Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi anılıb VİDEO

Bakı, 25 aprel, AZƏRTAC

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günü münasibətilə tədbirlər keçirilib.

AZƏRTAC xəbər verir ki, aprelin 25-də Müdafiə Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Şuşa və Nərimanov Rayon İcra hakimiyyətlərinin rəsmiləri, Bakı şəhəri Dağ Yəhudiləri Dini İcması, “Veteran Tankçılar” İctimai Birliyi və ictimaiyyət nümayəndələri Birinci Şəhidlər xiyabanında əvvəlcə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət edərək önünə qərənfillər düzüblər.

Xalqımızın qəhrəman oğlu Həzi Aslanov haqqında bir neçə kitabın müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani çıxış edərək bildirib ki, Milli Qəhrəmanın doğum günündə ilk olaraq Həzi Aslanovun məzarını ziyarət etməyimiz heç də təsadüfi deyil.

Ulu Öndər Heydər Əliyev Həzi Aslanovun xidmətlərini həmişə yüksək qiymətləndirib. Heydər Əliyevə görə Həzi Aslanov İkinci Dünya müharibəsində mərdliklə döyüşən, vuruşan Azərbaycan xalqının nümayəndələrindən ən görkəmlisidir. O, bu döyüşlərdə həlak olub, ancaq öz vətəndaşlıq borcunu yerinə yetirib, Azərbaycan xalqının hansı yüksək mənəvi keyfiyyətlərə malik olduğunu dünyaya nümayiş etdirib.

Azərbaycanın öz ərazi bütövlüyünün bərpası və tarixi torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə başladığı Vətən müharibəsindən on ay əvvəl Prezident İlham Əliyevin Həzi Aslanovun 110 illiyinin qeyd olunması haqqında Sərəncamı da təsadüfi deyildir. Bu, hər bir Azərbaycan əsgərini torpaqlarımızı işğaldan azad etməyə ciddi hazırlaşmasına, hərbi əməliyyatlarda döyüşçülərin ata-babalarımızın qəhrəmanlıq ənənələrini davam etdirməsinə hər zaman hazır olmağa bir işarə idi.

Sərəncamda qeyd edildiyi kimi, Həzi Aslanovun göstərdiyi misilsiz şücaət və başçılıq etdiyi tank alayının müstəsna rəşadəti torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazır olan Azərbaycan Ordusunun bütün şəxsi heyəti üçün əsl qəhrəmanlıq nümunəsidir.

Yeni yaranmaqda olan Azərbaycan Ordusunun ilk tankçıları, eləcə də Albert Aqarunov burada şəhidlərimizin, o cümlədən Həzi Aslanovun məzarı önündə and içərək müqəddəs savaşlara yollanıb və Qarabağ uğrunda döyüşlərdə qəhrəmanlıq zirvəsinə ucalıblar.

Vətən müharibəsinin ilk günündə tankçılarımız “Hər birimiz Həziyik, hər bir əmrə hazırıq!” şüarı altında döyüş meydanlarına atılıblar.

Albert Aqarunov, Şövqiyar Abdullayev, Əsəd Əhmədov “Azərbaycanın Milli Qəhrəmanı”, Amid Heydərov və Elçin Abdullayev “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına, onlarla tankçımız isə müxtəlif döyüş orden və medallarına layiq görülüblər.

Milli Qəhrəman Albert Aqarunovun məzarı önünə güllər düzülüb, xatirəsi ehtiramla yad edilib. Din xadimləri şəhidlərin ruhuna dualar oxuyub, ziyarətçi veteranlar xatirələrini söyləyiblər.

Qeyd edilib ki, Azərbaycan tolerant ölkədir. Burada yaşayan bütün xalqların nümayəndələri Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda bir yerdə düşmənə qarşı mərdliklə vuruşub və bu gün də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında səylərini əsirgəmirlər. Albert Aqarunov yəhudi əsilli idi. Ancaq o, azərbaycanlı idi, Azərbaycan vətəndaşı idi. Azərbaycanlı olması ilə həmişə fəxr edib. Ölümündən sonra da Milli Qəhrəmanımız yəhudi xalqı ilə dostluq və qardaşlığımızın daha da möhkəmləndirilməsinin rəmzinə çevrilib.

Milli Qəhrəmanın Nərimanov rayonunda ucaldılan möhtəşəm abidəsi qarşısına Müdafiə Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Bakı şəhəri Dağ Yəhudiləri Dini İcması və “Veteran Tankçılar” İctimai Birliyi adından əklillər və çələng qoyulub. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Polkovnik Abdulla Qurbani ziyarətçiləri salamlayaraq qeyd edib ki, İsrail Dövlətinin müstəqilliyinin 75-ci ildönümü münasibətlə Azərbaycan Prezidenti İlham Əliyev bu gün İsrail Dövlətinin Prezidenti Zati-aliləri İsxak Hersoqa təbrik ünvanlayıb. Həmin təbrikdə qeyd olunur ki, Azərbaycan-İsrail əlaqələrinin daim yüksələn xətlə inkişaf edərək bugünkü səviyyəyə çatması məmnunluq doğurur. Bunun təməlində xalqlarımızı birləşdirən çoxəsrlik möhkəm dostluq və qarşılıqlı rəğbət hissləri dayanır.

Prezident İlham Əliyev inandığını bildirir ki, xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq Azərbaycan-İsrail dostluğu və əməkdaşlığının böyük potensialından daha dolğun istifadə etmək üçün qarşılıqlı səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Milli Qəhrəmanın həyat və döyüş yolu haqqında məlumat verilərək qeyd olunub ki, Albert Aqarunov 1969-cu il aprelin 25-də Bakı şəhərində anadan olub. Suraxanı rayonundakı 154 nömrəli orta məktəbin 8-ci sinfini bitirib. Texniki-Peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnib. Gürcüstanın Axalkalaki rayonunda xidmətdə olarkən tankçı kimi vəzifələrinin öhdəsindən layiqincə gəlib. Ordudan tərxis olunduqdan sonra bir müddət Suraxanı maşınqayırma zavodunda çalışıb.

1991-ci ildə könüllü olaraq Azərbaycan Ordusunda yeni yaranmaqda olan Əlahiddə Tank taboruna daxil olub. Xankəndi, Şuşa, Daşaltı, Cəmilli istiqamətlərində erməni təcavüzkarlarına qarşı mərdliklə vuruşub. Düşmənə canlı qüvvə və texnika sarıdan xeyli itkilər verib.

1992-ci il mayın 8-də Şuşa-Laçın yolunda düşmənə dağıdıcı və sarsıdıcı zərbələr endirməsinə baxmayaraq, igid tankçımız canından çox sevdiyi doğma Vətən torpağı uğrunda şəhidlik zirvəsinə ucalıb.

Vətən müharibəsində xalqımızın birliyi, həmrəyliyi, dövlətimizin iqtisadi gücü, rəşadətli Ordumuzun igid döyüşçülərinin şücaəti və Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdə məharəti, qətiyyəti, hücum diplomatiyası sayəsində qazandığımız möhtəşəm Qələbə ilə həm Birinci, həm də İkinci Qarabağ müharibəsində şəhid olan Vətən övladlarının ruhlarını şad etdik. Onların qanı yerdə qalmadı. Onların intiqamı döyüş meydanında alındı. Nə qədər Azərbaycan var, qədirbilən xalqımız var, rəşadətli Azərbaycan Ordusunun igid döyüşçüləri var şəhidlərimizin, o cümlədən Albert Aqarunov kimi Milli Qəhrəmanlarımızın xatirəsi əbədi yaşayacaq.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, “Veteran Tankçılar” İctimai Birliyinin sədri Hacı Əzimov, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini Novruz Nəcəfov, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Səlhət Abbasova, Milli Qəhrəmanın qardaşı Rantik Aqarunov və başqaları çıxış edərək Ulu Öndərdən miras azərbaycançılıq məfkurəsindən danışıb, respublikamızda yaşayan bütün xalqların Azərbaycan naminə Müzəffər Ali Baş Komandanın əmrlərinə hər an hazır olduqlarını bəyan edib, şəhidlərin adlarının əbədiləşdirilməsi, ailələrinə göstərilən dövlət qayğısına və diqqətə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Tədbir iştirakçıları hərbi orkestrin ifa etdiyi “Qələbə marşı”nın sədaları altında Milli Qəhrəman Albert Aqarunovun doğum günü münasibətilə keçirilən vətənpərvərlik tədbirindən ayrılıblar.

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi anılıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır

Tədqiqat: Manqrov meşələri bərpa olunur

Türkiyənin Rəqabət Şurası “Meta” şirkəti ilə bağlı araşdırmaya başlayıb

Tramp: İran məsələsini çox tez bir zamanda həll etməliyik

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı radar məntəqələrinə zərbələr endirib

İsveçdə seçkilər ərəfəsində miqrasiya mövzusu yenidən ön plana çıxır

Pentaqon: Avropa təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır

HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Misirə gəlib

Almaniya və Fransa liderləri Avropa İttifaqının tezliklə genişləndirilməsinin tərəfdarıdırlar

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

Türkmənistanda “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı olub

Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub

Qəbələdə fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş olub

Qara dənizdə Türkiyə bayrağı altında üzən balıqçı gəmisinə hücum olub: 1 ölü, 4 yaralı

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib

Heydər Əliyev Sarayında Səməd Vurğunun yaradıcılığına həsr olunan ədəbi-bədii tədbir

Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib

Türkiyədə “Qarabağdan Çanaqqalaya: Türkün zəfər yolu” layihəsi çərçivəsində ustad dərsi

Putin Zelenski ilə mümkün görüş barədə danışıb

“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib

Vladimir Putin iri şirkətlərin Moskvadan regionlara köçürülməsinin vacibliyini bəyan edib

Fidan Hacıyeva: Ardıcıl ikinci ildir ki, Azərbaycanı Vyetnamda qürurla təmsil edirəm

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir

Türkiyənin ticarət naziri proteksionizmdən imtina etməyə və azad ticarəti dəstəkləməyə çağırıb

Almaniya, Fransa və Böyük Britaniya liderləri bazar günü Londonda Ukrayna Prezidenti ilə görüşəcəklər

Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq

Millinin minifutbolçusu: Avropa çempionatında minimum hədəfimiz finala yüksəlmək idi

MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Bu saata olan əsas xəbərlər

Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub

Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb

Ekspert: BƏƏ-Azərbaycan layihələri enerji sahəsində tərəfdaşlığın inkişafı üçün möhkəm əsas yaradır

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər

Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir 

İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlər məşğulluq və sosial dəstək tədbirləri ilə əhatə olunublar

Tullantıların içərisindən tapılan dəmir pullar uşaqları sevindirib

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Hidrogen enerjisi BƏƏ-Azərbaycan enerji tərəfdaşlığının növbəti mərhələsi ola bilər – RƏY

Yaponiya səfirliyi: ADA Universitetində keçirilən festivalda iştirak humanitar əlaqələri gücləndirir

Rusiyalı mütəxəssis: Xəzərin enməsi prosesi davam edəcək

Çin şirkətləri Azərbaycanın iqtisadi potensialı və işgüzar mühiti barədə məlumatlandırılıb

Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb

Regionlardakı təcili tibbi yardım bölmələrinə 25 yeni ambulans və reanimobil təhvil verilib

ADSEA nümayəndəsi: Xəzərin bir neçə metr aşağı düşməsi daha mürəkkəb problemlərə səbəb olacaq

® “Azercell” IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellektəsaslı həllərini təqdim edib

Azərbaycanın UFC döyüşçüsü: Mən yalnız zirvə üçün çalışıram

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovadan

Elnur Səfərov: Dənizin səviyyəsinin azalması prosesi bizi qabaqlayır

Laçında “Yeni yaşayış məhəlləsi” salınır: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək VİDEO

Laçında “Yeni yaşayış məhəlləsi” salınır: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək VİDEO

Portuqaliya Respublikasının Prezidenti Antoniu Joze Sequrudan

Xəzər dənizində səviyyə dəyişikliklərinin səbəbləri və regional əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb

Tullantıların idarə olunması sektoru dünyada metan emissiyalarının üçüncü ən böyük mənbəyidir

ÜST-nin nümayəndəsi: İnsanlar ətraf mühit və ya iqlim dəyişikliyi onların sağlamlığına təsir göstərdiyi zaman hərəkətə keçirlər

Ukrayna PUA-ları Mariupol və Berdyansk limanlarında, həmçinin Krım sahillərində beş gəmiyə zərbə endirib

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb YENİLƏNİB VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb YENİLƏNİB VİDEO

ADA Universitetində keçirilən beynəlxalq festivalda Rusiyanın xalq sənətkarlığı təqdim olunub

Ekspert: Su səviyyəsinin 5 metr enməsi Xəzər suitilərinin çoxalma sahələrinin 57-81 faizinin itirilməsinə səbəb ola bilər

Badamdarda açıq ərazidə yanğın olub, tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib VİDEO

Badamdarda açıq ərazidə yanğın olub, tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib VİDEO

“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub

Misirdəki dostluq cəmiyyəti xalqlar arasında humanitar və mədəni əlaqələri daha da möhkəmləndirməyə çalışır

Qlobal neft nəhənglərinin ümumi mənfəəti 2022-ci ildən bəri ilk dəfə ikirəqəmli artım nümayiş etdirib

Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir

Britaniyada süni intellekt vasitəsilə hazırlanmış ilk vaksin insanlar üzərində sınaqdan keçirilir

Bakıxanov qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb

Coğrafiyaşünas-alim: Yüksəkriskli zonaların rəqəmsal xəritələri hazırlanmalıdır

Türkiyədən olan şəhid ailələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə Texniki Komitə yaradılıb

AQTA: Qida məhsullarının izlənilməsi təmin edilməlidir

Araz Aslanlı: Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilməsi Azərbaycanın uzunmüddətli strateji baxışının nəticəsidir

Azərbaycan regional sabitlik və iqtisadi inteqrasiyanın əsas təşəbbüskarlarından biridir ŞƏRH

Yerli startapın kibermaarifləndirmə məhsulu IV Milli Kibertəhlükəsizlik Forumunda təqdim olunub - Açıqlama

Gəncədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb

Gənc rəssam Zeynəb Babayeva: Mənim hər bir əsərim heyvanlara sevgidən irəli gəlir

“Qida təhlükəsizliyi: Gözlənilməz hallara hazırlıq” - Beynəlxalq seminar

Türk ekspert: BTQ dəmir yolu xətti regional nəqliyyat sisteminin ayrılmaz hissəsinə çevrilmiş strateji təşəbbüsdür

Nişantaşı Universitetinin professoru: Nəqliyyat marşrutları arasında Orta Dəhlizin imkanları getdikcə güclənir

® Mərkəzi Gömrük Hospitalının cərrahı III Beynəlxalq Türkdilli Ölkələrin Tibb Konqresində və Endoforum 2026-da çıxış edib

İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub

Ədliyyə naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb

Premyer Liqaya yüksələn komandanın yeni baş məşqçisi açıqlanıb

Mütəxəssis: İnsanların rifahı və iqtisadi fəaliyyəti sağlam ekosistemlərdən asılıdır

TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurası maliyyə sektorunun inkişafında daha sıx iqtisadi əməkdaşlığı təşviq edir

Mülkiyyət hüququnun təmin olunması Böyük Qayıdışın ən mühüm sütunlarından biridir RƏY

Azərbaycan investisiya cəlb edən ölkədən investor dövlətə çevrilib – ŞƏRH

Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəlib

Akademik: Süni intellekt suverenliyi yerli elmi-tədqiqat potensialını gücləndirir

Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzində may ayında xidmət səviyyəsi 92 faizi keçib

Azad olunmuş torpaqların su resursları ərzaq təhlükəsizliyinin zəmanətidir – ŞƏRH

Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib

100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı

Qarabağın bərpası müasir şəhərsalma modelinin uğurlu nümunəsi kimi təqdim olunub

Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti iyunun 9-dək davam edəcək - XƏBƏRDARLIQ