Azərbaycan Dövlət İnformasiya Agentliyi

2027-ci ilə qədər hər kəs erkən xəbərdarlıq sistemi ilə əhatə olunmalıdır - ARAŞDIRMA

2027-ci ilə qədər hər kəs erkən xəbərdarlıq sistemi ilə əhatə olunmalıdır - ARAŞDIRMA

Bakı, 13 oktyabr, AZƏRTAC

Dünya ölkələrinin yarısında erkən xəbərdarlıq sistemləri yoxdur

Təbii fəlakətlər dedikdə sellər, daşqınlar, qar uçqunları, çovğunlar, meşə yanğınları, torpaq sürüşmələri, zəlzələlər nəzərdə tutulur. Təbii fəlakətlər zamanı infrastruktur obyektlərinə ciddi ziyan dəyir, ən əsası isə minlərlə insanın həyatını itirməsi ilə nəticələnir. Təəssüf ki, dünyada baş verən kəskin iqlim dəyişiklikləri təbii fəlakətlərin həm sayını, həm də təkrarlanma tezliyini artırıb.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov AZƏRTAC-a bildirib ki, Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) məlumatına görə, 1970-2021-ci illər arasında ekstremal hava, iqlim və su ilə bağlı hadisələr nəticəsində 12 minə yaxın təbii fəlakət baş verib, nəticədə 2 milyondan çox insan həyatını itirib. İqtisadi itkilər isə 4,3 trilyon ABŞ dolları təşkil edib. Lakin 2023-cü ili müşahidələr silsiləsində ən ekstremal illərdən biri adlandırmaq olar. Müxtəlif ölkələrdə baş verən son hadisələr təsir gücünə və dəymiş ziyanın miqyasına görə diqqəti cəlb edir. Odur ki, bütün ölkələrin meteoroloji xidmətlərinin qarşısında duran vəzifə, həmin xəbərdarlıqları daha əlçatan, məqsədyönlü, ərazini əhatə etmənin yüksək dəqiqliyi və mümkün nəticələrin proqnozu ilə verilməsidir: “Bu baxımdan, BMT-nin Baş katibi Antonio Quterreş tərəfindən irəli sürülən “Hamı üçün Erkən Xəbərdarlıq” beynəlxalq təşəbbüsünün əhəmiyyətini və zəruriliyini vurğulamaq istərdim. ÜMT erkən xəbərdarlıqların hər kəsə çatmasını və erkən fəaliyyətə səbəb olmasını təmin etmək üçün BMT-nin Fəlakət Riskinin Azaldılması Ofisi, Beynəlxalq Telekommunikasiya İttifaqı və bir sıra digər tərəfdaşlarla əməkdaşlıq edir. Daşqınların proqnozlaşdırılması şəhər infrastrukturunun, iqtisadiyyatın və əhalinin uyğunlaşması üçün fövqəladə əhəmiyyət kəsb edir. Lakin bu, o qədər də sadə deyil. Dünya ölkələrinin yarısında, xüsusən də buna ən çox ehtiyacı olan az inkişaf etmiş və qeyri-sabit ölkələrdə erkən xəbərdarlıq sistemləri yoxdur. Buna baxmayaraq, 2027-ci ilə qədər hər kəs erkən xəbərdarlıq sistemi ilə əhatə olunmalıdır. “Hamı üçün Erkən Xəbərdarlıq” proqramına Dəstək Bəyannaməsi bir sıra beynəlxalq maliyyə təşkilatları tərəfindən dəstəklənib”.

Azərbaycanda erkən xəbərdarlıq sistemləri təkmilləşdirilir

N.Mahmudovun sözlərinə görə, Azərbaycanda erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Erkən xəbərdarlıq sisteminin tətbiqinə bir neçə il əvvəl Şamaxı və Göygöl rayonunda 2 ədəd dopler radar sisteminin quraşdırılması ilə başlanılıb. Həmin radar sistemləri vasitəsilə gündəlik olaraq atmosferdə baş verən dəyişikliklərin müşahidəsi aparılır. Yağıntıların miqdarı, küləyin sürəti, eyni zamanda, dolu və digər atmosfer hadisələri ilə bağlı müşahidə olunan digər məlumatlar mütəmadi olaraq Situasiya Mərkəzinə daxil olur.

Qeyd olunub ki, Milli Hidrometeorologiya Xidmətinin genişləndirilmiş avtomat hidrometeoroloji sistemi fəaliyyət göstərir. Həmin sistemə daxil olan həm hidroloji stansiyalar, həm meteoroloji stansiyalar, eyni zamanda, Xəzər dənizində fəaliyyət göstərən hidrometeoroloji stansiyalardan məlumatlar mütəmadi olaraq Situasiya Mərkəzinə yönləndirilir. Mərkəzdə bütün məlumatların mərkəzləşdirilmiş şəkildə yığılması və onların operativ şəkildə emalı prosesi həyata keçirilir. Həmin proses nəticəsində alınan məlumatlar əsasında proqnozlar hazırlanır. Eyni zamanda, hidrometeoroloji şəbəkənin fəaliyyətinə nəzarət etmək məqsədilə quraşdırılmış 37 ədəd müşahidə kamerasından alınan məlumatlar da Situasiya Mərkəzində vizuallaşdırılaraq canlı şəkildə baş verən hidrometeoroloji proseslərin, atmosferdə, çaylarda olan dəyişikliklərin müşahidəsi aparılır. Situasiya Mərkəzində proqnozlar hazırlanaraq həm ictimaiyyətə, həm də aidiyyəti dövlət qurumlarına gündəlik olaraq ötürülür. Həmçinin Qarabağ və Şərqi Zəngəzurda da hidrometeoroloji şəbəkənin genişləndirilməsi istiqamətində işlər aparılır. Həmin ərazilərdə 11 hidrometeoroloji, 5 meteoroloji stansiya fəaliyyət göstərir. Həmin stansiyalardan məlumatlar gündəlik olaraq Milli Hidrometeorologiya Xidmətinin Situasiya Mərkəzinə ötürülür. Gələcəkdə həmin ərazilərdə yeni aqrometeoroloji stansiyaların quraşdırılması nəzərdə tutulur. Bununla yanaşı, gələcəkdə əhalinin SMS vasitəsilə atmosfer hadisələri ilə bağlı məlumatlandırması istiqamətində işlər aparılır.

Respublikanın çaylarında 40 ədəd avtomat hidroloji stansiya quraşdırılıb ki, bu da şəbəkənin 45 faiz avtomatlaşdırılması deməkdir. Məlumatların avtomat stansiyalar vasitəsilə ölçülməsi, məlumatların keyfiyyətinin artırılmasına, su ehtiyatlarının dəqiq qiymətləndirilməsinə imkan verir.

Bundan əlavə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyi tərəfindən elektron su xəritəsi hazırlanıb. Coğrafi informasiya sistemləri vasitəsilə hazırlanan xəritədə Azərbaycan Respublikasının bütün çayları, su obyektləri, sututarları, göllər, su anbarları, kəhrizləri barədə məlumatlar öz əksini tapıb. Vətəndaşlar xəritəyə müraciət edərək istənilən su obyektləri haqqında məlumatlarla tanış ola bilərlər. Xəritədə əks olunan məlumatlar dinamikdir, daim yenilənir. Elektron xəritədə su obyektlərinin real görüntüləri də yer alıb. Həmin xəritə vasitəsilə, həmçinin hansı ərazilərdə subasma hadisələrinin olacağı barədə əvvəlcədən məlumat əldə etmək mümkündür.

Bəzən təbii fəlakətlər zamanı müəyyən preventiv tədbirlərlə riskləri azaltmaq mümkündür

Heç bir ölkənin təbii fəlakətlərdən sığortalı olmadığını deyən Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib: “Təbii fəlakətlərin iqtisadiyyata vurduğu ziyan bütün dünya ölkələrində milyonlarla, bəzən milyardlarla dollara çatır. Zəlzələ təbii fəlakətlərin ən qorxulusu, ən dəhşətlisi, ən dağıdıcısıdır. İl ərzində dünyanın müxtəlif ölkələrində fərqli maqnitudalarda zəlzələlər baş verir. Bəzən dağıdıcı zəlzələlərin fəsadlarının aradan qaldırılması üçün bir yox, bir neçə il lazım olur. Bundan başqa, həmin təbii fəlakətlərin ən dəhşətli tərəfi minlərlə insanın həlak olmasıdır. Elə bu il fevralın 6-da qardaş Türkiyədə baş verən zəlzələni xatırlatmaq istəyirəm. Nəticədə 50 mindən çox insan həyatını itirdi. Eyni zamanda, minlərlə yaşayış binası dağıldı. Hazırda Türkiyə hökuməti Azərbaycanın dəstəyi ilə həmin ərazilərdə bərpa işlərini davam etdirir. Lakin zəlzələnin fəsadları demək olar ki, tam aradan qaldırılmayıb. Bəzən təbii fəlakətlər zamanı müəyyən preventiv tədbirlərlə riskləri azaltmaq mümkündür. Lakin elə təbii fəlakətlər var ki, texnogen amillərlə bağlı olduğundan risklərin azaldılması insandan asılı olmur. Bəs zəlzələlər zamanı riskləri hansı şəkildə azalda bilərik? Zəlzələlər baş verəndə xüsusilə binaların uçması dağılması, çökməsi halları daha çox olur. Ona görə də tikinti işləri zamanı bütün normativlərə əməl olunmalıdır. Ərazinin seysmik qiymətləndirilməsi aparılmalıdır. Qiymətləndirilməyə uyğun olaraq binalar tikilərkən mərtəbələrin sayı nəzərə alınmalıdır”.

V.Rafiqqızı ölkəmizdə də təbii fəlakətlər və böhranlara qarşı dözümlülüyün möhkəmləndirilməsi istiqamətində davamlı olaraq dövlət siyasəti həyata keçirildiyini diqqətə çatdırıb.

Erkən xəbərdarlıq sistemlərinin təbii fəlakət risklərinin azaldılmasında rolu danılmazdır. Həmçinin görünən odur ki, əlimizdə təbii fəlakət risklərinin azaldılması üçün müəyyən alətlər var. Onu düzgün və yerində istifadə etsək, həmçinin vətəndaş məsuliyyəti nümayiş etdirsək, həm özümüzü, həm yaxınlarımızı, həm də minlərlə insanı qoruya bilərik. Çoxmərtəbəli binalar tikilərkən bütün normativlərə əməl olunsa, xarici ölkələrin müsbət təcrübəsindən istifadə olunsa, nə vaxtsa baş verə biləcək güclü zəlzələlərin dəhşətli görüntü və nəticəsinin qarşısını müəyyən qədər almaq mümkün ola bilər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: İranla saziş böyük ehtimal ki, Avropada imzalanacaq

Türkiyə və Ukrayna arasında regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb

Dünya çempionatı 2026-nın ilk qolu vurulub YENİLƏNİB

Azərbaycan və Tailand Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Dünya çempionatına Mexikodakı təntənəli açılış mərasimi ilə start verilib YENİLƏNİB

Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb

Medianın İnkişafı Agentliyində məzun könüllülər və növbəti proqramın iştirakçıları ilə görüş olub

Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub

Pentaqonda təhlükəli maddə ilə bağlı yanlış həyəcan siqnalı verildiyi təsdiqlənib

“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib

Hikmət Quliyev: Milli Qurtuluşun ən mühüm nəticələrindən biri ərazi bütövlüyümüzün tam bərpasıdır

Tramp İrana qarşı planlaşdırılan hücumları ləğv edib: Sazişin imzalanma vaxtı tezliklə açıqlanacaq

Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib

Riqada “Latviya və Azərbaycan: həyat hekayələrindən üzə çıxan tarix” kitabı təqdim olunub

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı

Azərbaycan aqrar sektorda intensiv və innovativ inkişaf mərhələsinə daxil olur - ŞƏRH

BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Tufan Erhürman: Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan ŞKTC-nin maraqları naminə istifadə edir

Bu saata olan əsas xəbərlər

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib

FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib

“ACWA Power”: Biznes transformasiyası investisiyaların cəlb edilməsi üçün zəruri amildir

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə YENİLƏNİB

Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək

® “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub

Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib

Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Qlobal maliyyə sistemində İslam maliyyəsinin yüksəlişi Azərbaycan üçün hansı yeni imkanlar yaradır?