MƏDƏNİYYƏT


Azərbaycanlı rejissorun filmi Qızıl Hollivud Beynəlxalq Film Festivalında

Bakı, 29 may, AZƏRTAC

“Edam günü” tammetrajlı filmi ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində keçirilən Qızıl Hollivud Beynəlxalq Festivalında bədii filmi kateqoriyası üzrə qızıl mükafat uğrunda mübarizə aparacaq. Festivalın “Golden Hollywood Grand Jury” mükafatına pul mükafatı, dünya film bazarına yerləşdirilmə və digər mükafatlar daxildir.

Bu barədə AZƏRTAC-a filmin ssenari müəllifi və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

Bildirib ki, “Edam günü” psixoloji trillerində hadisələr sovet dövrünün son illərində həbsxanada cərəyan edir.

C.Qasımov deyib ki, ekran əsərinin çəkilməsində məqsəd istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətini geniş kütləyə göstərməkdir.

“Ekran əsərində məhkum olunmuş bir dustağın kamerada yaşadığı həyəcanlı anlar əks olunub. Filmin ssenarisini yazarkən Bayıl həbsxanasında keçmiş sovet dövründə işləmiş işçilərlə görüşüb maraqlı məlumatlar toplamışam”, - deyə ssenari müəllifi bildirib.

Filmdə rolları Rövşən Kərimduxt, Sabir Məmmədov, Məmməd Əliyev, Nazil Ağalarov, Ramin Şıxəliyev, Soltan Qasımov, Hikmət Məmmədov, Vüqar Qurbanov və digərləri canlandırıblar. Filmin quruluşçu operatoru Mehdi Yaqubovdur. “SPP Production” tərəfindən istehsal edilən ekran əsərinin xronometrajı 95 dəqiqədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.