Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azərkosmos” 15 ildə Azərbaycanın kosmik sahədə formalaşan iradəsi, peşəkarlığı və suverenliyidir - MÜSAHİBƏ VİDEO

“Azərkosmos” 15 ildə Azərbaycanın kosmik sahədə formalaşan iradəsi, peşəkarlığı və suverenliyidir -  MÜSAHİBƏ VİDEO

Yolçu Həsənov: Hazırda Azərkosmos 50-dən çox ölkədə təxminən 200 şirkətə xidmət göstərir və teleport xidmətləri, reselling, təlim və konsaltinq kimi yeni əməkdaşlıq istiqamətləri ildən-ilə genişlənir

Bakı, 12 aprel, AZƏRTAC

Azərbaycanın peykləri təkcə ölkə daxilində deyil, eyni zamanda, Afrika, Avropa və Mərkəzi Asiyanı əhatə edən geniş coğrafiyada telekommunikasiya, yayım və internet xidmətləri təklif edir.

Azərkosmos bu gün Afrikanın 39 ölkəsində peyk rabitə xidmətləri göstərir.

Peyklərimiz Afrikanın 70 faizini əhatə edir və 100 milyondan çox ev təsərrüfatına internet və yayım imkanı yaradır.

Beləliklə, Azərkosmosun gəlirlərinin əsas hissəsi peyk xidmətlərinin ixracı hesabına formalaşır. Azərkosmos dövlət və qeyri-dövlət ixracatçı subyektləri arasında xidmət sektoru üzrə ixrac həcminə görə ən yüksək göstəriciləri ilə ilk sıralarda yer alır.

Bu barədə AZƏRTAC-a məxsusi müsahibəsində “Azərkosmos”un İdarə Heyəti sədrinin satış məsələləri üzrə müşaviri Yolçu Həsənov deyib.

Yolçu Həsənov qurumun kosmik sahədə son 15 ildə fəaliyyəti barədə danışıb.

AZƏRTAC Dünya Aviasiya və Kosmonavtika Günündə Azərbaycanda kosmik sənayenin yaradılması tarixinə həsr olunmuş müsahibəni təqdim edir:

- Yolçu müəllim, bu il “Azərkosmos”un fəaliyyətə başlamasından 15 il ötür. Ötən dövr ərzində bu sahədə vacib nələr baş verdi?

- 15 il təkcə Agentliyimizin yaşı deyil. Bu 15 il Azərbaycanın kosmik sahədə formalaşan iradəsi, peşəkarlığı və suverenliyidir.

Bildiyiniz kimi, bizim kosmik tariximiz 2008-ci ildən başlayır.

Məhz həmin ildə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla ölkəmizdə kosmik sənayenin yaradılmasının təməli qoyuldu.

2009-cu ildə Dövlət Proqramı təsdiqləndi.

2010-cu ildə isə regionda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” təsis edildi. Beləliklə, Kosmik Diplomatiyamızın əsası qoyuldu.

2011-ci ilin 7 fevral tarixi “Azərkosmos”un dövlət qeydiyyatına alındığı tarix bu gün qeyd etdiyimiz 15 illik kosmik fəaliyyətimizin rəsmi başlanğıc nöqtəsidir.

Məhz 2011-ci ildən “Azərkosmos”un strukturu qurulmağa başladı, əməkdaşlar işə qəbul olundu və məhz bu ildən etibarən “Azərkosmos” yerli və xarici bazarda etibarlı və uğurlu tərəfdaş kimi özünü tanıtmağa, öz mövqeyini tutmağa başladı.

2013-cü ildə Azərbaycanın kosmik tarixinə əlamətdar hadisə yazıldı - ölkəmizin ilk telekommunikasiya peyki “Azerspace-1” peyki orbitə buraxıldı.

Bu peyk bu gün də ölkəmiz üzərində ən güclü siqnala malik peykdir. “Azerspace-1” təkcə texnoloji nailiyyət deyil. Bu peyk Azərbaycanın kosmosda suverenliyinin və təhlükəsizliyinin rəmzidir. Məhz “Azerspace-1” peykin orbitə buraxılması ilə Azərbaycanın telekommunikasiya sahəsində digər ölkələrdən asılılığı aradan qaldırıldı.

Xüsusilə yerüstü şəbəkənin mövcud olmadığı ərazilərdə, Xəzər dənizində üzən Azərbaycan gəmilərində və neft platformalarında rabitə məhz bu peyk vasitəsilə həyata keçirilməyə başladı.

Hazırda “Azerspace-1” vasitəsilə Azərbaycan, türk, rus, ingilis və digər dillərdə, ümumilikdə 150-yə yaxın televiziya və radio kanalı yayımlanır. Eyni zamanda, peykin tutumlarından bir çox yerli və beynəlxalq əhəmiyyətli siyasi, mədəni və idman tədbirlərinin canlı yayımlarında geniş şəkildə istifadə olunur. Qeyd etmək yerinə düşər ki, bu xidmətlərin uzunmüddətli davamlılığını təmin etmək məqsədilə hazırda “Azerspace-3” layihəsi üzərində işləyirik.

2014-cü ildə Azərbaycanın ilk Yerin məsafədən müşahidə peyki “Azersky” orbitə buraxıldı və bu, ölkəmizdə məsafədən müşahidə xidmətlərinin əsasını qoydu. “Azersky” vasitəsilə kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, fövqəladə halların idarə olunması, nəqliyyat, şəhərsalma və su ehtiyatlarının idarə edilməsi sahələrində innovativ layihələr həyata keçirildi. Bu illər ərzində 1000-dən çox Yer müşahidəsi layihəsi icra olundu və dünyanın istənilən nöqtəsində kosmosdan monitorinq aparmaq imkanımız formalaşdı.

Peyk 2023-cü ildə öz missiyasını başa vursa da, ümumilikdə 1,2 petabayt həcmində peyk təsviri əldə edilərək emal olunub və bu məlumatlar bu gün də ölkəmizin sosial-iqtisadi inkişafına xidmət edir.

Xüsusilə “Azersky” təsvirlərindən 44 günlük Vətən müharibəsində, eləcə də müharibədən sonrakı dövrdə azad olunmuş ərazilərin bərpası, o cümlədən Qarabağın iqtisadi və kənd təsərrüfatı potensialının qiymətləndirilməsi üçün geniş şəkildə istifadə olunmaqda davam edir.

2018-ci ildə ikinci telekommunikasiya peykimiz “Azerspace-2” uğurla orbitə çıxarıldı.

Azərbaycanın peykləri təkcə ölkə daxilində deyil, eyni zamanda, Afrika, Avropa və Mərkəzi Asiyanı əhatə edən geniş coğrafiyada telekommunikasiya, yayım və internet xidmətləri göstərir.

Bu xidmətlər sayəsində Azərbaycan beynəlxalq peyk bazarında etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib. Hazırda biz 50-dən çox ölkədə təxminən 200 şirkətə xidmət göstəririk və teleport xidmətləri, reselling, təlim və konsaltinq kimi yeni əməkdaşlıq istiqamətləri ildən-ilə genişlənir.

Təbii ki, biz gəlirlərimizi artırmaq məqsədilə əlavə dəyər yaradan xidmətlərimizin inkişafına da xüsusi diqqət yetiririk. Bu çərçivədə teleport xidmətləri üzrə irihəcmli layihələrə başlamışıq. “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində yerləşən Bakı teleportunda 6 müxtəlif beynəlxalq şirkətə məxsus 9 antena fəaliyyət göstərir, əlavə olaraq 7 antena isə layihələndirilib.

2021-ci ildən etibarən “Azərkosmos” artıq rəsmi olaraq Azərbaycan Respublikasının Kosmik Agentliyi statusunda fəaliyyət göstərir.

Bu, bizim məsuliyyətimizin miqyasını və strateji rolumuzu tamamilə yeni səviyyəyə qaldırdı.

-Müasir şəhərsalma və bərpa proseslərində peyk məlumatlarının keyfiyyəti vacibdir. “Azərkosmos”un təqdim etdiyi Yer müşahidə məlumatlarının dəqiqliyi, yenilənmə tezliyi və monitorinq imkanları hansı səviyyədədir və bu, risklərin vaxtında müəyyən olunmasına necə təsir edir?

- Bu gün dünyada aparıcı kosmik agentliklərin fəaliyyəti təkcə peyklərin hazırlanması və orbitə buraxılması ilə məhdudlaşmır. Onların əsas prioritetləri sırasında yeni texnologiyaların inkişafı, kosmosa çıxış imkanlarının genişləndirilməsi, elmi-tədqiqatların aparılması, kosmik turizm təşəbbüslərinə töhfə verilməsi, eləcə də kosmos sahəsində elm və təhsil proqramlarının icrası xüsusi yer tutur.

2022-ci il bizim Coğrafi İnformasiya Sistemləri Mərkəzimizin fəaliyyətə başlaması ilə yadda qaldı.

“Azərkosmos”un Coğrafi İnformasiya Sistemləri Mərkəzi bu gün regionda məkan məlumatları və CİS xidmətlərinin aparıcı təminatçılarından biridir. Mərkəzdə qlobal iqlim dəyişikliklərinin Azərbaycana təsirlərini qiymətləndirmək üçün mütəmadi olaraq iqlim hesabatları hazırlanır və bu proseslərdə süni intellekt əsaslı analitika və proqnozlaşdırma həllərindən də istifadə olunur. Bu iqlim məlumatlarına çıxışın genişləndirilməsi və şəffaflığın artırılması məqsədilə 2024-cü ildə etibarən “Azərkosmos” Climate Report platformasını da (climatereport.az) istifadəyə verib. Eyni zamanda, peyk məlumatları və CİS texnologiyaları əsasında Farmer App, Platerra kimi rəqəmsal həllər hazırlanır və bu həllər kənd təsərrüfatında məhsuldarlığın artırılmasına, resursların daha səmərəli idarə edilməsinə və qərarvermə proseslərinin dəstəklənməsinə xidmət edir.

Eyni zamanda, 2022-ci ildə Milli Aviasiya Akademiyasında Aerokosmik Monitorinq Təlim Mərkəzinin yaradılması ölkədə kosmik biliklərin strukturlaşmış əsasda formalaşmasına imkan verdi. Mərkəz Coğrafi İnformasiya Sistemləri sahəsində ixtisaslaşmış kadrların hazırlanması və elmi-tədqiqatların inkişafı məqsədilə peyk məlumatlarından istifadənin genişləndirilməsinə xidmət edir. Mərkəzin əsas məqsədi geoinformasiya, peyk təsvirlərinin təhlili, süni intellekt, rəqəmsal emal və məsafədən zondlama sahələri üzrə ixtisaslı mütəxəssislərin hazırlanmasıdır.

Bu günədək mərkəz tərəfindən 60-dan çox mütəxəssis yetişdirilib.

2023-cü il isə “Azərkosmos” üçün tarixi bir il oldu.

Məhz bu ildən etibarən Azərbaycan artıq beynəlxalq kosmik tədbirlərin keçirildiyi məkana çevrildi. 2023-cü il oktyabr ayının 2-6-da 50 ildən sonra Bakıda yenidən Beynəlxalq Astronavtika Konqresi keçirildi. Dünyanın 132 ölkəsindən 5400-dən çox beynəlxalq kosmik ictimaiyyət nümayəndəsini bir araya gətirdik. Bakı Konqresi çərçivəsində ilk dəfə olaraq 55 təşkilat eyni vaxtda Beynəlxalq Astronavtika Federasiyasına üzv oldu.

2023-cü ildə ölkəmizdə “Kosmik fəaliyyət haqqında” Qanun da qəbul olundu.

Bu Qanun Azərbaycanda kosmik fəaliyyətin hüquqi, iqtisadi və təşkilati əsaslarını, kosmik sənayedə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair tələbləri müəyyən edir.

Beləliklə, Azərbaycan milli kosmik qanunun qəbul edilməsi ilə dünyada bu sahədə qanunvericiliyə malik olan 43-cü ölkə ünvanını aldı.

Daha da önəmlisi Azərbaycan 46° şərq uzunluğunda geostasionar orbital mövqeyə sahib oldu. Beləliklə, Azərbaycan bu mövqeyə rəsmi şəkildə malik olan ölkələr sırasında dünyada 48-cidir. Bu isə kosmosda Azərbaycanın hüquqi, texniki və siyasi mövqeyinin möhkəmlənməsi deməkdir.

Ümumiyyətlə, rəqəmsal strategiyamız ölkənin milli rəqəmsal gündəliyi ilə uyğunlaşdırılıb ki, bu da fəaliyyətimizin dövlət prioritetlərinə və mövcud tələblərə uyğun aparılmasını təmin edir.

Kosmik sahədə milli maraq və suverenlik çox vacib olduğu üçün biz 2023-cü ilin sonundan müasir texnoloji inkişafın çağırışlarına cavab verən daha yüksək ayırdetməli müşahidə peyklərinin hazırlanması üçün “Azersky-2” proqramına başladıq.

2024-cü ildə isə Akademiya yaradıldı.

Bu gün KOSMİK Akademiya regionda alternativi olmayan bir platformadır və Mərkəzi Asiya daxil olmaqla region ölkələri üçün kosmik hab rolunu oynayır. Akademiyanın əsas məqsədi Azərbaycanda innovativ kosmik ekosistemin inkişafında aparıcı qüvvə olmaqdır. Akademiya məktəblər, universitetlər və sənaye arasında əməkdaşlığı gücləndirməklə kosmik elm və təhsil sahəsinin inkişafına töhfə verir.

KOSMİK Akademiya çərçivəsində həyata keçirilən çoxsaylı layihələr Azərbaycan vətəndaşları arasında kosmos və yüksək texnologiyalara marağı artırır və cəmiyyəti yeni texnoloji inkişaf dövrünə hazırlayır. Təkcə ötən il ərzində KOSMİK Akademiya proqramlarının məzun sayı 12000 nəfəri ötüb.

2024-cü ildə “Azərkosmos”, həmçinin COP29 çərçivəsində daha bir mühüm beynəlxalq təşəbbüsə ev sahibliyi etdi. Kosmik Agentliklərin Liderlərinin Sammiti Bakıda keçirildi. Sammit “İqlim dəyişməsi ilə mübarizədə kosmik çağırışlar” mövzusuna həsr olunmuşdu. Nəticədə 20-yə yaxın qlobal kosmik agentliyin rəhbəri kosmosa əsaslanan iqlim təşəbbüslərinin genişləndirilməsinə dair vəd sənədini təsdiqlədi. Bu, Azərbaycanın kosmik diplomatiya xəttinin artıq qlobal miqyasda qəbul olunduğunu göstərir.

2025-ci ildə isə biz bu xətti daha da möhkəmləndirdik.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin kosmik agentliklərinin rəhbərlərinin 4-cü illik görüşü Bakıda keçirildi. Bundan dərhal sonra isə Kosmik Texnologiyalar Konfransı 2025 (STC2025) baş tutdu. Bu tədbirlər artıq Bakının region üçün kosmik müzakirə və əməkdaşlıq platformasına çevrildiyinin bariz nümunəsidir.

2025-ci ilin sonu xüsusilə qürurverici bir hadisə baş verdi. Azərbaycanlı məktəblilər ilk dəfə öz peyklərini hazırladılar.

“Azərbaycanın Zəfəri” adlı bu peyk ötən il noyabrın 28-də ABŞ-də Vandenberq Kosmik Qüvvələr Bazasından “Falcon 9” raketi ilə orbitə göndərildi.

Bu peyk gələcəyin mühəndislərinin, alimlərinin və liderlərinin kosmosa ilk addımıdır.

Həmçinin ötən il atılan mühüm addımlar sırasında “Azərkosmos” mütəxəssisləri tərəfindən hazırlanan Mini-TVAC termal vakuum sınaq kamerasının istehsalı da diqqətçəkən layihələrdən biri oldu. Bu avadanlıqdan kiçikölçülü peykləri test etmək üçün istifadə edilir. Eyni zamanda, artıq qurumların sifarişi əsasında avadanlıqların dizaynı, inteqrasiyası və sınaqları həyata keçirilir ki, bu da ölkəmizdə kosmik texnologiyalar üzrə yerli texnoloji imkanların formalaşdığını göstərir.

15 il əvvəl Azərbaycanda kosmik ekosistem anlayışı faktiki olaraq mövcud deyildi. Kosmik sahədə mütəxəssislər yox idi. Bu gün isə Azərbaycanda:

– peyk mühəndisləri,

– peyk əməliyyatları üzrə mühəndislər,

– peyk təsvirləri üzrə mütəxəssislər,

– kosmik hüquq, kosmik iqtisadiyyat və kosmik layihələrin idarəedilməsi,

– coğrafi informasiya sistemləri üzrə ekspertlər,

eləcə də spesifik olaraq kosmik peşə hesab edilməyən, lakin kosmik sahənin detallarını bilən və bu sahədə fəaliyyət göstərən bir sıra ümumi ixtisaslı peşələr formalaşıb.

Ali təhsil müəssisələrində kosmik ixtisas istiqamətləri yaradılıb. Minlərlə gənc kosmik elm, innovasiya, tədqiqat və layihə fəaliyyətinə cəlb olunub.

- 2025-ci ildə Bakıda keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Kosmik Agentlikləri və Müvafiq Qurumlarının 4-cü görüşündə tərəflər peyk layihəsinin buraxılışı barədə razılığa gəldilər. Bu layihə üzrə işlər hansı mərhələdədir?

- Peyk sahəsində əməkdaşlığı yeniləmək məqsədilə birgə Kub Sat peyki orbitə buraxılması nəzərdə tutulur və bunun üzərində hal-hazırda da çalışmalar davam edir. Həm “Azərkosmos” tərəfindən, həm də digər türkdilli dövlətlərin peyk sahəsində fəaliyyət göstərən agentliklər tərəfindən işlər sürətlə görülür.

12U TDT-Sat kub peyk layihəsi istehsalın son mərhələsinə çatıb və buraxılışa hazırlanır.

Düşünürəm ki, yaxın gələcəkdə, bu peyk orbitə buraxılacaq.

Müxbir - Pərvanə Qafarova
Fotoqraf - Səfiyar Məcnun
Videooperator - Şövqi Əzizov və Ceyhun Mustafayev
“Azərkosmos” 15 ildə Azərbaycanın kosmik sahədə formalaşan iradəsi, peşəkarlığı və suverenliyidir -  MÜSAHİBƏ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq