Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda konfrans keçirilib YENİLƏNİB VİDEO

Bakı, 20 oktyabr, AZƏRTAC

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə oktyabrın 20-də Bakıda “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasovun moderatorluğu ilə keçirilən konfransda qurumun fəaliyyətinə və kolonializmlə mübarizəyə dair hazırlanmış videoçarx təqdim edilib.

Videoçarxın nümayişindən sonra konfransda çıxış edən Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva bildirib ki, hazırda dünyanın müxtəlif bölgələrində müstəmləkəçilik problemi ilə üzləşmiş bir sıra dövlətlər hələ də öz azadlıqları və ədalətin bərpası uğrunda mübarizə aparmaqda davam edir. Təəssüf doğuran məqam odur ki, beynəlxalq təşkilatlar və bütövlükdə dünya ictimaiyyəti bu ədalətsiz davranışa, insan hüquqlarının kütləvi pozulması hallarına biganə qalır. Belə ikili standartlardan əziyyət çəkən ölkələrdən biri də Azərbaycandır.

“Əfsuslar olsun ki, özünü demokratiyanın beşiyi hesab etməsinə baxmayaraq, neokolonializm siyasəti həyata keçirən Fransa kimi ölkələr uzun illərdir beynəlxalq hüququn hamılıqla qəbul edilmiş ümumbəşəri prinsiplərinə hörmətsizlik nümayiş etdirərək insan hüquqlarını kobud şəkildə pozmaqda, xalqlar arasında barışın əldə olunmasına, sülh və əmin-amanlıq mühitinin yaranmasına mane olmaqda davam edir. Qeyd etmək lazımdır ki, BMT Baş Assambleyası tərəfindən 1948-ci il dekabrın 10-da qəbul edilmiş və mütərəqqi müddəaların əhəmiyyətinə görə hələ də təməl sənədi hesab olunan Ümumdünya İnsan Hüquqları Bəyannaməsi irqindən, cinsindən, dilindən, dinindən, mənşəyindən və siyasi əqidəsindən asılı olmayaraq, bütün insanların bərabərliyinin təminini özündə ehtiva edir.

Ümumbəşəri xarakterə malik olan həmin sənədin 4-cü maddəsinə əsasən, heç kəs kölə və ya asılı vəziyyətdə saxlanıla bilməz, quldarlıq və qul ticarəti bütün formalarda qadağan edilir. Bu il bu sənədin qəbul olunmasının 75 illiyinin qeyd edildiyi müasir dövrdə hələ də dünyada müstəmləkə siyasəti ilə məşğul olan ölkələrin mövcud olması təəssüf doğurur.

Göründüyü kimi, tarix boyunca bu mənfur siyasətindən əl çəkməyən dövlətlər nəinki müstəmləkəsi altında saxladığı dövlətlərin xalqlarının, hətta öz vətəndaşlarının da fundamental hüquq və azadlıqlarını pozanlar bu gün özünü dünyaya insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi təqdim edirlər” , - deyə S.Əliyeva bildirib.

Ombudsman qeyd edib ki, Afrikada, Yaxın və Uzaq Şərqdə həyata keçirilən neokolonializm siyasəti milyonlarla günahsız insanın yaşamaq, azadlıq və sərbəst hərəkət etmək, mülkiyyət, təhlükəsiz yaşamaq, sağlam ətraf mühitdə yaşamaq, sağlamlığın qorunması kimi əsas insan hüquqlarının kobud şəkildə pozulmasına səbəb olub. Təcavüzkar dövlətlər müstəmləkə əsarətində saxladıqları ölkələrdə daxili qarşıdurmaların, soyqırımlarının baş verməsində bilavasitə məsuliyyət daşıyır. Bu çirkin əməllərindən əsas ziyan çəkənlər isə hər zaman olduğu kimi, günahsız insanlar - mülki əhalidir.

Müvəkkilin sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq, terror və etnik zəmində nifrət siyasətini açıq şəkildə dəstəkləməklə beynəlxalq hüququn norma və prinsiplərinə qarşı çıxan Fransa son zamanlar ölkəmizin əleyhinə qərəzli və qəbuledilməz siyasətini daha da gücləndirib. Bölgədə nüfuz sahibinə çevrilmək üçün həyata keçirilən bu siyasət ədalətli sülhün və sabitliyin bərqərar olmasına deyil, əksinə, iki qonşu xalq arasında düşmənçilik hisslərinin alovlanmasına, yeni süni münaqişə ocaqlarının yaradılmasına və beləliklə Cənubi Qafqaz regionunda dayanıqlı sülh quruculuğu prosesinə təhdid törətməyə xidmət edir.

Qvadelupanın Azadlıq uğrunda Xalq Birliyinin üzvü Jan-Jakob Bisep bildirib ki, ölkəsində müstəqillik tərəfdaşı olan qruplar Fransa tərəfindən öldürülür və onların sayı əhaliyə açıqlanmır. Qvadelupa əhalisinin dörd əsrdir Fransanın əsarəti altında yaşadığını vurğulayan Jan-Jakob Bisep deyib: “Biz artıq tam suveren ölkə olmaq istəyirik. Qvadelupa əhalisi Fransaya qarşı illərlə mübarizə aparan qəhrəman millətdir. Biz torpaqlarımız üçün mübarizə aparırıq. Qvadelupa gəncləri Fransanın göndərdiyi müəllimlərdən dərs alırlar. Onlar öz kitablarında bizim dilimizi, tariximizi, mədəniyyətimizi təhrif edir, gənclərimizə Fransa tarixini və dilini öyrədirlər. Həmin gənclər daha sonra işləmək üçün Fransanın müəyyən etdiyi yerlərə gedirlər. Xalqımız bu haqsızlıqlarla daim mübarizə aparıb. Ölkəmdə yüzlərlə insan fransız polisləri tərəfindən həbs edilir, bir çoxu amansızlıqla qətlə yetirilir. Qvadelupanın təbii sərvətləri illərdir Fransa tərəfindən mənimsənilir. Ölkəmdə yaşayan vətəndaşların sosial vəziyyəti heç də yaxşı deyil. Biz hakimiyyətdə olan insanlardan lazımi tədbirləri görmələrini tələb edirik. Böyük dövlətlər Karib hövzəsində insan hüquqlarını əzərək öz güclərini nümayiş etdirirlər. Karibdə sülh yenidən bərqərar olmalıdır”.

Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Lyuk Frensis Kerol ölkəsinin təbii sərvətlərinin talan olunduğunu və 90 faizinin Fransaya və digər ölkələrə aparıldığını vurğulayıb. “Kənd təsərrüfatı siyasəti elə qurulub ki, biz sərbəst hərəkət edə bilməyək. Müstəmləkəçilik mədəniyyət sahəsinə də təsir edir. Biz istəyirik ki, dilimiz fransız dili ilə eyni səviyyədə rəsmi dil olsun. Onlar bundan imtina edirlər. Biz, eyni zamanda, istəyirik ki, Fransa ədalət qarşısında cavab versin. Biz müstəqillik əldə etmək istəyirik. Afrikanın azad olunması bütün dünyanın diqqətində olmalıdır. Afrika diasporu fəal işləməlidir”, - deyə Lyuk Frensis Kerol əlavə edib.

Müstəqilliyin əldə edilməsinin vacibliyini vurğulayan qonaq bildirib: “Yalnız bundan sonra müstəmləkəçiliyə son qoyulduğunu deyə bilərik”.

Fransız Qvianasının Sosial Azadlığı və Dekolonizasiya naminə Hərəkatın siyasi bürosunun üzvü Moris Pindard ölkəsinin Fransanın müstəmləkəçilik siyasəti nəticəsində maliyyə və iqtisadi cəhətdən asılı vəziyyətə salındığını söyləyib. Ölkədə qızıl mədənlərinin talan edildiyini, qızılın çıxarılaraq Fransaya daşındığını deyən M.Pindard bildirib: “Qızılın hasilatı prosesində çaylarımız çirklənir, təbiətimiz zərər görür. Fransa şirkətləri meşələrimizdən, təbii resurslarımızdan istifadə edir. Bizim üçün öz ölkəmizdə heç bir gəlir yoxdur. Həmçinin təhsil və mədəniyyət sahələrində də dominantlıq var. Dərslər Fransa dərslikləri vasitəsilə keçilir. Onlar bizi xalq kimi qəbul etmir, hüquqlarımız tapdalanır. Biz buna qəti şəkildə etiraz edirik”.

Konfransda çıxış edən Fransız Polineziyası Assambleyasının üzvü Heinui Robert le Caill uzun illərdir Fransanın müstəmləkəsi altında olan ölkəsindəki vəziyyətdən bəhs edib. Diqqətə çatdırıb ki, Polineziya və Azərbaycan xalqlarının taleyi bir-birinə bənzəyir. Hər iki xalq uzun illər ədalətsizliyə qarşı mübarizə aparıb. Lakin bizim əsas fərqimiz Polineziya xalqının hələ də bu problemdən əziyyət çəkməsidir.

“Fransa ölkəmizin adını dəyişərək Fransız Polineziyası adlandırır. O, hər kəsin maraq dairəsində olan Sakit Okean hövzəsindən uzaqlaşmaq istəmir. Məhz bu səbəbdən həmin bölgədə yaşayan xalqlara münasibətdə müstəmləkəçilik siyasəti həyata keçirir. Fransa təbii resurslarımızı istismar edir. Yerli əhalini kömür və qazın çıxarılması kimi ağır işlərdə çox az məvacib müqabilində işlədir. Fransa Polineziyanın kömür və qazından hər il 25 milyard dollar qazanır. Öz qazının 70 faizini müstəmləkə altında saxladığı ölkələrdən əldə edir. Müstəqillik tərəfdarı olan qrupların üzvləri Fransa tərəfindən həbs edilir. Hər ay minlərlə polineziyalı gənc Fransa ordusuna çağırılır və onlar Fransanın müstəmləkəçilik siyasətinin həyata keçirilməsi yolunda həlak olurlar. Biz haqqımız olan suverenliyi tələb edirik”, - deyə Heinui Robert le Caill vurğulayıb.

Kanak Birliyinin təmsilçisi Davi Nikolas Bolo çıxışında Kaledoniyanın hələ də Fransanın müstəmləkəsi olduğunu xatırladıb. Xalqının çox böyük ədalətsizliklərlə üzləşdiyini qeyd edən qonaq bildirib: “Bizim azadlıqla bağlı aktual problemlərimiz təəssüf ki, hələ də davam edir. Fransa yerli xalqların torpaqlarını əllərindən alır, əhalini isə sürgün edir. Müstəmləkələrdə fəal ictimai şəxslər öldürülür. Xalqımıza qarşı qeyri-qanuni siyasət aparılır. Kaledoniyada ciddi korrupsiya faktları var. Seçkilərdə bunu açıq şəkildə görmək olur. Resurslarımız Fransa tərəfindən istismar edilir. Təbii sərvətlərlə zəngin ölkə olsaq da, əhalinin yoxsulluq səviyyəsi xeyli yuxarıdır. Fransa Kaledoniyanı maliyyə asılılığı olan bölgəyə çevirib. Beynəlxalq platformalar 200 ilə yaxın müddətdə Fransanın davam etdirdiyi absurd müstəmləkə siyasətinə hələ də susur. Fransa öz öhdəliklərini yerinə yetirmir və bölgədə hər zaman işsizlik, aclıq, irqçilik hökm sürür. Diplomatiya sahəsində ciddi boşluqlar var. Eyni zamanda, biz iqlim dəyişikliyi ilə bağlı çətinliklər yaşayırıq. Orada insanlar öz mədəni mənsubiyyətini itirir. Gənclər xarici ölkələrə getməyə məcbur olurlar”.

Korsika adasının Poggio-di-Venaco şəhərinin meri Jan-Mark Rodriguez müqavimətin Korsika xalqını təsvir edən ən açıq ifadə olduğunu söyləyib. Fransanın illər boyu Korsikanı müstəmləkə altında saxlayaraq burada cinayətlər törətdiyini, müstəqillik istəyənlərin həbs edildiyini, ya da öldürüldüyünü söyləyən Jan-Mark Rodriguez deyib: “Mənim Vətənimdə azadlıq üçün cəsarətlə mübarizə aparan qəhrəmanlar var. Ancaq həmin şəxslərin adları bizim tarix kitablarımıza əlavə olunmayıb. Fransa öz koloniyalarında xalqların dilini, mədəniyyətini unutdurmaq, millətçilik hisslərimizi məhv etmək istəyir. Repressiyalar Korsika xalqı üçün adi hala çevrilib. Fransa illər boyu bizə yalan vədlər versə də, Korsikada hakimiyyətə sadəcə Fransanın müəyyən etdiyi adamlar gəlir. Səsvermə və demokratiya Fransanın uzaq olduğu anlayışlardır. Bütün beynəlxalq təşkilatlardan Korsikanın suverenliyinin təmin olunması üçün kömək istəyirik”.

Müstəqil Martinika naminə ekoloqlar və demokratlar hərəkatının sədr müavini Klaudette Duhamel deyib ki, Fransanın müstəmləkəçilik siyasəti ən ağır, qaniçən siyasətdir: “Onlar bizim ruhumuzu, adət-ənənələrimizi əlimizdən alıblar. Bizi boş qutu kimi öz maraqlarına uyğun istifadə edirlər. Əcdadlarımızın yaratdığı mədəni irsimizi əlimizdən aldılar. Sadəcə, mədəniyyətimizi deyil, insani keyfiyyətlərimizə də zərər yetirdilər. Hətta kənd təsərrüfatımızı belə məhv etdilər, ekosistemimizə zərbə vurdular. Bir sözlə, bizim həyatımıza, yaşayışımıza zərər yetirirlər. Bu, dəhşətdir. Əhalinin 90 faizini zəhərlədilər, xərçəng xəstəliyinin geniş yayılmasına səbəb oldular. Həkimlər belə bu barədə danışa bilmirdilər, Fransa imkan vermirdi. Bu vəziyyət Fransanı qətiyyən maraqlandırmır. Onları maraqlandıran yeganə məsələ çoxlu gəlir əldə etməkdir. Onlara görə, qaradərililərin əşyadan fərqi yoxdur, söz haqqımız yoxdur”.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev konfransda çıxış edərək bildirib ki, Avropanın bəzi ölkələri kolonializm siyasətini bu gün də davam etdirir. Onlar, eyni zamanda, hərbi gücdən istifadə edirlər. “Biz bu gün kolonializmlə bağlı mübarizədə çoxlu fikirlər eşitdik. Azərbaycan olaraq, öz səylərimizi, mübarizəmizi və siyasi azadlıq ambisiyalarımızı davam etdirəcəyik. Burada səsləndirilən fikirləri BMT və digər beynəlxalq təşkilatlar səviyyəsində qaldıracağıq. Bizim ölkəmiz uzun illər müstəqillikdən məhrum olmuşdu. Biz dövlət olaraq işğalın nə olduğunu bilirik”, - deyə Hikmət Hacıyev vurğulayıb.

Fransız Qvianasının Sosial Azadlığı və Dekolonizasiya naminə Hərəkatın siyasi bürosunun digər üzvləri Hektor PindardSindi Polluks ölkələrində gənclərin müstəmləkəçiliyin təsiri altında olduğunu söyləyiblər. Bildirilib ki, bu, ilk növbədə, onların təhsilinə təsir edir. Məktəblərdə Avropa və fransız təhsili tədris olunur, onların mədəniyyəti öyrədilir. Ana dilini öyrənmək üçün ciddi çətinliklər var. Gəncləri milli mənsubiyyətlərindən uzaqlaşdırmağa çalışırlar. Onların təhsil səviyyəsi özünüdərk üçün kifayət deyil.

Fransanın Əlcəzairdə törətdiyi soyqırımından danışan Əlcəzairin Ali təhsil və elmi tədqiqatlar nazirinin müşaviri Yousef Houri bildirib ki, fransızlar 1945-ci ilin martında 45 min əlcəzairlini, 1952-ci ildə Konstantin şəhərində 230 nəfəri qətlə yetiriblər. 1961-ci ildə Parisdə 300 əlcəzairli qətlə yetirilib. Soyqırımı uşaqlara, qadınlara, qocalara, bütünlükdə hər kəsə qarşı həyata keçirilirdi. Fransa bütün qadağan olunmuş silahlardan istifadə edərək Əlcəzair xalqına qarşı soyqırımı həyata keçirib”.

“Fransa hər kəsə insan hüquqları, beynəlxalq hüquqla bağlı dərs verməyə çalışır. Lakin Fransa bizim planetimizdə dərs verə biləcək ən son ölkədir. Onun insan hüquqları ilə bağlı kiməsə dərs verməyə haqqı yoxdur”, - deyə Yousef Houri bildirib.

Tədbirdə Kaledoniya Birliyi Partiyasının baş katibinin müavini David Vanabo, Yeni Kaledoniya parlamentinin üzvü İzabelle Serai Kalori ep Bearuni, Yeni Kaledoniyanın Lifu icma bələdiyyəsinin müşaviri Kayzi Pyer çıxışlarında Fransanın 170 ildir davam etdirdiyi işğala son qoyulmasının vaxtı çatdığını bildiriblər. Onlar kaledoniyalıların öz haqlarını dünya ictimaiyyətinə çatdırmaq üçün beynəlxalq arenada fəal şəkildə görünməyə çalışdıqlarını bildiriblər.

Azərbaycanlı tədqiqatçı Kəmalə Muradova, Efiopiyada fəaliyyət göstərən qeyri-hökumət təşkilatının (QHT) rəhbəri Hebron Fekadu Gebre, Mərakeşdən olan elmi tədqiqatçı Hadica Butkili, Keniyadan QHT rəhbəri Kristiene Yakhama və digərləri çıxışlarında Fransanın müstəmləkəsi altında olan ölkələrdə həyata keçirdiyi etnik təmizləmə, insan haqlarının ciddi şəkildə pozulması faktlarından danışıb, rəsmi Parisin bu cinayətlərə və zülmlərə görə cavab verməli olduğunu qeyd ediblər.

Sonda “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda beynəlxalq konfransın iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlanıb.

Müraciətdə Qoşulmama Hərəkatının sədri statusunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına səmimi və mehriban qonaqpərvərliyə görə konfransın iştirakçılarının dərin minnətdarlığı ifadə olunub.

Konfrans iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevin müraciətini yüksək qiymətləndirərək, ədalət və azadlıq uğrunda apardıqları haqlı mübarizədə göstərdiyi ardıcıl dəstəyə görə dövlətimizin başçısına təşəkkür ediblər.

Həmçinin Azərbaycanın Qoşulmama Hərəkatının təməl prinsiplərinə, habelə beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT Nizamnaməsində təsbit olunan məqsəd və prinsiplərə sadiqliyi yüksək səviyyədə təqdir olunub.

Konfrans iştirakçıları Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə gördüyü işləri, irəli sürdüyü təşəbbüsləri və təsisatın fəaliyyətinin genişləndirilməsi, beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində atdığı addımları, xüsusilə kolonializmə qarşı mübarizədə qətiyyətli mövqeyini alqışlayıblar.

Eləcə də Azərbaycanın ədalətli beynəlxalq nizama əsaslanan dünya düzəninin bərqərar olması istiqamətindəki səyləri təqdir olunub. Bu baxımdan 2023-cü ilin iyulunda dekolonizasiya üzrə “Bakı Prosesi”nin təməlinin qoyulması, bu proses çərçivəsində qısa müddətdə mötəbər tədbirlərin keçirilməsinin dekolonizasiya üzrə səmərəli işin aparılmasına, ədalət səsimizin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasına verdiyi töhfə yüksək qiymətləndirilib.

“Biz əminik ki, birgə apardığımız haqlı mübarizə və bu xüsusda dünya ictimaiyyətinin artan tələbləri dekolonializmlə bağlı zəruri addımların atılmasına və təbii haqqımız olan hüquq və azadlıqlarımızın təmin edilməsinə kömək edəcək.

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə bu ilin iyulunda Bakıda və sentyabrında Nyu-Yorkda keçirilmiş tədbirlərin yekun sənədlərində əksini tapmış prinsipial mövqelərimizin doğruluğunu və aktuallığını təsdiqləyirik”, - deyə müraciətdə bildirilib.

Bakıda “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda konfrans keçirilib YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AzTU-nun prorektoru Özbəkistanda beynəlxalq seminarda təqdimat edib

Cənubi Afrikada zəncirvari yol qəzası: 21 nəfər həlak olub

Küləkli hava şəraitində kranlarla görülən işlərin dayandırılması yeni qaydada tənzimlənəcək

Bu ilin avqust ayında yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlanıb

Azərbaycan komandası Maltada estafet yarışının qalibi olub

BDU-nun 7 tələbəsi Çinin Anhui Universitetində ikili diplom proqramı əsasında təhsil alacaq

TDT müsəlman dini idarə rəhbərləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar

DİN: Cinayət törətməkdə şübhəli bilinən 92 nəfər saxlanılıb

Parisdə Azərbaycan mətbəxinə böyük maraq: milli təamlarımız rəğbətlə qarşılanıb VİDEO

Parisdə Azərbaycan mətbəxinə böyük maraq: milli təamlarımız rəğbətlə qarşılanıb VİDEO

Baş prokuror İƏT-ə üzv dövlətlərin Baş prokurorlarının 7-ci iclasında iştirak edib

Yeni tədris ilində ilk dərs “Şəhərsalma və Memarlıq İli”nə həsr olunacaq

Aviasiya heyətinin iş və istirahət rejimlərinin tənzimlənməsi təklif edilir

Rumıniyada vətəndaşlar işə gedib-gəlmək üçün gündə orta hesabla 53 dəqiqə sərf edirlər

Rahman Qurbanmuradov: Bakı görüşü xalqlarımız üçün faydalı olacaq

“İmişli” klubunun futbolçusu “Şəfa”ya keçib

TDT müsəlman dini idarə rəhbərləri Şurasının Bakı Bəyannaməsi qəbul edilib

Xorvatiyanın Braç adasında yanğın 3000 hektardan çox ərazini əhatə edib

Özbəkistanın ISFT İnstitutunun tələbələri payız semestrində BDU-da təhsil alacaqlar

Bədirxan Əhmədli: Azərbaycan-Pakistan ədəbi əlaqələrinin inkişafı istiqamətində yeni layihələr reallaşdırılacaq

Vergi Xidmətinin rəis müavini Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcək

Vəkilliyə qəbulla bağlı növbəti test imtahanına elektron müraciət başlayıb

Özbəkistan müftisi dini təhsil müəssisələrinin elmi heyətlərinin yaradılmasını təklif edib

Səlimə Mehdiyeva: Lətif İmanovun tədqiqatları Azərbaycanda fizika elminin inkişafında mühüm rol oynayıb

DTX-nin rəisi Çinə səfər edib

Bolqarıstanda prezident seçkiləri: 8 partiya və 20 namizədlik komitəsi qeydiyyatdan keçib

Əbdüləziz Zakirov: İslam bizi elmə, araşdırmağa, düşünməyə və faydalı işlər görməyə çağırır

Fransa səhnəsində Azərbaycan rəqsi, musiqisi və xalça sənəti

Nuriddin Xoliknazarov: TDT qlobal arenada nüfuzunu və mövqeyini getdikcə daha da gücləndirir

Azərbaycanda sualtı arxeologiyanın inkişafı üçün Türkiyə ilə əməkdaşlıq gücləndirilir

“İsmayıl Kazımov-70: Zamanın alimi və insanlıq brendi” kitabı çapdan çıxıb

Fransanın paytaxtı etiraz aksiyalarının mərkəzinə çevrilir - Parisdə sabah bir neçə aksiya olacaq

Azərbaycan Premyer Liqasında V tura bir oyunla yekun vurulur

Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib

Rumıniya Mərkəzi və Şərqi Avropanın iri aviasiya bazarlarından birinə çevrilir

Azərbaycan ilə Almaniya arasında biznes əməkdaşlığı genişlənir

Türkiyə Diyanət İşləri İdarəsinin sədri: Ailə ilə bağlı sosial və fiqhi məsələlər diqqətlə nəzərdən keçirilməlidir

Ekspert: Dövlət Proqramı Naxçıvanda turizm xidmətlərinin keyfiyyətini yüksəldəcək VİDEO

Ekspert: Dövlət Proqramı Naxçıvanda turizm xidmətlərinin keyfiyyətini yüksəldəcək VİDEO

Avropada anbarlardakı qaz ehtiyatlarının azalması yeni enerji böhranı riskini artırır

® “Mygov” platforması 2 yaşında 4 milyon istifadəçiyə çatıb

Safi Arpaquş: Əmin-amanlığımızı təhdid edə biləcək zərərli cərəyanlara qarşı ortaq strategiyalar hazırlamalıyıq

Filippinin müsəlman muxtar bölgəsində ilk parlament seçkiləri keçirilir

Almaniyalı tennisçi Aleksandr Zverev “US Open” turnirinin qalibi olub

Naxçıvanda kommersiya qurumlarının sayı 13,8 faiz artıb

Naurızbay Taqanulı: Ailə dəyərlərinin təbliği hamımızın ortaq vəzifəsidir

BDYPİ yeni tədris ilinin başlanması ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib VİDEO

BDYPİ yeni tədris ilinin başlanması ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib VİDEO

TDT-nin Baş katibi: Təşkilatımız türk xalqları arasında həmrəyliyi möhkəmləndirməyi qarşıya məqsəd qoyur VİDEO

TDT-nin Baş katibi: Təşkilatımız türk xalqları arasında həmrəyliyi möhkəmləndirməyi qarşıya məqsəd qoyur VİDEO

Azərbaycan-Özbəkistan birgə beynəlxalq elmi müsabiqəsinin qalibləri müəyyənləşib

Allahşükür Paşazadə: TDT-yə üzv dövlətlərin xalqları əsl qardaşlıq nümunələri nümayiş etdirirlər VİDEO

Allahşükür Paşazadə: TDT-yə üzv dövlətlərin xalqları əsl qardaşlıq nümunələri nümayiş etdirirlər VİDEO

Ekvador millisinin yeni baş məşqçisi məlum olub

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Soçi Hava Limanı uçuşları razılaşdırılmış şəkildə həyata keçirir

Azərbaycan boksçuları Çində təlim-məşq toplanışı və turnirdə iştirak edəcəklər

QMİ sədri: Bakı görüşü Azərbaycandan başlanan dəyərli ənənənin uğurlu davamıdır VİDEO

QMİ sədri: Bakı görüşü Azərbaycandan başlanan dəyərli ənənənin uğurlu davamıdır VİDEO

“Kəpəz”in futbolçusu: Məqsədimiz mövsümü yaxşı mövqedə başa vurmaqdır – MÜSAHİBƏ

“Bakı Metropoliteni” QSC: Qırmızı xətt üzrə interval bərpa olunub

Bədirxan Əhmədli: Azərbaycan-Pakistan ədəbi əlaqələri xalqların ortaq bədii düşüncəsindən qaynaqlanır

Qazaxıstanda enerji obyektlərinə nəzarət üçün dronlardan istifadə olunur

İsveçdə parlament seçkilərinin ilkin nəticələri məlum olub

Bakıda TDT-yə üzv ölkələrin müsəlman dini idarələri rəhbərlərinin VII görüşü keçirilir VİDEO

Bakıda TDT-yə üzv ölkələrin müsəlman dini idarələri rəhbərlərinin VII görüşü keçirilir VİDEO

FHN: Ötən həftə ərzində 412 yanğına çıxış olub, 3 nəfərin meyiti təhvil verilib VİDEO

FHN: Ötən həftə ərzində 412 yanğına çıxış olub, 3 nəfərin meyiti təhvil verilib VİDEO

Milli rəqs sənətimizin Montrö festivalında təntənəsi

TDT-yə üzv ölkələrin nümayəndələri Fəxri xiyabanı ziyarət ediblər VİDEO

TDT-yə üzv ölkələrin nümayəndələri Fəxri xiyabanı ziyarət ediblər VİDEO

Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfəri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına xidmət edir - ŞƏRH

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp: MKİ direktoru Ukrayna ilə bağlı bütün danışıqlarda iştirak edir

Mask: “SpaceX” Nvidia süni intellekt superkompüterlərini 2027-ci ildə kosmosa göndərəcək

Aİ-Böyük Britaniya sammiti noyabrın sonuna təxirə salınıb

“Bloomberg”: Avstriya İranın nüvə agentliyi rəhbərinin BAEA-da çıxışına mane olub

Səudiyyə Ərəbistanı İran və Oman arasında Hörmüz boğazı ilə bağlı təklifə düzəliş edib

ABŞ İrana nüvə yanacağı tədarükünün mümkünlüyünü açıqlayıb

Fransa ABŞ-dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

FT: Kanada Aİ-nin Ukrayna üçün 90 milyard avroluq kredit paketinə qoşula bilər

Naxçıvan şəhərində avtomobil piyadanı vurub

Tramp: FED faizləri azaltmasa, ABŞ bəzi ölkələrlə ticarəti dayandıracaq

Omanda Körfəz ölkələri XİN rəhbərlərinin görüşü təxirə salınıb

Bundesliqa: “Bavariya” səfərdə qələbə qazanıb

İsrail ordusu Suriyanın cənubuna artilleriya zərbələri endirib

“Bild”: Almaniyada su çatışmazlığı yaranıb

Azərbaycanın 3x3 basketbol millisi Avropa üçüncüsü olub

Gənc riyaziyyatçı: Qazandığım bilikləri gələcəkdə Azərbaycanda tətbiq etmək istəyirəm

Türkiyənin “ROKETSAN” şirkəti ballistik raketlərin siyahısını genişləndirməyi planlaşdırır

Gürcüstandakı azərbaycandilli məktəblərin müəllimləri üçün təlimlər təşkil olunub VİDEO

Gürcüstandakı azərbaycandilli məktəblərin müəllimləri üçün təlimlər təşkil olunub VİDEO

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

İsveçdə seçki günü 500-ə yaxın insident qeydə alınıb

Gürcüstanda 12 illik təhsil könüllü olacaq – Bu sistemin üstünlükləri və çatışmazlıqları nədir? VİDEO

Gürcüstanda 12 illik təhsil könüllü olacaq – Bu sistemin üstünlükləri və çatışmazlıqları nədir? VİDEO

Erlinq Holann Mançester derbisində komandasına qələbə qazandırıb

Azərbaycanın aerobika gimnastları dünya çempionatında gümüş medal qazanıblar

"Turan Tovuz" xal itirib, "Zirə" - "Qarabağ" matçında qalib müəyyənləşməyib

Tisa çayında Buz dövrünə aid heyvanın qalıqları aşkarlanıb

Rusiya-Ukrayna müharibəsindən sonra yaranan enerji böhranı Almaniyaya 50,4 milyard avroya başa gəlib

Tramp Zelenskini Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağa çağırıb

Nazir: Çimərlik polosu üzrə beynəlxalq yarış ölkəmizdə çox uğurla təşkil olundu

Bu saata olan əsas xəbərlər

Körfəz ölkələrinin hədəfə alınmasına yol verilməyəcəyi açıqlanıb

Macarıstanda dizel yanacağı bahalaşıb, hökumət sürücülərə dəstək göstərmək məcburiyyətində qalıb

Elçin Camallı: Bütün yarışlarda ölkəmizi layiqincə təmsil etməyə çalışırıq

Türkdilli dövlətlərin Vəkillər kollegiyaları arasında əməkdaşlıq genişləndirilir