24 saylı Nizami birinci seçki dairəsində 376 müşahidəçi qeydiyyata alınıb
Bakı, 1 noyabr, Ramiz Quliyev, AZƏRTAC
24 saylı Nizami birinci seçki dairəsində Milli Məclisə seçkilər seçici fəallığı şəraitində davam edir.
Seçki dairəsi dairə seçki komissiyasının sədri Niyazi Nəcəfov AZƏRTAC-a bildirib ki, 43 min 369 seçicisi olan dairədə 35 məntəqə fəaliyyət göstərir. On məntəqədə veb-kamera quraşdırılıb. Seçki prosesini izləmək üçün 376 müşahidəçi qeydiyyata alınıb.
Dairə seçki komissiyasının sədri qeyd edib ki, 24 saylı Nizami birinci seçki dairəsində 7 namizəd var. Seçki prosesini YAP, AMİP, Böyük Quruluş partiyalarından olan müşahidəçilər izləyirlər.