FHN: Gəncənin əksər ərazilərində zirzəmilərə dolmuş yağış sularının çəkilməsi işi başa çatdırılıb VİDEO
Bakı, 5 may, AZƏRTAC
Mayın 5-də səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişib, güclü külək respublikanın ayrı-ayrı bölgələrində intensiv yağıntılarla müşayiət olunub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səhər saatlarından yağan intensiv yağışlar nəticəsində Gəncədə bəzi fərdi evlərin zirzəmilərinə, həyətyanı sahələrə, küçə və prospektlərə yağış sularının dolması ilə əlaqədar nazirliyin 112 - qaynar telefon xəttinə müraciətlər daxil olub.
Müraciətlər əsasında FHN-in Gəncə Regional Mərkəzinin müvafiq canlı qüvvə və texnikası yağış sularının yığıldığı ərazilərə cəlb olunub. Görülmüş operativ tədbirlər nəticəsində əksər ərazilərdə su çəkilərək kənarlaşdırılıb. Bəzi ünvanlarda isə işlər hazırda davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]