ELM VƏ TƏHSİL


2020/2021-ci tədris ilində peşə təhsili üzrə qəbul 120 ixtisas üzrə aparılacaq

Bakı, 10 avqust, AZƏRTAC

2020/2021-ci tədris ilində peşə təhsili üzrə qəbul 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılacaq.

AZƏRTAC xəbər verir ki, bunu 2020-2021-ci tədris ili üzrə peşə təhsil pilləsinə tələbə qəbulunun başlanması ilə bağlı mətbuat konfransında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov deyib.

O bildirib ki, bu il ilk dəfə olaraq tələbə qəbulu prosesində işəgötürənlərlə birgə ikili proqramlar tətbiq olunacaq.

Xatırladaq ki, bu gün peşə təhsili müəssisələrinə sənəd qəbuluna start verilir. Sənəd qəbulu avqustun 24-dək elektron qaydada http://qebul.vet.edu.az/ səhifəsindən qeydiyyatdan keçməklə həyata keçiriləcək. Müsabiqənin nəticələri avqustun 25-də elan olunacaq və qəbul olunan namizədlərə qeydiyyatdan keçdikləri mobil nömrələrə SMS gələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.