Səbail rayonunda 700 kvadratmetr sahədə qamışlıq ərazi yanıb VİDEO
Bakı, 8 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar telefon xəttinə paytaxtın Səbail rayonunun Gülbala Əliyev küçəsində qamışlıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qamışlıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənərək bitişik evlərə və neft buruqlarına keçməsinə imkan verilmədən yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində söndürülüb.
Hadisə nəticəsində, ilkin hesablamaya əsasən, təqribən 700 kvadratmetr sahədə qamışlıq yanıb. Ərazidə yerləşən fərdi yaşayış evləri, neft buruqları və kommunikasiya xətləri yanğından mühafizə olunub.