2020-ci ilədək dünyada uçan avtomobillər və süni intellekt yaradılacaqdır
Bakı, 16 may (AZƏRTAC). ABŞ-da çıxan “Popular Science” jurnalı dünyamızı 2020-ci ilədək dəyişə biləcək 12 ixtiranın adını açıqlamışdır. NI-tech texnologiyaları arasında uçan avtomobillər, bioyanacaq və süni intellekt yer almışdır.
Ən əsas yenilik Ayda robotlar üçün elə robotlar tərəfindən inşa edilmiş stansiya olacaqdır. Alimlərin fikrincə, bu layihə Yaponiyada həyata keçiriləcəkdir. Kaliforniyada gələcəkdə baş verəcək dəyişikliklər üzrə ixtisaslaşan elmi müəssisənin əməkdaşı Mayk Libhold demişdir: “Dağıdıcı zəlzələ və sunamilərdən sonra yenidənqurma işlərinə çox zaman tələb olunmasına baxmayaraq, bu layihə artıq proqramlaşdırılmışdır və dünyanın elə bir ölkəsi yoxdur ki, belə bir mürəkkəb işi axıradək başa çatdıra bilsin”.
Dünyanın 17 ölkəsinin ərazisindən keçib Avropa ilə Asiyanı birləşdirəcək yüksək sürətli dəmir yol xətti əhəmiyyətinə görə ikinci yerdədir. 2020-ci ilədək avtomatik pilotlu avtomobillər və uçan avtomobillər kimi layihələr həyata keçirilə bilər.
Bundan əlavə, sözügedən dövrədək bir çox zəngin insanlar üçün kosmosa uçuşlar reallığa çevriləcək, karbohidrogenlərin əvəzində bioyanacaqdan istifadə olunacaqdır. İnsan beyini iplantasiya olunmuş mikroçiplərin köməyi ilə televizoru, smartfonları və kompyuterləri idarə edəcək, bütün ekranlar Oled texnologiyası ilə təchiz olunacaqdır. Lozanna Universitetinin fikrincə, o vaxtadək süni intellekt yaradılacaqdır və ideyaları insan beyini kimi generasiya edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]