Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Postmodern dövrdə milli özünüdərk” mövzusu ətrafında geniş müzakirələr aparılmışdır VİDEO

“Postmodern dövrdə milli özünüdərk” mövzusu ətrafında geniş müzakirələr aparılmışdır VİDEO

Bakı, 1 noyabr (AZƏRTAC). Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Postmodern dövrdə milli özünüdərk” mövzusunda “dəyirmi masa” keçirilmişdir.

Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidovun, Ankara Universitetinin rektoru Erkan İbişin və Avstraliyanın Sosial Texnologiyalar Konsaltinqinin rəhbəri Frank Kemp Salterin həmsədrliyi ilə keçirilən “dəyirmi masa”da çıxış edən “Vsesvit” dünya ədəbiyyatı jurnalının baş redaktoru Dmitro Drozdovski Forumun əhəmiyyətindən danışmış, tədbiri yüksək qiymətləndirmiş, dünyada yaşayan insanların mədəni və etnik fərqlilikləri, bunların postmodernizm təfəkkürünə təsiri barədə fikirlərini bölüşmüşdür. O, dünyada dostluq və həmrəylik prinsiplərinə riayət etməyin vacibliyini diqqətə çatdırmışdır. D.Drozdovski Azərbaycanda müxtəlif mədəniyyətlərin, müxtəlif dinlərin dinc yanaşı inkişaf etdiyini bildirmiş və bunu yüksək dəyərləndirmişdir. Məruzəçi, ümumiyyətlə Bakı Forumunun bütün “dəyirmi masa”larının müasir dövrümüzün həlli vacib məsələlərinə həsr olunduğunu bildirmişdir.

Daha sonra ADU-nun beynəlxalq əlaqələr kafedrasının müdiri Samir Həmidov “Virtual gerçəkliyin sosial-siyasi təsirləri” mövzusunda çıxış edərək modern dünyada milli özünəməxsusluğun əhəmiyyətinin getdikcə artdığını və postmodernizmin qloballaşma, internet və digər vasitələrlə ixrac edildiyini diqqətə çatdırmışdır. O, miqrasiyanın insanlara böyük təsir etdiyini, onların yeni məskunlaşdıqları ölkənin mədəniyyəti və cəmiyyətinə uyğunlaşması prosesində böyük vaxt sərf etdiklərini bildirmişdir. Virtual aləmin qarşılıqlı ünsiyyət əlaqələrini genişləndirməkdə mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdıran S.Həmidov virtual gerçəkliyin şəxsiyyətə və cəmiyyətə təsir edə biləcəyini vurğulamışdır.

Cənubi Afrika Respublikasının Beynəlxalq Münasibətlər İnstitutunun nümayəndəsi Tomas Uiler “Tam şəkildə olmayan postmodern dünyada milli özünüdərkin yaranması” mövzusunda çıxış edərək bildirmişdir ki, müasir dünyamız irqindən, dilindən, dinindən asılı olmayaraq fərqli mədəniyyətləri təmsil edən xalqların nümayəndələrini birləşdirir. Milli özünüdərk hərəkatı ayrı-seçkiliyə, düşmənçiliyə qarşı çıxır, beləliklə də mədəniyyətlərarası dialoqun gücləndirilməsində mühüm rol oynayır.

Humanitar Forumun və onun bölmə iclaslarının yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə iştirakçılar adından minnətdarlığını bildirən Avstriya yazıçısı Piter Qruber demişdir ki, son dövrlərdə dünyada mədəniyyətlərin, mədəni irsin qorunması və inkişafı sahəsində bir sıra mühüm addımlar atılmışdır. Avstriyalı yazıçı bildirmişdir ki, fərqli cəmiyyətlər hər bir milli icmanın inkişafına müəyyən təsir göstərir. P.Qruber qeyd etmişdir ki, müxtəlif mədəniyyətlərin qarşılıqlı təsirinə baxmayaraq, insanlar öz milli kimliyini qoruyub saxlamağa çalışmalıdırlar.

Universitetlərarası əməkdaşlığın yüksək səviyyədə davam etdiyini bildirən İtaliyanın Milan Universitetinin dosenti Alessandro Vitale “Şüur, etnik münasibətlər, münaqişələr: psixoloji yanaşma və beynəlxalq münasibətlər səviyyəsi” mövzusunda təqdimatla çıxış edərək gənclərin bir-biriləri ilə ünsiyyət qurmasının vacibliyini vurğulamış, bu istiqamətdə sistematik aparılan analiz və tədqiqatların böyük rolu olduğunu söyləmişdir.

Ölkələrimiz arasında humanitar və mədəni əməkdaşlığın yüksək səviyyədə olduğunu diqqətə çatdıran Romanın Luis Universitetinin professoru Natalino Ronzitti “ATƏT prinsipləri, milli azlıqlar və dövlətlərin ərazi bütövlüyü” mövzusunda çıxış edərək milli azlıqların Azərbaycanda sülh şəraitində yaşamasını yüksək qiymətləndirmişdir. Qeyd edilmişdir ki, insan hüquqları barədə qəbul olunan bəyannamələr cəmiyyətə tam rəğbəti aşılamalı və milli azlıqlara olan hörmət, ölkələrin ərazi bütövlüyünü parçalamamalıdır.

Sonra Siena Universitetinin professoru Luka Verçikellinin, Avstriyanın Vyana Universitetinin professoru Hilde Hayderin və ADU-nun professoru Svetlana Cəbrayılovanın həmsədrliyi ilə keçirilən “Postmodernist ədəbiyyatda və müasir diskursda milli özünüdərk” adlı ikinci bölmə iclasında çıxışlar olmuşdur.

Bu bölmə iclasında Yaponiyanın Osaka Universitetinin dosenti Tokoyuki Yokota Murakami “Rus yəhudi ədəbiyyatı tarixi nöqteyi-nəzərindən millətin dekonstruksiyasına bir baxış”, ADU-nun professoru Azad Məmmədov “Şəxs və media diskursu”, Beynəlxalq Türk Akademiyasının birinci vitse-prezidenti, qazaxıstanlı akademik Nur Əhməd Dost-Məhəmməd “Milli özünüdərk və dövlət ideologiyası”, ADU-nun dosenti Aybəniz İsmayılova “İngilis postmodernist ədəbiyyatında milli özünüdərk”, Rusiya Dövlət Sosial Universitetinin Minsk filialının professoru Kirill Şevçenko “Belarusda yaşayan poleşukların etnik özünüdərkinin formalaşdırılması: tarixi kontekst” mövzularında çıxış edərək bildirmişlər ki, postmodernist vəziyyət özünün və başqalarının mədəni dəyərlərini görmək təcrübəsini irəli sürür, müxtəlif mədəniyyətlərin inteqrasiyasını stimullaşdırır, dünyaya bütöv bir baxışın yaradılmasına kömək edir, ümumbəşəri mədəniyyətin formalaşmasına imkan yaradır. Natiqlər, həmçinin Azərbaycan mədəniyyətinin inkişaf meyillərindən, dünya mədəni irsinə verdiyi töhfələrdən də danışmışlar.

Çıxışlarda sivilizasiyalararası münaqişələrin səbəbləri, mövcud regional münaqişələrin acı nəticələri, mədəniyyətlərarası dialoqun mahiyyəti, çoxmədəniyyətliliyin əleyhinə çıxan siyasi meyillərin mənfi təzahürləri barədə fikirlər səslənmişdir.

Moldova Parlamentinin ombudsmanı xanım Aureliya Qriqoriu çıxışında ölkəsinin bir çox beynəlxalq hüquqi sənədlərə imza atdığını, Avropada milli azlıqların hüquqlarının qorunması istiqamətində qərarlar qəbul etdiyini vurğulamışdır.

Bu prinsiplərin əsasında hər bir insanın şəxsi özünüdərki onun təfəkkürünü əks etdirdiyini bildirən A.Qriqoriu şəxsi həyata hörmətin hər bir hökumətin öhdəlikləri sırasına daxil olduğunu, konstitusiya məhkəməsinin vəziyyətin vacibliyini nəzərə aldığını qeyd etmişdir.

“Dəyirmi masa”nın “Mədəni kod və onun postmodern dövrdə transformasiyası” mövzusunda sonuncu bölmə iclası İtaliyanın Milan Universitetinin dosenti Alessandro Vitalenin, ADU-nun professoru Jalə Qəribovanın və Argentinanın La Plata Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun professoru Xorxe Paulo Ramonun həmsədrliyi ilə keçirilmişdir.

Bu bölmə iclasında Rusiyanın M.K.Ammosov adına Şimal-Şərqi Federal Universitetinin professoru xanım Praskovya Sivtseva-Maksimova “Poetik janrların tədqiqi problemləri: qloballaşma kontekstində yakut klassik poeması” mövzusunda çıxış edərək bildirmişdir ki, Azərbaycanda mədəniyyət məsələləri hər zaman sivilizasiyası ilə seçilir. Qeyd edilmişdir ki, coğrafi məkan bir neçə mərhələlərdən ibarət ola bilər. Alim demişdir ki, bir neçə etnik qrupa daxil olan mədəniyyətlər bir yerdə məskunlaşa bilər.

Daha sonra ADU-nun nümayəndələri Gülnar Hüseynzadənin “XXI əsrdə mədəniyyətlərarası təhsil: Suallar və problemlər”, Misgar Məmmədovun “Mədəni kodun transformasiyasının psixoloji xüsusiyyətləri” mövzularında məruzələri dinlənilmişdir.

Məruzələrdə qloballaşan dünyada multikulturalizm, mədəniyyətdə modernləşmənin təzahürlərindən danışılmışdır. Bildirilmişdir ki, postmodernist mədəniyyət dünyada hələ də tam təşəkkül tapmamışdır. Bu məsələ ilə əlaqədar alimlərin, filosofların fikirlərini dinləmək isə çox maraqlıdır.

Müzakirələrə yekun vuran ADU-nun rektoru Səməd Seyidov sürətlə inkişaf edən, tolerantlığı, zəngin mədəni irsi ilə nümunə olan Azərbaycanda bu cür tədbirlərin keçirilməsinin ənənə halı aldığını bildirmişdir. Bakının artıq humanitar mədəniyyətin paytaxtı kimi tanındığını vurğulayan S.Seyidov elm və mədəniyyət xadimlərinin, tanınmış ekspertlərin iştirakı ilə keçirilən müzakirələrin müsbət bəhrə verəcəyinə əminliyini ifadə etmişdir.

Səməd Seyidov Forumun, eləcə də bölmə iclaslarının təkcə postmodernist mədəniyyətin deyil, əlaqələrin hərtərəfli inkişafına da böyük töhfə verəcəyinə ümidvar olduğunu bildirmişdir.

“Dəyirmi masa”da Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsi qəbul edilmişdir.

 

“Postmodern dövrdə milli özünüdərk” mövzusu ətrafında geniş müzakirələr aparılmışdır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır