3x3 basketbol üzrə yığmamız Serbiyada təlim-məşq toplanışında iştirak edir
Bakı, 1 sentyabr, AZƏRTAC
3x3 basketbol üzrə yığma komandamız Avropa kuboku yarışlarına hazırlığı davam etdirir.
AZƏRTAC xəbər verir ki, sentyabrın 9-11-də Avstriyanın Qrats şəhərində baş tutacaq yarışa hazırlaşan kişilərdən ibarət 3x3 basketbol yığmamız Serbiyada təlim-məşq toplanışında iştirak edir.
Hazırlıq prosesinə qatılan Amil Həmzəyev, Zaur Paşayev və Endar Poladxanlıdan ibarət heyət Novi Sad şəhərində Serbiya millisi və bir sıra yerli klublar ilə yoxlama oyunları keçirib.
Yığma komandamızın Serbiyadakı təlim-məşq toplanışı sentyabrın 8-dək davam edəcək.
Qeyd edək ki, millimiz Avropa kuboku yarışlarında D qrupunda Niderland və Belçika komandaları ilə mübarizə aparacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]
“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək
- 03.10.2026 [10:21]
Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]