Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Sabirabadda Kür çayı üzərində körpü istifadəyə verilmişdirVİDEO

Bakı, 29 avqust (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Sabirabadda Kür çayı üzərində yeni inşa olunan körpünün açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Mərasim iştirakçılarını salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Bu gün çox gözəl, əlamətdar gündür. Biz yenidən sizinlə görüşürük. Artıq bu gözəl körpünün açılışını bərabər qeyd edirik. Körpünün tikilməsi sakinlər tərəfindən irəli sürülmüş bir təklif idi. Yadımdadır ki, keçən dəfə - iki il bundan əvvəl Sabirabadda olarkən belə bir müraciət olmuşdur. Dərhal göstəriş verildi. Bakıya qayıdan kimi ilk Sərəncam imzalandı, vəsait ayrıldı. Ondan sonra əlavə vəsait də ayrıldı, körpünün tikintisi dövlət büdcəsinə, Dövlət İnvestisiya Proqramına salındı. Biz artıq körpünün açılışını qeyd edirik. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm.

Bu körpüdən on minlərlə insan istifadə edəcəkdir. Mənə verilən məlumata görə, bu körpü 16 kəndi birləşdirir. Körpünün tikintisi doğrudan da çox vacib idi. Bu körpünün tikintisi əslində Azərbaycanda xalqla iqtidar arasındakı birliyi təcəssüm etdirir. Çünki bizim bütün təşəbbüslərimiz, bütün işlər xalqın tələbi, xalqın xahişi ilə, yerlərdən olan təkliflər əsasında görülür. Bizim regional İnkişaf Proqramımızın əsas mənbəyi xalqdır. Proqramın əsas istiqaməti də Azərbaycan xalqına xidmət etməkdir. Hazırda ikinci Dövlət Proqramı başa çatır. Proqram demək olar ki, artıqlaması ilə icra edilir. Regionların sosial-iqtisadi inkişafı üzrə üçüncü Dövlət Proqramı hazırlanır, gələn ilin əvvəlində qəbul ediləcəkdir. Üçüncü Proqram da yerlərdə verilən təkliflərin əsasında tərtib edilir. Çünki yerlərdə yaşayan sakinlər daha yaxşı bilirlər hansı işlər görülməlidir. Mənim rayonlara, o cümlədən Sabirabada səfərlərimin səbəbindən biri də ondan ibarətdir ki, özüm vəziyyətlə tanış olum, görüm hansı işlər görülməlidir, əlavə nə etmək lazımdır və bütün bu işləri biz görək.

Son illər ərzində Azərbaycanda onlarla, bəlkə də yüzdən çox körpü tikilmişdir. Körpü tikmək çox gözəl bir işdir. Körpü həyat verir, rahatlıq verir. Körpü inkişaf deməkdir. Son illərdə müxtəlif yerlərdə, hər bir bölgədə körpülər, yollar, tunellər tikilibdir. Bax indi Bakıdan Sabirabada qədər rahat yolla gəlmək mümkündür. Bu yol bərbad vəziyyətdə idi. Hər dəfə mən Sabirabada gələndə təəssüf hissi ilə qeyd edirdim ki, yol bərbad vəziyyətdədir. Yolun tikintisi ilə bağlı göstərişlər verilmişdir. Artıq Sabirabada, Saatlıya qədər gözəl yol çəkilibdir. Sonra bu yol Horadizə qədər davam edəcəkdir. Bu, insanlara rahatlıq, inkişaf verəcəkdir. Həm də yolun tikintisi, eyni zamanda, regionların inkişafına da bir təkandır.

Yol, körpü tikintisi, kənd yollarının inşası gedir. Bu zonada da kənd yolları tikilir. Əvvəllər də tikilmişdir, növbəti illərdə də tikiləcəkdir.

Çox işlər görülübdür. Sabirabad abadlaşır, gözəlləşir. Mən keçən dəfə iki il bundan əvvəl olmuşam burada. Görürəm ki, çox böyük dəyişikliklər vardır. Gözəl binalar tikilir, köhnə binalar bərpa edilir, parklar salınır. Möhtəşəm Heydər Əliyev Mərkəzi tikilmişdir. İndi oradan gəlirəm. Ulu Öndərin Sabirabada olan münasibətini siz yaxşı bilirsiniz. 1970-1980-ci illərdə hər il Sabirabada gəlirdi, vəziyyətlə tanış olurdu. Sabirabadın o vaxtkı inkişafı ilə bağlı bütün istiqamətləri müəyyən etmişdir. 1990-cı illərdə də olmuşdur. Mən də çalışıram bütün sahələrdə olduğu kimi, bu sahədə də onun siyasətini davam etdirim. Bu, mənim Sabirabada beşinci səfərimdir. Hər dəfə, xüsusilə son səfərimdən sonra görürəm ki, doğrudan da, böyük dəyişikliklər baş verir.

Şəhər müasir görkəm alır, müasirləşir, abadlaşır, gözəl binalar, məktəblər, xəstəxana tikilir. Ancaq hələ görüləsi işlər çoxdur. Növbəti illərdə görüləsi işlər arasında xüsusi əhəmiyyət daşıyan su layihəsi olacaqdır. Bu ilin sonunda, ya da ki, gələn ilin əvvəlində Sabirabadın içməli su ilə təminatını təşkil etmək üçün böyük layihə başlanacaqdır. Hesab edirəm ki, biz çalışıb bu problemi 2014-cü ilin sonuna birdəfəlik həll edək. Buna böyük ehtiyac vardır. Bilirsiniz ki, şəhərə içməli su fasilələrlə verilir. Bəzi hallarda keyfiyyət də lazımi səviyyədə deyildir. Bu layihə də öz həllini tapacaqdır. Bu vaxta qədər çay boyu yerləşən kəndlərdə təmizləyici qurğular quraşdırılmışdır. Ancaq Sabirabadın su problemini əsaslı şəkildə həll etmək üçün yaxın zamanlarda böyük layihə icra edilməyə başlanacaqdır. Bu layihə 2035-ci ilə qədər hesablanıbdır. Yəni, əhalinin artımını nəzərə alıb və 24 saat təmiz, keyfiyyətli içməli su veriləcəkdir.

Digər vacib layihə qazlaşdırma ilə bağlıdır. Biz bu layihəni də icra edəcəyik. Bax, ağsaqqal da razıdır. Bu layihə də tam şəkildə icra ediləcəkdir. Bütün kəndlərdə 100 faiz qaz təminatı təşkil ediləcəkdir. Mənə verilən məlumata görə hazırda şəhərin böyük hissəsi qazlaşdırılıb. Amma kəndlərdə qaz demək olar ki, yoxdur, ya da ki, azdır, yaxud, keyfiyyət aşağıdır. Ona görə Dövlət Neft Şirkətinə müvafiq göstərişlər verilmişdir. Yaxın zamanlarda geniş qazlaşdırma işləri də aparılacaqdır. Bir daha demək istəyirəm ki, Sabirabad rayonunun bütün kəndlərində qazlaşdırma aparılacaqdır. Bu layihəni də biz icra edəcəyik.

Elektrik enerji ilə bağlı pilot layihə icra edilir. Bizdə əslində elektrik enerjisi ilə bağlı, yəni generasiya ilə bağlı problem yoxdur.

Biz kifayət qədər yeni stansiyalar tikmişik. Sonuncu stansiya Şirvan şəhərində tikilmişdir. Ancaq ötürücü xətlər bəzi hallarda nasaz vəziyyətdədir və yaxud da ki, köhnəlibdir. Ona görə ötürücü xətlər və elektrik təsərrüfatı tamamilə yenidən qurulmalıdır. Son illərdə bu sahədə böyük işlər görülmüşdür. İşıqla bütünlükdə problem yoxdur. Kifayət qədər enerji vardır. Ancaq elə edilməlidir ki, fasiləsiz olsun - 24 saat və ötürücü xətlərdə heç bir problem olmasın.

Kənd yolları da tikilir və tikiləcəkdir. Məktəblər tikilir. Amma kəndlərdə qəzalı məktəblər vardır. Sabirabad rayonunda 14 qəzalı məktəb vardır. Təmirsiz məktəblər də vardır. Bu problem də öz həllini tapacaqdır. Yəni, əsas məsələ ondan ibarətdir ki, bütün mövcud problemlər öz həllini tapmalıdır. Biz bu problemləri bilirik və öz işimizi yerlərdən gələn məlumatlar əsasında görürük. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun maraqları, təhlükəsizliyi, rifahı və sağlamlığı dayanır. Biz insanların sağlamlığı, rifahı, təhlükəsizliyi üçün hər şeyi edirik və edəcəyik. Ölkəmiz sürətlə qabağa gedir. Hər bir bölgə qurulur, abadlaşır, bax biz belə böyük işlər görürük.

Bütün bunların təməlində güclü iqtisadiyyat dayanır. Güclü iqtisadiyyatı da biz yaratmışıq. Bütün bunlar ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə neft strategiyasının icrası nəticəsində mümkün olmuşdur. Neftdən gələn gəlirləri biz insan kapitalına yönəldirik. Bir daha demək istəyirəm ki, hər şey Azərbaycan vətəndaşı üçün olmalıdır. Bunu edirik.

İqtisadiyyatımız isə güclüdür və güclənir. Dünyada böhran davam edir. Amma bizdə bu hiss olunmur. Bəzi ölkələrdə maaşlar, pensiyalar kəsilir, iş yerləri ixtisara düşür. Amma bizdə maaşlar, pensiyalar artır, iş yerləri açılır. Budur bizim reallıqlarımız. Bu, böyük nailiyyətdir, böyük nemətdir. Gərək biz bu inkişafı gələcəkdə də təmin edək. Bunu etmək üçün həmişə olduğu kimi, xalqla iqtidar bir olmalıdır. Bax, bu birlik bizim bütün uğurlarımızı şərtləndirmişdir. Bizim gördüyümüz işlər konkret işlərdir. Körpülər, yollar, su, qaz xətləri, məktəblər, konkret işlərdir ki, insanlar bunu görür və istifadə edirlər.

Əminəm ki, gələcəkdə bizim görüşlərimiz hələ çox olacaqdır.

Gələcəkdə Sabirabadda buna bənzər açılışlar gözlənilir. Mən də Ulu Öndərin siyasətini davam etdirərək çalışacağam ki, tez-tez Sabirabada gəlim.

SAKİNLƏR: Çox sağ olun!

X X X

Sabirabad Ziyalılar Cəmiyyətinin sədri Böyükağa HƏMİDOV dedi:

- Hörmətli cənab Prezident.

Bizim bu doğma diyara xoş gəlmisiniz. Sizin gəlişiniz bizim üçün toy-bayramdır. Bu gün bu körpüdən danışırıq. Bu, bizim Ulu Öndərin diqqət mərkəzində duran yol, körpü məsələsidir. Yaxşı yadımdadır, 1978-ci il idi. Onda hər yerdə pambıq əkilirdi. Siz də gəlirdiniz, gənc vaxtınız idi. Gözəl müşavirələr keçirilirdi. Onda Şirvan zonasında bir müşavirə də bu Ulacalı kəndində keçirdik. Bərəni trosla çəkirdik. Onda bərəçi ilə görüşəndə dedi ki, zəhmətkeş əlidir, nə möhkəm əlin vardır. Dedim: “Yoldaş Əliyev bu xətti çəkirəm, ona görə bu belədir”. Əlini qoydu sinəsinə və dedi: “Məndən nə xahişin var, nə istəyirsən?” Dedim: “Bu üzdə 16 kənd vardır, - o vaxt kolxozlar idi, beş kolxoz vardı, - xahiş edirəm bizə bir körpü salınsın. Bizim canımız qurtarsın. Əhali bu bəladan qurtarsın”. Dedi: “Sizə körpü tikiləcək”. 1979-cu ildə Sürmə körpüsü tikilib istifadəyə verildi.

Cənab Prezident, körpü salmaq Ulu Öndərdən qalan ənənədir. Sizin dövrünüzdə iki körpü salınıb. Biri burada salınıb, biri də Novruzlu körpüsü – Qasımbəyliyə gedəndə o körpüdən keçirsən. Ona görə də Allah Sizə uzun ömür, cansağlığı versin. Biz Sizə həmişə minnətdarıq. Sabirabadlılar Sizinlə həmişə fəxr edib.

İcazə versəniz, mən Sizdən bir dənə də xahiş edərdim. Milli mədəniyyətimizin, səhiyyəmizin, təhsilimizin inkişafında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın böyük əməyi vardır. Bunu qiymətləndirməmək ən azı ədalətsizlik olar. Sizdən xahişimiz odur ki, sabirabadlılar adından bizim salamımızı ona çatdırasınız. Həm də Sizin hər ikinizə Azərbaycanın gözəl inkişafı yolunda uğurlar arzu edirik. Eşq olsun Prezidentimizə! Eşq olsun! Fəxr edirik Sizinlə! Sağ olun!

Cavad kənd sakini Fazil QASIMOV dedi: Cənab Prezident, o vaxt – iki il öncə, Sizdən bu körpünün xahişini mən etmişdim.

Prezident İlham ƏLİYEV: Siz etmişdiniz. Bəli, yadımdadır.

Fazil QASIMOV: Allah Sizə ömür versin. Sizin Sərəncamınızla bu körpü az müddətdə inşa olundu. İndi də Allaha şükür ki, Sizinlə bu gözəl körpünün açılışını edirik. Gözəl bəndlər də Sizin Sərəncamınız ilə tikilib. Biz həmişə həyatda onun qorxusu ilə yaşayırdıq ki, Kür nə vaxt daşacaq, kimin evini aparacaq? Allah Sizə ömür versin, cansağlığı versin. Həyatda olan ən gözəl neməti Sizə Allah özü bəxş etsin! Yenə Sizə uzun ömür arzu edirəm.

Prezident İlham ƏLİYEV: Keçən dəfə burada elə daşqından sonra evlərin bərpası ilə tanış olurdum. O vaxt siz bu təklifi irəli sürdünüz, yadımdadır, məktəbin həyətində idi.

Fazil QASIMOV: Qasımbəylidə Sizdən xahiş etdim.

Prezident İlham ƏLİYEV: Bəli, bu da bir daha onu göstərir ki, bax bu təmasların çox böyük əhəmiyyəti vardır. Bölgələrdə olarkən çalışıram həmişə soruşum ki, əlavə nə etməliyik, nə lazımdır, narahat edən nədir? Biz bunu edək. Çünki doğrudan da indi Azərbaycan dövlətinin gücü çoxdur, böyükdür. Gücümüz var, maliyyə imkanlarımız da vardır. Sadəcə olaraq dəqiqliklə bilməliyik ki, hansı məsələ öz həllini tapmalıdır. Hər bir vəzifəli şəxs gərək çalışsın ki, öz xalqına xidmət etsin. Biganə olmasın. Nə çatışmır, hər şey etmək mümkündür. Azərbaycan indi böyük uğurlara imza atıb. Səmaya peyk buraxmışıq, böyük işlər görürük. Hər şey etmək mümkündür. Sadəcə, gərək iradə və düzgün siyasət olsun.

SAKİNLƏR: Çox sağ olun!

Mürsəlli kənd orta məktəbinin direktoru Əhəd ŞÜKÜROV dedi:

- Cənab Prezident, Siz çətin günlərimizdə də həmişə bizə arxa, rəhbər, ağsaqqal olmusunuz, həmişə yanımızda olmusunuz. Təbii fəlakət nəticəsində rayonumuz çox çətin vəziyyətə düşmüşdü. Siz həmin anda xalqın yanında oldunuz. Sizin xüsusi tapşırığınız ilə xalq o çətin vəziyyətdən çıxdı. Sanki heç o problemlərlə üzləşməmişdi. Bütün bunlara görə mən Sizə uzun ömür, cansağlığı, işinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayıram.

Cənab Prezident, biz heç inkişaf etmiş ölkələrdə bu qayğını eşitməmişik, görməmişik. Bu, yalnız bizim ölkəmizdədir. Xalqımız çətin vəziyyətə düşəndə Prezidenti yanındadır. Buna görə Sizə dərin minnətdarlığımı bildirirəm, həyatda uzun ömür, cansağlığı, işinizdə yeni-yeni müvəffəqiyyətlər arzu edirəm.

Prezident İlham ƏLİYEV: Sağ olun!

Sabirabad Ziyalılar Cəmiyyətinin sədri Böyükağa HƏMİDOV:

Əmin ola bilərsiniz ki, sabirabadlılar Sizin həmişə arxanızdadır.

İnşallah gözəl işlər görülür Sizin rəhbərliyinizlə.

Prezident İlham ƏLİYEV: Mən deyə bilərəm ki, təbiət də bizi sınağa çəkir. Bax bu zonada baş verən təbii fəlakət zamanı, xoşbəxtlikdən heç bir bədbəxt hadisə, heç bir insan tələfatı olmamışdı. Keçən il şimal-qərb zonasında baş vermiş zəlzələ. O da çox ağır nəticələr vermişdi. Amma orada da bir nəfər də olsun adam həlak olmamışdı. Ancaq biz - Azərbaycan dövləti öz gücünə, öz vəsaiti hesabına bütün bu işlərin öhdəsindən gələ bildik. Dövlət hesabına minlərlə ev tikilmişdir, həm burada, həm Zaqatala-Balakən zonasında, Dövlət bütün xərcləri öz üzərinə götürmüşdü. Həm kompensasiya, həm evlərin tikintisi. Yəni, bütün bu işləri dövlət öz üzərinə götürmüşdü. Mən deyə bilərəm ki, inkişaf etmiş ölkələrdə bu, belə deyil. Orada hər kəs özü üçün ev tikir. Sonra bədbəxt hadisə baş verdikdə əgər ev sığortalıdırsa gedir sığorta şirkətindən pulunu alır, sığortalı deyilsə, qalır bax belə. Ancaq Azərbaycanda dövlət insanların maraqlarının keşiyindədir. Ona görə mən deyirəm ki, Azərbaycan dövləti sosial dövlətdir. Çünki siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Bu gün də belədir, gələcəkdə də belə olacaqdır. Bizim uğurlarımız çox olacaqdır.

SAKİNLƏR: İnşallah!

Böyükağa HƏMİDOV: Əməkhaqlarının artırılmasına görə çox sağ olun. Hamının ürəyincədir. Sizə uğurlar diləyirik! Sağ olun!

X X X

Azərbaycan Prezidenti körpünün sxemini əks etdirən stendə baxdı.

Məlumat verildi ki, körpünün inşa edilməsi ətraf kəndlərdə yaşayan sakinlərin yol-nəqliyyat çətinliklərinin həllində çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin “Sabirabad rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2011-ci il 25 may tarixli Sərəncamına əsasən Kür çayının Cavad kəndi ərazisindən keçən hissəsində yeni körpünün tikintisi məqsədilə ilkin olaraq iki milyon manat vəsait ayrılmışdı. Körpünün inşasına 2011-ci ilin iyulunda başlanılmışdır. Layihənin smeta dəyəri 8,9 milyon manatdır. Körpünün sifarişçisi Sabirabad Rayon İcra Hakimiyyətidir. Tikinti işləri “Gəncə Körpü Tikinti-2” ASC tərəfindən aparılmışdır.

Bildirildi ki, körpü Sabirabad şəhərini rayonun Şirvan düzündə yerləşən 16 və Kürdəmir rayonunun 3 kəndi ilə birləşdirir. Səkkiz aşırımlı körpünün uzunluğu 153, ümumi eni 10,7 metr, ikizolaqlı hərəkət hissəsinin eni isə 8,4 metrdir. Yol ötürücüsünün sağ və sol hissələrində piyadalar üçün eni 1,15 metr olan keçidlər tikilmişdir. Həmçinin körpünün ətrafında 5 hektar ərazidə yaşıllaşdırma işləri də aparılmışdır. Buradan Sabirabad rayonunun 32 mindən çox əhalinin yaşadığı 16 kəndinin sakinləri istifadə edir.

Dövlətimizin başçısı körpünün rəmzi açılışını bildirən lenti kəsdi.

X X X

Sonra xatirə şəkli çəkdirildi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Sabirabadda Kür çayı üzərində körpü istifadəyə verilmişdirVİDEO

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı olub

Bakıda “Big Band Workshop” adlı ustad dərsləri keçiriləcək

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb VİDEO