Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
Moskva, 15 iyun, AZƏRTAC
Uzaqmənzilli səsdən sürətli Tu-22M3 bombardmançı təyyarəsi planlı təlim-məşq uçuşu zamanı eniş edərkən İrkutsk vilayətində qəzaya uğrayıb.
AZƏRTAC Rusiya Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, təyyarənin ekipajı katapult edib, yerdə isə hər hansı dağıntı qeydə alınmayıb.
Nazirlikdən bildirilib ki, uçuş döyüş sursatı olmadan həyata keçirilib. Hadisə yerində Rusiya Aerokosmik Qüvvələri Baş Komandanlığının komissiyası fəaliyyət göstərir.
Mediada yayılan məlumata görə, təyyarə Anqara çayının sahilində yerləşən Svirsk şəhəri yaxınlığında qəzaya uğrayıb.
Hadisə şahidlərinin sözlərinə görə, qəza yerində güclü tüstülənmə müşahidə olunur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]