Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının yeni binası istifadəyə verilmişdir VİDEO

Bakı, 29 avqust (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri və tibb işçiləri ilə görüşdü.

Mərasim iştirakçılarını salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Kənardan baxıram, çox gözəl bir abidə tikilmişdir Ağcabədidə. Xəstəxana birinci növbədə Ağcabədiyə, Qarabağ torpağına layiqdir. Eyni zamanda, Azərbaycan dövlətinin qüdrətini göstərir.

Bu xəstəxana inkişaf etmiş ölkələrdə olan xəstəxanalardan geri qalmır. İndi nazir məlumat verir ki, bütün şöbələr vardır. Lazım olan bütün tədbirlər görülübdür. Ən müasir avadanlıq quraşdırılıbdır. Doğum, cərrahiyyə, diaqnostika, dializ şöbələri, yəni, tam şəkildə bütün dünya standartlarına cavab verən bir tibb mərkəzidir. Çox şadam ki, qısa müddət ərzində belə gözəl xəstəxana yaradıldı və bu gündən başlayaraq vətəndaşlara xidmət göstərəcəkdir. Xidmət də yüksək səviyyədə olmalıdır. Əminəm ki, belə də olacaqdır. Həkimlərin peşəkarlığı, təcrübəsi artır. Bu məqsədlə müxtəlif tədbirlər görülür. Eyni zamanda, səhiyyə sisteminin təkmilləşdirilməsi üçün proqramlar icra edilir.

Beynəlxalq təşkilatlar da Azərbaycanda bu sahədə aparılan işlərə yüksək qiymət verir. İslahatlar aparılır. Dünya Səhiyyə Təşkilatı Azərbaycanda bu sahədə görülən işlərə çox yüksək qiymət vermişdir. Bakıda bir müddət əvvəl keçirilmiş beynəlxalq səhiyyə toplantılarında xüsusilə vurğulanır ki, Azərbaycanda səhiyyədə böyük irəliləyiş vardır. Statistika da bunu göstərir ki, uşaq ölümü azalır, insanların ömrünün uzunluğu artır.

Əlbəttə ki, bölgələrdə belə gözəl, möhtəşəm xəstəxanaların tikintisi insanların sağlamlığına verilən böyük töhfədir. İndi Bakıda müasir xəstəxanaların tikintisinə biz artıq öyrəşmişik. İndi Bakıda onlarla tibb ocağı tikilib, təmir edilibdir. Bölgələrdə də səviyyə Bakıdakından aşağı olmamalıdır. Bu gözəl, möhtəşəm tibb ocağı onu göstərir ki, bölgələrdə də ən yüksək tibbi xidmət göstərilməlidir. Çünki Azərbaycan vətəndaşları sağlam olmalıdırlar. Azərbaycan vətəndaşları sağlam həyat tərzi sürməlidirlər. Əlbəttə ki, diaqnostika və xəstəliyin vaxtında müəyyən edilməsi insanların sağlamlığı üçün əsas şərtdir.

Bu məqsədlə bölgələrdə diaqnostika mərkəzləri tikilmişdir. Eyni zamanda, bununla paralel olaraq hər bir şəhərdə mərkəzi rayon xəstəxanaları tikilir və yaxud da ki, əsaslı şəkildə təmir edilir. Hazırda deyə bilərəm ki, rayon mərkəzlərinin, şəhərlərimizin mütləq əksəriyyətində artıq gözəl tibbi xidmət vardır. Bu proses davam edir. Son on il ərzində Azərbaycanda 500-ə yaxın tibb mərkəzi tikilmişdir. Böyük vəsait qoyulmuşdur. Bundan sonra da qoyulacaqdır. Çünki bir daha demək istəyirəm ki, insanların sağlamlığı üçün diaqnostika və müalicə əlbəttə, əsas məsələdir.

Vaxt var idi bizim imkanlarımız yox idi. Amma indi imkanlarımız vardır. İmkanları da biz lazım olan sahələrə yönəldirik. Neft kapitalını insan kapitalına çevirmək proqramı bax, bu xəstəxananın timsalında özünü göstərir. Azərbaycanda düşünülmüş iqtisadi siyasət aparılır. Neft strategiyamız uğurla icra edilir. Bütün gəlirlər Azərbaycan xalqının rifah halının yaxşılaşmasına, iqtisadiyyatımızın möhkəmlənməsinə, ölkəmizin beynəlxalq mövqelərinin güclənməsinə yönəldilibdir. Məhz buna görə Azərbaycan nadir ölkələrdəndir ki, hətta dünyanı bürümüş iqtisadi və maliyyə böhran bizə heç bir təsir etməmişdir.

Böhran illərində iqtisadiyyat artmışdır, bu il də artır. Xüsusilə qeyri-neft sektorumuz artır, 10 faizdən çox artım vardır. Böhran illərində maaşlar, pensiyalar artırılır. İndi biz görürük və mətbuatdan da izləyirik ki, bir neçə ölkədə iqtisadi çətinliklər baş verir. Demək olar ki, ölkələr müflisləşir, iş yerləri ixtisar edilir, maaşlar, pensiyalar kəsilir. Bizdə isə vəziyyət tam başqadır. Bizdə iqtisadiyyat artır, dövlət investisiyaları artır, pensiyalar, maaşlar artırılır, sosial infrastruktura, belə gözəl xəstəxanaların tikintisinə vəsait qoyulur və biz bundan sonra da bunu edəcəyik.

Ağcabədi rayonunun inkişafı üçün bundan sonra da əməli tədbirlər görüləcəkdir. Son illərdə Ağcabədidə böyük işlər görülmüşdür. Bu xəstəxana bu işlərin arasında xüsusi yer tutur. Digər layihələr icra edilmişdir. Binalar tikilir, parklar salınır, yollar, kənd yolları çəkilir və bu məqsədlə vəsait ayrılır. Növbəti illərdə bu istiqamətdə işlər davam etdiriləcək, bütün infrastruktur layihələri tam şəkildə icra ediləcək, o cümlədən içməli su, qazlaşdırma layihələri, kənd yollarının tikintisi davam etdiriləcəkdir.

İş yerlərinin yaradılması ilə bağlı burada yaxşı işlər gedir. Keçən dəfə burada olarkən, südçülük müəssisəsinin işi ilə tanış olmuşam. Bu gün heyvandarlıq fermasının işi ilə tanış olacağam. Yəni, iş yerlərinin açılması, regionların inkişafı, sosial infrastrukturun yaradılması kompleks şəkildə Azərbaycan dövlətinin inkişafını müəyyən edir. Bu inkişaf dayanıqlıdır, davamlıdır, uğurludur və gözəl nəticələr verir.

Qarabağ torpağında belə gözəl xəstəxanaların tikintisi bir daha qeyd etmək istəyirəm ki, ilk növbədə insanlara dövlət tərəfindən göstərilən qayğının təzahürüdür, eyni zamanda, Azərbaycan dövlətinin gücünü göstərir. Gün gələcək, belə gözəl binalar, xəstəxanalar hazırda işğal altında olan torpaqlarda tikiləcəkdir. Biz mütləq o torpaqlara qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik və yenidən bütün şəhərləri quracağıq, tikəcəyik. Əminəm ki, “Böyük qayıdış” proqramı qısa müddət ərzində icra ediləcək və bütün infrastruktur, binalar, xəstəxanalar, məktəblər, iş yerləri açılacaqdır. Hazırda işğaldan azad olunmuş ərazilərdə, xüsusilə Füzuli rayonunun bir hissəsində görülən işlər onu göstərir ki, biz bütün bərpa işlərini qısa müddət ərzində görə bilərik. Hazırda hər il 20 min köçkün müasir evlərlə, mənzillərlə təmin edilir. Yəni, demək olar ki, hər il biz bir şəhər boyda qəsəbələr, evlər, mənzillər tikib veririk köçkünlərin sərəncamına. Ona görə torpaqlar işğaldan azad olunandan sonra qısa müddət ərzində bütün infrastruktur bərpa ediləcək və bu gün işğal altında olan torpaqlara yeni həyat veriləcəkdir.

Bu xəstəxana isə rayon sakinlərinə xidmət edəcəkdir. Arzum budur ki, rayon sakinləri ən azı ildə bir dəfə buraya gəlib müayinədən keçsinlər. Mən bu sözləri hər bir xəstəxananın açılışında təkrar edirəm. Hesab edirəm ki, buna ehtiyac vardır. İndi tibb elmi elə inkişaf edir ki, istənilən xəstəlik müalicə oluna bilər, təki vaxtında aşkar olunsun. Əvvəllər avadanlıq yox idi. Ölkəmizdə cəmi bir dənə kompyuter tomoqrafı, bir neçə dializ aparatı var idi. İndi isə hər bir tibb mərkəzində, bölgələrdə, hər yerdə ən müasir avadanlıq vardır. İldə bir dəfə, çox yox, bir günü hər bir vətəndaş sərf etsin, gəlsin burada öz sağlamlığını yoxlatsın. Əgər problem varsa müalicə alsın, problem yoxdursa rahat yaşasın. İndi mövcud olan dializ mərkəzlərində, ondan sonra diaqnostika mərkəzlərində, mərkəzi rayon xəstəxanalarında müalicə alan insanlar görürlər ki, doğrudan da vaxtında müraciət edərkən böyük problemlərin qarşısı alına bilər. Statistika da onu göstərir ki, müalicə alan vətəndaşlar sağalırlar, dinamika da müsbətdir. Əlbəttə ki, həkimlərin peşəkarlığından da çox şey asılıdır. Həkimlər də daim öz biliklərini artırmalıdırlar. Çünki müasir tibb elmi sürətlə inkişaf edir.

Ağcabədidə bundan sonra da işlər görüləcəkdir. Bütün infrastruktur işləri görüləcəkdir ki, burada insanlar rahat yaşasınlar.

Sizi bir daha ürəkdən salamlayıram, yenidən doğma Qarabağ torpağında olmağımdan çox məmnunam. Sizə yeni uğurlar arzulayıram. Arzu edirəm ki, xəstələnməyəsiniz, sağlam olasınız. Ancaq buraya da müraciət edəsiniz.

X X X

Azərbaycanda tibb sahəsinə, bütövlükdə ölkə əhalisinin sağlamlığına göstərdiyi diqqət və qayğısına görə dövlətimizin başçısına minnətdarlığını bildirən həkim Nuranə QƏRİBOVA dedi:

- Möhtərəm cənab Prezident!

İcazə verin, Sizi rayonumuzun ictimaiyyəti, o cümlədən Ağcabədi sakinləri adından salamlayım. Böyük məmnunluq hissi ilə bildiririk ki, bu gün açılışını etdiyiniz bu mərkəzi xəstəxana Sizin ağcabədililərə etdiyiniz növbəti hədiyyədir. Göstərdiyiniz diqqət və qayğıya görə Sizə səmimi minnətdarlığımızı bildiririk.

Mən bir həkim kimi, bu gün ölkəmizdə səhiyyənin inkişafını izləyirəm və əldə olunan nailiyyətlərə hədsiz sevinirəm. Bu gün bu uğurların kökündə Sizin sosial siyasətinizin əsasını təşkil edən insan amili, insan sağlamlığı dayanır. Eyni zamanda, mətbuat xəbərləri ilə də tanış oluram və görürəm ki, son 10 ildə ölkəmizdə müasir xəstəxanalar açılmış, eyni zamanda, dərman təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşmış, həkimlərimizin peşəkarlığı artmışdır. Bu bir faktdır ki, Azərbaycanda, ölkəmizdə onlarla xəstəxana, müalicə-diaqnostika mərkəzləri tikilib istifadəyə verilibdir. Elə bir bölgəmiz yoxdur ki, orada səhiyyə obyektləri tikilməsin və ya yenidən qurulmasın. Bu, inanılmaz bir göstəricidir.

Bu gün açılışını etdiyiniz bu mərkəzi xəstəxana bunun bariz nümunəsidir. Bu xəstəxanada fəaliyyət göstərən bütün həkimlər, tibb işçiləri adından Sizə dərin minnətdarlığımızı bildiririk və bir daha Ağcabədiyə “Xoş gəlmisiniz!” deyirik. Azərbaycanın bu günü və sabahı daim Sizinlə olsun, Tanrı Sizi qorusun!

Prezident İlham ƏLİYEV: Sağ olun. Çox sağ olun. Xəstəxana əlbəttə, ilk növbədə pasiyentlər üçündür. Amma həkimlərin də iş yeridir. Ona görə də həkimlər üçün gözəl iş yeri yaradılıbdır. Burada işləmək əlbəttə ki, hər bir həkim üçün xoşdur. Burada işləyən həkimlər hamısı yerli sakinlərdir. Bakıdan da gələ bilərlər, əlbəttə. Belə gözəl tibb mərkəzində işləmək hər kəs üçün xoş olar. Əvvəllər bölgələrə o qədər də böyük həvəslə gəlmirdilər. Çünki infrastruktur yox idi, problemlər var idi, gediş-gəliş çətin idi. Rayon xəstəxanalarımız da yaxşı vəziyyətdə deyildi. Amma indi belə xəstəxanada hər bir həkim böyük həvəslə işləyə bilər. Belə də olmalıdır. Yəni, ölkəmiz belə inkişaf etməlidir. Yoxsa paytaxt inkişaf etsin, bölgələr geridə qalsın, bu, mümkün deyildir.

On ildir ki, regional inkişaf proqramı icra edilir. Artıq ikinci proqram başa çatır. Bu on il ərzində bölgələr canlandı. Növbəti proqram da hazırlanır. O da gələn il qəbul ediləcəkdir, beşillik proqram. Orada da bu günə qədər görə bilmədiyimiz işləri nəzərə alacağıq. Onlar da həll olunacaqdır. Bütün şəhərlərdə bax, bu səviyyədə xəstəxanalar olmalıdır. Artıq buna az qalıbdır. Ondan sonra poliklinikalar, tibb məntəqələri, kənd məntəqələri, hamısı. Dərman təchizatı da yaxşıdır. Şərait vardır, avadanlıq vardır. Qalıb ki, xidmət göstərilsin, insanlara, xəstələrə qayğı göstərilsin və müalicə də yüksək səviyyədə olsun. Bir daha təbrik edirəm, sizi.

SAKİNLƏR: Çox sağ olun.

X X X

Sonra xatirə şəkli çəkdirildi.

X X X

Prezident İlham Əliyev Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının yeni binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verdi ki, dövlətimizin başçısının 2010-cu il 30 mart tarixli Sərəncamına əsasən 205 çarpayılıq Mərkəzi Rayon Xəstəxanasının tikintisi üçün Prezidentin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 5 milyon manat vəsait ayrılmışdır. Tibb ocağının tikintisinə 2011-ci ilin mayında başlanılmış, bu ilin avqustunda başa çatdırılmışdır. Ümumi ərazisi 3,9 hektar olan xəstəxana beş korpusdan və bir yoluxucu xəstəliklər bölməsindən ibarətdir. Yeni səhiyyə müəssisəsində əməliyyat boksu, cərrahiyyə və reanimasiya, doğum, ginekologiya, observasiya, otolarinqologiya, kardioloji, terapiya, uşaq qəbulu, uşaq terapiya, hemodializ, şüa-diaqnostika şöbələri, poliklinika və uşaq poliklinikası, konfrans zalı, laboratoriya, camaşırxana, digər yardımçı sahələr fəaliyyət göstərəcəkdir.

Xəstəxananın müasir şəraitlə təmin edilməsi ilk növbədə burada tibbi müayinələrin və müalicə işinin ən yüksək səviyyədə təşkilinə və aparılmasına hərtərəfli imkan verir. Bina bütün növ kommunikasiyalarla təchiz edilmişdir. Tibb ocağının ərazisində 19 min kvadratmetr sahəyə asfalt döşənmiş, 11 min kvadratmetr yaşıllıq zolağı salınmışdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının yeni binası istifadəyə verilmişdir VİDEO

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Mingəçevirdəki "Kürü keçək?! 5" yarışına rekord sayda iştirakçı qatılıb

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib