanbul Bəyannaməsi üç ölkənin strateji tərəfdaşlığının növbəti təzahürüdür

Vergiödəyicilərinə xidmət mərkəzlərində 400 minədək xidmət göstərilib

Politoloq: Cənubi Qafqazda qlobal aktorların maraq dairəsi xeyli genişlənib

Azərbaycanda elektromobil və hibrid avtomobil idxalı kəskin azalıb – STATİSTİKA

Şəhid övladları üçün ənənəvi “Məzun günü” tədbiri təşkil olunub

Azərbaycan Badminton Federasiyası Ruandaya idman ləvazimatları göndərib

İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib

BMU-da Milli Qurtuluş Günü qeyd olunub

Bakıda “Azərbaycanda alman memarlığı” mövzusunda beynəlxalq konfrans başlayıb

Xızıda quşların antisanitar şəraitdə kəsildiyi və satışa çıxarıldığı aşkarlanıb

İTV: Dünya çempionatının bütün oyunları Azərbaycanda canlı yayımlanacaq

Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”

“Məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmininə dair” qanun layihəsi işğaldan azad edilmiş ərazilərin inkişafına mühüm töhfə verəcək – RƏY

Böyük Britaniyanın müdafiə naziri istefa verib

Məqsəd 16 yaşınadək uşaqların internetə çıxışını deyil, sosial platformalara girişini məhdudlaşdırmaqdır

BŞTİ məktəb direktorları və bağça müdirləri üçün təlim təşkil edib

Su infrastrukturunun inkişafı və yenidən qurulması istiqamətində mühüm işlər həyata keçirilir

Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir

Coğrafiyaşünas-alim: El Nino hava fenomeni Xəzər dənizinin səviyyəsinə təsirsiz ötüşməyəcək

Fridrix Merts: Almaniya Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsində iştiraka hazırdır

AHİK: Yollayışların verilməsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir

Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə

Haiti Futbol Federasiyası FIFA-nın tələbi ilə oyun formalarını dəyişdirməyə razı olub

Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib

Sadiq Qurbanov: Azərbaycan kənd təsərrüfatına yararlı torpaq fonduna görə bir çox Avropa ölkəsini üstələyir

Azərbaycan millisinin hücumçusu Madriddə əməliyyat olunub

Qərbi Azərbaycan İcmasında süni intellektin idarə olunması mövzusunda məlumatlandırma sessiyası

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru: Fermerlərə əlavə subsidiyaların verilməsi nəzərdə tutulur

Paytaxtda fəaliyyət göstərən təhsil mərkəzlərinin rəhbərləri AzTU-da olublar

Neymar Braziliya millisinin dünya çempionatındakı ilk oyununu buraxa bilər

Jerald Darmanənin təqdim etdiyi cinayət ədaləti islahatı ilə bağlı qanun layihəsi rədd edilib

İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir

Rəşad Hüseynov: Bitkiçilik sahəsində inkişaf heyvandarlığa nisbətən üstünlük təşkil edir

Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir

Rusiya Prezidentinə Novruz bayramına ümummilli status verilməsi təklif olunub

Azərbaycanın xarici siyasəti balanslı, çoxşaxəli və milli maraqlara əsaslanan praqmatik yanaşma ilə xarakterizə olunur - ŞƏRH

Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan musiqisi səslənib

Tarix Muzeyində mədəniyyətlərarası səyahət: uşaqlar Meksika və Azərbaycanı necə tanıdılar?

“Reuters”: ABŞ ilə İran arasında dondurulmuş vəsaitlər üstündə mübahisə gedir

Komitə sədri: 2026-2030-cu illər üzrə Dövlət Proqramı aqrar sahənin inkişafı üçün aydın yol xəritəsidir

Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiahdan

Nazir: Keyfiyyətsiz toxum dövriyyəsinin qarşısı alınacaq

Azərbaycan və İran arasında yükdaşımaların artırılması sahəsində əməkdaşlığa dair protokol imzalanıb

Balıqçılıq və akvakultura sahəsində qüvvədə olan qanunvericiliyin yenilənməsi planlaşdırılır

Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?

Fransada magistral avtomobil yollarına nəzarət üçün dronlar sınaqdan keçirilir

“Aqrar sahə haqqında” yeni Qanunun hazırlanması nəzərdə tutulur

Məcnun Məmmədov: Kənd təsərrüfatı Azərbaycanın sosial-iqtisadi inkişafında xüsusi yer tutan strateji sahədir

Hamza Hamzaoğlu: Türkiyə millisinin yarımfinala yüksəlməsi çempionluq qədər dəyərli olar – EKSKLÜZİV

Xalq-Lider birliyinin təntənəsi: Heydər Əliyev irsi və müasir Azərbaycan

“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir

Çin sınaq peykini kosmosa göndərib

Nəsimi rayonunda ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlanıb

Ekspert: İstanbul Bəyannaməsi Türkiyə, Azərbaycan və Gürcüstan əlaqələrinə dair vizyonu əks etdirir

Muxtar respublikada 226 milyon 57 min manatlıq sənaye məhsulu istehsal edilib

Culfada baş verən yanğında xəsarət alanların vəziyyətləri açıqlanıb - YENİLƏNİB VİDEO

Culfada baş verən yanğında xəsarət alanların vəziyyətləri açıqlanıb - YENİLƏNİB VİDEO

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı kimyəvi mübarizə tədbirləri aparılıb

Məhərrəm ayının başlanacağı tarix açıqlanıb

Böyük Britaniyada hər gün 3000-ə yaxın xəstənin xidmət üçün uyğun olmayan yerlərdə müalicə aldığı açıqlanıb

Bakıda atletika üzrə ölkə çempionatı start götürəcək

Azərbaycanda Amerika Ticarət Palatası “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib

Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib

Bu ilin 5 ayı ərzində narkotiklərlə mübarizə sahəsində 3 min 766 fakt aşkar edilib

Kəşmirin Pakistanın nəzarətində olan hissəsində baş verən qəzada 22 pakistanlı hərbçi həlak olub

Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub

BDYPİ: Texniki cəhətdən köhnəlmiş nəqliyyat vasitələri yollarda ciddi risk yaradır

Böyük Britaniyada “Ryanair” aviaşirkəti ilə bağlı araşdırma başlanıb

Ankara yunan Kipri ilə Fransa arasında hərbi sazişi pisləyib

Yunanıstan səfiri “ASAN xidmət”də

Azərbaycanın beynəlxalq enerji bazarlarında strateji rolu daha da güclənib MÜSAHİBƏ

Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb

Bu ilin 5 ayı ərzində 4 tondan çox narkotik vasitə və psixotrop maddələr müsadirə olunub

“Qarabağ” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb

Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır

Azərbaycanla İran arasında Araz çayının su ehtiyatlarının bölüşdürülməsi ilə bağlı iş rejimləri təsdiqlənib

Volkan Yılmaz: Türkiyə-Azərbaycan qardaşlığı bizim üçün böyük əhəmiyyətə malikdir

Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib

“Bayer” heyətinə yeni futbolçu cəlb edib

Milli Xalça Muzeyində “Təbii Zəka / NI - Natural Intelligence” sərgisi açılıb

Azərbaycan-Rumıniya mədəni əməkdaşlığının inkişafı müzakirə olunub

Arif Əsədov: Dünya çempionatının əsas favoriti kimi Portuqaliyanı görürəm

Milli qurtuluşdan dövlətçilik zirvəsinə: BDU tələbələri Ulu Öndərin siyasi irsini öyrənirlər

Sabah bəzi yerlərdə yağış yağacaq

Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Bu ilin 5 ayı ərzində “802” xidmətinə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 38 müraciət daxil olub

Neft qiymətləri yenidən 150 dollara yüksələ bilər - PROQNOZ

Ölkədə muzdla çalışan işçilərin sayı açıqlanıb

Azərbaycanın rayonlarında iyunun 12-dən 17-dək hava şəraiti bəzi yerlərdə fasilələrlə yağıntılı olacaq - XƏBƏRDARLIQ

DSMF-nin bu ilin 5 ayı üzrə gəlir və xərcləri açıqlanıb

Mətin Məmmədli: Azərbaycanın sülh gündəliyi regionda dayanıqlı inkişaf və təhlükəsizliyin əsas təminatıdır

ABŞ-nin neft ehtiyatları azalıb

Naxçıvanda əsas kapitala 65 milyon manata yaxın investisiya yönəldilib