Dünya çempionatı: Azərbaycanın minifutbol yığması yarımfinala vəsiqə qazanıb VİDEO
Bakı, 2 noyabr, AZƏRTAC
Minifutbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan dünya çempionatında 1/4 final oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, yığma 1/4 finalda Bolqarıstan seçməsi ilə üz-üzə gəlib. Rəqibinə 3:1 hesabı ilə qalib gələn yığma adını yarımfinala yazdırıb. Azərbaycan millisindən qolları 28-ci dəqiqədə Vüsal İsayev, 32-ci dəqiqədə Rəvan Kərimov və 36-cı dəqiqədə Mirmehdi Rzayev vurublar.
Elşad Quliyevin başçılıq etdiyi komanda finala gedən yolda Qazaxıstanla qarşılaşacaq. Görüş noyabrın 3-də keçiriləcək.
Qeyd edək ki, Azərbaycan millisi 1/8 finalda Portuqaliyanı mübarizədən kənarlaşdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [19:15]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [17:05]
“Zirə” Namik Ələskərovla yollarını ayırıb
- 07.08.2026 [15:55]
Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV
- 07.08.2026 [15:19]
“Fənərbağça”nın sabiq futbolçusu Superliqa klubuna keçib
- 07.08.2026 [13:43]
“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub
- 07.08.2026 [13:32]
“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib
- 07.08.2026 [13:12]