Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Kürdəmir heyvandarlıq və süd kompleksində yeni qablaşdırma sahəsi fəaliyyətə başlamışdır VİDEO

Kürdəmir, 7 avqust (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Kürdəmirə səfəri çərçivəsində heyvandarlıq və süd kompleksi ilə tanış olmuşdur.

“Azərsun Holdinq”in müşahidə şurasının sədri Abdulbari Gözəl dövlətimizin başçısına məlumat verdi ki, kompleksdə tikinti işlərinin aparılmasına və avadanlıqla təchiz edilməsinə 2011-ci ilin sonunda başlanılmış, bu ilin əvvəlində sona çatdırılmışdır. Kompleks Atakişili kəndində 10 hektar ərazidə ən müasir standartlar səviyyəsində inşa edilmişdir. Müəssisənin tərkibinə süd emalı zavodu və 500 başlıq heyvandarlıq kompleksi daxildir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq istifadəyə verilmiş kompleksin ümumi dəyəri 12,6 milyon manatdır. Kompleksin yaradılmasına İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumilikdə 3,2 milyon manat güzəştli kredit ayrılmışdır.

Prezident İlham Əliyev kompleksin süd emalı zavodu ilə yaxından tanış oldu.

Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin “Azərsun Holdinq”ə daxil olan müəssisələrin açılışlarında iştirakını əks etdirən fotoguşə yaradılmışdır.

Sonra Azərbaycan Prezidenti süd emalı prosesini izlədi.

Zavodun laboratoriyasında xammalın və hazır məhsulların keyfiyyətinin dəqiq yoxlanılması üçün ən müasir cihazlar quraşdırılmışdır. Bildirildi ki, gündəlik 50 ton süd emalı gücünə malik olan zavod Avropa ölkələrindən gətirilən avadanlıqla təchiz edilmişdir. Zavodda ən son texnologiyaların tətbiq edilməsi sanitar-gigiyenik normalara uyğun süd və süd məhsullarının istehsalına, saxlanılmasına, istehlakçılara keyfiyyətli şəkildə çatdırılmasına şərait yaradır. Zavodda 10 növdə, 36 çeşiddə “Bizim süd” və “Azəri süd” brendi ilə süd və süd məhsulları istehsal edilir. Bu məhsullar qida sahəsində mövcud standartlara cavab verməklə beynəlxalq keyfiyyət sertifikatlarına layiq görülmüşdür.

Prezident İlham Əliyev süd emalı zavodunun fəaliyyəti ilə tanışlıqdan sonra kompleksin yeni qablaşdırma sahəsini işə salan düyməni basdı.

Burada İsveçin dünyanın 170-dən çox ölkəsində fəaliyyət göstərən “Tetra Pak” şirkətinin ən son avadanlığı quraşdırılmışdır. Qablaşdırılan məhsullar uzun müddət təzə və təravətli qalır.

Dövlətimizin başçısı süd zavodunun fəaliyyətini əks etdirən filmə və sxemə baxdı.

Burada Prezident İlham Əliyevə Kürdəmirdə və ölkənin digər rayonlarında heyvandarlığın inkişafı ilə bağlı sxemlər təqdim olundu.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev məlumat verdi ki, zavodun xammala olan tələbatının tam ödənilməsi məqsədi ilə Şamaxı rayonu ərazisində ümumi dəyəri 14 milyon manat olan 1500 başlıq yeni heyvandarlıq kompleksinin tikintisinə başlanılmışdır. Bu layihənin maliyyələşdirilməsinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 8 milyon manat güzəştli kredit ayrılmışdır.

Diqqətə çatdırıldı ki, ümumilikdə Aran iqtisadi rayonunda 6 min 270-dək sahibkara 300 milyon manatdan çox, o cümlədən Kürdəmir rayonunda 203 sahibkara 14,2 milyon manat güzəştli kreditlər verilmişdir. Bu kreditlər hesabına 26 min 760-dək yeni iş yeri yaradılmışdır. Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq dövlətin güzəştli kreditləri hesabına 19 min 750 başlıq 16 müasir heyvandarlıq kompleksinin yaradılmasına 77 milyon manat və illik emal gücü 175,2 min ton olan 7 süd zavoduna 9,7 milyon manat güzəştli kredit verilmişdir. Maliyyələşdirilən süd emalı müəssisələrinin hamısı, heyvandarlıq komplekslərinin isə 9-u artıq istifadəyə verilmişdir. Yeni fəaliyyətə başlayan Biləsuvar heyvandarlıq kompleksində 500 baş ətlik, 500 baş damazlıq qaramal bəslənəcəkdir. Artıq damazlıq qaramalın bir hissəsi ölkəmizə gətirilmişdir. Əlavə 3 heyvandarlıq kompleksinin maliyyələşdirilməsi məsələsinə baxılır.

Sonra Prezident İlham Əliyev heyvandarlıq ferması və buzovların saxlanma şəraiti ilə tanış oldu.

Zavodun xammal bazasının təmin edilməsi məqsədi ilə süd emalı kompleksinin tərkibində ilkin olaraq yaradılan 500 başlıq iribuynuzlu heyvandarlıq təsərrüfatı Almaniyanın “GEA” şirkətinin ferma avadanlığı, avtomatik yönləndirmə və yemləmə sistemləri, bir dəfəyə 28 baş inək tutumlu “Paralel” tipli sağım avadanlığı, soyutma sistemləri və digər avadanlıqla təchiz edilmişdir. Kompleksə hər biri gündəlik 25 litrdən çox süd vermə qabiliyyətinə malik 500 baş “Holstein Friesian” cinsli inəklər gətirilmişdir. Heyvandarlıq kompleksində il ərzində 3,8 min ton süd istehsalı nəzərdə tutulur. Bu isə süd emalı zavodunun xammala olan tələbatını qismən ödəyir. Bununla yanaşı, Kürdəmir və ətraf rayonlarda fəaliyyət göstərən fermerlərdən gündəlik südün qəbulu təşkil edilir ki, bu da öz növbəsində heyvandarlığın inkişafını stimullaşdırır.

Qeyd olundu ki, kompleksin tərkibində argentinalı mütəxəssislərlə birlikdə müasir anqar tipli yüngül konstruksiyalı tövlə də tikilmişdir. Burada eyni vaxtda 3500 inək bəslənəcəkdir.

Kompleksdə 140 nəfər daimi iş yeri ilə təmin edilmişdir. İnşa olunan yeni heyvandarlıq kompleksinin hesabına işçilərin sayının 200-dək artırılacağı nəzərdə tutulur.

Komplekslə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, tətbiq olunan müasir texnologiyaların istifadəsi, cins heyvanların xüsusiyyətləri nəzərə alınmaqla yemlənməsi və bəslənməsi, kənd təsərrüfatı texnikalarından istifadə qaydalarının daha dərindən mənimsənilməsi və dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsi məqsədi ilə burada çalışan mütəxəssislərin bir hissəsi Avropa ölkələrində xüsusi kurs keçmişdir. Gələcəkdə digər işçilərin də təcrübələrinin artırılması məqsədi ilə kurs və seminarlara göndərilməsi nəzərdə tutulur.

Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Kürdəmir heyvandarlıq və süd kompleksində yeni qablaşdırma sahəsi fəaliyyətə başlamışdır VİDEO

Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib-Sırski

“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib

İrpendə “Azərbaycan Günü” keçirilib

Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib

AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın internet televiziyasında çıxış edib

Çində tornado baş verib, ölənlər var

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklərdən sonra istefa verib

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib VİDEO

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib VİDEO

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO