16 saylı Yasamal II seçki dairəsinin 10 məntəqəsində veb-kameralar quraşdırılıb
Bakı, 1 noyabr, AZƏRTAC
Noyabrın 1-də səhər saat 8:00-da Azərbaycanın hər yerində olduğu kimi, 16 saylı Yasamal II seçki dairəsi dairə seçki komissiyasının tərkibinə daxil olan seçki məntəqələrində də parlament seçkiləri başlayıb.
16 saylı Yasamal II seçki dairəsi dairə seçki komissiyasının sədri Sədaqət Seyidzadə AZƏRTAC-a bildirib ki, dairənin 29 daimi seçki məntəqəsi fəaliyyət göstərir. Seçkilərə beş gün qalmış N saylı hərbi hissədə də bir seçki məntəqəsi yaradılıb.
Dairənin 10 məntəqəsində veb-kamera quraşdırılıb, 3, 12 və 27 saylı seçki məntəqələrində "exit-pol" keçirilir.
16 saylı Yasamal II seçki dairəsi dairə seçki komissiyasında 10 nəfər namizəd qeydiyyatdan keçib.
Dairə üzrə ümumilikdə 30 məntəqədə 39 min 815 seçici qeydə alınıb.
Mərkəzi Seçki Komissiyası tərəfindən bütün məntəqələr zəruri avadanlıqla təmin olunub və tam hazır vəziyyətə gətirilib.
Seçkilərin gedişini yerli və xarici müşahidəçilər izləyirlər.