“Romeo və Cülyetta”da gözlənilməz qonaq – Əsas qəhrəmanın ölüm səhnəsi gülüşlərlə yadda qalıb
Qahirə, 15 iyun, AZƏRTAC
Türkiyənin İzmir şəhərində Rusiya İmperial Balet qrupu tərəfindən səhnələşdirilən “Romeo və Cülyetta” baletinin ən kədərli anında gözlənilməz hadisə yaşanıb. Romeonun ölüm səhnəsi zamanı səhnəyə daxil olan pişik hərəkətsiz uzanan qəhrəmanın yanına gəlib və onun saçları ilə oynamağa başlayıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, tamaşaçılar əvvəlcə təəccüblənsələr də, qısa müddət sonra gülüşlərini saxlaya bilməyiblər. Səhnədəki artistlər isə gözlənilməz "qonağa" baxmayaraq, tamaşanı peşəkarlıqla davam etdiriblər. Beləliklə, bir neçə saniyə ərzində kədər göz yaşları ilə deyil, səmimi qəhqəhələrlə əvəz olunub.
Hadisənin görüntüləri qısa müddətdə sosial şəbəkələrdə yayılıb və minlərlə insanın diqqətini cəlb edib. İzləyicilər zarafatla bildiriblər ki, həmin axşam səhnənin əsl ulduzu nə Romeo, nə də Cülyetta olub, bütün alqışları pişik qazanıb.
Beləcə, əsrlərdir insanları kövrəldən məşhur eşq hekayəsinin son səhnəsi bu dəfə göz yaşları ilə deyil, gülüşlərlə yadda qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]