Azərbaycan Dövlət İnformasiya Agentliyi

ATU-nun Psixiatriya kafedrasının yaranmasının 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans işə başlayıb VİDEO

Bakı, 22 may, Göyçək Mahmudlu, AZƏRTAC

Mayın 22-də Azərbaycan Tibb Universitetində (ATU) Psixiatriya kafedrasının yaranmasının 100 illiyinə həsr edilmiş “Məhkəmə psixiatriyasının aktual problemləri” mövzusunda beynəlxalq konfrans işə başlayıb. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, ATU və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Türkiyə, Gürcüstan, Rusiya, Qazaxıstan və Belarusdan olan mütəxəssislər də iştirak edirlər.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən ATU-nun rektoru, tibb elmləri doktoru, professor Gəray Gəraybəyli yubiley ilində ölkəmizdə psixi sağlamlıq sahəsinin inkişaf tarixinin, bu yolda əziyyət çəkmiş alimlərin fədakar əməyinin, elmə və təhsilə verilən böyük dəyərin yad olunduğunu bildirib. Psixiatriya kafedrasının təkcə elmi araşdırmaların və akademik biliklərin mərkəzi olmadığını, həm də minlərlə həkimin, psixiatr və psixoloqun yetişdiyi bir məktəbə çevrildiyini qeyd edib: “Azərbaycanda ixtisaslı tibbi kadrların hazırlanmasına 1919-cu ildən Bakı Dövlət Universitetinin tibb fakültəsinin yaradılması ilə başlanılıb. 1920-ci ildə isə rektor, tanınmış nevroloq, professor Sergey Nikolayeviç Davidenkov Tibb fakültəsində psixonevrologiya kafedrasını təşkil edib. 1925-ci ildə Psixonevrologiya kafedrasından ayrılan Psixiatriya kafedrası müstəqil elmi-pedaqoji fəaliyyətə başlayıb”.

Qeyd edilib ki, 1925-ci ildən sonra professor Aleksandr Perelmanın rektorluğu dövründə kafedrada geniş elmi və pedaqoji fəaliyyət aparılıb. Kafedranın nəzdində elmi kitabxana və psixoloji laboratoriya yaradılıb, klinik psixologiya sahəsində də ilk araşdırmalara başlanılıb. 1930-cu ildə müstəqil Azərbaycan Tibb İnstitutunun yaradılması Psixiatriya kafedrasının fəaliyyəti üçün yeni imkanlar açıb. 1939-cu ildən etibarən 20 il ərzində kafedraya professor Dmitri Sergeyeviç Ozereçkovski rəhbərlik edib. Onun ardınca kafedraya Azərbaycanda psixiatriya üzrə ilk tibb elmləri doktoru, eləcə də kafedranın ilk azərbaycanlı rəhbəri Əhməd Abasquliyev, daha sonra professor Ağabəy Sultanov rəhbərlik edib. Ondan sonra kafedra rəhbəri olan professor Gəray Gəraybəyli əvvəlki dövrdə qoyulmuş ənənələrin davam etdirildiyini bildirib: “Ən mühüm yeniliklərdən biri Çikaqo Universiteti ilə birgə uşaq və yeniyetmələrin psixi sağlamlığı sahəsində həyata keçirdiyimiz elmi layihə oldu”.

Professor G.Gəraybəyli bildirib ki, son 5 ildə kafedranın elmi fəaliyyətinə təsir edən iki əsas hadisə – COVID-19 pandemiyası və Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan İkinci Qarabağ müharibəsi olub: “Kafedramız tərəfindən ilk dəfə olaraq pandemiya dövründə yaranan psixi pozuntularla bağlı tədqiqatlar aparılması nəticəsində klinik protokollar, yardım proqramları hazırlanıb. Xalqımızın tarixinə qızıl hərflərlə yazılan 44 günlük İkinci Qarabağ müharibəsindən sonra isə şəhid ailələri, qazilər və terror qurbanlarına mərhələli şəkildə psixoloji dəstək göstərilib. Ümumilikdə son 5 ildə kafedra tərəfindən 116 elmi məqalə, 3 dərslik, 3 monoqrafiya, 4 tədris-metodik vəsait, 7 klinik protokol hazırlanıb. Nəticələr ölkə üzrə psixiatriya müəssisələrində tətbiq edilib və bir çoxu Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına daxil edilib, 23 beynəlxalq və 7 yerli forumda təqdim olunub. Bu illər ərzində kafedramız elmə görkəmli alimlər bəxş edib, bir çox beynəlxalq layihələrə imza atıb və psixi sağlamlıq sahəsində ölkəmizin etibarlı dayağı olub”.

Səhiyyə nazirinin müavini Nadir Zeynalov 100 il ərzində psixiatriya kafedrasının və kollektivinin şanlı və şərəfli yol keçdiyini vurğulayıb. Onun sözlərinə görə, müxtəlif illərdə kafedrada çalışmış alimlər və mütəxəssislər milli psixiatriya elminin əsasını və onun inkişafının təməlini qoyublar: Psixiatriya kafedrasına rəhbərlik etmiş alimlər milli psixiatriyanın korifeyləri olublar. Psixiatriyanın müxtəlif istiqamətlərinin olduğunu bildirən nazir müavini fikirlərinə belə davam edib: "Onlardan biri məhkəmə psixiatriyasıdır. Əslində məhkəmə psixiatriyası iki elmin kəsişməsində duran bir sahədir: tibbin və hüququn. Məhkəmə psixiatriyası olduqca mürəkkəb, məhkəmə psixiatrlarının işi olduqca çətindir. Çünki məhkəmə psixiatrlarının kontingenti fərqlidir. Onlar bir çox hallarda cinayət törətmiş insanlarla işləyirlər. İkinci səbəb isə məhkəmə psixiatrlarının çox böyük məsuliyyət daşımasıdır. Çünki onların rəyinə əsasən hakim qərar verir. Həmin qərar bəzi hallarda insanın taleyini dəyişir. Odur ki, onların üzərində həm hüquqi, həm də mənəvi məsuliyyət var. “Məhkəmə psixiatriyasının aktual problemləri” konfransının çox intensiv proqramı tərtib olunub. Burada üç əsas istiqamət mövcuddur: tibbi, hüquqi beynəlxalq təcrübə mübadiləsi".

Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Belarus nümayəndələri öz təbriklərini çatdırıb və konfransın işinə uğurlar arzulayıblar.

Sonra Psixiatriya kafedrasının 100 illiyinə həsr edilmiş filmin nümayişi olub, kafedranın bir əsrlik tarixinə nəzər yetirilib.

Açılış mərasimindən sonra bədii hissə nümayiş olunub.

Daha sonra beynəlxalq konfrans paralel sessiyalarla işini davam etdirib. Tədbirdə Azərbaycan, Rusiya, Qazaxıstan və Belarusda məhkəmə-psixiatrik ekspertizasının təşkili ilə bağlı təqdimatlar keçirilib.

İki gün davam edəcək tədbirdə psixi pozuntular zamanı cinayət məsuliyyətinin müəyyən edilməsi, həmin şəxslərin sosial müdafiəsi, psixi sağlamlıq xidmətlərinin tibbi sanitariyaya inteqrasiyası, müharibə və insanlıq əleyhinə cinayətlərin qarşısının alınmasında psixiatriyanın rolu, mülki işlərdə məhkəmə-psixiatrik ekspertizası, intiharın psixoloji aspektləri, cinayət törətmiş qadınların kriminal-psixoloji xarakteristikası və digər aktual mövzular müzakirə olunacaq.

 

ATU-nun Psixiatriya kafedrasının yaranmasının 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans işə başlayıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO