Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Qazax sement zavodunun yeni istehsal xəttinin açılışında iştirak etmişdirVİDEO

Bakı, 5 iyul (AZƏRTAC). İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazax sement zavodunun sement istehsalı xəttinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısına məlumat verildi ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC və Azərbaycan Beynəlxalq Bankı ASC-nin Akkord sement zavodunun tikintisi üzrə investisiya layihəsi uğurla reallaşdırılır. Bu müəssisənin inşasına 2010-cu ildə başlanmışdır.

Bildirildi ki, Qazax-Gürcüstan sərhədi avtomagistralından Daş Salahlı kəndinə asfalt yol çəkilmişdir. Bu yolun başlanğıcında quraşdırılan monitorlarda Ulu Öndərin həyat və fəaliyyəti, ölkənin iqtisadiyyatı və regionların inkişafı üçün həyata keçirdiyi ardıcıl tədbirləri əks etdirən videoçarxlar nümayiş etdirilir. Asfalt yolun kənarı ilə zavoda dəmir yolu və 110 kilovoltluq yüksək gərginlikli elektrik xətti çəkilmişdir. Bundan başqa su xətti, suvarma kanalı, seldən mühafizə bəndi və digər qurğular inşa olunmuşdur.

Müəssisənin ərazisində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır. Burada orijinal layihə əsasında park salınmışdır. Bu istirahət məkanı müasirliyi ilə diqqəti çəkir. Zavodun ərazisində ümumi sahəsi 4 min kvadratmetrdən çox olan altımərtəbəli, 56 otaqlı, dördulduzlu mehmanxana, müasir avadanlıqla təchiz edilən 250 yerlik üçmərtəbəli yeməkxana inşa olunmuşdur. Ümumi sahəsi 3400 kvadratmetr olan 69 otaqlı, beşmərtəbəli inzibati binanın tikintisi də tamamlanmışdır. Hazırda ərazidə silsilə qurğular inşa edilir.

Dövlətimizin başçısına istehsal prosesində istifadə edilən xammal və müəssisənin əmtəələri təqdim olundu.

Sonra Prezident İlham Əliyev inzibati binada yaradılan şəraitlə tanış oldu. Birinci mərtəbədə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin sosial-iqtisadi, o cümlədən regionların inkişafı ilə bağlı həyata keçirdikləri tədbirləri əks etdirən fotoguşə yaradılmışdır. İnzibati binada işçilərin normal fəaliyyəti üçün hər cür şərait vardır. Burada informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə geniş yer verilmişdir. Dəhlizlərdə Azərbaycanın qədim tarixi, maddi-mədəniyyət abidələri barədə dolğun təəssürat yaradan incəsənət nümunələri də xoş ovqat doğurur.

Dövlətimizin başçısına mərkəzi nəzarət otağında müəssisə barədə ətraflı məlumat verildi. Buradakı stendlərdə zavodun texnoloji sxemi, tikinti üzrə investisiya layihəsi, baş plan və layihəyə aid digər məsələlər konkret əksini tapmışdır.

Müəssisənin maketi əsasında Prezident İlham Əliyevə bildirildi ki, gündəlik istehsal gücü 2500 ton klinker və ildə 1 milyon ton sement olan zavodun inşası iki mərhələdə aparılır. Birinci mərhələdə sement istehsalı xətti istifadəyə verilir. İkinci mərhələdə isə klinker istehsalı xəttinin tikinti-quraşdırma işlərinin başa çatdırılması nəzərdə tutulmuşdur. Bu ilin martında sement istehsalı xəttinin inşaat və quraşdırma işləri tamamlanmış, avadanlıq üzrə soyuq və isti sınaqlara başlanmışdır. Sınaqlar uğurla yekunlaşmışdır. Müəssisədə bir neçə markada sement istehsal olunacaqdır. Bununla əlaqədar uyğunluq sertifikatları alınmışdır.

Prezident İlham Əliyevə məlumat verildi ki, sement istehsalında istifadə olunan xammalın və hazır məhsulun keyfiyyətinin müntəzəm yoxlanması üçün zavodda kimyəvi və fiziki laboratoriya quraşdırılmışdır. Laboratoriyada gips, əhəng daşı, mergel, gil, vulkan külü, klinker və sementin növlərinin kimyəvi, fiziki və mexaniki sınaqları həyata keçirilir.

Dövlətimizin başçına bildirildi ki, zavodun avtomatik idarəetmə sistemi “SİEMENS” firmasının mütəxəssisləri tərəfindən proqramlaşdırılmış və ən müasir avadanlıqla təchiz edilmişdir. Zavodun idarə edilməsi mərkəzi nəzarət otağından həyata keçirilir.

Prezident İlham Əliyev buradan istehsal xəttini işə saldı.

Qeyd olundu ki, zavodun klinker istehsalı bölməsində quraşdırma işləri proqram üzrə davam etdirilir. Bu il həmin istehsal xəttinin işə salınması nəzərdə tutulmuşdur. Müəssisənin ümumi tikinti kompleksinə 49 bina və qurğu daxildir. Bunların 34-ü əsas, 15-i isə yardımçı bina və qurğulardır. Sement istehsalında mineral xammala olan tələbatı ödəmək üçün 452 hektar torpaq sahəsi ayrılmışdır. Bu layihənin reallaşması ölkəmizin qərb regionunun sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Gündəlik istehsal gücü 2500 ton klinker təşkil edəcək istehsal xətti üçün dağ-mədən, nəqliyyat və digər infrastrukturlarda çalışacaq 700 işçinin cəlb olunması nəzərdə tutulmuşdur. İşçilərin əksəriyyətini Qazax rayonunun və yaxın bölgələrin sakinləri təşkil edir.

Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev zavodun kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşərək çıxış etdi.

Prezident İlham Əliyevin

çıxışı

- Əziz dostlar, bu gün Qazax rayonunda çox gözəl, müasir, yüksək standartlara cavab verən sement zavodu açılır. Bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm. Bu hadisə ölkəmiz üçün böyük əhəmiyyət daşıyır. Çünki Azərbaycanda belə müasir müəssisələrin tikilməsi ölkə iqtisadiyyatını gücləndirir və burada tətbiq edilən texnologiyalar yüksək standartlara cavab verir. İstehsal olunan sement də yüksək keyfiyyətlidir və beləliklə, zavodun fəaliyyəti bir neçə məqsədi təmin edəcəkdir. İlk növbədə, burada 700-dən çox yeni iş yeri açılır. Bu da Azərbaycanda işsizliyin aradan qaldırılması üçün çox vacib məsələdir, yüksək maaş verilir və beləliklə, burada insanların rifah halı yaxşılaşacaqdır.

Bu sement zavodunun fəaliyyəti nəticəsində bizim idxaldan asılılığımız azalacaqdır. Yerli istehsal yaranır və bu da bizim iqtisadi sahədəki siyasətimizin əsas istiqamətlərindən biridir. Yəni, zavodun tikilməsi doğrudan da böyük hadisədir. Nəzərə alsaq ki, yaxın keçmişdə Azərbaycanda iki yeni sement zavodu tikilmişdir, deməli, biz bu sahədə də özümüzü təmin məsələlərində böyük addımlar atırıq. Mən əvvəlki dövrdə Naxçıvanda sement zavodunun açılışında iştirak etmişdim. O zavod Naxçıvan Muxtar Respublikasının bütün daxili tələbatını ödəyir. Eyni zamanda, Bakının Qaradağ rayonunda xarici investorlar tərəfindən tikilmiş sement zavodunun açılışı da gözəl hadisə idi və görürəm ki, artıq bu dinamika davam edir. Qazax sement zavodunun açılması da çox önəmli hadisədir. Ancaq buna baxmayaraq, biz hələ ki, idxaldan asılıyıq. Bunun yeganə səbəbi ondan ibarətdir ki, ölkə iqtisadiyyatı yüksək sürətlə inkişaf edir, tələbat hələ ki, daxili istehsaldan çoxdur. Ancaq Azərbaycanda növbəti böyük sement zavodu tikilir və güman edirəm ki, o zavodun fəaliyyətə başlaması nəticəsində biz idxaldan asılılığımızı tamamilə aradan götürəcəyik.

Yəni, iqtisadi sahədə bizim məqsədlərimiz təmin edilir, idxaldan asılılığı azaltmaq, yerli istehsalı gücləndirmək, yeni iş yerləri açmaq və beləliklə, ümumi daxili məhsulumuzun qeyri-neft sektoru hesabına formalaşmasında çox ciddi bir addımdır. Deyə bilərəm ki, bu zavodun tikintisi, eyni zamanda, Azərbaycanda sahibkarlığın inkişafına da dövlət tərəfindən verilən dəstəyin təzahürüdür. Azərbaycanda sahibkarlıq sürətlə inkişaf edir. Mən sahibkarlara daim öz dəstəyimi göstərirəm, sahibkarlarla görüşürəm, onların problemlərinin həlli üçün əməli addımlar atılır, göstərişlər verilir. Kiçik və orta sahibkarlığın inkişafı üçün hər il dövlət tərəfindən güzəştli kreditlər verilir. Bu il 200 milyon manatdan çox güzəştli kreditlər verilir. Bu kreditlər iqtisadiyyatın real sektoruna qoyulan investisiyaları daha da çox cəlb edir. Çünki dövlət tərəfindən verilən kreditlər, eyni zamanda, sahibkarların vəsaiti ilə tamamlanır və beləliklə, ümumi qaydada bu kreditlərin verilməsi il ərzində təqribən 300-400 milyon manat həcmində investisiyaların qoyuluşunu təmin edir.

Deyə bilərəm ki, bu həftə ölkəmizdə mənim iştirakımla açılan böyük obyektlərin maliyyə həcmi 1 milyard manat ətrafındadır. Həftənin əvvəlində mən Şirvanda dövlət vəsaiti ilə tikilmiş böyük elektrik stansiyasının açılışında iştirak etmişəm. Bu gün Tovuz rayonunda Diaqnostika-Hemodializ Mərkəzinin açılışını, eyni zamanda, içməli su layihəsinin istismara verilməsini qeyd etdik. Bu gün artıq sement zavodu fəaliyyətə başlayır, Ağstafada digər layihələr, içməli su ilə bağlı layihələr nəzərdə tutulur. Yəni, bir həftə ərzində açılan müəssisələrin maliyyə dəyəri 1 milyard manat ətrafındadır. Bu, doğrudan da gözəl göstəricidir - ölkəmizin dinamik inkişafının göstəricisidir. Azərbaycanda düşünülmüş iqtisadi siyasətin nəticəsidir. Hesab edirəm ki, belə gözəl hadisələr sahibkarları daha da ruhlandırır və onlara yol göstərir. Çünki dövlət sahibkarlığın inkişafında maraqlıdır. Ölkə iqtisadiyyatının inkişafı gələcəkdə də sahibkarlığın inkişafından asılı olacaqdır. Xüsusilə nəzərə alsaq ki, biz indi qeyri-neft sektorunun inkişafına çox böyük diqqət veririk və bu zavodun tikintisi məhz qeyri-neft iqtisadiyyatının bir hissəsidir.

Sahibkarlığın inkişafı ölkə iqtisadiyyatına verilən töhfədir, eyni zamanda, iş yerlərinin açılmasına gətirib çıxarır. Son 10 il ərzində 1 milyon 100 mindən artıq iş yeri açılmışdır, işsizlik 5 faiz ətrafındadır. Hesab edirəm ki, gələn illərdə yeni açılacaq müəssisələrin hesabına biz işsizliyi daha da aşağı səviyyədə saxlayacağıq. İnsanların maddi rifahı artır, insanlar yaxşı maaş alırlar, gözəl şəraitdə işləyirlər. Yəni, qeyri-neft sektorunun rolu çox böyükdür. İqtisadiyyatın əsas hissəsinin hazırda qeyri-neft sektorunda formalaşmasına baxmayaraq, mən çox istərdim ki, qeyri-neft sektorunun payı daha da artsın. Hazırda təqribən 52 faizdir, 48 faiz neft iqtisadiyyatımızdır. Ancaq artıq iqtisadiyyatın əksər hissəsi qeyri-neft sektorunda formalaşır.

Biz sənaye müəssisələrinin yaradılması ilə bağlı çox ciddi addımlar atmışıq. Burada həm dövlət investisiyaları öz rolunu oynayır və ölkədə mövcud olan gözəl sərmayə iqlimi də bax bu reallıqları yaradır. Çünki adambaşına qoyulan birbaşa xarici sərmayələrin həcminə görə Azərbaycan MDB məkanında birinci yerdədir. Həm xarici, həm daxili investisiyalar qoyulur. Hazırda daxili investisiyalar ümumi investisiyaların 70 faizini təşkil edir. Bu, onu göstərir ki, həm dövlət investisiyaları daha çox qoyur, eyni zamanda, yerli şirkətlər də öz maliyyə resurslarını ölkə iqtisadiyyatına cəlb edirlər. Bu zavodun tikintisi də yerli investorlar tərəfindən həyata keçirilmişdir. Mən bunu çox alqışlayıram.

Əvvəlki illərdə biz daha çox xarici sərmayədən asılı idik. Ancaq indi nəinki özümüz bizə lazım olan layihələri maliyyələşdiririk, Azərbaycan şirkətləri başqa bazarlara da investisiyalar qoyur - həm dövlət, həm özəl şirkətlər. Beləliklə, Azərbaycanda biznes sektoru güclənir. Biznes sektoru gücləndikcə vergilər daha çox yığılır və eyni zamanda, iş yerləri açılır. Yəni, bunlar bir-biri ilə bağlı olan məsələlərdir. Biz bu zavodun timsalında Azərbaycanın uğurlu siyasətini görürük.

Mən əminəm ki, biz tikinti materialları sektorunda da özümüzü təmin məsələlərini tam şəkildə həll edəcəyik. Necə ki, bu gün biz enerji təhlükəsizliyini tam şəkildə təmin edə bilmişik, ərzaq təhlükəsizliyini təmin edirik. Əminəm ki, yaxın 2-3 il ərzində Azərbaycan əsas ərzaq məhsulları ilə özü-özünü təmin edəcəkdir və tikinti materialları sektorunda da buna oxşar yanaşma tətbiq edilməlidir. Nəzərə alsaq ki, Azərbaycanda gələcəkdə də böyük tikinti layihələri icra ediləcək, Azərbaycana xaricdən gələn investisiyaların məbləği artır və dövlət investisiya proqramı icra edilir, qarşıdakı illərdə tikinti-quruculuq işləri daha da böyük həcmdə aparılacaqdır.

Keçən il ölkə iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə qoyulmuşdur. Əlbəttə, bu sərmayənin əsas hissəsi tikinti işlərinə qoyulur. Bu il təxminən eyni səviyyədə sərmayə qoyuluşu gözlənilir. Gələn il və ondan sonrakı illərdə daha da çox sərmayə qoyulacaqdır. Yəni, Azərbaycan, sözün əsl mənasında, dünyada iqtisadi sahədə ən sürətlə inkişaf edən ölkədir.

Biz bu liderliyi əldən verməyəcəyik, bu liderliyi qoruyub saxlayacağıq və gələcək illərdə daha da böyük işlər görüləcəkdir.

Biz indi ölkəmiz üçün lazım olan infrastruktur layihələrinin icrasını başa çatdırırıq. Hesab edirəm ki, yaxın bir neçə il ərzində infrastruktur layihələri tam başa çatacaq və ondan sonra biz ancaq sənaye müəssisələrinin tikintisinə, yeni texnologiya parklarının yaradılmasına, innovasiyaların tətbiq edilməsinə - bax, bu sahələrə daha çox fikir verəcəyik. Çünki hazırda icra edilən və icra edilmiş infrastruktur layihələri demək olar ki, ölkə iqtisadiyyatına böyük dərəcədə təkan vermişdir. Elektrik enerjisi layihələri, qazlaşdırma, içməli su layihələri, kənd yollarının tikintisi, məktəb, xəstəxana binalarının tikintisi, sosial infrastrukturun yaradılması layihələrinin demək olar ki, mütləq əksəriyyəti bu ilin sonuna qədər başa çatacaqdır. Yenə də demək istəyirəm ki, növbəti onillik plan da hazırdır və Azərbaycan bu plan əsasında keyfiyyətcə yeni pilləyə qalxacaqdır.

Bizim bütün işlərimiz planlı şəkildə aparılır. Əsas məqsədimiz ölkəmizi gücləndirmək, iqtisadiyyatı inkişaf etdirmək, güclü sənaye potensialı yaratmaq və insanların yaxşı həyatını təmin etməkdir. Son illər ərzində bu istiqamətdə böyük işlər görülmüşdür, o cümlədən Qazax rayonunda böyük işlər görülür. Qazax rayonu abadlaşır, gözəlləşir, çox önəmli addımlar atılır, sənaye müəssisələri açılır, kənd yollarına vəsait ayrılır, kənd yolları, sosial obyektlər tikilir. Əvvəlki dövrdə gözəl Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi tikilmişdir. Yəni, biz çalışırıq ki, Qazax rayonunun inkişafını daim diqqət mərkəzində saxlayaq. Qazax ictimaiyyətinin qaldırdığı bütün məsələlər öz həllini tapır. Yadımdadır, keçən il burada ziyalılarla görüş əsnasında onlar məsələ qaldırdılar ki, Qazaxda ədəbiyyat muzeyi yaradılsın. Mən Bakıya qayıdan kimi dərhal göstəriş verdim, müvafiq Sərəncam imzalandı, vəsait ayrıldı və bu gün biz ədəbiyyat muzeyinin açılışını da qeyd edəcəyik. Yəni, əhalidən gələn hər bir təklif, hər bir istək dövlət tərəfindən təmin edilməlidir. Bu, bizim əsas istiqamətimizdir. Çünki bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun rifah halı, təhlükəsizliyi, yaşayışı dayanır. Hər bir dövlət və hər bir rəhbər məhz bu prinsiplərlə yaşamalıdır. Xalqa xidmət etmək, xalqın qayğıları ilə yaşamaq, xalqı narahat edən problemləri daim diqqət mərkəzində saxlamaq və onları həll etmək lazımdır.

Mən çox şadam ki, Qazax rayonunda işlər yaxşı gedir. Mən son 10 il ərzində dəfələrlə Qazaxda olmuşam. Keçən il olmuşam və bundan sonra da olacağam. Çünki hələ görüləsi işlər çoxdur, hələ çoxlu müəssisələr, sosial obyektlər tikiləcək, kəndlərdə böyük quruculuq işləri aparılacaqdır. Bir sözlə, rayonun inkişafı müsbətdir, gələcək inkişafı şübhə doğurmur. Əminəm ki, rayon dinamik şəkildə inkişaf edəcəkdir. Belə gözəl müəssisələr rayonun iqtisadiyyatına da böyük təkan verir.

Mən bir daha demək istəyirəm ki, bu zavodun tikintisi ölkə miqyasında önəmli bir addımdır. Bu zavodun fəaliyyəti nəticəsində ölkə iqtisadiyyatı xeyir görəcəkdir. Əminəm ki, biz belə gözəl müəssisələrin bundan sonra da Qazax rayonunda tikilməsini görəcəyik.

Əziz dostlar, mən sizi bir daha salamlayıram və bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm. Sağ olun.

X X X

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Direktorlar Şurasının sədri Xaqani QULUZADƏ çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident İlham Əliyev.

Hörmətli qonaqlar.

“Akkord” sement zavodunun açılış mərasimi münasibətilə bu gün bizimlə olmağınızdan xüsusi şərəf duyuruq.

Möhtərəm cənab Prezident, Sizin uzaqgörən siyasətiniz və gərgin fəaliyyətiniz nəticəsində bu gün ölkəmizdə iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə yeni bir modeli - Azərbaycan modeli yaranmışdır. Uğurla davam etdirdiyiniz və müasir məzmunla zənginləşdirdiyiniz sosial-iqtisadi siyasətin strateji məqsədləri sərbəst bazar münasibətlərinə və dünya iqtisadiyyatına inteqrasiyanın təmin olunmasına əsaslanır. Elmi əsaslarla irəli sürülmüş milli iqtisadi inkişaf modelinə söykənən ölkəmizdə sahibkarlığa dövlət dəstəyi nəticəsində irihəcmli Azərbaycan şirkətlərinin respublika daxilində, eyni zamanda, transmilli layihələrdə iştirakının təməli qoyulmuşdur.

Möhtərəm cənab Prezident, zavodun təməlqoyma mərasimində iştirakınız, həmçinin ötən il Qazaxa səfəriniz çərçivəsində tikinti işlərinin gedişi ilə tanış olarkən verdiyiniz müvafiq tövsiyələr bu layihənin əhəmiyyətini daha da artırmışdır.

Xaqani Quluzadə bildirdi ki, tikintisinə 225 milyon manat investisiya qoyulmuş zavodda 700 nəfər işlə təmin olunacaqdır. Orta əməkhaqqı 600-700 manat təşkil edəcəkdir. Zavodun tikintisi ilə paralel olaraq bir sıra infrastruktur və enerji obyektləri, sosial təyinatlı binalar inşa olunmuşdur. Müəssisənin özünün yataqxanası, uşaq bağçası, poliklinikası və digər xidmət müəssisələri olacaqdır.

Xaqani Quluzadə “Akkord” korporasiyasının dünyanın aparıcı şirkətləri, maliyyə qurumları ilə sıx əməkdaşlığı və beynəlxalq tenderlərdə iştirakı barədə də dövlətimizin başçısına məlumat verdi.

Bu nəhəng müəssisənin yaradılmasının dövlətimizin başçısının sahibkarlığa dəstəyinin daha bir bariz nümunəsi olduğunu vurğulayan X.Quluzadə dedi:

-Hörmətli cənab Prezident, diqqətinizə çatdırmaq istəyirəm ki, “Akkord” sement zavodunun istismara verilməsi Sizin rəhbərliyiniz altında həyata keçirilən müdrik siyasətin nəticəsi kimi Azərbaycan Respublikasında sahibkarlığın inkişafına yaradılmış şəraitin bəhrəsi olmuşdur. Zavodun istismara verilməsi regionun iqtisadi inkişafına dəstək olmaqla yanaşı, yerli əhalinin daimi iş yerləri ilə təmin olunmasına, Azərbaycanın inşaat materiallarına tələbatının ödənilməsinə, ölkəmizin ixrac potensialının artmasına və iqtisadiyyatın qeyri-neft sektorunun güclənməsinə xidmət edəcəkdir.

X X X

Qazaxın sosial-iqtisadi inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edən rayon ictimaiyyətinin nümayəndəsi Məmməd YUSİFOV dedi:

-Azərbaycanımızın müstəqillik illərində keçdiyi inkişaf yolu dünya miqyasında artıq bir reallıqdır. Bu inkişaf son 10 ildə özünü daha çox göstərmişdir. Ötən 10 il müasir Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələdir. Dünyanın heç bir ölkəsinin nail ola bilmədiyi sürətli inkişafa Azərbaycan nail olmuşdur. Bu illər tarix baxımından qısa olsa da həyata keçirilən tədbirlər, aparılan islahatlar bir çox ölkələrin yüz ildə keçdikləri yola bərabərdir. Bütün bunlara Sizin yorulmaz fəaliyyətiniz, yaradıcı iş üsulunuz nəticəsində nail olunmuşdur. Bu inkişaf Sizin uzaqgörən və müdrik rəhbərliyinizlə respublikanın hər bir vətəndaşının rifahına yönəldilmiş, mühüm sosial və iqtisadi layihələrin həyata keçirilməsi nəticəsində baş vermişdir. Siz bu illərdə atdığınız addımlarla xalqımıza qürur verdiniz, onun başını uca etdiniz.

Azərbaycanda xalqın maraqlarına cavab verən bu davamlı, sabit inkişaf yolunun alternativi yoxdur. Bu gün hər birimiz ölkəmizə görə çox böyük fərəh hissi keçiririk. Qazaxda istifadəyə verdiyiniz bu böyük sement zavodu da bu inkişafın, bu tərəqqinin bir göstəricisidir. Cəbhə bölgəsində belə bir möhtəşəm zavodun inşasının mühüm siyasi və mənəvi dəyəri vardır. Bu zavodun rayonumuzun iqtisadiyyatının inkişafında çox böyük rolu olacaqdır. Eyni zamanda, yüzlərlə qazaxlı yeni iş yeri ilə təmin olunacaqdır ki, bu da onların həyat səviyyəsini daha da yüksəldəcəkdir.

Məmməd Yusifov Qazax rayonunda sənayenin inkişafı üçün ardıcıl tədbirlərin həyata keçirildiyini, bunun yeni iş yerlərinin yaradılmasına və əhalinin güzəranının daha da yaxşılaşdırılmasına xidmət etdiyini bildirdi. O, Qazaxda Ədəbiyyat Muzeyinin yaradılmasına hərtərəfli dəstəyinə görə dövlətimizin başçısına rayon sakinləri adından minnətdarlığını bildirərək dedi:

-Möhtərəm cənab Prezident, respublikamızın bütün bölgələrində olduğu kimi, rayonumuzda da böyük tikinti, quruculuq və abadlıq işləri aparılır. Bu gün Sizin rəhbərliyinizlə Qazaxda sakinlərimizin rahat həyat yaşamaları üçün hər cür şərait yaradılmışdır. Şəhərimizdə yeni tibb ocaqları, məktəblər, mədəniyyət obyektləri inşa edilmiş, park və xiyabanlar salınmışdır. Son illərdə tikilmiş Olimpiya İdman Kompleksi, Şahmat Mərkəzi, Gənclər Mərkəzi də şəhərimizə xüsusi yaraşıq verməklə yanaşı, gənclərimizin sağlam ruhda böyüməsində və ictimai fəallığın artırılmasında önəmli rol oynayır. Bu gün düşmənlə təmas xəttində yerləşən kəndlərimizə belə yeni yollar çəkilmişdir. Cəbhə bölgəsində yerləşən rayonumuzun bütün yaşayış məntəqələri təbii qazla və fasiləsiz elektrik enerjisi ilə təmin olunmuşdur. Bax, budur müasir Azərbaycanımızın reallıqları. Çox sağ olun, cənab Prezident!

Möhtərəm cənab Prezident, bu gün xalqımız qüdrətli Vətənimizdə çox rahat yaşayır. Bizim nəsil nikbindir. Çünki Siz Azərbaycanımızı, müstəqil dövlətimizi daim irəliyə, daha xoşbəxt gələcəyə aparırsınız. Yalnız Siz qüdrətli Azərbaycanımızın qarantı ola bilərsiniz. Yalnız Siz Azərbaycanımızın davamlı inkişafını təmin edə bilərsiniz. Bütün qazaxlılar Sizə inanır, Sizə güvənirlər. Gələcəyini Sizə etibar edən qazaxlılar növbəti seçkilərdə də öz sözlərini deyəcəklər. Diqqətinizə görə çox sağ olun.

X X X

Sonda xatirə şəkilləri çəkdirildi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Qazax sement zavodunun yeni istehsal xəttinin açılışında iştirak etmişdirVİDEO

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər - ŞƏRH

Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb

Qalib Liderin Vaşinqton missiyası: regional təhlükəsizliyin və TRIPP layihəsinin gələcəyi ŞƏRH

DVX: Vergi bəyannamələri və onlayn kassalarla bağlı texniki çətinliklər qısa müddətdə həll olunacaq

Fransada növbəti prezident seçkisində iştirak edəcək namizədlərə çağırış olunub

Prezident İlham Əliyevin həyata keçirdiyi strateji nəqliyyat siyasəti Orta Dəhlizin qlobal əhəmiyyətini daha da artırıb - ŞƏRH

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB

Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşüb

İngiltərənin Tetford şəhərində miqrasiya əleyhinə etirazlar davam edir

Geosiyasi baxımdan "Yaşıl Enerji Kabeli" layihəsi Cənubi Qafqazın qlobal əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır - RƏY

Azərbaycan parlament diplomatiyası beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verir

Şimali Kipr Prezidenti: Nikosiya BMT Baş katibinin adanı minalardan təmizləmək təklifini rədd edib

Mütəxəssis: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub

“Meta” şirkəti uşaqların təhlükəsizliyinə dair iş üzrə yenidən cərimələnib

Fransada sosialistlər arasında narazılıq yaranıb, partiya rəhbərliyinin qarşısında şərt qoyulub

Mançesterdə elektrik kəsintisinə görə dəmir yolunda gecikmələr davam edir

Fransada işsizlik səviyyəsi 8,3 faizə yüksəlib

“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib

Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsinin yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

X.N.Fərhadovun Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Deputat: ABŞ-də paraflanan sülh sənədi Cənubi Qafqazda yeni geosiyasi mərhələnin əsasını qoyub

İ.Ş.Davudovun Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İ.Ş.Davudovun Azərbaycan Respublikasının Malayziyada, eyni zamanda Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

X.N.Fərhadovun Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.Z.Nağdəliyevin Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

A.A.Məhərrəmovun Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Ayaks”ın sabiq baş məşqçisi Qazaxıstan millisində

Azərbaycan coğrafi informasiya sistemləri sahəsində istehlakçı deyil, töhfə verən ölkə ola bilər – MÜSAHİBƏ

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mikayıl Cabbarov: “SOCAR karbamid” qabaqcıl texnologiyalar sayəsində uğurlu rəqəmsal transformasiya nümunəsi kimi qiymətləndirilir

Paytaxtda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır