Azərbaycan Dövlət İnformasiya Agentliyi

1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Bakı, 1 avqust, AZƏRTAC

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.

Sovet dövründə yaranmış əngəllərə baxmayaraq, sarsılmaz təməlləri olan Azərbaycan dili mövcudluğunu qoruya bilib. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində müstəqil Dilçilik İnstitutunun yaradılması dilçiliyimizin bir elm kimi inkişafına ciddi təkan verib. Sonrakı illərdə Azərbaycan dilinin mövcud təhlükələrdən qorunması və gələcək nəsillər üçün mühafizə edilməsi istiqamətində Ulu Öndər Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etmək lazımdır. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilən zaman oraya dövlət dili haqqında maddənin salınmaması ilə heç cür barışmayan Ümummilli Lider bu məsələdə sonadək öz prinsipial mövqeyini göstərib. 1978-ci il aprelin 2-də doqquzuncu çağırış Ali Sovetin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təkidi ilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara alınır. Bu dəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirir. Bütün çətinliklərə baxmayaraq, Ümummilli Liderin bu cür tarixi qərara nail olması mənəvi varlığımızın əsası sayılan dilimizin inkişafında böyük addım oldu.

AZƏRTAC müasir müstəqil Azərbaycan Respublikasında dilimizin qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərə nəzər salır. Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir. Ümummilli Liderin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. 2003-cü il yanvarın 2-də isə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Qanunda dövlətin ana dilinə qayğısı istiqamətində əsas vəzifələr dəqiq göstərilib.

Ana dilimizi qorumaq üçün mühüm addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətimizin başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamına əsasən, hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Bundan başqa, həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Sənəd, eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur. Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Dil quruculuğu ilə bağlı olan bu sənəd Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış mühüm addımlardan biridir.

Xatırladaq ki, həmin Fərmandan irəli gələn vəzifələrin icrası çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əmək münasibətlərində gender bərabərliyi necə təmin edilməlidir?

“Qədim daşlar arasında” klassik musiqi

Həkəri çayında batan şəxsin meyiti tapılıb

Azərbaycan veteranları Türkiyədə Veteranlar Günü tədbirinə qatılıblar

Antiterror əməliyyatının iştirakçısı: Yaralandığımızı heç birimiz hiss etmədik VİDEO

Antiterror əməliyyatının iştirakçısı: Yaralandığımızı heç birimiz hiss etmədik VİDEO

“Sanki 24 günü 24 saata sığdırdıq” - Xüsusi Təyinatlı Qüvvələrin baş giziri antiterror döyüşlərindən danışır

Türkiyədə “Ağıllı Şəhərlər Fəaliyyət Planı” qüvvəyə minib

Ülviyyə Əliyeva: Artıq 18 ildir “Arşın mal alan”da Telli rolunu ifa edirəm

“Suverenlik və milli güc amili” - Elçin Mirzəbəyli yazır

Emin Bağırov: 20 Sentyabr Azərbaycan dövlətinin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını təsdiqləyən tarixi gündür

Azərbaycan türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsinə töhfə verir – ŞƏRH

AMEA rəhbərliyi və Şərqşünaslıq İnstitutunun kollektivi Aida İmanquliyevanın məzarını ziyarət edib

“Formula 1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir

ASELSAN yeni “SMASH 300” silah sistemini təqdim edib

Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İ.C.Cavadovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Rumıniya mətbuatı: Azərbaycan qazı qış ərəfəsində ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır

Prezidentin xüsusi nümayəndəsi Rumıniyada bir sıra görüşlər keçirib

Politoloq: Türk Dövlətləri Təşkilatı əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur

Azərbaycanlı interyer dizaynerin layihəsi Çində qızıl medala layiq görülüb

Eritreyaya qarşı tətbiq olunan ABŞ sanksiyaları ləğv olunub

Ombudsman: Erməniəsilli məhkumların hüquqları ayrı-seçkiliyə yol verilmədən təmin edilir

Donald Tramp “CNN”, “MS NOW” və “Politico”nun Ağ Evə girişini qadağan edir

Təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi TDT üçün çox vacibdir - ŞƏRH

Eşqi Bağırov: Müəllimlərin peşəkarlığı, sertifikasiyası və idarəçilərin formalaşdırılması əsas fəaliyyətlərimizdən olacaq VİDEO

Eşqi Bağırov: Müəllimlərin peşəkarlığı, sertifikasiyası və idarəçilərin formalaşdırılması əsas fəaliyyətlərimizdən olacaq VİDEO

Deputat: Dövlət Suverenliyi Günü dövlətçilik tariximizin ən qürurverici səhifələrindən biridir

Bazar gününün hava proqnozu açıqlanıb

Eşqi Bağırov: Təxminən 91 min müəllim sertifikatlaşdırma prosesindən uğurla keçib VİDEO

Eşqi Bağırov: Təxminən 91 min müəllim sertifikatlaşdırma prosesindən uğurla keçib VİDEO

Ordubadda “Cənnətin iqamətgahı” filminin premyerası olub

Ucqar kənd məktəblərində müəllimlərə olan ehtiyac necə aradan qaldırılır? - Eşqi Bağırov izah edib VİDEO

Ucqar kənd məktəblərində müəllimlərə olan ehtiyac necə aradan qaldırılır? - Eşqi Bağırov izah edib VİDEO

Suriyada silah anbarında partlayış baş verib, ölənlər var

Qazaxda doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Şahbuzda 1 hektar sahədə olan məişət tullantıları yanıb

Dörd yaşında yarımçıq qalan ömür

Qaxda baş verən yol qəzasında 4 nəfər xəsarət alıb VİDEO

Qaxda baş verən yol qəzasında 4 nəfər xəsarət alıb VİDEO

Milli Kitabxana “Üzeyir Hacıbəyli: milli musiqi irsinin memarı” adlı metodik vəsaiti onlayn rejimdə istifadəçilərə təqdim edib

Bu saata olan əsas xəbərlər

Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirilib - YENİLƏNİB

“Turkic Music Awards” mükafatı təsis ediləcək

Sentyabrın 19-u Beynəlxalq Cərrahlar Günüdür

Milli Kitabxanada Dövlət Suverenliyi Gününə həsr olunan virtual və eyniadlı ənənəvi kitab sərgisi açılıb

Bülbülün Memorial Muzeyində Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

FHN Dövlət Suverenliyi Günü münasibətilə tədbirlər keçirib

Ağdərə Qarabağın yaşıl enerji mərkəzinə çevrilir VİDEO

Ağdərə Qarabağın yaşıl enerji mərkəzinə çevrilir VİDEO

Ehtiyatda olan gizir: Həmin an içimdə bir səs vardı – İrəli, ancaq irəli!

DİN: Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb

Regionlarda əhalinin kibertəhlükəsizlik üzrə hazırlıq səviyyəsi qiymətləndirilib

Abdulhakim Al Sənan: Üzeyir Hacıbəyli Azərbaycanın müasir musiqi kimliyini formalaşdırıb

Qarabağda son döyüş: Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları danışır VİDEO

Qarabağda son döyüş: Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları danışır VİDEO

Prezident İlham Əliyevin TDT üçün irəli sürdüyü təhlükəsizlik doktrinası – TƏHLİL

Murad Hüseynov: I Türk Dünyası Bəstəkarları Qurultayı yaradıcı potensialları birləşdirməyə töhfə verən beynəlxalq əməkdaşlıq məkanıdır

Ankara Universitetində Əhməd Ağaoğlunun barelyefi və auditoriyası açılıb

Aktotı Raimkulova: Türk dünyasının musiqi diplomatiyası tarixində yeni səhifə açılır

Azərbaycanı təmsil edən idmançı İsveçdə ciu-citsu turnirinin qalibi olub

Azərbaycan və Özbəkistan arasında QHT sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Pekində Azərbaycan muğamı və Çin musiqisi bir səhnədə səslənib VİDEO

Pekində Azərbaycan muğamı və Çin musiqisi bir səhnədə səslənib VİDEO

Nazir müavini: IT əmək bazarının tələb və təklifi arasında böyük fərq var

ADPU-ya 500-dən yüksək balla qəbul olunanların 81 faizi dövlət sifarişi ilə təhsil alacaq

Bakıdakı avtobus sürücülərinin musiqi ifası Türkiyə mediasının diqqətini cəlb edib

Gəncədə dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Antiterror tədbirləri: DİN-in döyüş yolu

Əziz Ələkbərli: Ermənistan 44 günlük müharibənin dərslərindən qətiyyən nəticə çıxarmayıb

Pakistanda məscidin yaxınlığında törədilən terrorda ölənlərin sayı 31 nəfərə çatıb

Razi İbrahimov: Xocalı istiqamətində döyüşlər zamanı keçirdiyim hissləri heç vaxt unutmayacağam

Bir sutkada qazanılan tarixi Zəfər

Akademik Gövhər Baxşəliyeva: Onun yoxluğu ilə hələ də barışa bilmirik

® Gənc rejissor Ayan Məlikin “Layla” adlı filminin təqdimatı olub

Tramp: Polşa xarici təhdidlərin öhdəsindən gələ bilər

Tarixçi-şərqşünas: Aida xanımın nurlu xatirəsi mənə yol göstərməkdə davam edir

ADPU tələbələrinin 68 faizi ödənişsiz təhsil alacaq

Hörmüz boğazında gəmiçilik trafiki müharibədənəvvəlki səviyyədən 90 faiz aşağıdır

ABŞ Ukraynaya 2,68 milyard dollarlıq hava hücumundan müdafiə vasitələrinin satışını təsdiqləyib

Tramp Si Cinpini hava limanında şəxsən qarşılayacaq

Barselona “The Earthshot Prize” ekoloji mükafatının finalçıları sırasına daxil olub

Aİ Finlandiya və Cənubi Afrika şirkətləri arasında 1,42 milyard avroluq müqaviləni bloklaya bilər

Almaniya ilk “F-35A” qırıcısını ABŞ-dən təhvil alıb

Kanada bu ilin sonuna qədər Aİ ilə razılaşma əldə etmək istəyir

Keyn Bundesliqada 100 qol vuran ən sürətli futbolçu olub

Bundesliqa: “Bavariya” Münxendə “Union Berlin”i darmadağın edib

Tramp: ABŞ Qrenlandiyada təhlükəsizlik sahəsində daimi nəzarət əldə edib

Tramp Si Cinpinlə bir neçə razılaşma əldə etməyə ümid edir

Media: İranla münaqişədə ABŞ hərbçiləri arasında itkilər rəsmi rəqəmlərdən çoxdur

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

ABŞ husilərlə danışıqlar aparır

Yardımlıda açıq ərazidə yanğın baş verib

XIV əsrə aid Pir Ömər Sultan ziyarətgahı VİDEO

XIV əsrə aid Pir Ömər Sultan ziyarətgahı VİDEO

“Arşın mal alan”la Akademik Musiqili Teatrda yeni mövsümə start verilib

Ceyhun Hacıbəyli küçəsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli VİDEO

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli VİDEO

Premyer Liqa: "Qarabağ" "Şəfa"nı məğlub edib

Şamaxının turizm potensialını artıran məkan: “Nəsimi Bağları” VİDEO

Şamaxının turizm potensialını artıran məkan: “Nəsimi Bağları” VİDEO

Naxçıvanda Milli Musiqi Günü möhtəşəm konsertlə qeyd olunub

Babək rayonunda sahibkarlarla görüş: aqrar sahədə yeni Dövlət Proqramının icrası diqqət mərkəzindədir

Almaniya yanacaq qiymətlərinin azaldılması üçün ikimərhələli paket hazırlayır

Cəlilabadda yük avtomobilinin altında qalan sürücü xilas edilib

Naxçıvanda Milli Musiqi Günü: “Arşın mal alan” tamaşası səhnələşdirilib

® “Rabitəbank” 32-ci filialını Bakıxanovda açdı

Şuşada Milli Musiqi Günü: Qarabağ Universitetinin kollektivi konsert proqramı təqdim edib

Azərbaycan hərbçiləri Koreyada beynəlxalq döyüş təlimi müsabiqəsində iştirak ediblər

Tarixin yaddaşını yaşadan alim: Səidə Əli qızının 80 illik yubileyi qeyd olunub