Azərbaycan Dövlət İnformasiya Agentliyi

Alimlər Şəki-Zaqatala bölgəsində su ehtiyatlarının qorunması üçün yeni təkliflərlə çıxış ediblər VİDEO

Şəki, 14 may, AZƏRTAC

Dünyamız sürətlə dəyişməkdədir: qlobal temperatur yüksəlir, yağıntıların paylanma qanunauyğunluqları dəyişir, buzlaq və qar örtüyü getdikcə azalır. Bu iqlim dəyişiklikləri ölkəmizdə, xüsusilə də Şəki-Zaqatala bölgəsinin böyük bir hissəsində aydın şəkildə müşahidə olunur.

İqlim dəyişiklikləri ölkəmizin su ehtiyatlarına da təsirsiz ötüşmür. Su ehtiyatları dedikdə yalnız çaylar və göllər deyil, həmçinin yeraltı sular, yağış və qar şəklində toplanmış ehtiyatlar da nəzərdə tutulur. Dünyada və bütövlükdə ölkəmizdə olduğu kimi, dağ çayları ilə zəngin olan Şəki-Zaqatala bölgəsində də iqlim meyilləri su resurslarına ciddi təsir göstərir. AZƏRTAC-ın bölgə müxbiri AMEA Şəki Regional Elmi Mərkəzinin əməkdaşlarının bu istiqamətdə apardığı araşdırmalarla maraqlanıb və onların təkliflərini dinləyib.

Kiş çayı hövzəsindən Böyük Qafqaz sıra dağlarının əlçatmaz zirvələrinə boylandıqda, qarlı sahələrin və çaydakı su axınının mövcud vəziyyətini aydın müşahidə etmək mümkündür. Aprel ayı və mayın ilk on günlüyünün aramsız yağışlarla müşayiət olunmasına baxmayaraq, Kiş çayında suyun səviyyəsi gözlənilən qədər bol və gur deyil. Adətən, ilin bu dövründə bol sululuğu ilə coşub-daşan Kiş çayı hazırda qeyri-adi bir sakitliklə axır. Eyni vəziyyət bölgənin digər əksər dağ çaylarında da müşahidə olunur – suların azalması artıq danılmaz faktdır.

İlkin müşahidələr və gəlinən qənaət belədir ki, qlobal iqlim dəyişiklikləri özünü, ilk növbədə, su ehtiyatlarının tükənməsində büruzə verir. Bu proses bir bölgədə dağıdıcı daşqınlara, digərində isə kəskin quraqlıqlara yol açır. Belə hallar kənd təsərrüfatı ilə yanaşı, şəhər infrastrukturunu və gündəlik həyatı da ciddi təhdid altında qoyur. Aparılan son araşdırmalar da təsdiqləyir ki, şimal-qərb bölgəsində yaşanan iqlim dəyişmələri birbaşa su ehtiyatlarının azalması ilə xarakterizə olunur.

AMEA Şəki Regional Elmi Mərkəzinin Landşaftşünaslıq şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Hüseyn Mustafabəyli ölkəmizdə bu sahənin aparıcı tədqiqatçılarından biri kimi uzun illərdir həm bütövlükdə Azərbaycanda, həm də xüsusi olaraq Şəki-Zaqatala bölgəsində iqlim dəyişikliklərinə dair mühüm araşdırmalar aparır, müvafiq təklif və layihələrlə çıxış edir. Hüseyn müəllim dünyada və ölkəmizdə baş verən iqlim dəyişikliyi prosesini belə izah edir: “Dünyada qlobal istiləşmə prosesi antropogen təsirlər nəticəsində başlayıb və bu, hazırda planetin əksər ərazilərində özünü büruzə verməkdədir. Nəticə etibarilə, həm dünyada, həm də ölkəmizdə vəziyyət elə bir həddə çatacaq ki, quraq ərazilərdə quraqlaşma və səhralaşma intensivləşəcək, rütubətli ərazilərdə isə sellər, daşqınlar və normadan artıq yağıntılar daha tez-tez müşahidə olunacaq”.

Qarşıdakı illərlə bağlı proqnozlarını bölüşən tədqiqatçı- alim bildirir ki, Gürcüstanın Qara dəniz sahillərində yağıntıların miqdarı kəskin artsa da, həmin yağıntılı bulud kütlələrinin böyük hissəsi Azərbaycana gəlib çatmayacaq. Ölkəmizdə Xəzər dənizindən qərb istiqamətinə doğru səhralaşma meylinin bir qədər də artacağını deyən Hüseyn Mustafabəyli, yağıntıların aldadıcı xarakter daşıdığını vurğulayır. Bu səbəbdən alim yaşıllıqların salınması və ekoloji mühitin qorunması istiqamətində ciddi layihələrin icrasını xüsusilə vacib hesab edir.

Landşaftlıq məsələləri üzrə tədqiqatçı deyir ki, çay və göllərdə su səviyyəsinin azalması ekosistemlərin karbon və azot dövranına təsir edəcək, nəticədə qida təhlükəsizliyi və ekoloji tarazlıq üçün risk yaranacaq. Gözlənilən təhlükələri nəzərə alan alimin rəhbərlik etdiyi Landşaftlıq şöbəsi su ehtiyatlarının qorunması üçün təklif və rəylər hazırlayıb. “İlk növbədə, dağ çaylarının gətirmə konuslarında, yaxud terras zonalarında subartezian quyuları qazmaq lazımdır. Bunlar çayın özünün süzdüyü sulardır və içməli su ehtiyatları kimi istifadə oluna bilər. Bu tədbirlər dünyanın bir çox yerlərində yerinə yetirilir və bizdə də mümkündür”, - deyən Hüseyn Mustafabəyli çayların terraslarında su süzgəclərinin qurulmasının vacibliyinə diqqət çəkərək əlavə edir ki, beton bərələr hazırlayaraq içərisinə çay daşları doldurmaq və suyun ilkin təmizlənməsini həyata keçirmək, daha sonra növbəti hovuz, ya hovuzlar vasitəsilə suyu əhaliyə, yaxud əkin sahələrinə ötürmək mümkündür. Şöbə əməkdaşlarının təkliflərindən biri də ondan ibarətdir ki, bütün dağətəyi zonalarda eninə kanallar çəkilməlidir ki, o kanallar yağıntılar olan dövrdə eninə su ilə dolsun və torpağın altına ötürsün. Bu, həm bitkilərin inkişafına kömək edər, həm də suların boşuna axıb getməsinin qarşısını alar.

Tədqiqatçı-alim bölgədən axan Balakənçay, Katexçay, Kürmükçay, Şinçay, Kişçay, Daşağılçay, Filfiliçay, Tikanlıçay, Bumçay, Həmzəliçay, Türyançay və Göyçay dağ çaylarının gətirmə konuslarının geniş və az meyilli sahələrində subartezian quyularının qazılmasını məqsədəuyğun hesab edir. Bu ərazilərdə çay yatağının alt hissəsinə toplanan və süzülmüş şirin suları subartezian quyular vasitəsilə içməli su kimi yaxın ərazilərdəki yaşayış məntəqələrinə nəql etmək mümkündür. Böyük Qafqazın cənub ətəklərində (Şəki-Zaqatala iqtisadi zonası – red.) əksər dağ çaylarının gətirmə konuslarında qazılan subartezian quyuları içməli suya tələbatın ödənilməsində mühüm rol oynaya bilər.

Beləliklə, alimlərin qənaətinə görə, iqlim dəyişikliyi yalnız hava şəraitini dəyişmir, o, həm də su ehtiyatlarımıza, torpaqlarımıza və bütövlükdə həyatımıza birbaşa təsir göstərir. Bu səbəbdən hər birimizin suyu qənaətlə və şüurlu şəkildə istifadə etməsi gələcək nəsillərin rifahı üçün həyati əhəmiyyət daşıyır.

Müxbir - Rasim İslamoğlu

Alimlər Şəki-Zaqatala bölgəsində su ehtiyatlarının qorunması üçün yeni təkliflərlə çıxış ediblər VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox şəxs saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb