Azərbaycan Dövlət İnformasiya Agentliyi

Astara Rayon Mərkəzi Xəstəxanasının binası əsaslı şəkildə yenidən qurulmuşdur VİDEO

Bakı, 4 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də əsaslı şəkildə yenidən qurulmuş Astara Rayon Mərkəzi Xəstəxanasında yaradılmış şəraitlə tanış olmuşdur.

Prezident İlham Əliyev əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon ictimaiyyətinin nümayəndələrini və xəstəxananın kollektivini salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Biz Rayon Mərkəzi Xəstəxanasının yenidən açılışına toplaşmışıq. Keçən il bu ərazidə görüşmüşdük. O vaxt mərkəzi binanın açılışını qeyd etdik. Sonra da mən fikir verdim ki, bu bina - poliklinika və təcili yardım hissələri təmirsiz qalmışdır. Əlbəttə, bu vəziyyət bizi qane edə bilməzdi. Ona görə göstəriş verilmişdi ki, bu bina da əsaslı şəkildə təmir edilsin.

İndi burada bütün işlər görülüb. Diaqnostika avadanlığı quraşdırılıb. Təcili yardım, poliklinika şöbələri yenidən qurulub. Astarada tibb məsələləri demək olar ki, öz həllini tapmışdır. Yadımdadır, keçən il burada görüşmüşdük. Çox şadam ki, verilən göstərişlər vaxtında icra edilir. Bir il keçəndən sonra artıq biz yenidən burada görüşürük. Hesab edirəm ki, hər bir iş axıra qədər görülməlidir və heç bir iş yarımçıq qala bilməz, xüsusilə, səhiyyə sahəsində. Çünki bu, insanların sağlamlığı ilə bilavasitə bağlı olan sahədir. Azərbaycanda müxtəlif yerlərdə yeni səhiyyə ocaqları açılır. Bu gün Cəlilabadda böyük xəstəxananın açılışını etmişik. Keçən həftə Ağcabədidə böyük xəstəxananın açılışını qeyd etdik, bu gün Astarada. Yəni, hər bir şəhərdə yüksək tibbi xidmət olmalıdır və artıq Astarada da keyfiyyətli müalicə almaq üçün bütün imkanlar vardır. Əsas məsələ ondan ibarətdir ki, vətəndaşlar bu şöbəyə - diaqnostika şöbəsinə vaxtında müraciət etsinlər, müayinədən keçsinlər.

Mənim Astaraya səfərlərim çox olmuşdur. Son 10 il ərzində bu, altıncı səfərimdir. Hər dəfə açılışlarda iştirak edirəm, hər dəfə yenilikləri görürəm. Şəhər gözəlləşir, indi Astara müasir şəhərə çevrilibdir. Gözəl binalar tikilir, parklar, xiyabanlar salınır, insanların rahatlığı üçün şərait yaradılır. Kənd yollarının tikintisi məni xüsusilə sevindirir, çünki buna böyük ehtiyac var idi. Xüsusi sərəncamlar əsasında iki böyük layihə icra edilir. Biri icra edilmişdir. Keçən il biz onun açılışını etdik. Digər böyük layihə isə icra edilir. Bu böyük layihələrin icrası nəticəsində demək olar ki, əksər kəndlərə gedən yollar yaxşı vəziyyətdə olacaqdır. Yəni, bu problem Astara rayonunda öz həllini tapacaqdır. Hesab edirəm ki, yaxın aylar ərzində əsas məsələlər həll olunacaq və gələn illərdə qalan kənd yolları da normal vəziyyətə gətiriləcəkdir.

Əvvəlki dövrlərdə rayonda digər infrastruktur layihələri icra edilmişdir. Yadımdadır ki, elektrik stansiyası tikilmişdir. Bu stansiya bu gün bütün zonaya xidmət göstərir. Olimpiya Mərkəzi yaradılmışdır. Keçən il Gənclər evinin açılışını etdik. Yəni, Astarada açılışlar çox olub. Çünki çox iş görülmüşdür. Şadam ki, biz bütün bu işlərin nəticələrini görürük. Əlbəttə ki, gələcəkdə hələ görüləsi işlər çoxdur. Demək olar ki, əsas infrastruktur layihələrinin başa çatması məni sevindirir. Onların içində içməli su layihəsi hələ ki, həll olunmamış qalır, hazırlıq işləri gedir. Güman edirəm ki, yaxın aylarda bu böyük layihə də icra edilməyə başlanacaq və beləliklə, Astara şəhərində içməli su, kanalizasiya problemi tam şəkildə öz həllini tapacaqdır. Ətraf rayonlarda da bu istiqamətdə işlər görülür. Astarada da bu, mütləq baş verməlidir.

Mənə verilən məlumata görə, qazlaşdırma işləri yaxşı gedir. Şəhər tam qazlaşdırılıbdır. Hər mənzildə, hər evdə təbii qaz vardır. Kəndlərdə də vardır. Amma çalışmalıyıq ki, hər bir kənddə təbii qaz olsun. Bu layihə də böyük əhəmiyyət kəsb edir. Yəni, bunlar əsas layihələrdir. İnfrastruktur və sosial obyektlərin yaradılması əsas məsələlərdir. Əlbəttə, bununla paralel olaraq digər məsələlər də öz həllini tapmalıdır. İş yerlərinin açılması, yeni müəssisələrin işə düşməsi. Bu istiqamətdə hələ görüləsi işlər çoxdur ki, vətəndaşlar işlə təmin olunsunlar, yaxşı işləsinlər, yaxşı maaş alsınlar və rahat, firavan yaşasınlar.

Bütün bu işlərin arasında əlbəttə ki, insanların sağlamlığı ön plandadır. Əminəm ki, burada həkimlər xəstələrə yaxşı xidmət göstərirlər. İndi burada quraşdırılan yeni avadanlıqla bu xidmət daha da yüksək olmalıdır. Sizi bir daha bu gözəl hadisə münasibətilə təbrik etmək istəyirəm.

X X X

Astaranın inkişafına və astaralılara göstərdiyi qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə rayon ictimaiyyəti adından minnətdarlıq edən həkim Aytən ŞİRİYEVA çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident, icazə verin, Sizi Astara torpağında bütün astaralılar adından ürəkdən salamlayım və Sizə “Xoş gəlmisiniz!” deyim. Ötən il rayonumuza tarixi səfəriniz zamanı əsaslı təmir edilmiş Astara Rayon Mərkəzi Xəstəxanasının birinci korpusunun açılışını etmişdiniz. Əsaslı təmir edilmiş xəstəxanamız ən müasir tibbi avadanlıqla təchiz olunmuşdur. Bununla da Siz bizə - tibb işçilərinə və bütün Astara əhalisinə böyük bir hədiyyə bəxş etmisiniz.

Bu gün də çox sevindirici bir gündür. Xəstəxanamızın ikinci korpusunu istifadəyə verirsiniz. Mən beş ildir ki, xəstəxanamızda həkim kimi çalışıram. Uşaq həkimi olaraq çox sevinirəm ki, bu korpusda uşaqlarımıza yüksək səviyyədə xidmət edəcək poliklinika və stasionar şöbələr də vardır. İndi bu şəfa ocağında sakinlərimiz yüksək səviyyədə tibbi xidmət alacaqlar. Artıq sakinlərimiz müalicə və müayinə üçün uzaqlara getməyəcəklər. Çünki xəstəxanamızda belə bir şərait yaradılıb ki, ildə bir dəfə sakinlərimiz buraya gəlib müayinədən keçə biləcək, müalicə alıb şəfa tapacaqlar. Cənab Prezident, belə səhiyyə obyektlərinin tikilib istifadəyə verilməsi regionlarda əhalimizin sağlamlığını lazımi səviyyədə təmin etmək üçün əlverişli şərait yaradır. Bununla da Siz xalqımıza yüksək diqqət və qayğınızı bir daha sübut edirsiniz.

Təkcə səhiyyə sferası deyil, həyatımızın bütün sahələri yüksək sürətlə inkişaf edir. Şəhərlərimiz, kəndlərimiz yüksək dərəcədə dəyişir, inkişaf edir. İnsanlarımızın yaşayış səviyyəsi durmadan yüksəlir. Artıq Azərbaycanımız dünyada qüdrətli və hər şeyə qadir olan bir dövlətə çevrilmişdir.

Sizin yorulmaz fəaliyyətiniz, mətin iradəniz dövlətimizi xoşbəxt və parlaq gələcəyə aparır. Hər bir Azərbaycan vətəndaşı bunu artıq həyatında hiss edir və əmindir ki, onun bütün arzularını məhz Siz reallaşdıracaqsınız. Biz ölkəmizin taleyini, öz taleyimizi Sizə etibar edirik. Vaxtilə Ulu Öndərimizin böyük uzaqgörənliklə söylədiyi “Azərbaycan dünyaya bir günəş kimi doğacaq” sözlərini bu gün Siz səmərəli fəaliyyətinizlə bir həqiqətə çevirmisiniz. Həyata keçirdiyiniz məqsədyönlü, uğurlu siyasətiniz nəticəsində bu gün Azərbaycan beynəlxalq tədbirlərə və layihələrə ev sahibliyi edir. Artıq dünya ölkələri Azərbaycanı ən etibarlı tərəfdaş kimi qəbul edir. Biz Sizinlə fəxr edir və qürur duyuruq, cənab Prezident. Bu gün bütün səhiyyə işçilərimiz adından, astaralılar adından Sizi əmin edirik ki, biz insanlarımızın sağlamlığını təmin etmək üçün səylərimizi gücləndirəcəyik və vəzifələrimizi daha da böyük əzmkarlıqla yerinə yetirməyə çalışacağıq. Bizim üçün yaratdığınız bu ideal şəraitə görə Sizə bir daha bütün səhiyyə işçiləri və astaralılar adından dərin təşəkkürümüzü bildiririk. Sizə və ailənizə cansağlığı arzulayırıq.

Prezident İlham ƏLİYEV: Sağ olun. Mən əminəm ki, burada yaxşı xidmət göstəriləcəkdir. Həkimlərin də əksəriyyəti gənclərdir. Gənclər bizim gələcəyimizdir. Əlbəttə ki, burada xəstələrə qayğı, diqqət, yüksək xidmət göstərilməlidir. Artıq Astaradan başqa yerlərə, başqa şəhərlərə getməyə ehtiyac qalmır. İndi bütün müayinə, diaqnostika, müalicə burada həll olunacaqdır. Burada bütün şöbələr vardır.

Bilirsiniz, ümumiyyətlə, hər bir ölkənin inkişafı təkcə paytaxtın inkişafı ilə ölçülmür. Əlbəttə ki, Bakı şəhəri indi dünyanın ən gözəl şəhərlərindən biridir. Bunu indi Azərbaycan vətəndaşları da, Bakıya gələn qonaqlar da görürlər. Ancaq bölgələrin inkişafı hər bir ölkənin real gücünü göstərir. Son illərdə Azərbaycanın bölgələrində aparılan işlər bir daha Azərbaycanın qüdrətli ölkə olduğunu təsdiqləyir. Çünki hər bir yerdə, hər bir bölgədə inkişaf, quruculuq işləri gedir. Mən bütün ölkəni gəzmişəm. Hər bir rayonda bir neçə dəfə olmuşam. Astaraya artıq altıncı səfərimdir. Görürəm hər yerdə, ölkəmizin istənilən nöqtəsində, nəinki şəhərlərdə, kəndlərdə, qəsəbələrdə də böyük quruculuq işləri gedir. Rayonlar elə bil ki, bir-biri ilə rəqabət aparır. Amma bu, sağlam rəqabətdir və bizi inkişafa doğru aparan rəqabətdir. Hər rayonun ictimaiyyəti, fəalları istəyirlər ki, onların rayonu daha da gözəl olsun, işlər daha da yaxşı getsin. Bax, uğurlarımızın təməlində dayanan bunlardır. Əlbəttə ki, düzgün qərarlar qəbul edilmişdir. İki regional proqram qəbul edilib. Artıq ikinci proqram başa çatır. Mən bölgələrdə səfərlərdə olarkən əlavə göstərişlər verirəm. Bax, bu canlı bağlantı bizə imkan verir ki, bütün məsələləri həll edək. Əlbəttə ki, düzgün qərarlar uğurlarımızın təməlində dayanan amildir. Ancaq, eyni zamanda, yerlərdə insanların təşəbbüsləri, zəhməti və öz dövlətinə olan sədaqəti bax, bu uğuru daha da möhtəşəm edir. Çünki Astarada görülən işlər sizin, necə deyərlər, zəhmətinizin məhsuludur. Düzdür, büdcəmiz də artır, investisiya proqramı da kifayət qədər böyükdür. Vəsait də ayrılır - həm dövlət büdcəsindən, həm Prezidentin ehtiyat fondundan. Ancaq bu maliyyə imkanlarını real həyata çevirmək artıq sizin işinizdir. Mən çox şadam ki, bütövlükdə son 10 il ərzində Azərbaycanın hər bir yerində quruculuq, inkişaf meyilləri çox güclüdür. Cəmiyyətdə çox gözəl ab-hava vardır. Çox böyük quruculuq ab-havası vardır və hər bir bölgədə insanlar çalışırlar ki, öz əməyi ilə ölkəmizi daha da gücləndirsinlər. Hər bir bölgənin inkişafı nəticədə ölkəmizin inkişafını müəyyən edir.

Azərbaycan xəritəsində Astara rayonunun xüsusi yeri vardır. Bu, sərhəd rayonudur. Bakıdan uzaqda yerləşən rayondur. Ona görə buraya xüsusi diqqət daim olmalıdır, vardır, olacaqdır. Bu günə qədər görə bilmədiyimiz işləri biz növbəti illərdə görəcəyik. Biz bu problemləri bilirik, onları həll edəcəyik və Astarada bütün infrastruktur, sosial məsələlər ən yüksək səviyyədə öz həllini tapacaqdır. Sizi bir daha ürəkdən təbrik edirəm.

X X X

Sonra xatirə şəkli çəkdirildi.

X X X

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına məlumat verdi ki, bu tibb ocağının yenidən qurulmasına 2012-ci ilin mayında başlanmış, bu ilin avqustunda başa çatdırılmışdır. Əsaslı yenidənqurma işlərinin aparılması, əlavə tibbi avadanlıq və inventarın alınması üçün Prezidentin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılmışdır. Yenidənqurma və təmir işlərinin görüldüyü ümumi sahə 10 min 674 kvadratmetrdir. Xəstəxananın birinci mərtəbəsində poliklinika, hemodializ, şüa-diaqnostika, təcili tibbi yardım, laboratoriya şöbələri, həmçinin gigiyena və epidemiologiya mərkəzi yerləşir. İnzibati bölmə, poliklinika, fizioterapiya və pediatriya şöbələri ikinci mərtəbədə fəaliyyət göstərir. Bu səhiyyə ocağında xəstələrə yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür şərait yaradılmışdır. Burada yaradılan şərait rayon sakinləri ilə yanaşı, ətraf rayonların əhalisinə də yüksək tibbi xidmət göstərmək imkanı yaradır. Yenidənqurma işləri çərçivəsində ərazidə əsaslı abadlıq və yaşıllaşdırma tədbirləri həyata keçirilmişdir. Burada müasir infrastruktur formalaşdırılmışdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Astara Rayon Mərkəzi Xəstəxanasının binası əsaslı şəkildə yenidən qurulmuşdur VİDEO

Ötən həftə 149 mina və 412 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Araz çayında batan yeniyetmənin axtarışına dalğıclar cəlb edilib - YENİLƏNİB

Şəmkirdə vətəndaşların daşınmaz əmlakla bağlı müraciətləri dinləniləcək

“Young Learners” kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir

DİM dövlət qulluğu imtahanından müvəffəqiyyətlə keçənlərə müraciət edib

Balakənli saç ustasının uğur hekayəsi: Özünüməşğulluq proqramı fəaliyyətimdə dönüş nöqtəsi oldu

Filippində güclü zəlzələdən sonra hava limanı bağlanıb

NİİM sürücülərə növbəti dəfə müraciət edib VİDEO

NİİM sürücülərə növbəti dəfə müraciət edib VİDEO

Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır

Bakıda beynəlxalq tennis turnirinə yekun vurulub

Şəhriyar Məmmədyarov Özbəkistandakı turnirə qələbə ilə başlayıb

Yaponiyada sunami xəbərdarlığı elan olunub

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

Azərbaycan pauerliftinqçiləri Avropa çempionatında iki rekordu yeniləyiblər

Dünya birjalarında neft bahalaşıb

HHQ-də zabit təkmilləşdirmə kursunu bitirənlərə sertifikatlar təqdim edilib

FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib VİDEO

FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib VİDEO

Azərbaycan dilini öyrənmiş astanalı qız: Bu prosesdə musiqi böyük rol oynadı – MÜSAHİBƏ

Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb

Filippində güclü zəlzələ baş verib, ölənlər var YENİLƏNİB

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinə Dövlət Rəqs Ansamblının konserti ilə yekun vurulub

Azərbaycanın media nümayəndələri Türkmənistan muzeyləri ilə tanış olublar

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

“Telegraph”: ABŞ Mavrikidən Çaqos arxipelaqını almağı nəzərdən keçirir

Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj

Si Cinpinin Şimali Koreyaya səfəri başlayıb

Tramp: Netanyahu ABŞ-İran razılaşmasını qəbul etməli olacaq

Böyük Britaniya, Fransa və Almaniya Ukrayna üçün birgə uzaqmənzilli silah sistemləri istehsal edəcək

Florentino Peres yenidən “Real Madrid”in prezidenti seçilib

Hesabat: Nüvə dövlətləri arsenallarını modernləşdirməyə davam edir

Zelenskinin Londonda Avropa liderləri ilə görüşünün detalları açıqlanıb

“Tasnim”: İran İsraili “Xeybarşekan” ballistik raketləri ilə vurub

“Kan”: İsrail İranın raket hücumuna cavab vermək niyyətindədir

Türkiyədə yeni Konstitusiyanın hazırlanması istiqamətində addımlar sürətlənir

“Exit-poll”un nəticələrinə görə Nikol Paşinyanın partiyası səslərin 56,7 faizini qazanıb

“OPEC+” iyul ayı üçün neft hasilatının artırılmasını təsdiqləyib

Aralıq dənizində miqrant faciəsi: Ölənlər var

Tramp: Netanyahuya zəng edib İrana cavab verməməsini istəyəcəyəm

İraqda ağır yol qəzasında azı 21 nəfər ölüb

Tramp İrana müraciət edib: Masaya qayıdın və razılaşma əldə edin

Elektron səsvermənin nəticələrinə görə Nikol Paşinyanın partiyası seçkilərdə liderdir

Türkiyə və İranın XİN başçıları arasında telefon danışığı olub

İraq hava məkanını müvəqqəti bağlayıb

Tramp İsrail və İran arasındakı gərginlik barədə məlumatlandırılıb

İran yenidən İsrailə hava zərbələri endirib

Əziz Yıldırım 8 ildən sonra yenidən “Fənərbağça”nın prezidenti seçilib

Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib

Danimarka millisinin kapitanı Kristian Eriksen Ukrayna ilə oyun zamanı huşunu itirərək yerə yıxılıb

Ermənistanda keçirilən parlament seçkilərində seçicilərin 58,97 faizi iştirak edib

Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal

Sami Yusuf Mərakeşdə azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşüb

Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib

Azərbaycanın voleybol milli komandaları Avropa Liqasında birinci mərhələni başa vurublar

SOCAR-ın minifutbol komandası Dünya Korporativ Oyunlarının qalibi olub

FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər

Çövkən üzrə Dünya Çempionatı: Polşa və Uruqvay ilk qələbələrini qazandılar

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO

Səudiyyə Ərəbistanında zəvvarlar üçün elektron qapı texnologiyası tətbiq edilib

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır

Ərdoğan: Sıfır Tullantı Hərəkatı sayəsində Türkiyə iqtisadiyyatına 365 milyard lirə töhfə verilib

Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb

Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO

Qarabağ Universitetində professional səs elminə həsr olunmuş konqres təşkil edilib

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub VİDEO

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub VİDEO

Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər

Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı bölməsi" açılıb

ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq

Tramp: ABŞ Tehranla razılığa gəlsə, zənginləşdirilmiş uranı məhv etmək üçün birlikdə çalışacaq

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı müşahidə radar məntəqələrinə zərbələr endirib

Qafqaz bəbirinin izi ilə Qarabağ tarixinə: “Doğma torpaq” filmi Aşqabadda

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yasamal parkında sərgi açılıb

Azərbaycanın akrobatika gimnastları Bakıdakı Dünya Kubokunda qızıl medal qazanıblar

AYİB-in Riqadakı plenar sessiyasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasından danışılıb

Azərbaycan ilə Dağıstan, Kareliya, Həştərxan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir

Qusarda gənc voleybolçuların seçimi aparılıb

Brüsseldə azərbaycanlıların irimiqyaslı futbol festivalı: III Suqovuşan Turniri başa çatıb

Çexiyada Azərbaycan mədəniyyəti və milli mətbəxi təqdim edilib

Bu gün Abşeron yarımadasının bəzi ərazilərinə dolu düşəcəyi gözlənilir

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

"Cənnət yuxusu" filmi Aşqabadda nümayiş olunub

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb

Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəki və Zaqatalada qəbul imtahanı 12 mərkəzdə aparılıb

Böyük Britaniyanın Baş naziri Zelenski, Makron və Mertslə Ukraynaya dəstəyi müzakirə edəcək

Cənubi Koreyanın milli valyutasının məzənnəsi son 17 ildə ən aşağı həddə enib

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var

Britaniya parlamenti: Müdafiə xərcləri planının gecikməsi ölkənin etibarlılığına zərbə vurur

Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir

Agentlik: İdxal-ixrac prosedurlarının bütün əsas istiqamətləri elektron müstəviyə daşınıb

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO