Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qəbələdə Heydər Əliyev Konqres Mərkəzi istifadəyə verilmişdir VİDEO

Qəbələ, 14 avqust (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Qəbələyə səfəri çərçivəsində Heydər Əliyev Konqres Mərkəzinin açılışında iştirak etmişdir.

Əvvəlcə Qəbələ rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən dövlətimizin başçısı İlham ƏLİYEV dedi:

- Xoş gördük, Qəbələdə açılışlar davam edir. Hər dəfə Qəbələdə olarkən yeni obyektlərin, istirahət zonalarının, sosial obyektlərin açılışında iştirak edirəm. Bu gün də Qəbələdə Heydər Əliyev Konqres Mərkəzinin açılışını qeyd edirik. Bu, çox əlamətdar hadisədir. Bu Konqres Mərkəzi ulu öndər Heydər Əliyevin adını daşıyır. Heydər Əliyev müstəqil Azərbaycanın banisidir, onun qurucusudur. Məhz onun fəaliyyəti nəticəsində bu gün Azərbaycan uğurla inkişaf edir. Onun zəhməti və fəaliyyəti nəticəsində Azərbaycan 90-cı illərin əvvəllərində o ağır vəziyyətdən şərəflə çıxa bilmişdir, inkişaf yoluna qədəm qoymuşdur. Biz isə onun yolunu davam etdiririk.

Azərbaycan bu gün ən sürətlə inkişaf edən ölkələrin sırasındadır. Həm ölkəmizin iqtisadiyyatı, siyasi potensialı, eyni zamanda, bölgələri inkişaf edir. Qəbələdə belə möhtəşəm binaların, sarayların yaradılması əlbəttə, onu göstərir ki, Azərbaycan sözün əsl mənasında müasir dövlətdir, güclü dövlətdir. Bizim bölgələrimiz də paytaxtdan geri qalmamalıdır. Mən bu vəzifəni bir neçə il bundan əvvəl qarşıya qoymuşam ki, bütün şəhərlər gərək inkişaf etsin və bölgələrdə şərait böyük şəhərlərdə olan şəraitə uyğun olsun.

Qəbələdə, ümumiyyətlə, son illər ərzində böyük quruculuq, inkişaf işləri gedir. Siz bunun şahidisiniz, bu işlərin iştirakçılarısınız. Bu gün böyük aqrokompleksin fəaliyyəti ilə tanış olmuşam. Bu gün, eyni zamanda, yeni otelin açılışı gözlənilir. Artıq bir neçə beşulduzlu otel fəaliyyət göstərir. Bu otellərin fəaliyyəti, eyni zamanda, Beynəlxalq Aeroportun tikilməsi artıq Qəbələni beynəlxalq mərkəzə çevirir. Dünyada indi Qəbələ haqqında kifayət qədər geniş məlumatlar vardır. Burada keçirilən beynəlxalq tədbirlər, siyasi, mədəni tədbirlər Qəbələnin şöhrətini bütün dünyaya yayır. Burada ənənəvi musiqi festivalı keçirilir. Bu yaxınlarda növbəti festival keçirilmişdir. Dünyanın aparıcı musiqiçiləri, ifaçılar, bəstəkarlar Qəbələyə toplaşırlar. Qəbələnin və Azərbaycanın mədəni həyatına bu festivalın fəaliyyəti böyük töhfədir.

Bu günlərdə isə Qəbələdə Türkdilli Dövlətlərin Dövlət Başçılarının Zirvə Görüşü keçiriləcək. Bu zirvə görüşünün Qəbələdə keçirilməsi əlbəttə ki, vacib məsələdir. Keçən dəfə Azərbaycanda bu zirvə görüşü 2009-cu ildə Naxçıvanda keçirilmişdir. Naxçıvan da, Qəbələ də Azərbaycanın qədim diyarıdır. Bu şəhərlərin böyük tarixi vardır. Bu dəfə yenə də növbə Azərbaycana çatanda mən qərar qəbul etdim ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti zirvə görüşü Qəbələdə keçirilsin. Həm qonaqlar Azərbaycanla daha da geniş şəkildə tanış olacaqlar, həm Qəbələ üçün bu tədbirin keçirilməsi əhəmiyyət daşıyır. Bir də ki, burada istənilən beynəlxalq tədbirin keçirilməsi üçün imkanlar vardır. Belə möhtəşəm konqres zalları heç də hər bir ölkədə tikilmir. Aeroport, bir neçə beşulduzlu otel, digər otellər, turizm mərkəzləri, keçən dəfə burada olarkən mədəniyyət mərkəzinin açılması onu göstərir ki, doğrudan da, burada çox böyük işlər görülür. Həm dövlət öz vəsaitini ayırır, bütün infrastruktur layihələri dövlət hesabına icra edilir, eyni zamanda, özəl qurumlar həm biznes sahəsinə, həm də ki, sosial obyektlərə investisiya qoyurlar. Bu, çox sevindiricidir. Çünki biznesin sosial məsuliyyətli məsələləri dünyada geniş müzakirə olunur. Bəzi ölkələrdə böyük bizneslə məşğul olanlar sosial məsələlərə o qədər də diqqət yetirmir. Azərbaycanda isə mənim tövsiyələrimlə biznes qurumları da öz sosial məsuliyyətini dərk edir və sosial məsələlərin həllinə də kömək göstərirlər. İndi Qəbələdə keçən illər də görülmüş işləri siz məndən yaxşı bilirsiniz. Sadəcə olaraq onu qeyd etmək istəyirəm ki, infrastruktur, sosial obyektlər, aeroport, yollar, qazlaşdırma, elektriklə təchizat, turizm kompleksləri - bütün bunlar düşünülmüş siyasətin nəticəsidir.

Qəbələ artıq beynəlxalq turizm mərkəzinə çevrilibdir. Burada dağ xizək kurortu da yaradılır. Eyni zamanda, Qəbələnin sənaye potensialı da artır. İş yerləri, yeni müəssisələr, zavodlar, fabriklər açılır. Bu fabriklər, zavodlar müxtəlif sahələri əhatə edir. Qəbələnin timsalında biz Azərbaycan bölgələrinin uğurlu inkişafını görürük. Burada görülən işlər yüksək qiymətə, təqdirə layiqdir. Mən bu işləri alqışlayıram. Əminəm ki, gələcəkdə də Qəbələ şəhəri, Qəbələ rayonu uğurla inkişaf edəcəkdir.

Sizə isə cansağlığı, xoşbəxtlik, yeni uğurlar arzulayıram.

X X X

Rayon sakini Arifə BABAYEVA Qəbələnin sürətli inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə qəbələlilərin minnətdarlığını çatdıraraq dedi:

- Möhtərəm cənab Prezident!

İcazə verin, Qəbələnin bütün sakinləri adından Sizi salamlayım və Sizə “Xoş gəlmisiniz” deyim. Bu gün Qəbələdə əlamətdar bir hadisə yaşanır, yeni Konqres Mərkəzi açılır. Azərbaycanın bütün bölgələrində yüksək beynəlxalq tədbirlərin keçirilməsi üçün belə bir möhtəşəm mərkəzin yaranması ölkəmizdə dövlət tədbirlərinin uğurla keçirilməsi istiqamətində atılmış növbəti addımdır. Öz tarixiliyini qoruyub saxlamaqla müasirləşən Qəbələ bu gün artıq yüksək beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə son illərdə Qəbələdə keçirilən beynəlxalq musiqi festivalları Azərbaycanın, Cənubi Qafqazın mədəni həyatında mühüm rol oynamış və dünyanın mötəbər mədəniyyət tədbirləri sırasına daxil olmuşdur. Artıq Qəbələ ustad musiqiçilərin, sənətsevərlərin tanınmış və sevimli görüş yerinə çevrilmişdir. Fürsətdən istifadə edərək, bütün bunlar üçün milli mənəvi dəyərlərimizin, musiqi mədəniyyətimizin hamisi Mehriban xanım Əliyevaya təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Sevindirici haldır ki, Qəbələ 2013-cü ildə MDB-nin mədəniyyət paytaxtı elan olunmuşdur. Azərbaycan bu gün sabitlik və tərəqqi məkanı olmaqla bütün dünyada demokratik, hüquqi, dünyəvi bir dövlət kimi tanınır və inkişaf edir. Cənab Prezident, belə Azərbaycanımıza, Qəbələmizə görə çox sağ olun. Möhtərəm cənab Prezident, rayonumuzda nəhəng turizm kompleksləri, iri sənaye və istehsal müəssisələri, müasir informasiya-kommunikasiya texnologiyaları və avadanlıqları ilə təchiz olunmuş tədris mərkəzləri, səhiyyə ocaqları, idman obyektləri tikilir. Qəbələyə gələn hər bir qonaq gündən-günə gözəlləşən şəhərimizə böyük bir heyranlıqla baxır.

Cənab Prezident, biz doğma şəhərimizi heç bir zaman belə möhtəşəm, belə gözəl görməmişik. Bunların hamısı son 10 ilin möcüzələridir. Növbəti illərdə inkişafımız necə olacaq, bunu artıq bizim uşaqlarımız da bilir. Bütün bunlar Sizin gərgin əməyinizin, diqqət və qayğınızın nəticəsidir. Bütün bunlara görə biz Sizə minnətdarıq, cənab Prezident.

Möhtərəm cənab Prezident, biz hər birimiz bilirik ki, Sizin amalınızın ana xətti qüdrətli Azərbaycan, müstəqillik, inkişaf və sosial rifahdır. Siz insanların bütün problemləri ilə maraqlanmaqla, onlara daim qayğı göstərməklə hər bir azərbaycanlının Prezidenti olduğunuzu zaman-zaman nümayiş etdirirsiniz. İstər iqtisadiyyatda, istər cəmiyyətin sosial həyatında elə bir sahə yoxdur ki, Sizin diqqətinizdən kənarda qalmış olsun. Çünki Sizi, ilk növbədə, Azərbaycan vətəndaşının rifahı, onun normal yaşayışı, gənclərimizin hərtərəfli inkişafı, uşaqlarımızın yüksək səviyyədə təhsil alması düşündürür.

Möhtərəm cənab Prezident, biz qəbələlilər Sizin insanlara göstərdiyiniz diqqət və qayğını həmişə yüksək qiymətləndiririk və bu diqqətə, bu qayğıya layiq olmağa çalışırıq. Siz bizim bu günümüzün, övladlarımızın gələcəyinin, sülhün, əmin-amanlığın, torpaqlarımızın bütövlüyünün təminatçısısınız. Tanrı Sizi - bu günümüzün və gələcəyimizin Prezidentini qorusun!

Prezident İlham ƏLİYEV: Sağ olun, təşəkkür edirəm.

X X X

Sonra xatirə şəkli çəkdirildi.

Daha sonra dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycanda mötəbər tədbirlərin keçirilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artırır, respublikamızı mədəniyyətlərarası dialoqa töhfə verən məkan kimi tanıdır. Bu gün Azərbaycanda regionların sürətli inkişafı ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bariz göstəricisidir. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində bu gün ölkəmizin bütün bölgələri kimi, Qəbələ də qədim və tarixi görkəmini saxlamaqla müasirləşir. Burada bir sıra yüksək səviyyəli mədəni-humanitar tədbirlər keçirilir. Son illər Qəbələdə dünya standartlarına cavab verən otellər, yollar, beynəlxalq hava limanı tikilmişdir. Qəbələ artıq beynəlxalq tədbirlərin təşkil olunduğu şəhərlərin adları ilə bir sırada yer alır. Təsadüfi deyildir ki, MDB-nin üzv dövlətlərinin Humanitar Sahə üzrə Əməkdaşlıq Şurasının və təşkilata üzv ölkələrin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun Aşqabadda keçirilən birgə iclasında qəbul edilən qərara əsasən 2013-cü ildə Qəbələ “MDB-nin mədəniyyət paytaxtı” elan olunmuşdur. Bu gün gözəl təbiəti və bənzərsizliyi ilə seçilən Qəbələ şəhərinin MDB-nin mədəniyyət paytaxtına çevrilməsində rayonun qədim tarixi də mühüm rol oynayır. Qəbələdə yeni inşa olunan Heydər Əliyev Konqres Mərkəzinin tikintisi isə bir məqamı təsdiqləyir ki, artıq burada istənilən beynəlxalq tədbiri keçirmək mümkündür. Konqres Mərkəzində beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün geniş imkanlar yaradılmışdır.

Dövlətimizin başçısına məlumat verildi ki, 1200 yerlik Heydər Əliyev Konqres Mərkəzi Qəbələ şəhərində, Qaraçay çayının sahilində yerləşir və ərazisinin ümumi sahəsi 8,5 hektardır. Mərkəzin layihələndirmə və tikinti işlərinə 2012-ci ilin mayından başlanılmış və bu ilin iyulunda başa çatdırılmışdır. Bina üç mərtəbədən ibarətdir. Birinci mərtəbədə zallar, 350 yerlik restoran və inzibati otaqlar yerləşir. Mərkəzdə 6 qüllə və zalın üzərində diametri 20 metr, hündürlüyü isə zalın döşəmə səviyyəsindən 13 metr olan günbəz düzəldilmişdir. İsveçrə istehsalı olan və səstənzimləmə xassələrinə malik materialdan istifadə olunaraq hazırlanan bu günbəz zalda akustikanın tənzimlənməsinə xidmət edir. Çoxfunksiyalı 1200 yerlik konfrans zalı isə ikinci mərtəbədədir.

Prezident İlham Əliyev konfrans zalı ilə tanış oldu.

Bundan başqa, burada 92 kvadratmetrlik səhnə, VİP və mühafizə otaqları, incəsənət ustaları və media işçiləri üçün otaqlar, geniş foye yerləşir. Konfrans zalı qısa müddətə başqa məqsədlər - konsert, iclas və s. üçün kresloların aşağı enməsi ilə müstəvi halına keçə bilir. Kreslolar İspaniyanın Barselona şəhərindəki “Fiquleras” şirkəti tərəfindən hazırlanmışdır. Zalın səhnə hissəsi qalxıb-enən platforma üzərində quraşdırılmışdır. Burada sinxron tərcümə üçün xüsusi avadanlıqla təchiz olunan 6 tərcüməçi kabinəsi, habelə müşahidə və zalın avtomatik idarəetmə məntəqəsi vardır. Konfrans zalında mükəmməl səsləndirmə sistemi quraşdırılmışdır ki, bu da tədbirin təyinatından asılı olaraq səsləndirməni həm konfranslar, həm də konsert-əyləncə tədbirləri üçün tənzimləməyə imkan verir. Mərkəzin üçüncü mərtəbəsində isə antressol hissə yerləşir. Binanın zirzəmisində ATS, yanğınsöndürmə otağı, anbar, avtomobillər üçün dayanacaq, media işçiləri üçün otaq və foye yerləşir. Binada 18 metrlik eskalator və liftlər quraşdırılmışdır. Konqres Mərkəzinin ərazisində 140 yerlik yeraltı qaraj tikilmişdir. Qarajın üstündə bayraq meydanı və dekorativ yaşıllıq salınmışdır. Qaraj iki hissədən ibarətdir. Birinci hissədə minik avtomobilləri, ikinci hissədə isə avtobuslar yerləşdiriləcəkdir. Binanın dam örtüyü və qüllələr Almaniyada istehsal edilmiş mis təbəqə ilə örtülmüşdür. Həmçinin 9 ballıq seysmik normanın tələblərinə uyğun olaraq antiseysmik və deformasiya tikişləri və digər konstruktiv tədbirlər nəzərdə tutulmuşdur. Ərazidə istirahət üçün yerlər, terraslar və s. yaradılmışdır. Avtomobillərin maneəsiz hərəkətini təmin etmək üçün binaya üç istiqamətdən giriş yolları çəkilmişdir. Binanın önündə, çay üzərində eni 24 metr, uzunluğu 42 metr, yükgötürmə qabiliyyəti 100 tona qədər olan körpü tikilmişdir. Qaraçay çayının obyektin ərazisindən axan hissəsinə sahil boyunca çay daşları düzülmüşdür. Bina və binaətrafı ərazi tam elektron video nəzarətinə alınmışdır. Yanğına qarşı və yaşıllığın suvarılması üçün nəzərdə tutulan iki yeraltı su hovuzu tikilmişdir. Qaraj və konfrans zalı yanğına qarşı xüsusi sprinklerlərlə təchiz edilmişdir. Eyni zamanda, bina müasir daxili və xarici mühafizə siqnalizasiya və yanğınsöndürmə sistemləri ilə təchiz edilmişdir.

Qeyd olundu ki, ikinci mərhələ üçün nəzərdə tutulmuş göl və gölətrafı sahə yenidən qurulacaqdır. Bu sahə 3 hektar ərazini əhatə edir. Gölətrafı sahədə abadlaşdırma işləri, gölün suyunun bərpası, yaşıllaşdırma işləri yerinə yetiriləcəkdir. İri və xırda dekorativ ağaclar əkiləcək, fontanlar quraşdırılacaqdır.

Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Qəbələdə Heydər Əliyev Konqres Mərkəzi istifadəyə verilmişdir VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər - ŞƏRH

Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb

Qalib Liderin Vaşinqton missiyası: regional təhlükəsizliyin və TRIPP layihəsinin gələcəyi ŞƏRH

DVX: Vergi bəyannamələri və onlayn kassalarla bağlı texniki çətinliklər qısa müddətdə həll olunacaq

Fransada növbəti prezident seçkisində iştirak edəcək namizədlərə çağırış olunub

Prezident İlham Əliyevin həyata keçirdiyi strateji nəqliyyat siyasəti Orta Dəhlizin qlobal əhəmiyyətini daha da artırıb - ŞƏRH