Azərbaycan Dövlət İnformasiya Agentliyi

13 oktyabr Azərbaycan dəmiryolçularının peşə bayramıdır

Bakı, 13 oktyabr, Elvin Camalov, AZƏRTAC

Bu gün Azərbaycan dəmiryolçuları öz peşə bayramlarını qeyd edirlər. Prezident İlham Əliyevin 2005-ci il oktyabrın 7-də “Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında” imzaladığı Sərəncama əsasən, oktyabrın 13-ü - müstəqil Azərbaycan dəmir yolunun yaradıldığı gün - hər il Azərbaycan dəmiryolçularının peşə bayramı kimi qeyd olunur.

AZƏRTAC xəbər verir ki, 139 illik tarixə malik olan Azərbaycan dəmir yolları möhtəşəm inkişaf yolu keçib. Azərbaycanda dəmir yolu tikintisinin birinci mərhələsi 1878-ci ildə başlanıb və 1880-ci il yanvarın 20-də uzunluğu cəmi 20 kilometr olan Bakı-Sabunçu-Suraxanı dəmir yolunun istifadəyə verilməsi ilə başa çatıb. O vaxtdan Azərbaycan Dəmir Yolları yükdaşımalara tələbatın artması nəzərə alınmaqla inkişaf etdirilib və təkmilləşdirilib.

Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir

Üç beynəlxalq nəqliyyat dəhlizinin kəsişməsində yerləşən Azərbaycanın dəmir yolları “Şərq-Qərb”, “Şimal-Cənub” və “Cənub-Qərb” nəqliyyat dəhlizi üzrə yüklərin daşınmasını həyata keçirir. Dörd il əvvəl oktyabrın 30-da Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu istifadəyə verilib. “Şərq-Qərb” nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən Bakı-Tbilisi-Qars dəmir yolu nəqliyyatı ilə bir sıra ölkələrin yükləri Avropaya və əks istiqamətə daşınır. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artır, bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşir. BTQ 3 dövləti əlaqələndirməklə yanaşı, həm də onlarca xalq və ölkə üçün körpü rolunu oynayır.

Bu il ilk dəfə olaraq BTQ vasitəsilə ixrac yüklərinin nəqlinə də başlanılıb. Belə ki, Azərbaycanda istehsal olunan metal konstruksiyaları Türkiyəyə ixrac olunub. Ümumilikdə isə indiyədək Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə təqribən 1,3 milyon ton həcmində yük daşınıb. Bu dəmir yolu ilə gələcəkdə 15 milyon tonadək yük daşımaq mümkün olacaq. Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişinlərin daşınması üçün də işlər görülür və bu, turizmin inkişafına yeni bir nəfəs gətirəcək.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə İsveçrənin “Stadler Rail Group” şirkəti tərəfindən istehsal olunan 10 vaqondan ibarət sərnişin qatarı Türkiyə və Gürcüstandan keçməklə bu il martın 29-da Bakıya çatıb. Amma bundan əvvəl qatar Axalkalakidə quraşdırılmış xüsusi qurğuda test rejimində sınaqdan keçirilib. Qatarların Türkiyədə hərəkəti üçün Gürcüstan-Türkiyə-Gürcüstan sərhəd-keçid məntəqəsində vaqonda təkər cütlərinin eninə bazasının avtomatik olaraq 1520 millimetrdən 1435 millimetrə və əksinə dəyişdirilməsini nəzərdə tutan yeni qurğu quraşdırılıb. Qatarda 9 sərnişin vaqonu və bir restoran var. Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla dörd kateqoriyada istehsal edilib. Kateqoriyasından asılı olaraq, vaqonlar 10, 20 və 32 nəfərlikdir. Ümumilikdə qatarda bir istiqamətə 246 yer nəzərdə tutulub. Saatda 160 kilometr sürətlə hərəkət etmək imkanına malik qatardakı arabacıqlar pnevmatik asılqanla təmin edilib ki, bu da döngələrdə vaqonun tarazlığını tənzimləyir. Bundan başqa, hər bir vaqon dizel generatoru avadanlığı ilə təmin olunub. Bu da lokomotivdə cərəyan olmadıqda vaqonu və ondakı bütün elektrik enerjisi istifadəçilərini 24 saat fasiləsiz elektrik enerjisi ilə təmin edəcək. “Stadler”lə imzalanan müqaviləyə əsasən daha 10 vaqonun gətirilməsi nəzərdə tutulur.

“Stadler Rail AG” şirkəti ilə uğurlu əməkdaşlıq

Regionun əsas tranzit və logistika mərkəzi olan Azərbaycan bu mövqeyini daha da möhkəmləndirmək üçün nəqliyyat sahəsində mühüm layihələr reallaşdırır. Ölkəmizin nəqliyyat infrastrukturu hər il yaxşılaşdırılır, istər daxili, istərsə də beynəlxalq daşımalarda mühüm nailiyyətlər əldə edilir. Yükdaşımalarla yanaşı, sərnişindaşımanın da effektivliyini təmin etmək üçün dəmir yolu relsləri yenilənir, sərnişinlərin mənzil başına tez çatması məqsədilə qatarların sürətinin artırılması istiqamətində işlər görülür, yeni, rahat, komfortlu sərnişin qatarları alınır. Belə qatarların alınmasında ölkəmizin əsas tərəfdaşı isə İsveçrənin “Stadler” şirkətidir.

2020-ci il fevralın 6-da Prezident İlham Əliyevin “Stadler Rail AG” şirkətinin Direktorlar Şurasının sədri Peter Şpuleri ilə görüşündə “Azərbaycan Dəmir Yolları” QSC ilə bu şirkət arasında uğurlu əməkdaşlığın qurulduğu qeyd olunub, şirkətin istehsal etdiyi çox müasir, rahat və sürətli qatarların Azərbaycanda istifadəyə verilməsinin ölkəmizin dəmir yolu sistemində böyük dəyişikliklərə səbəb olduğu vurğulanıb. Azərbaycanda dəmir yolu ilə ölkə daxilində səfər edən sərnişinlərin sayının artmasına, yaxın gələcəkdə dəmir yolu vasitəsilə, xüsusilə bu yaxınlarda istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə qonşu ölkələrə, həmçinin Avropa ölkələrinə səfərlərin həyata keçiriləcəyinə əminlik ifadə edilib, Azərbaycanın “Stadler” şirkətindən bundan sonra daha çox qatarın alınmasında maraqlı olduğu bildirilib.

Qeyd edək ki, “Stadler” 2012-ci ildə Azərbaycanla əməkdaşlığa maraq göstərib, şirkət 2015-ci ilin mayında “Azərbaycan Dəmir Yolları” QSC ilə “KİSS” markalı 5 ikimərtəbəli elektrik qatarının alınmasına dair müqavilə imzalayıb. Həmin qatarlar Birinci Avropa Oyunlarının keçirildiyi müddətdə Bakı Olimpiya Stadionu yaxınlığında yerləşən dəmir yolu stansiyası ilə Bakı dəmir yolu vağzalı arasındakı sahədə istismara buraxılıb. Hər biri 4 vaqondan ibarət olan həmin elektrik qatarları 2015-ci il sentyabrın 12-də Prezident İlham Əliyevin iştirakı ilə Bakı sərnişin stansiyasında paytaxtdan Sumqayıta yola salınıb. Bu qatarların ümumi sərnişin tutumu 919 nəfər təşkil edir, oturacaqların sayı isə 396-dır, onlardan 84-ü biznes sinfinə aiddir.

Dövlətimizin başçısı yeni marşrut üzrə hərəkət edən qatarların xidməti heyəti ilə görüşündə demişdi: “Belə gözəl qatarlarda çox yüksək xidmət də olmalıdır. Əminəm ki, belə də olacaq. Azərbaycan dəmir yolu öz səviyyəsini qaldırır. Daha da yüksək səviyyədə olmalıdır. Ən müasir standartlara cavab verməlidir. Bütün imkanlar var. Yeni gözəl qatarlar alınıb. Dəmir yolları tikilir, yeni xətlər açılır. Bütün bu işlər görülür. Əminəm ki, yaxın zamanlarda Azərbaycan vətəndaşları bu müsbət dəyişiklikləri görəcəklər. Azərbaycan dəmir yolu ölkəmizin ümumi tərəqqisinə uyğun şəkildə inkişaf edir. Çünki bu sahədə islahatlara böyük ehtiyac var. Bu, çox vacib sahədir. Dəmir yolu sistemində minlərlə insan işləyir. Bizim xətlərimiz yeniləşməlidir”.

2018-ci il dekabrında Bakı-Gəncə istiqamətində “Stadler” şirkətinin rahat, komfortlu qatarları sərnişinlərin ixtiyarına verilib. Ötən ilin aprelində isə Prezidenti İlham Əliyev “Stadler” şirkəti tərəfindən istehsal olunan 10 vaqondan ibarət Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı ilə tanış olub. Bu qatarlarda 9 sərnişin vaqonu və bir restoran var. Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla 4 kateqoriyada istehsal edilib. Kateqoriyasından asılı olaraq, vaqonlar 10, 20 və 32 nəfərlikdir. Ümumilikdə qatarda bir istiqamətə 246 yer nəzərdə tutulub. Saatda 160 kilometr sürətlə hərəkət etmək imkanına malik qatardakı arabacıqlar pnevmatik asılqanla təmin edilib ki, bu da döngələrdə vaqonun tarazlığını tənzimləyir. Bundan başqa, hər bir vaqon dizel generatoru avadanlığı ilə təmin olunub. Bu da lokomotivdə cərəyan olmadıqda vaqonu və ondakı bütün elektrik enerjisi istifadəçilərini 24 saat fasiləsiz elektrik enerjisi ilə təmin edəcək.

Dəmir yollarında artan sərnişin sıxlığı nəzərə alınaraq 2019-cu ilin sonunda “Stadler” şirkətindən alınan daha 2 yeni ikimərtəbəli elektrik qatarı Bakıya gətirilib. Yeni qatarlar Bakı-Sumqayıt və Bakı-Pirşağı istiqamətində hərəkətə buraxılıb. Bundan başqa, “Stadler” şirkətindən “FLIRT” tipli birmərtəbəli daha 6 qatar alınması ilə bağlı da müqavilə imzalanıb. Azərbaycanda dəmir yolları sahəsində böyük infrastruktur proqramının həyata keçirilir, əldə olunmuş razılaşmaya əsasən, ilkin mərhələdə dizel mühərrikli qatarların hazırlanması və 2022-ci ildə təhvil verilməsi nəzərdə tutulur.

Azərbaycan beynəlxalq nəqliyyat dəhlizləri arasında unikal körpü rolunu oynayır

Müstəqil Azərbaycan böyük uğurlar qazanıb. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi dəyişikliklər sayəsində respublika iqtisadiyyatı dinamik inkişaf edir. Heydər Əliyev ölkənin siyasi rəhbəri olduğu dövrdə respublikanın polad magistralı daim onun diqqət və qayğı obyekti olub. Onun rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturu Prezident İlham Əliyev tərəfindən intensiv şəkildə inkişaf etdirilir və modernləşdirilir, ölkəmiz beynəlxalq və regional nəqliyyat dəhlizlərinin yaradılmasında fəal iştirakçıdır.

Hazırda ölkənin nəqliyyat infrastrukturunun, o cümlədən dəmir yolunun möhkəmləndirilməsinə yönəlmiş bir neçə layihə həyata keçirilir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafında nəqliyyat və logistika sektorunun roluna böyük ümidlər bəslənilir.

Strateji əhəmiyyətli bir regionda beynəlxalq nəqliyyat dəhlizinin kəsişdiyi məkanda yerləşən Azərbaycan əsrlərboyu bu dəhlizlər arasında unikal körpü rolunu oynayıb. Belə dəhlizlərdən biri də “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizidir və hazırda dəhliz üzrə intensiv iş aparılır. Proqnozlar göstərir ki, “Şimal-Cənub” dəhlizi tam gücü ilə işə düşdükdə Avropa ölkələrinin, Rusiyanın, Mərkəzi Asiya və Qafqaz regionlarının körfəz və Hindistan istiqamətində çıxışına şərait yaradacaq, Qara dəniz limanları ilə Xəzəryanı dövlətlərin ticarət münasibətlərinin intensivləşməsinə gətirib çıxaracaq. Bu dəhliz dəmir yolu daşımalarını və müvafiq surətdə həm yerli, həm də tranzit marşrutlarla Avropa, Cənubi Asiya və Yaxın Şərq arasında daşımalar hesabına dəmir yolu nəqliyyatının gəlirlərini artırmağa imkan verəcək.

Dəmir yollarının inkişafı istiqamətində mütəmadi olaraq işlər görülür

Hazırda dəmir yollarının inkişafı istiqamətində bir sıra işlər görülməkdədir. Belə ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin “2030 Korporativ Strategiya”sının hazırlanması məqsədilə ötən il mayın 21-də dünyanın aparıcı şirkətlərindən olan “McKinsey&Company” ilə müqavilə imzalandı. Bundan sonra Azərbaycanda dəmir yollarının strateji inkişaf planı ilə bağlı mütəmadi məsləhətləşmələr aparılır.

Addımlarını ekoloji tarazlığın bərpasına, rəqəmsallaşmanın tətbiqinə yönəldən “Azərbaycan Dəmir Yolları” QSC bu sahədə ardıcıl işləri davam etdirir. Belə ki, ekoloji cəhətdən təmiz və insan sağlamlığı üçün faydalı nəqliyyat növü olan velosipedin istifadəsini təşviq etmək məqsədilə dəmir yolu stansiyalarında velosiped dayanacaqları quraşdırılıb. Hər kəs öz velosipedini belə dayanacaqlarda ödənişsiz park edə bilər. Hazırda Abşeron Dairəvi dəmir yolu xəttinin 13 stansiyasında velosipedlər üçün dayanacaqlar mövcuddur. Gələcəkdə yeni tikiləcək bütün stansiyaların velosiped dayanacaqları ilə təmin edilməsi də nəzərdə tutulur.

Bundan əlavə, ölkədə ilk dəfə olaraq dəmir yollarında sərnişinlərin gediş haqlarının bank kartları ilə təmassız ödənişi sisteminin yaradılmasına dair addımlar atılıb.

Azərbaycanın turizm potensialının artırılmasında xüsusi yeri olan dəmir yolu xətlərinin yenidən bərpası, inşası istiqamətində də işlər aparılır. Bu işlərə nümunə olaraq bu il açılışı olan Ləki stansiyası - Qəbələ birxətli dəmir yolu göstərmək olar. Bu istiqamətdə sürət qatarlarından istifadə olunacaq. Azərbaycan kimi coğrafi baxımdan kiçik ölkələrdə dəmir yolu ilə səyahət olduqca önəmlidir. Gəncədən sonra Qəbələyə sürət qatarının təşkili şimal regionunun turizm potensialının nümayişi üçün əhəmiyyət kəsb edir. Qəbələ daxili və xarici turistlərin səyahəti baxımından Bakıdan sonra ikinci yerdə qərarlaşıb. Həmçinin Qəbələ ilin bütün fəsillərində turistləri özünə cəlb edən bir istiqamətdir. Bu səbəbdən yeni dəmir yolu xəttinin açılışı təsadüfi hadisə deyil və Qəbələnin turizm potensialının artırılmasında mühüm rol oynayacaq.

Vətən müharibəsində qazanılan Qələbə dəmir yolu infrastrukturunda yeni mərhələnin başlanğıcı oldu

44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə dəmir yolu infrastrukturunda da yeni mərhələnin başlanğıcı oldu. Ötən il noyabrın 24-də Prezident İlham Əliyev “Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzaladı. Uzunluğu 45 kilometr olan Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirmə və tikinti işləri iki mərhələdə həyata keçirilir. İlkin layihə olaraq Bərdə-Təzəkənd istiqamətində 19 kilometr, ikinci mərhələdə isə Təzəkənd-Ağdam dəmir yolu bərpa ediləcək. Layihəyə uyğun olaraq torpaq yatağının işlənməsi, Köçərli, Təzəkənd, Ağdam stansiyalarında yeni standartlara uyğun binaların tikintisi nəzərdə tutulub. Bərdə-Ağdam mənzili üzrə 117 süni qurğunun, o cümlədən 103 ədəd dəmir-beton borunun, 4 heyvan keçidinin, 2 böyük yolötürücü qurğunun və 2 körpünün tikilməsi planlaşdırılıb. Həmçinin Horadiz-Ağbənd dəmir yolu istiqamətində də infrastruktur işlərinə başlanılıb.

Dəmir yolu nəqliyyatı ilə daşınmalar iqtisadiyyatımızın inkişafında vacib rol oynayır

Xəzər dənizində ən iri liman olan yeni tikilmiş Bakı Beynəlxalq Dəniz Ticarət Limanı da Azərbaycan dəmir yolları ilə yükdaşımaların artırılmasına şərait yaradır. Bu liman Böyük İpək Yolu layihəsi çərçivəsində həyata keçirilən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tərkib hissəsidir. Bakı Limanında konteynerlərin aşırılmasında böyük artım qeydə alınıb. Belə ki, cari ilin ilk rübündə aşırılan konteynerlərin sayı 30 faiz artıb.

Yanvar-avqust aylarında dəmir yolu nəqliyyatı ilə 4 milyon 344,7 min ton yük daşınıb ki, bu yüklərin dəyəri 1 milyard 908,9 milyon ABŞ dolları olub. Dəmir yolu nəqliyyatı ilə ixrac olunan 2 milyard 18,8 min ton yükün dəyəri 679,6 milyon dollar təşkil edib. Qeyd edilən dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 2 milyon 325,9 min ton, dəyəri isə 1 milyard 229,2 milyon dollar olub. Həmçinin dəmir yolu nəqliyyatı ilə yük daşınmasında orta hesabla sutkada 339 vaqon yüklənib, 323 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 16,6 min ton, Qərb istiqaməti üzrə 2,9 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib. Həmçinin səkkiz ayda dəmir yolu nəqliyyatı ilə 1 milyon 533,3 min sərnişin daşınıb. 2020-ci ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 0,1 faiz artım olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “AzInTelecom” 73 mindən çox saxta IMEI kodu bloklayıb

Qanunsuz balıq ovu ilə bağlı 15 inzibati protokol tərtib edilib, 1 fakt üzrə cinayət işi açılıb

Ağcabədidə aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetləri müzakirə olunur

Ameen Alsaadi: Dayanıqlı halal biznes modellərinin formalaşdırılmasında güclü idarəetmə və etik prinsiplər əsas rol oynayır

Dövlət Komitəsinin sədrinin Lerikdə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Birinci rübdə Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyanın həcmi açıqlanıb

Lənkəranda regional müşavirə: 2026–2030-cu illərin Dövlət Proqramından irəli gələn vəzifələr diqqət mərkəzindədir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində iştirak edəcək namizədlərin nəzərinə

“Zirə”nin Konfrans Liqasındakı ilk rəqibi bəlli olur

Zahid Oruc: Yaradılacaq yeni qurum media və yayım sahəsində səlahiyyətli dövlət orqanı olacaq

Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub

Klassik poeziyamızda katiblik sənəti və yazı ləvazimatı - elmi seminar

Mərkəzi Bank: Birinci rübdə cari əməliyyatlar balansında 1,7 milyard dollarlıq profisit qeydə alınıb

UNICEF təqribən 1,1 milyard uşağın birdən çox iqlim təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq edir

I rübdə Azərbaycanın birbaşa xarici investisiyalarının həcmi 1,1 milyard dolları ötüb

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi bu gün müəyyənləşəcək

Samer Elesavi: Halal iqtisadiyyatın inkişafı üçün vahid standartlar və əməkdaşlıq vacibdir

Dünya çempionatı: Fransa Seneqala qarşı

Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib

AMB: Birinci rübdə Azərbaycan neftinin reallaşmış qiyməti 79 dollar olub

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 68-ə çatıb

Ulu Öndərin strateji kursu müasir Azərbaycanın uğurlarının təməlidir

“Sabah” qabonlu futbolçunun transfer hüquqlarına yiyələnib

“Qlobal sülh indeksi”: Dünya II Dünya müharibəsindən bəri ən təhlükəli dövrdədir

İİB rəsmisi: Qlobal halal sektorda istehlak xərclərinin 3 trilyon dolları ötəcəyi gözlənilir

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq

Azərbaycan Milli Kitabxanası CENL-in 40-cı illik iclasında ölkəmizi təmsil edir

Bu ilin I rübündə Azərbaycana xaricdən daxil olan pul baratlarının həcmi açıqlanıb

Nizami rayonunda avtomobil təmiri sexində baş verən yanğın söndürülüb

Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır – FAKTİKİ HAVA

Daşkəsəndə “Həmkardan həmkara qayğı ilə” sosial layihəsi çərçivəsində 300-dən çox sakin müayinədən keçib

Orxan Məmmədov: Azərbaycan halal iqtisadiyyatın inkişafını mühüm iqtisadi imkan kimi qiymətləndirir

Şamil Ayrım: Zəngəzur dəhlizinin açılması bütün region ölkələrinə iqtisadi fayda gətirəcək

KOBİA sədri: Halal iqtisadiyyatın inkişafı üçün beynəlxalq əməkdaşlıq vacibdir

Azərbaycan nefti 86 dollara satılır VİDEO

Azərbaycan nefti 86 dollara satılır VİDEO

Azərbaycan və Monqolustan arasında yük daşımaları üzrə icazə kvotası 10 dəfə artırılıb

Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları öz işinə başlayıb

® Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat

Ekspert: İran münaqişəsinin tənzimlənməsi Ukraynaya siyasi və iqtisadi dividend gətirəcək

Baş Dövlət Yol Polisi İdarəsi çağırış edir: “Piyadalar, diqqətli olun!”

İndoneziya sahillərində güclü zəlzələ baş verib

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi: İran nüvə öhdəliklərini yerinə yetirməyə bilər

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

15 İyun - müstəqil hüquqi dövlət quruculuğu prosesinin başlanması tarixidir ŞƏRH

ABŞ-nin Vitse-prezidenti: Razılaşmalar pozularsa, İrana qarşı zərbələr bərpa edilə bilər

Dünya çempionatı: İran və Yeni Zelandiya milliləri heç-heçə ediblər

Vens: AEBA və ABŞ İrana zənginləşdirilmiş uran ehtiyatlarını məhv etməyə kömək edəcək

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir

15 İyun - Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

Şaxlo Abicanova: Orta Dəhliz beynəlxalq logistikanın əsas istiqamətlərindən birinə çevrilib

Dünya çempionatı: Səudiyyə Ərəbistanı və Uruqvay oyununda qalib müəyyənləşməyib

Vens: ABŞ-İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

Ekspert: Heydər Əliyevin 90-cı illərdə qəbul etdiyi qərarlar Azərbaycanın müasir müstəqil xarici siyasətinin təməlini qoyub

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 82 nəfər yaralanıb

CNN: ABŞ-də bombardmançı təyyarənin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Moskvada Cənubi Qafqazda sülh prosesinə dəstəyi bir daha təsdiq edəcək

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

Milli Qurtuluş Günü və Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası

Milli Qurtuluş Gününə həsr olunmuş tədbir: “Azərbaycanın taleyini dəyişən zəfər tarixi”

Kəbə örtüyü xüsusi mərasimlə dəyişdirilib

Dünya çempionatı: Belçika Misirlə heç-heçə edib

Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti

Liviya sahillərində azı 15 miqrantın meyiti aşkarlanıb

Suriyada beynəlxalq narkotik şəbəkəsi zərərsizləşdirilib

Qaxda savate idman növü üzrə turnir təşkil edilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin iştirakçıları Tbilisidə konsert proqramı ilə çıxış ediblər

“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək

Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan

Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub

Göyçayda güclü külək fəsadlara yol açıb VİDEO

Göyçayda güclü külək fəsadlara yol açıb VİDEO

Kanadada “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” adlı qısametrajlı sənədli film hazırlanıb

Avropada hava nəqliyyatı sərnişinləri üçün daha güclü müdafiə mexanizmi yaradılır

Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb

İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub

Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr edilən təntənəli konsert olub

Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib

ŞKTC XİN: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə anırıq

Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb

Şəlalə Kamilova: İqtisadiyyatın strateji əhəmiyyətli sahələrində qadınların iştirakının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir

Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib

İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub

Janna Aydarova: Orta Dəhlizin gələcəyi Qazaxıstanla Azərbaycanın əməkdaşlığından asılıdır

“Romeo və Cülyetta”da gözlənilməz qonaq – Əsas qəhrəmanın ölüm səhnəsi gülüşlərlə yadda qalıb

Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq

Nargiza Miralimova: Logistika sahəsində qadın liderliyinin inkişafı regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir

Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir

Qubada “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə” adlı fotosərgi və konsert proqramı təşkil edilib

Karpat hövzəsinin qədim sakinləri

Bu saata olan əsas xəbərlər

"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

Sabah əksər yerlərdə hava yağıntılı və dumanlı olacaq, magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Burhanettin Duran: Milli Qurtuluş Günü Azərbaycan xalqının gələcəyinə sahib çıxmasının rəmzidir

Astanada ortaq türk əlifbasının gələcək tətbiqinə dəstəyi təsdiqləyən Bəyannamə imzalanıb

ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib

İğdır Universitetinin rektoru: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yol göstərən ulduzudur

® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb